Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə1/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
  1   2   3   4   5   6   7   8   9   ...   33


 
 
 
 
 
 
 
 
 
 
SƏDİ ŞİRAZİ  
 
BUSTAN 
 
 
1
 
 
 
 
 
 
 
 
 
 
SƏDİ ŞİRAZİ  
 
BUSTAN 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2004 


 

 
 
 
 
 
SƏDİ ŞİRAZİ  
 
BUSTAN 
 
Redaktor              
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəşriyyat
 
3
 
Tərtibatçıdan 
 
Şərqin müdrik şairi Sədi Şirazi 800 ilə yaxındır ki, dünya 
ədəbiyyatının  ən parlaq ulduzu kimi yaşayır, özünün bəşəri 
duyğuları, fikir və  əqidəsi ilə insanların qəlbinə yol tapır, 
onların  şüurunun formalaşması, dünya, insan və  cəmiyyət 
haqqındakı düşüncələrinə  təsir edir. İnsan onun əsərlərini 
oxuyarkən dərk edir ki, o təbiətin ən ülvi, ən kamil varlığıdır və 
onun bu varlığa layiq olması üçün hansı  məziyyətlərə malik 
olmalı, hansı ictimai amilləri özündə tərbiyə etdirməlidir. Başqa 
sözlə desək, Sədi sanki insan faktorunu həm fəlsəfi və həm də 
ictimai baxımdan xarakterizə edir. O, öz məqsədini ən sadə və 
ən çətin üsullarla həyata keçirir, oxucusunu dünya görmüş, 
ölkələr gəzmiş, həyatın saysız səhnələri ilə qarşılaşmış müdrik 
bir filosof şair və insan kimi müxtəlif  şərait və  vəziyyətlərlə 
üzləşdirir, ona bu həyat imtahanından çıxmaq üçün öz əqli
zəkası, tərbiyə və insanlığı ilə kömək edir, yol göstərir. 
Sədi üçün insan faktoru ən yüksək,  ən ali, ən kamil 
zirvədir. O ada yalnız  ədalət, insaf, səxavət, təvazö, sadəlik, 
tərbiyə  və böyük eşqlə layiq olmaq mümkündür. Göstərilən 
amillər isə heç vaxt köhnələn, lazımsız olan deyil, insanın var 
olduğu hər an onunla olmuş  və olmalıdır. Buna görə  də  Sədi 
sözləri, Sədi əqidəsi həmişə yaşardır, insanlar üçün gərəkdir. 
Deyilən cəhətlərin dövrümüzlə  həmahəngliyi Sədi 
əsərlərinin, o cümlədən «Bustan»ın müasir oxucuya çatdı-
rılmasını bir daha şərtləndirir, onun latın  əlifbası ilə yeni 
çapının zəruriliyini göstərir. 
«Bustan»ın latın əlifbası ilə yeni çapını hazırlayarkən onun 
1964-cü ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatı  tərəfindən 
çap olunmuş nüsxəsi əsas götürülmüşdür. 
Çapa hazırlanarkən «Bustan»da işlənmiş, lakin 
«Qeydlər»də və «Lüğət»də öz əksinitapmamış bəzi sözlər, bəzi 
coğrafi və tarixi adlar oraya əlavə edilmişdir. 


 

Onu da qeyd etmək lazımdır ki, müasir latın  əlifbasında 
apostrofun olmaması klassik əsərlərin, o cümlədən Sədi 
Şirazinin «Bustan»ının yeni çapında çətinlik törədir. Belə ki, 
elə sözlər vardır ki, onlar ərəb dilindən Azərbaycan dilinə 
keçmiş və burada bəzi hərflərin tələffüzü apostrofla verilmiş və 
verilməlidir. Başqa  şəkildə, yəni apostrofsuz işlənərkən onun 
mənası anlaşılmaz qalır. Başqa bir cəhət isə özünü orada 
göstərir ki, apostrofun yazıda verilməməsi  şer vəznlərinin 
pozulması ilə nəticələnir. 
Odur ki, dünya ədəbiyyatının digər inciləri kimi, Sədi 
Şirazinin «Bustan» əsərinin yeni, üçüncü nəşrində apostrofun 
işlənməsi istisna hal kimi zəruridir. 
 
Fil. elm. nam., dos. M.H.Məmmədova  
 
 
5
SƏDİ VƏ ONUN «BUSTAN» ƏSƏRİ 
 
Şeyx Sədi  Şirazi  İran  ədəbiyyatının dünya ədəbiyyatına 
vermiş olduğu ən böyük şairlərdən biridir. Onun ölməz əsərləri 
yeddi  əsrdir ki, Yaxın  Şərq xalqlarına ağıllı  nəsihətlər, bəşəri 
düşüncələr, nəcib duyğular aşılayır. 
Sədinin tərcümeyi-halı  nə özü, nədə müasirləri tərəfindən 
yazılmışdır. Bəzi alimlər onun XIII əsrin  əvvəllərində 
doğulmuş olduğunu iddia edirlər. Fəqət  əksəriyyətin qəbul 
etdiyi fikrə görə o, 1184-cüildə doğulmuş və 1291-ci ildə 107 
yaşında vəfat etmişdir. Onun həyatı haqqında ağızdan-ağıza 
dolaşan, lakin heç bir vəsiqəyə əsaslanmayan bir sıra rəvayətlər 
var ki, bunlara elmi qiymət vermək mümkün deyildir. Onun 
həyatı haqqında inandırıcı məlumatı biz yalnız öz əsərlərindən 
əldə edirik ki, bu da xüsusən «Gülüstan» və «Bustan»da 
dağınıq, rabitəsiz bir şəkildə verilən məlumatlardır. 
Sədinin uşaqlıq illəri və ilk gəncliyi ana yurdu olan Şirazda 
keçmişdir.  Şair qocalarkən həyatının bu dövrləri, ata-anası ilə 
rəftarı, ilk sevgisi, ilk dostluğu və s. haqqında  əsərlərində 
müxtəlif epizodlar şəklində yazmışdır. 
Sədi ilk təhsilini Şirazda almış, sonra Bağdada gedərək, XI 
əsrin ikinci yarısında məşhur Nizamülmülk tərəfindən təsis 
edilmiş orta əsrlərin müsəlman universiteti olan 
Nizamiyyəyəgirmiş, burada o, Əbu İshaq Şirazi, Əbülfərəc ibn 
Cuzi,  Şəhabəddin Söhrvərdi kim on üçüncü əsrin böyük 
alimlərinin tələbəsi olaraq, ali təhsilini bitirmişdir. 
1226-cı ildə tamamlanan bu dövr Sədi həyatının birinci 
dövrü sayılır. Bu dövrdə o istər Məkkə ziyarətinə və istər 1210-
cu ildə Kaşğara səyahətə getmişsə  də, onun həyatının  əsil 
səyahət dövrü bundan sonra başlanır. 
Sədi Bağdad təhsilindən sonra 1227-ci ildən 1256-cı ilə 
qədər otuz il ömrünü səyahətdə keçirmiş, Bəlxi, Qəznəni, 
Pəncabı, Sumnatı, Ümmanı, Yəməni, Hicazı, Fələstini, Misrin 
və  Həbəşistanın bir çox yerlərini, Dəməşqi, Bəlbəki, Kiçik 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə