Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə1/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
  1   2   3   4   5   6   7   8   9   ...   53


 
 
Sədi Şirazi  
 
GÜLÜSTAN 
 
 
 
1
 
 
 
Sədi Şirazi  
 
Gülüstan 
 
 
Bakı-2004 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
Farscadan tər-
cümə edənlər:  
Şərh:  
Rəssam:
Məmmədağa Soltan –şerlər 
Rəhim Sultanov və İsmayıl Şəms – nəsr 
Şamil Cəmşid 
Mikayıl Abdullayev
 
Sədi Şirazi  
Gülüstan –3-cü nəşr. –… 
 
Firdovsi, Xəyyam, Hafiz, Nizami, Fizuli kimi Sədi  Şirazi də dünya 
mədəniyyət xəzinəsində özünə  məxsus yer tutan cahanşünas və görkəmli 
şairlərdəndir. 
Faydalı  nəsihəətlər, zərbüməsəllər, nəcib duyğularla zəngin olan inun 
«Gülüstan» və «Büstan» əsərləri Yaxın və Orta Şərq xalqları rasında xüsusi 
şöhrətə malikdir. 
Sədinin «Gülüstan» əsəri 1962-ci ildə görkəmli Azərbaycan şərqşünas 
alimləri R.Sultanov və M.Sultanov tərəfindən tərgüm və  nəsr edilmişdir. 
Oxucuların rəğbətini qazanmış bu əsəri müəlliflər onun elmi-tənqidi mətni 
əsasında daha da təkmilləəşdirən 1987-ci ildə yenidən nəşr etdirmişlər. 
Oxuculara təqdim olunan yeni üçüncü nəşri qabaqkı nəşrdə yol verilən 
bəzi çatışmamazlıqlar (çətin fars və  ərəb sözlərinin lüğət bəhsinə  əlavəsi, 
günün təlbinə uyğun bir sıra ifadə  və tarixi rəqəmlərin düzəlişi) aradan 
qaldırılmışdır. 
 
1
 
Sədi Şirazi və onun «Gülüstan» əsəri 
 
Sədi  Şirazi  Şərq  ədəbiyyatının  ən görkəmli nümayəndələrindən 
Firdovsi Xəyyam, Nizami, Hafiz və Füzuli kimi əsərləri bütün dünya 
mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. O, hələ öz zəmanə-
sində Hindistandan tutmuş Misrə qədər Yaxın və Orta Şərqin bütün 
xalqları arasında böyük şöhrət qazanmışdır. Sədi «Gülüstan» əsərinin 
müqəddiməsində
1
 «öz adının dillərdə  əzbər olduğunu, sözlərinin 
bütün dünyanı tutduğunu» qeyd edir. 
Sədi Şirazinin tərcümeyi–halı haqqında qısaca olaraq aşağıdakı-
ları demək olar: 
Müşərrəf ibn. Müsləhəddin Abdulla, «Sədi» təxəllüsünü  Şiraz 
hakimi Atabəy Əbubəkr Səd ibn Zənginin
2
 adı ilə əlaqədar qəbul et-
mişdir. Sədi təqribən 1184–cü miladi ilində İranın qədim mədəniyyət 
mərkəzlərindən biri olan Şiraz şəhərində bir ruhani ailəsində anadan 
olmuşdur. Bəzi mənbələrin göstərdvyinə görə, məşhur münəccim və 
böyük alim Qütbəddin Şirazi Sədinin dayısıdır. Sədi kiçik yaşlarında 
ikən atası Müsləhəddin vəfat etmişdir. Atasının ölümü Sədiyə böyük 
təsir etmiş, onun kədərlənməsinə  səbəb olmuşdur. O, atasını
xatirəsini uzun zaman unuda bilməmişdir. «Bustan» və «Gülüstan»da 
atasına həsr edilmiş bir sıra təsirli  şerlər bunu açıq sübut edir. Sədi 
hələ gənc yaşlarında ikən monqol hücumları başlamış və bütün Yaxı
Şərq, o cümlədən  şairin vətəni olan Şiraz da təcavüzlərə  məruz 
qalmışdır. Bu dövrdə şair öz vətənini tərk edib İraqi–Ərəbə, Bağdada 
getmiş, orada məşhur «Nizamiyyə» məktəbində öz dövrünün böyük 
alimləri  Əbu  İshaq  Şirazi,  Əbülfərəc  Əbdürrəhman ibn Cövzi və 
sonra  Şəhabəddin Söhrvərdidən dərs almış,  ərəb dilini və öz 
dövrünün başqa elmlərini mükəmməl öyrənmişdir. Coşğun qəlbə 
malik olan bu istedadlı gənc, müəllimlərinin təlimi və Bağdadın ab–
havasilə kifayətlənməyib Yaxın və Orta Şərq ölkələrini diyar–diyar 
dolaşmaq qərarına gəlmiş, Azərbaycan, Kiçik Asiya, Həbəşistan, Mi-
sir, Suriya, Fələstin, Hindistan və  İran torpağını  əksərən piyada sə-
yahət etmiş, Xəlici–fars, Ümman dənizi, Hind okeanı  və Aralıq də-
nizini ticarət gəmilərində keçmişdir. 
Buna görə  də  bəzi mənbələr Sədini eyni zamanda orta əsrin 
böyük səyyahlarından biri hesab etmişlər. 
Sədi öz səyahəti zamanı müxtəlif vəziyyətlərə düşmüş, gah dər-


 

viş libasında yazdığı şerləri oxuyaraq, xalqa xeyri–şəri başa salmağa 
çalışmış, gah şeyxlərə, sufilərə qoşulmuş, gah azadixahlarla oturub 
durmuş, bəzən karvana qoşulmuş, bəzən muzdla xurma dərmiş, su 
paylamış., bir sözlə o, müxtəlif sənətə malik olan şəxslərlə, alim və 
avamlarla, dövlətli və yoxsullarla, mülkədar və  kəndlilərlə oturub 
durmuş, onlarla yaxından tanış olmuşdur. Bu səyahət Sədinin dünya-
görüşündə böyük dəyişiklik yaratmışdır. Şairin itigörən nəzəri xalqlar 
arasında mövcud olan əlaqələri, bu xalqların adət və  ənənələrini 
bütün dərinliyi ilə görmüş, əsərlərində onlardan yeri gəldikcə istifadə 
etmiş  və hikmətli nəticələr çıxarmışdır. Sədi səyahətləri zamanı 
Şərqdə davam edən səlib müharibələrindən birində iştirak edərək əsir 
alınmış və bir təsadüf nəticəsində ölümdən xilas olmuşdur. 
Vətənini qıın məhəbbətlə sevən, həmişə vətən həsrətilə yanan 
şair deyir: «Mən istərdim ki, Bəsrədə  və ya Bağdadda qalım, lakin 
Rüknabad suyu və Şiraz torpağı məni özünə tərəf çəkir». 
Arasıkəsilməz səyahətdən yorulan Sədi nəhayət XIII əsrin orta-
larında vətəni Şiraza döndükdə artıq böyük həyat təcrübəsinə malik, 
kamil bir şair idi. Bu zaman monqol istilasının ağır, dağıdıcı hücum-
ları sakitləşmiş
;
 Atabəy  Əbubəkr Səd ibn Zəngi  Şirazda hakimiyyət 
başında qalmışdı. O, monqol sərkərdələrinə bac–xərac verib, ölkəni 
və əhalini qətl və qarətdən xilas etmiş və beləliklə, çoxlarının; o cüm-
lədən vətənpərvər  şairin də  rəğbətini qazanmışdı. Buna görə  də  şair 
özünün məşhur «Gülüstan» əsərini ona ithaf etmişdir. 
Sədi tarix üçün misilsiz qiymətə malik olan əsərlər yadigar qoy-
muşdur. O, şahların qəzəbindən, hökmdarların zülmündən qorxmaya-
raq öz əsərlərində müstəbidlərə qarşı  çıxmış, məzlumların tərəfini 
saxlamış, ədaləti tərənnüm etmiş, heç bir bəxşiş və mükafat qarşısın-
da həyatının sonuna qədər bu mövqeyini, əldən verməmişdir. Onun 
qəsidələri də  əsasən  şahlara və böyüklərə  nəsihət və  məsləhətdən 
ibarət olmuşdur. 
Sədi ömrünün son günlərini kuşənişinliklə keçirərək, Şirazın şi-
mal–qərbində bir dağ  ətəyindəki xanəqahda yaşamış  və ölməz  əsər-
lər, qəzəllər, qitə və rübailər yazıb yaratmışdır. Təsadüfi deyildir ki, 
onun  şairlik  şöhrətini eşidən böyük şəxsiyyətlər uzaq vilayətlərdən 
Sədinin ziyarətinə gəlmiş, ona qiymətli hədiyyələr gətirmişlər. Lakin 
Sədi dünya malı toplamamış, əksinə, əlinə düşənləri ehtiyacı olanlara 
paylamışdır. Xalq arasında Sədi haqqında belə deyilirdi: «Sədi»nin 
bir qapısından nemət daxil olur, o biri qapısından ehtiyacı olanlara 
 
3
paylanır». Mənbələrin dediyinə görə  Sədi yüz ildən artıq yaşayaraq 
1291–ci miladi ilində vəfat etmişdir. 
Sədinin vəfatından təqribən 30 il sonra onun əsərlərini  Əli ibn 
Əhməd ibn Əbubəkr Bistun adlı bir ədəbiyyatşünas toplayıb nizama 
salmışdır. Bistun topladığı  əsərlərin hamısını «Külliyyat» şəklində 
tərtib edərək ona geniş bir müqəddimə  də yazmışdır. O, Sədinin 
əsərlərini əlifba üsulu ilə düzdüyünü və onu bir necə kitaba ayırdığını 
bu müqəddimədə qeyd edir. Bistunun tərtib etdiyi «Kül–liyyat» 
1791–ci ildə Hindistanın Kəlküttə  şəhərində daş çapı ilə  nəşr 
edilmişdir. Bu «Külliyyat»ın əvvəlində Sədinin müxtəlif mövzuda 6 
risaləsi də vardır. «Külliyyat»da bu risalələrdən sonra Sədinin  ən 
qiymətli və şah əsəri olan «Gülüstan» və «Bustan» gəlir. «Gülüstan» 
8, «Bustan» isə 10 babdan ibarətdir. 
Sədinin bu iki əsəri ona dünya şöhrəti qazandırmışdır. Bu əsərlər 
yeddi  əsrə yaxın bir müddətdə dünyanın bütün mədəni xalqlarını
sevə–sevə oxuduğu kitablardır. «Gülüstan» latın, ingilis, fransız, 
alman, ərəb, türk, rus və MDB ölkələri xalqlarının əksərinin dillərinə 
təkrar–təkrar tərcümə edilmişdir. «Gülüstan» 100 dəfədən artıq çap 
edilmişdir. Bu əsərlərin sürətlə artan şöhrətini görən  şairlər bu 
kitablara bir çox nəzirələr yazmışlarsa da onlardan heç biri bu 
səviyyəyə qalxa bilməmişlər. Sədinin həmin əsərləri Avropa dillərinə 
tərcümə edildikdən sonra bu ölkələrin bəzi məşhur  şairləri öz 
əsərlərində  Sədinin ifadə  və fikirlərindən istifadə etmişlər. Misal 
olaraq Volter, Lafonten, Göte kimi adı dünya şöhrəti qazanmış böyük 
şairləri köstərmək olar. 
Sədinin «Külliyyat»ında «Gülüstan» və «Bustan» əsərlərindən 
sonra, şairin ərəb və fars dilində yazdığı qəsidələr dərc edilmişdir. Bu 
qəsidələr, yuxarıda deyildiyi kimi, poeziyada klassik ənənənin əksinə 
olaraq, mədhnamədən çox didaktik məzmuna malikdir. Sədinin elə 
bir qəsidəsi yoxdur ki, orada o şahlara və görkəmli saray xadimlərinə 
nəsihətlər verib, onları ədalətə cağırmasın. 
«Külliyyat»da qəsidələrdən sonra Sədinin qəzəliyyatı  gəlir. Bu 
qazəliyyat isə «Təyyibat», «Bədaye», «Xəvatim» və «Qəzəlliyati–
qədim»–deyə dörd hissəyə bolünür. Qəzəliyyatdan sonra Sədinin 
monqol hökmdarı Abağa xanın vəziri olan məşhur Şəmsəddin sahibi–
divanın adı ilə baqlı olaraq yazdığı «Sahibiyyə» (və ya «Sahib 
namə») adlı  şerləri, sonra şairin «Məsnəvilər»i, «Qitələr»i, 
«Rübailər»i və «Müfrədlər»i toplanmışdır. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə