Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə10/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   6   7   8   9   10   11   12   13   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



33

Musəvilikdən yüksəkdir, Xristianlıqdan yüksəkdir, Müsəlmanlıqdan yüksəkdir, 

Marksçılıqdan yüksəkdir, Asifçilikdən yüksəkdir... 

*** 

Zərdüştçülər arasında Zərdüştçülükdən üstün insanlar var; Hindusçular arasında 

Hindusçuluqdan üstün insanlar var; Buddaçılar arasında Buddaçılıqdan üstün 

insanlar var; Musəvilər arasında Musəvilikdən üstün insanlar var; Xristianlar 

arasında Xristianlıqdan üstün insanlar var; Müsəlmanlar arasında Müsəl-

manlıqdan üstün insanlar var; Laoçular arasında laoçuluqdan üstün insanlar var; 

Lamaçılar arasında Lamaçılıqdan üstün insanlar var; Marksçılar arasında 

Kommunistlikdən üstün insanlar var; Asifçilər arasında Asifçilikdən üstün 

insanlar var...  

“Zərdüştçülük” — ... bir toplumun adı anlamında. 

*** 


İstənilən toplumda “özüm-özgə” bölgüsü var, “tərəf” var və o, nisbi meyara 

əsaslanır; Həqiqətsə — tərəfsizdir; belə ki, onda özgə yoxdur, onda hamı — 

özümdür. 

*** 


Mütləq (Ən Uca) Həqiqətin gözündə “yaxşı-pis” var, “Xeyir-Şər” var — həm 

“özüm”də, həm “özgə”də. 

*** 

 İki Mütləq Həqiqətçi bir-birinin yanlısı deyil, tərəfdarı deyil — özüdür, çünki 



onlar üçün özgə yoxdur. 

*** 


Yüksəklikdə qalmaq istəyən — toplumlaşmır, Tanrılığını — Təkliyini saxlayır. 

*** 


İnsan Bayrağı bütün Yer üzü üçün — birdir, bircədir və onun adı İnsanilikdir. 

*** 


İnsanilik Bayrağı parçaya, qumaşa, ağaca, daşa... keçməz, həkk olunmaz, 

qazılmaz, yazılmaz... 

*** 

Maddi ifadədəki heç bir bayraq — ümumbəşərin deyil, hər hansı bir 



toplumundur. 

*** 


İnsanilik Bayrağı  əməllərdə, ürəklərdə, ömürlərdə, sevgilərdə, nəğmələrdə 

dalğalanır daim. 

*** 

İnsan (Mütləq Həqiqətçi) hər bir dini, fəlsəfi, ictimai birliyin də, bireyin də 



yalnız Həqiqətsizliyinə (pisliyinə, şərinə) qarşıdır, bütövlüyünə qarşı yox; çünki 

Mütləq Həqiqətçinin Babası ona “gözlü” deyib, “kor” deməyib. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



34

Mütləq Həqiqətin təzahür biçimi müxtəlif ola bilərmi? Onda onun Bircəliyinin 

ifadəsi necə olmalıdır? 

*** 


İnamçılıq — budur onun Birlik ifadəsi — İnam Atanın (Asif Atanın) ortaya 

qoyduğu: 

*** 

İnanmaq ki, İnsan —     Zərdüştçülükdən yüksəkdir, 



   Hindusçuluqdan 

yüksəkdir, 

  

 

 



Buddaçılıqdan yüksəkdir, 

Musəvilikdən yüksəkdir, 

Xristianlıqdan yüksəkdir, 

Müsəlmanlıqdan yüksəkdir, 

Laoçuluqdan yüksəkdir, 

Lamaçılıqdan yüksəkdir, 

Kommunistlikdən yüksəkdir, 

Asifçilikdən yüksəkdir. 

*** 

İnsanilik hər şeydən artıqdır, ucadır, böyükdür, gözəldir! 



 

*** 


Atamız var olsun! 

 

15 Şölə, Qismət günü, 23-il.  



Atakənd. (15. VII. 2001. Bakı). 

 

 

 

MÜTLƏQ  ÖNDƏR 

(İçsəs) 

 

İnam Ocağının Evladlarına: Biz fərəhli yaşamalıyıq, fərəhlə yaşamalıyıq; 

yaşamın fərəhini həyatçılara güzəşt etməməliyik. 

*** 


“Azadlıq — dərk olunmuş zərurətdir”sə, deməli, Mütləq var. 

*** 


“Qanan qanmayana borcludur” silsiləsindən:  Şillə vuranın  ərdəmliyi birdirsə, 

şilləyə dözəninki beşdir (şillədən sarsılanınkı — heçdir). 

*** 

Kaş  işdə indikindən bir qədər az uğurlu olaydıq, ancaq Ocağımızda milçək 



olmayaydı! 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



35

Bəzən Bilim Bilimçi üçün o qədər amaclaşır (məqsədə çevrilir) ki, İnsanla 

Bilimçinin arasına girir, Bilimçini İnsandan (Yaşamdan) ayırır. 

*** 


Toplumdan ayrılmadan xalis Gözəllik yaratmaq olmaz; Topluma qovuşmadan 

xalis İnsanlıq yaratmaq olmaz. 

*** 

Elmi sübutçuluq, fəlsəfi  şərhçilik — Ata İşindən, Peyğəmbər  İşindən, qat-qat 



aşağı işlərdir. 

*** 


Ulutay Atalının tərtibindəki Ata Söyləmləri Atanın “İnsanilik” tipli 

kitablarından qat-qat daha gur işıqlı, daha uzaqlara gedən, daha qurucu Ata 

Haraylarıdır. 

*** 


Ocaq içində qələbə — rəqibçiliyi rədd etməklə qazanıla bilər — yəni Qalibin 

öz üzərində qazanıla bilər. 

*** 

Evladlığı nöqsana bərabər saymaq — İnam Ocaqçılığı deyil. İnam Ocaqçısı 



olmayanın təhər-töhrü İnam Ocaqçısını çox da rahatsız etmir. 

*** 


Nöqsanlardan arınan — Ocaqda qalır; Evladlıqdan arınan — Ocaqdan gedir. 

*** 


Ocaqdan gedənə “pis” damğası vurulmur, “dönük” damğası vurulur — o da 

yalnız Ocaq Mövqeyindən. 

*** 

Ocaq Evladlarının Asif Ataya bağlılığı (Atanın sağlığındakı) —mütləq bağlılıq 



deyildi, çünki o bağlılığın səbəbi yalnız Atadaydı. 

*** 


O Evladlar öz aralarından birinə bağlanarlarsa, bu, mütləq bağlılıq olar — həm 

Ocağa, həm Ataya — çünki Öz Aralarından Birinin şəxsiyyəti göz 

qamaşdırmaqla ağıl çaşdırmaz. 

*** 


Bu bağlılıq baş verərsə, Amal ortaqlığından qaynaqlanar — mütləq bağlılığın 

özülü budur. 

*** 

Nöqsanlardan arınmamış, Evladlıqdan arınmış olduğu halda Ocaqda qalan 



varsa, Ocağın Öndəri yoxdur. 

*** 


Öndərsiz Ocaq isə — dirijorsuz orkestrə bənzər. 

*** 


Amal — mütləq öndərdir: Mütləq Öndər — Amaldır. 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə