Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə14/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   10   11   12   13   14   15   16   17   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



45

 

*** 



Mehi anlamaq, başqasını anlamaq, doğmalığı anlamaq, sevgini anlamaq, ailəni 

anlamaq, yurdu-ulusu anlamaq, Göyü anlamaq, dağı-çayı-torpağı anlamaq 

məqamıdır. 

 

*** 



Atamız var olsun! 

 

27 Qürub, 24-il.  Atakənd.  

(27.VIII.2002. Bakı). 

 

 

ÜLVİ  YAXINLIQ 

(İçsəs) 

 

— Tam umacaqsız bir fərəh yaşamaq istəyirəm. 

— Bu, Tanrılara xas işdir; sən bacarmazsan. 

*** 


Mən, özüm — bir evəm sanki — fərəhlərin yaşadığı, kədərlərin yaşadığı... 

*** 


Onlar məndən soruşmadan gəlirlər, gedirlər. Onların məndən xəbəri yox; mən 

onları görürəm. Və onlara baxıb varlığın-yoxluğun nəliyini öyrənmək, bilmək 

istəyirəm. 

*** 


Ev kədərlə dolanda da mən fərəhi görürəm; kədər ayrıca bir sakini deyil evin; 

“fərəh niyə gəlmədi?!” ağrısıdır. 

*** 

Ən ünlü, ən ciddi bilim kişiləri də, ilahiyyatçılar da Allahı fərəhlə bağlayırlar, 



“O, daim məmnunluq içindədir” deyirlər. 

*** 


Mənim də belə hallarım çox olur — məmnunluqla dolu hallarım; dolub-daşan 

hallarım da olur. Onda mən, görünür, Allaha yaxın oluram, Allah qövmündən 

oluram. 

*** 


Allahın da işi nədir? İnsana inam, sevgi, sayğı, qayğı. 

*** 


Belə zamanımda insan axtarıram — ona işıq kimi görünəm; ona inamımı 

sunam, sevgimi – sayğımı – qayğımı sunam; tapdığıma sunuram da; özünü 

tapmayanda onun xəyali ünvanına yollayıram inamımı, sevgimi, sayğımı, 

qayğımı – yazılarımla. 




_________________Milli Kitabxana

________________ 

 

 



46

*** 


...Dünyaya, Həyata bu hal yiyəlik elərsə, Dünya, Həyat gerçəkdən uçmak olar 

— cənnət olar — darıxdırıcı yox, ən ilginc (maraqlı), ülvi cənnət. 

*** 

Salam, Günüm-Günəşim, salam olsun hüsnünə! 



Hansı savab işimçün nur səpirsən üstümə?! 

*** 


Atamız var olsun! 

 

15 Ata 24-il. Atakənd. 



(15.IX.2002. Bakı). 

AYRILIRAM,  AYRILMIRAM 

(İçsəs) 

 

Mən Safruh İnam-Atalı, lap elə Elman Ağaoğlu olmaqla da: 



— Anlamdan ayrılmıram. 

— Anlamın sinonimi olan Allahdan ayrılmıram. 

— İnsandan, İnsanilikdən, Bəşərdən, Ümumbəşərilikdən ayrılmıram. 

— Mütləqə  İnam Peyğəmbəri və Filosofu, Türkün Müqəddəslik Ocağının 

(Ruhaniyyat Ocağı) Yaradıcısı İnam Atadan (Asif Atadan) ayrılmıram. 

— Millətdən, Millətçilikdən, Türk Ulus’undan ayrılmıram, 

— İndiyəqədərki Yaşam Tərzimdən ayrılmıram,  

— Sevdiklərimdən, Sevgililərimdən, Balalarımdan ayrılmıram, 

— Ormanda hamar gövdəsinə  əlimi, üzümü sürtdüyüm o Ağacdan... 

ayrılmıram, ayrılmıram, ayrılmıram! 

*** 

Ancaq mən Safruh İnam-Atalı, lap elə Elman Ağaoğlu olmaqla da, Yalandan 



ayrılıram: 

— Çağdaşlıq, Gəlişmə yalanından, 

— Mədəniyyət, Sivilizasiya yalanından, 

— İstedadlar, İstedadlılar yalanından, 

— Öz Ulus’uyla öyünmək yalanından, 

— Kaşanələr, Möhtəşəmliklər yalanından, 

— Kastalar yalanından, 

— Azadlıq yalanından, yalan Azadlıqdan, 

— Həya yalanından, yalan Həyadan, 

— Dünyanın Sonu yalanından, 

— Kef çəkmək yalanından, 

—Gözəl canlar yalanından, 

— Ocaq yalanından... ayrılıram, ayrılıram, ayrılıram! 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



47

Həyat gözəldir! Onun Günəşini, Gecəsini, Gündüzünü, Dağ-Daşını, Göyünü, 

Çayını, Uşaqlarını, uşaq duruluğundakı Böyüklərini, Quzularını, Çəpişlərini, 

Atlarını, Quşlarını, Buludunu, Tufanını, Yağışını... sevirəm, sevirəm, sevirəm! 

*** 

Atamız var olsun! 

 

6 Xəzan (VIII ay), 24-il. 



Atakənd. (6.X.2002. Bakı). 

 

 

İZAH — YOXDUR! 



(İçsəs) 

 

Öyrətmənim! Öyrət məni — öyrənim!.. 

*** 

Utanıb endirilmiş baxışların altında sonsuz, ölməz, kutsal bir dünya var... 



*** 

Allah — fəal, Tanrı — geniş, İlahi — zərifdir. 

*** 

Allah — müqavimət də göstərir, cəzalandırır da, böyüdür də, kiçildir də; Tanrı 



— yalnız öz ucalığı və genişliyi ilə ucalığa və genişliyə çağırır; İlahi — yalnız 

yanır və fərəhlənir. Ən kutsalı — İlahidir. 

*** 

Allah — hökmdara oxşayır — ədalətli, ədalətsiz; Tanrı — Ataya oxşayır; İlahi 



— Anaya oxşayır. 

*** 


Ol, Safruh, insanlar üçün cənnət — onlar nə qədər atılıb-düşsələr də, cənnətdən 

vaz keçməyəcəklər. 

*** 

İnsana inanmaq — azdır, 



İnsanı sevmək — azdır! — İnsana heyran olmaq, heyrət etmək — düzdür. 

*** 


İnsana sayğı — azdır, 

İnsana qayğı — azdır, dayazdır! — İnsana vurulmaq, İnsana hörülmək, İnsana 

sarılmaq — düzdür. 

*** 


Dünya da belədir — İnsan kimidir, 

Həyat da belədir — İnsan kimidir. 

*** 

Dünya, Həyat — İnsanın cövhərləridir. 



*** 


_________________Milli Kitabxana

________________ 

 

 



48

Dünya, Həyat, İnsan — Allahın cövhərləridir. 

*** 

İnsan da belədir — Allah kimi. 



*** 

Allaha ən yaxın varlıq — İnsandır. 

*** 

İnsana ən yaxın, ən doğma anlam — Allahdır. 



 

*** 


Ona görə də: Allah İnsanda yanılmır, İnsan Allahda yanılmır. 

*** 


Dünyanın, Həyatın, İnsanın bilimsəl, elmi izahı — boş şeydir — yuxugətirici, 

dadqaçırıcı. 

*** 

İzah “necə”nin açımıdır, “niyə”nin yox. 



Niyəninsə açımı — yoxdur! 

 

*** 



Atamız var olsun! 

 

6 Xəzan ayı, 24-il. 



Atakənd. (6.X.2002. Bakı) 

 

 



EY  AĞASI  GÜLÜM  SOY! 

(Haray) 

 

Bir kitabı oxudum, onun əyri və çirkli əllərini insanların yaxasından açmaq 

istədim: Fərman  İsmayılov "Klassik Psixoanalizin Əsasları". Azərb. Milli 

Ensiklopediyası NPB, Bakı-2003. Bu kitabın 80–90 yüzdəsi haqqında 

yazılanın, yalnız 10-20 yüzdəsi – yazanındır. 

*** 


Onun Girişindən (Klassiklər Girişə "Müqəddimə" deyirlər): "...qabaqcıl 

ölkələrdə  xəstəxana çarpayılarının  əlli faizdən çoxu ruhi xəstələrin payına 

düşür" (s.5.). Nə yaxşı Azərbaycan "qabaqcıl ölkə" deyil! Yoxsa o meyar bizi 

də vurardı!.. 

*** 

"...müasir insanın, yəni Qərb adamının..." (s.6.). Deməli, biz "müasir insan" 



meyarına uyğun deyilik, çünki "Qərb adamı" deyil, Şərq adamıyıq və  yəqin 

buna görə də ruhumuz sağlamdır. 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə