Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə16/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   12   13   14   15   16   17   18   19   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



52

 

 



*** 

Din–ilğım (illüziya) sayılır, onu aradan çıxarmaq məqsədi qarşıya qoyulur, 

bunun ardınca deyilir: "...bəşəriyyət elmi özünün dini, həyat tərzi və 

fəaliyyətinin paradiqmasına çevirir" (s. 197). 

*** 

Mənə görə isə  məhz bu kimi düşüncələr – ilğımdır (ilğım da deyil, məkr 



yaradıcılığıdır). Din (İnam) – ruhaniyyatdır; "Ruhaniyyat" – "Olandan artıq" 

deməkdir ki, insan bunsuz yaşaya bilməz (heyvan yaşayar və yaşayır). 

*** 

Elm – Olan'ı öyrənir; Olan'sa yalnız özünə təndir, özündən üstün, artıq, böyük 



deyil. Ruhaniyyat, İnam – Elmdən yüksəkdir,  İnsana yaxındır,  İnsanı 

anlayandır. 

*** 

İnam Elmin Əfəndisi olarsa, Elm öz Əfəndisinə  sıx bağlı olarsa, sədaqətlə 



xidmət elərsə – insan sağlam və xoşbəxt olar. 

*** 


Dinin Elmdən qorxması üçün heç bir səbəb yoxdur, olmamalıdır. Din özü 

tutalqa verməsə, heç bir azman Elm heç bir cılız Dini belə yıxa bilməz. 

*** 

Elmə onu yıxmaq üçün tutalqa verməyən Din Elmin Əfəndisi (Böyüyü) və 



Dostudur. 

*** 


Elmə onu yıxmaq üçün tutalqa verməyən "din" elə İnamdır. Əbəs deyil ki, İnam 

Ata (Asif Ata) "Elm bizim dostumuzdur" deyirdi. 

*** 

Dinin Elmə tutalqa verməsi – onun elmilik oyunu oynamasıdır – "Palçıqdan 



yaratdım"; "bir damla qan laxtasından yaratdım"; "ölünü diriltdim"; "çayı 

geriyə axıtdım"; "beşikdən məzaracan elm oxuyun"; "alimin mürəkkəbi şəhidin 

qanından qiymətlidir"; "bir saat elm oxumaq illərcə ibadətdən üstündür" və  

b.k. 


*** 

İnamın gündəmində insanın gününü ağartmaq qayğısı olur, Bilim'in (Elmin) 

gündəmində belə bir qayğı ola bilməz. Yalnız İnam onu bu qayğıya qoşa bilər. 

*** 


"...Dünyanı olduğu kimi görmək" sözünü çox çeynəyir goreşən. Mən Dünyanı 

olduğu kimi görürəm – səndən artıq, dərin, incə; ancaq o, mənə yetmir, azlıq 

edir. 

*** 


Əgər sən "dünya – necə varsa" elə  qəbul eləyib onu yenə sevirsənsə, onun 

insanının xoşbəxtliyini istəyirsənsə – bu, dünyanın "necə var"lığından irəli 




_________________Milli Kitabxana

________________ 

 

 



53

gəlmir, sənin üçün onun məhz azlığından, yetərsizliyindən irəli gəlir. Çünki 

dünyanın özvarlığında kimlərinsə ağgünlü – qaragünlü olması qayğısı yoxdur, 

sağlamlığı – xəstəliyi qayğısı da eləcə. 

*** 

Bəli, bütün mədəni, ruhani, idraki, hüquqi qayda və qanunların qaynağı 



insandır – o varlıqdır ki, onu Elm öyrənə bilməz, ona Elm yalnız xidmət edə 

bilər. 


*** 

Yaranan – ehtiyacdan yaranır, ehtiyaca qarşı yaranır, ehtiyac yaratmağa 

yaranmır. "Sonrakı fəsadlar" – ayrı şeydir. 

*** 


Freyd Dinə gah alqış  yağdırır: "Din olmasaydı, sürü cəmiyyətə, vəhşi adam 

insana çevrilməzdi; adamda "başqası" anlayışını Din yaratdı; gah da qarğış 

yağdırır: Din – cinsi istəklərə yasaqlar qoymaqla nevroz yaratdı. 

*** 


Bu oyun davam etdirilir: "...din olmasaydı, müqəddəslik,  əxlaq, mənəviyyat, 

mədəniyyət, ailə  və sivilizasiya, deməli, insan da olmazdı" (s. 222). Sənsə 

bunların ləğvinə girişmisən, deməli, insanın ləğvinə girişmisən.  İnsandan 

sonrakı olası şey isə – mənimki deyil, mənə gərək deyil. 

*** 

"Elmin dini əski dinin yerini tutmalıdır" iddiasındaydı Freyd. Elm isə Dinin 



(İnamın) yerini yalnız Elmsizlik olmaqla tuta bilər. Çünki hamının (çoxluğun) 

yiyələndiyi şey – artıq Elm deyil. Elm haradasa müqayisə anlayışıdır. Elmsizlik 

şəklindəki "Elm" isə – heyvanlarınkıdır. 

*** 


Din (İnam) isə – yayıldıqca, çoxluğa daha çox aid olduqca özünə çatır. Bunu 

özünüz də sezirsiniz: "...elmi həqiqət  şəxssiz həqiqətdir, dünyagörüşündə 

(İnamda, Dində) isə yalnız şəxsin şəxsə münasibətindən danışılır" (s. 275). 

*** 


Dinin yalnız "idrak, inikas, yaranış nəzəriyyəsi"ni tapşırmaq olar (və gərəkdir) 

Elmə. 


*** 

Freydin "yeni dünyası  və yeni insanı bir həqiqət tanıyır: təbiətin həqiqəti" (s. 

225). Təbiətə həqiqət nə  gərək?! Bircə  Həqiqət var və o, təbiətüstüdür; təbiət 

səviyyəsindəki hala "həqiqət" demək olmaz. 

*** 

Dinin içində Psixoanaliz – balaca bir pişik, Freyd isə Kaşpirovski rolunda ola 



bilər yalnız. 

*** 


"İnsanlar sürü halındaykən necə istəyiblərsə, elə  də yaşayıblar" deyilir kitab 

boyunca. Mənə görə isə heç bir canlı heç vaxt "istədiyi kimi" yaşaya bilməyib – 




_________________Milli Kitabxana

________________ 

 

 



54

bilməyəcək. "Sürü halındakı insan" isə necə yaşamaq istədiyini heç bilmirdi də

o, sadəcə yaşayırdı – necə gəldi, necə mümkün oldu. 

*** 


"İnsan təbiət qanunları ilə idarə olunsaydı, onun xoşbəxtliyi tamamilə  təmin 

olunardı" (s. 251). Mən bunu ciddi adam sözü saya bilmirəm.  İnsan ayağı 

dəyməyən çöllüklərdə siçanlar təbii yaşayırlar, orada onları udan ilanlar da 

eləcə. Və siçanlar burada ilan'ın olduğunu bilirlər. Onlar xoşbəxt ola bilərlərmi? 

*** 

Nitsşelərin, Freydlərin bir çox (məncə başlıca) "kəşfləri" çoxqatlı binanın 



özülünə yüksəlmək cəhdinə bənzəyir. 

*** 


Nitsşe kimi bu da Vicdan'ı və suçluluq duyğusunu qorxu ilə bağlayır, Yasağ'ın 

(tabu'nun) sonucu sayır (s. 242). Belə  şeyləri isə hamı üçün ümumiləşdirmək 

olmaz axı! Yaşa baxır, cinsə baxır, fiziki duruma, sosial ortama baxır... 

*** 


Yasağ'ın (tabu'nun) sıxışdırma mərhələsi, xəstəlik (nevroz) törədən çağları hələ 

Vicdan deyil. Onun Vicdan çağı xəstəlik yox, sağlamlıq yaradır. Çiy ət, yaxşı 

bişirilməmiş  ət – onu yeyənə qarın ağrısı verə bilər. Bu, ümumiyyətlə  ətin 

qarınağrıdıcı bir yem olduğunu göstərmir. 

*** 

"Fərdin qüvvəsi mahiyyətcə – bəşəri, cəmiyyətinki – antibəşəridir" 



söyləyirsiniz (s. 251). Halbuki "fərd" – təbii vahiddir – bəşərilikdən öncədir; 

bəşərin başlanğıc sayı ("1"-i) isə – "Mən və Sən"dir. Yəni bəşər 1-dən yox, 2-

dən başlanır. 

*** 


"Freyd... insanın da, cəmiyyətin də elmi prinsiplər  əsasında qurulub idarə 

olunmasını tələb edirdi" (s. 296). Deməli, elmi surətdə öpüşəcəyik, elmi surətdə 

gülüb-ağlayacağıq, elmi mahnılar oxuyacağıq (ya da heç mahnı 

oxumayacağıq?)... 

*** 

...Freydin təsvirindəki ağıllı  gələcək – sarsaqqulu cənnətə oxşayır: ağıllı 



(rasional) həzzalmalar cənnəti. Düzü,  lap əttökəndir!.. 

*** 


"Freyd bişüur haqqındakı baxışlarını son instansiyada həqiqət hesab etmirdi" (s. 

90). Ox isə artıq yaydan çıxmış, "ibtidai orda'nın" bugünkü yaşadıcısı 

saydığınız kütlənin əlinə keçmişdir. 

 

*** 



Alçaqlar! Sizin biliyiniz yox, mövqeləriniz qarınağrıdıcıdır.  İnsanlar sizin 

mövqelərinizi bilik, biliklərinizi mövqe sanıblar. Çünki siz özünüz daim biliklə 

mövqe arasında vurnuxubsunuz! 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə