Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə3/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   2   3   4   5   6   7   8   9   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



10

Qanun — insanların mənafelərinə yönələn insan iradəsidir. Bu iradənin biri o 

birindən üstün ola bilər; bir nəfərinki beş  nəfərinkindən, cavanınkı yaşlı 

adamınkından üstün ola bilər; sonradan söylənən öncəkindən üstün (və əksinə) 

ola bilər... Belə ayrıclı  məqamlarda yaxşı-yamanı  şəxsin  İnam,  İdrak, 

Mənəviyyat səviyyəsi ayırd eləyir. 

*** 

...Yazan az olmalı, oxuyan çox; yazma az olmalı, oxuma çox... Yaradanı 



yaratmaq zərurəti bunu tələb edir. 

*** 


Asif Atanın “Azərbaycanımız — Azərbaycanlığımız” adlanan Yeddi İçsəsi 

yaradanı yaratmaq yaradıcılığının ən böyük örnəyidir. 

*** 

...Asif Ata — yaratdığını yaratdı. Ondan İnam Atanı biz yaradacağıq! 



*** 

Atamız var olsun! 

 

1—5 İşıq (III ay), 20-il. 



(May 1998). 

 

 

İNANMAQ  XOŞBƏXTLİYİ 

(İçsəs) 

 

İnam — qarşılıqlı olmalıdır: Allah mənə inanmır, mən Allaha inanmıram. 



*** 

Kiçilt — hökm sür — din kimi. 

*** 

Yasaqlar — dinin xeyrinədir, İnamın — zərərinə. 



*** 

Allaha inanana Allahın ölümü yoxdur. Özünə inanana ölüm yoxdur. 

*** 

Bu baxımdan, Allaha ölüm var ki, Məhəmmədə ölüm yoxdur. 



*** 

Məhəmməd özünə inanırdı, onun “allahı” da həmin bu Özünəinam idi, onun 

Peyğəmbərcəsinə sevdiyi bu idi. 

*** 


Ən möhkəm dizli, uzun nəfəsli Yolçu da yorulub dayanır, Yol isə davam eləyir. 

Ona görə də Yolbaşı barədə bunu deməyi Ona qarşı küfr saymamalı! 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



11

Məhəmmədin sevdiyi Allahla camaata təqdim etdiyi Allah başqa-başqa 

məzmunlardır. 

*** 


Məhəmməd camaata özünün sevdiyi Allahı  təqdim edə bilmədi, camaatın 

“anlayacağı”— qorxacağı Allahı təqdim etdi. 

*** 

Peyğəmbər Allahı sevir, hökmdar camaatı qorxu altında saxlayır. 



*** 

Səni yanılqıdan dodağını dişləyib qanatmağa qədər, yanılma yanğısından 

rəngini qar kimi ağardana qədər; Həqiqəti burda deyil, başqa yerdə axtarmalı 

olduğunu sənə anladana qədər aparmayan inama inam demə. 

*** 

Fars — həm də öz doğma dahisi olan Mani Peyğəmbərin Səhlidir.  



*** 

İslam İran

ı

ının Dövlət gerbi pələng heyvanının alnına oxşayır... 



*** 

Tövratda Solomonun “Nəğmələr”i: Gözəl, dadlı, istedadlı hərcayilik içsəsi 

*** 

Ocaqda Yadulla-Sadiqin qiyamı Tövratda İovun qiyamına bənzəyir. 



*** 

Tövratda  İovun kitabının sonunda İovun  İlahiylə barışdırılması — sosializm 

realizmi üslubunda yazılmış əsərlərin duzsuz sonluğuna bənzəyir. 

*** 


Krşna  əli ilə heç bir iş görmədiyi halda, bəzən onun dörd əli olurmuş. Dörd 

ayağı da olaydı kaş!.. 

*** 

Yaxşı ki, Türk Ulusu belə duzsuzluq yaratmayıb, insanı çaşdırmaq elmi icad 



etməyib. 

*** 


...Atamdan uca Ata yoxmuş. Mən ən uca Oğul olmalıyam! 

*** 


Atamız var olsun! 

 

Xəzan ayı, 20-il. 



İNAMA  DOĞRU 

(İçsəs) 

 


_________________Milli Kitabxana

________________ 

 

 



12

Qəlbimmi beynimi qidalandırır, beynimmi qəlbimi? 

*** 

Yaranışı Allahla bağlamaq — idrak işindən boyun qaçırmaqdır. 



*** 

İlin ilan çağı — qışın oğlan çağı. 

*** 

Hər  şeydə pislik aramaq — pis şeydir; bəs hər  şeydə yaxşılıq aramaq? 



Güzəştçiliklə bağlıdır ən çox. Təmiz iş deyil. 

*** 


Nə deyirəmsə — odur, çünki nədirsə — onu deyirəm. 

*** 


Maddi varlıqda Torpaq nədirsə, Söz aləmində də Anlam odur. 

*** 


İndi  İslam bir dəlinin bir quyuya atdığı daşa bənzəyir. Özəllikcə “idrak” 

aləmində... 

*** 

Allah — daim Olmalının sinonimi olub, olacaqdır. Bu funksiyada (Olmalı 



funksiyasında) — O gərəklidir. Allaha başqa varlıq biçimi, başqa cür gərəklik 

aramaq, yumşaq desək, ikiüzlülükdür. 

*** 

Ağıl — aracdır, Duyğu — amac. Duyğu ağıllanan kimi ağıl gərəkmir. 



*** 

Bilim duyğulu ağıl istəyir, Bənzətim — ağıllı duyğu. (Bilim — elm, Bənzətim 

— sənət). 

*** 


Yaradıcı’nın Bilgin’dən fərqi:  Bilgilər Bilgin üçün əlifbanın hərfləri kimi 

olur; o bu hərflərin hər birini öyrənir; onun öyrəndiyi  əlifba olur. Yaradıcı 

(şəxs) isə həmin hərflərdən yeni bir mətn (bilik sahəsi; böyük anlamda — yeni 

bir hərf) yaradır. Başlanğıcda o bu əlifbanı tamam öyrənməyə də bilərdi... 

*** 

Bəşər ilsırasında (tarixində), o sıradan ruhaniyyat — ilahiyyat ilsırasında heç 



kəs həyat nemətlərindən imtinaya çağırmayıb; çağıran  ərdəmliyə — ləyaqətə 

çağırıb. 

Eləcə də Budda. 

*** 


Atamız var olsun

Qar ayı, 18-il. 

HƏQİQƏTƏ  SUSAMAQ 

(İçsəs) 


 


_________________Milli Kitabxana

________________ 

 

 



13

Bireylərin uyqarlığı ulus’unkunu yaradır, ulusunku bəşəriyyətinkini. “Başqa 

bireyin, başqa ulusun” uyqarlığını danmaq bütövlükdə uyqarlığı danmaqdır. 

Belə danma’nın özü uyqarlığın azalmasıdır; bu — saltık (mütləq) azalma və 

azaltmadır. (Birey — fərd, Uyqarlıq — mədəniyyət). 

*** 


Ürəyimdən keçir ki, bəzi cinayətlər eləyim — adamlar öldürüm — Uca 

Həqiqətin üzə çıxması üçün. Bu saat mən nəinki adam öldürməyə, hətta yaşıl 

bir zoğu qopartmağa da susamamışam; Həqiqətin bilinməsi gərəkliyinə 

susamışam. Bu isə qan istəyir. 

*** 

Ancaq qan burada, necə deyərlər, “əşyayi-dəlildir”, işin birinci tərəfidir, az 



tərəfidir.  İşin  əsas tərəfi dəlillərin dilə  gətirilməsidir. Dəlillər dil-dil ötməli, 

Həqiqəti (necə olmuşu yox, niyə olmuşu) üzə  çıxartmalı, onu insanlığın yolu 

üstündə çıraq kimi tutmalıdır. Beləliklə cinayət... dönüb fəzilət olar.  

*** 


O adam ki deyir: “Əsanı yerə atdım, ilana çevirdi Allah onu” — aydındır ki, 

özü Allahın varlığına inanmır, özgələri inandırmaq istəyir. O adam ki deyir: 

“Atı mindim, Göyə uçdum, Allahla görüşdüm; O mənə onu dedi, mən Ona 

bunu dedim” — o da eləcə. 

*** 

“Kəlilə  və Dimnə” — gözəl olmayan gerçəklik haqqında, hətta çirkinliyi, 



çirkliliyi qabardılmış gerçəklik haqqında dastanlar xəzinəsidir. Sonuc olaraq

insana, məncə, pis etkilər göstərir.  İnsanı qanadlandırmır, çağırmır, qucmur... 

Bu baxımdan, “1001 gecə” üstündür.  

*** 


Ürəyim insan istəyir!.. 

*** 


Çox insanlar çox məqamlarda düzgün, ağıllı  hərəkət edirlər, ancaq bunu 

bilmirlər. Heyvanların fəhmlərinin  əksərən düzgün olması buna sübutdur. 

Öyrətmən, adamlara bilik verəndə bunu nəzərə almalı, özünü çox 

yormamalıdır.  

*** 

Biliklə birgə fərəh də verməli. Adamların çoxu bilikdən çox fərəhə möhtacdır. 



Fərəh əyləncə deyil, əyləncə fərəh deyil.  

 

 



 

*** 


O sözdə ki Çağırış yoxdur (“Kəlilə  və Dimnə” kimi), ondan adamlar biclik 

öyrənirlər ən çox, düzlük yox — söz yiyəsinin istəyinin əksinə olaraq. 

 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə