Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə7/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   2   3   4   5   6   7   8   9   10   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



23

İşğalçı ərəb işğala uğramış yəhudidən yaxşıydı. Bunu deməliyik — mahiyyətcə 

işğala nifrət edib, işğala uğramışın tərəfində olsaq da. 

*** 


Yəhudilik (sürçəklik) üfunətinə qarşı  dərman,  əlac — yəhudini qırmaq deyil, 

onu yaxşı tanımaq, ona qarşı ayıq olmaq, onun əsaslandığı sifətləri sayğıya 

yararsız saymaq, bunu ona qandırmaq, onu daim yerində oturtmaqdır. 

*** 


Yəhudilik həm də onu ağıllı-başlı bir şey sayıb ona qarşı savaş açmaqdan 

qidalanır — özünün tükənməz sürçəklik palitrasıyla... 

*** 

İsa yəhudiləri insani dəyərlərdə ciddiliyə çağırdı. Yəhudi qursağı bunu 



götürmədi — İsanı öz toplumundan çıxartdı. 

*** 


İsa da yəhudilikdən tamam arına bilmədi, buna görə  də Onun Vəcdi 

Məhəmmədinkindən gücsüz oldu, sönük oldu — ağılca, mədəniyyətcə 

Onunkundan üstün olsa da. 

*** 


İsa “Çayı necə keçməli?” deyə ağıl eləyincə, Məhəmməd vurub çayı keçdi. 

 

*** 



Təsadüfi deyil ki, Asif Ata “Yerdəkilərin Göy həsrəti”ni “İndiyə  qədərki 

Hürmüzdlərin  ən yaxşısı” saydığı  İsanı deyil, Məhəmmədi təsvir edən 

ədəbiyyat üstə yazdı. 

 

*** 



Atamız var olsun! 

 

13 Xəzan 22-il. 



 

 

 

GÖRƏN 

(İçsəs) 

 

Dünya, Həyat,  İnsan mənim üçün qaranlıqdır. Nə getmişəmsə, divardan tuta-



tuta getmişəm; nə demişəmsə, fəhmlə, yayqarasına demişəm. Ona görə  də 

“Safruh sistemi” — yoxdur. 

*** 

Dünya, Həyat,  İnsan Asif Ata üçün işıqlıdır, aydındır. O, getdiyi yolu görüb 



gedib, öz ayağıyla gedib; nə deyibsə, bilib deyib. Ona görə  də “Asif Ata 

sistemi” — var. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



24

Asif Ata, daha doğrusu,  İnam Ata kimdir? — Ümumdünya, Ümumbəşər 

fəlsəfəsinin sonu, inkarı və başlanğıcı. 

*** 


Asif Ata ilə söz güləşdirən, sən Kim ola bilməzsən, sən heç kimsən. Bu (yalnız) 

mövqeyim deyil mənim; bu, Asif Ata anlamından çıxan sonucdur. 

*** 

Asif Ata — türk ulusunun düşünən başı; onun İnam Ocağı — türk ulusunun 



sevən ürəyi; Safruh — türk ulusunun gülən gözü. 

*** 


Hər mövzuda sözün ən yaxşısını İnam Ata demişsə, Onun haqqında söz deyən 

onu azaldacaq. 

*** 

Keçmişdə peyğəmbərin gəlişi öncədən xəbər verilirdi. Bu mənə “Göydən düşən 



üç alma” nağıl sonluğunu xatırladır. Mənsə Peyğəmbərin Gəlişini Peyğəmbərin 

cismən ölümündən sonra müjdələyirəm — mən almanı özüm becərmək 

istəyirəm. 

*** 


Atatürk deyir: “Doğu uyqarlığından çıxıb, Batı uyqarlığına girməliyik”. Məncə, 

Atatürk  İnam Atanın Doğusunu atmazdı, daha doğrusu,  İnam Atanın Doğusu 

Atatürkün ürəyincə olardı. Habelə, Atatürkün atdığını  İnam Ata da atardı. 

Götürmək sorununda isə fərq olardı... Bu da Atalarımızın yaşadıqları çağlarla 

bağlıdır.  

*** 


Azərbaycanda İnam Ata (Asif Ata) üzərində islam yasağı var güzəştsiz. Bu — 

türk özümlüyü və insan idrakı üzərindəki yasaqdır. 

*** 

İnam Atanın kutsal əsərlərindəki “təkrarlamalar” (əslində  təkrirlər) Onun 



oxucusu üçün “namaz” virdləridir; Zaman, Şərait, Mühit, Gerçəklik; Cəmiyyət 

— ağalıq, nökərlik, bəndəlik, təbəqəçilik; Hamılaşma, özgələşmə, dinçilik; 

Maddiyyatçılıq, Cismaniyyatçılıq, Hakimiyyətçilik...  şeytanlarına atılan 

daşlardır. 

*** 

İnamçılıqda (Asifçilikdə) Mütləq — yalnız insana aid anlayışdır. Dünya, Həyat 



Mütləqə yüksəlirsə, yalnız insanın vasitəsiylə yüksəlir. 

*** 


İnam Atadan sitat gətirmək istədim, bunun ona ortaq qoşmaq anlamına 

gəldiyini görüb əl saxladım: Hər yetəndən sitat gətirilmirmi? Atada sitat 

götürülməməli sözmü var? 

*** 


İnam Atanı dinləmiş olan kəs atasız, inamsız sözə vurulmaz. 

*** 


Asif Ata İnamçılığında “dünyasını dəyişmək” satqınlığı yoxdur. 


_________________Milli Kitabxana

________________ 

 

 



25

*** 


Asif Atanın doğulduğu tarix: 1.1.1. 

*** 


Birinci Müqəddəs Kitab — “Mütləqə İnam” Beşliyi — Asif Ata İnamının canı 

— Tövratı, İncili, Quranıdır. Sonrakıların hamısı — Birinci Kitabın şüalarıdır. 

*** 

Asif Ata Birdir, Bircədir, həmişəlikdir,  İnam Ata Anlamıdır — Evladları, 



Yükümlüləri özündə birləşdirən, mənalandıran, ölməzləşdirən — əbədi 

ruhanilik, insanilik üfüqü. 

*** 

İnam Atanın hər hansı  bəzək taxılmış, boyaq yaxılmış üzü, gözü 



xoşlamadığına, boyasızı boyalıdan üstün tutduğuna şübhəm yoxdur. 

*** 


Atamız var olsun! 

 

17 Xəzan 17-il — 29 Şölə 21-il. 



 

 

“BİLİN  Kİ, OLUN Kİ...” 

(Haray) 

 

Bir çəllək balıma bir çimdik kir qatdılar... 

*** 

İslamın (Məhəmmədçiliyin) birinci sözü — Allahdır: Allah — Birdir, Ondan 



başqa yaradıcı yoxdur, tapınaq yoxdur. Bu — İdrak yönlü sözdür, bunun 

qabağında: “Bilin ki” sözünü yazmaq olar. 

*** 

İnamın (Asifçiliyin) birinci sözü — İnsandır:  İnsanlaşın — İnsanlaşdırın. 



Bunun qabağında: “Olun ki” sözünü yazmaq olar. Olun ki — Oldurasınız. 

*** 


Bu söz “İnam,  İdrak, Mənəviyyat,  İradə” sırasında Mənəviyyatı birinci yerə 

çıxarır. Bütövlükdə  İnamçılıq məntiqi də bunu deyir. 

*** 

Həya, İsmət — Asif Atanın insana verdiyi tərifin — təyinin təsdiqidir. 



*** 

Adam Mənəviyyatlı olanda İnsan olur; onun inamı, idrakı az da ola bilər, çox 

da. 

*** 


Məhəmməd büt — Allah çoxluğunda Allahsızlıq gördü, onu Bir elədi ki, Var 

olsun (Allah). 

*** 

Asif Ata adam çoxluğunda  İnsan yoxluğu gördü, ona Ol (İnsan ol) dedi ki, 



Olsun (İnsan). 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə