Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə9/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   5   6   7   8   9   10   11   12   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



30

Qızılgülü qoxladıqda — Allaha inanıram; çiçəkləmiş iydə  ağacının yanından 

ötəndə — Allaha inanıram; körpə balaların oyunlarına baxanda — Allaha 

inanıram; Saz ürəyimi çalanda — Allaha inanıram; Muğamat məni qanadına 

alanda — Allaha inanıram... 

*** 


İnam Atanı (Asif Atanı) gözümün önünə gətirəndə Allaha inanıram. 

*** 


Mən  İnam Atanın (Asif Atanın) yalnız Özüylə dolub-daşan, bomboş Evinə 

girəndə — özümü Allahın Evində hiss edirdim. 

*** 

Çünki Atanın Sözündən qızılgül  ətri gəlirdi; çünki Atanın Gözündə iydə 



çiçəkləyirdi; çünki Atanın Dağ vüqarlı, çay axarlı Yerişində körpə balaların 

oyunları da vardı; çünki Atanın Gülüşü — Sazın “Ruhani”siydi; çünki Atanın 

söhbəti — Muğamatın “Rast”ıydı!.. 

*** 


Mən öz Böyüyümü — Böyüklüyümü öyəcəm — Yerdən Göyəcən — Onun 

varlığından tük qədər qırağa çıxmadan; çünki qırağa çıxsam, nisbilik yaranar; O 

isə — Mütləqdir, mən isə — Onun Mütləqçisiyəm. 

*** 


Atamız var olsun! 

 

27 İnam günü, İşıq ayı,  23-il. Atakənd.  



(27.V. 2001. Bakı). 

 

 

 

 

 

TƏNQİDÇİLƏR 

(İçsəs) 

  

Vissarion Qriqor oğlu Belinski — Ədəbiyyat tənqidçisidir; onu filosof-tənqidçi 

Asif Qasım oğlu Əfəndiyevlə (Asif Atayla) yanaşı qoymaq olmaz. 

*** 


Tənqidçi Belinski — Ədəbiyyatın xidmətçisidir; Ədəbiyyat — filosof-tənqidçi 

Əfəndiyevin xidmətçisidir. 

*** 

Belinskidən  Ədəbiyyatı alsan, — ondan nə qalacaq?! Əfəndiyev isə — 



Ədəbiyyatsız da filosofdur — elə həmincə “ədəbi tənqid”ində! 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



31

Aleksandr Sergey oğlu Puşkinin “Daş Qonaq” əsərinə baxışında isə Belinski 

lap özünü itirir — Bədii istedadın parıltısı don-Xuan eybəcərliyinə qarşı onu 

kor eləyir; yelbeyin bir qıza çevirir; futbolsevər səviyyəsinə salır... 

*** 

Qafqaza,  Ərzuruma, Türkə, Tatara, “Şərqə”, eləcə  də Daş Qonağa baxışında 



Belinskinin filolojiliyi tam çılpaqlığıyla üzə çıxır! 

*** 


Bütün filolojilər kimi, Belinski də  Ədəbiyyatdan ayrılıb Həyata düşdüyü 

andanca — axsayır, idraki qarova çevrilir. 

*** 

Ədəbiyyatdan tuta-tuta gedəndə isə Belinskinin yerişi dahiyanədir! 



*** 

Belinski tənqidinin Həyat üçün olduğu — sezilir  (özü bunun əksini estetik 

meyar saysa da); Əfəndiyev isə hər cür sənətin, eləcə də tənqidin Həyat üçün 

olduğunu var səsiylə car çəkir. 

*** 

Həyatda onların Yerişləri arasındakı böyük fərq də bundan irəli gəlir. 



*** 

Tənqidçilik — Vissarion Qriqor oğlu Belinskinin bütün varı və varlığıdır; Asif 

Qasım oğlu  Əfəndiyev isə öz möhtəşəm tənqidini yalnız “kölgəmizin işığı” 

adlandırırdı. 

*** 

Atamız var olsun! 

 

8 İşıq (III ay) 23-il, Atakənd. 



(8. V. 2001. Bakı). 

 

MÜQƏDDƏS  KİTAB 

(İçsəs) 

  

Müqəddəs Kitab — İnsanı, Milləti, Bəşəri Ruhani Birliyə doğru aparan Yola 



birbaşa çıraq tutan Kitabdır. 

*** 


Müqəddəs Kitab — başqa yazılara, yazarlara aid ola bilməz. 

*** 


Müqəddəs Kitabla İnsan, Millət, Bəşər arasında heç bir başqa ünvan, başqa ad 

olmamalıdır. 

*** 

Misal üçün: Ərəstü-mərəstü, Hegel-megel, Şarden-marden, Siyasət-rəyasət və 



b.k. — Müqəddəs Kitab mövzuları deyil. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



32

Hər Yolun Yeri-Göyü əhatə eləyən bircə Müqəddəs Məzmunu, Bircə 

Müqəddəs Mövzusu olduğundan, hər Yolun Müqəddəs Kitabı da bircə 

olmalıdır. 

*** 

Yolun  Müqəddəs Kitabını  qızıl  əşyaya bənzətsək, onun başqa  ən yaxşı 



Kitablarını — qızıl suyuna çəkilmiş əşyalara bənzədə bilərik. 

*** 


Kitabı Müqəddəs edən — həm də Kitab Yiyəsinin Müqəddəs yaşamıdır. 

*** 


Kitabı Müqəddəs edən — onun Müqəddəs Yaşam inikası olmasıdır; başqa 

sözlə, “Müqəddəs Yaşam” və “Müqəddəs Yazı” adlı iki ünvanın mövcud 

olması deyil, həmin ikinin Bir olmasıdır. 

*** 


Mütləqə İnam Ocağı quruculuğuna dair Öz Yetirmələrinə — Ocaq Evladlarına 

ünvanladığı ruhani Hökm və Sənədlər, habelə “Mütləqə İnam”, “Mütləqləşmək 

— Var olmaq”, “Yol. Ata Sözü”, “Mütləqilik” Kitabları — Asif Atanın  ən 

başlıca Müqəddəsatıdır — Onun Yaratdığı Mütləqə  İnam Yolunun “Qızıl 

Əşyası” həmin Yazıların Birliyi, Bütövlüyüdür. Onlar birlikdə “Ata Kitab” ad-

lanmalıdır. 

*** 

Asif Atanın (İnam Atanın) başqa ruhani Sənədləri, eləcə  də “Mənalar”, 



“Rəmzlər”, “Təzadlar”, “İnsanilik”, “Münasibətlər”, “Həqiqətlər” və s. və b.k. 

adıyla yazmış olduğu saysız-hesabsız Müqəddəsatı — Ata Peyğəmbərliyinin 

Müqəddəs  Söyləmləri (Hədisləri) mövqeyindədir. 

 

*** 



Atamız var olsun! 

 

12 İşıq (III ay), 23-il. Atakənd. 



(12. V. 2001. Bakı). 

ƏN  UCA 

(Haray) 

 

Bu Harayda filosof, tənqidçi, ictimai xadim, ən 

başlıcası isə Həqiqətçi Yanardağ-Antik - Qılınc - 

Qəhrəman - Dahi - Safruh - Bilən - Sabir 

Mustafaya (İmamverdiyevə) üz tutulur; bu Haray 

o Bənzərsiz və Böyük İnsana həsr olunur... 

 

*** 



İnsanlıq — Zərdüştçülükdən yüksəkdir, Hindusçuluqdan yüksəkdir, 

Buddaçılıqdan yüksəkdir, Laoçuluqdan yüksəkdir, Lamaçılıqdan yüksəkdir, 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə