Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə11/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   7   8   9   10   11   12   13   14   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
41 
kəmiyyəti  göstərilən  əşyadan  əvvəl  xüsusi  sözlər -  miqdar  
sayları,  qeyri -müəyyən  saylar  (az, çox, çoxlu, xeyli)  işlədilir. 
            Miqdar    sayları  vasitəsilə konkret  kəmiyyət  ifadə  
olunur.  Məsələn,  beş  dəftər,  on  qələm,  əlli  uşaq  və s. 
Qeyri-müəyyən  saylar   vasitəsilə    əşyanın  qeyri-
müəyyən miqdarı,   kəmiyyəti  göstərilir.  Məsələn,  xeyli  kənd,  
çoxlu  dağ,  az  adam  və s.  Kəmiyyəti  qeyri-müəyyən sayla  
ifadə  olunan  əşya  bəzən   -lar,  -lər  şəkilçisi  də  qəbul  edir  
və    kəmiyyət  nisbətən  konkret, müəyyən  mahiyyətli  olur.  
Məsələn,  çox  günlər,  çox  adamlar. 
Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər də 
əşyanın  əvvəlində  işlənməklə onun kəmiyyətcə    çoxluğunu  
ifadə  edir. Məsələn,  dəstə-dəstə  adam,  uca-uca dağ. 
Yuxarıda qeyd olunanların heç biri morfoloji kateqoriya 
olmayıb, kəmiyyət anlayışının fərqli vasitələrlə ifadəsinə 
misaldır. Lakin dilimizdə ismə məxsus olan ümumi qrammatik 
kateqoriya kimi  kəmiyyət kateqoriyası isim və isimləşə bilən 
nitq hissələrinin sonuna -lar, -lər şəkilçisini artırmaqla əşyanın 
ümumi  şəkildə çoxluğu anlamını yaradır. Məsələn,  meyvə-
meyvələr, kitab-kitablar, qoca-qocalar, beşinci-beşincilər və s.  
Azərbaycan dilində, demək olar ki, bütün isimlər bu şəkilçini 
qəbul edərək əşyanın çoxluğunu bildirir.  
İsmin  xəbərlik  kateqoriyası.  Azərbaycan  dilində  
xəbər dedikdə, adətən, fel yada düşür. Çünki felin cümlədə 
təhkim olunduğu sintaktik vəzifə  xəbər olmaqdır. Lakin bu, o 
demək deyil ki, xəbər yalnız fellə ifadə olunur. Bu  vəzifəni    
hər  bir əsas nitq  hissəsi  ifadə  edə  bilir.  Bunun  üçün   digər 
nitq hissələri müəyyən  morfoloji  əlamətlər  qəbul  etməlidir.  
Bu morfoloji əlamət həmin nitq hissələrinin xəbər yerində 
durmasını  təmin etdiyindən, xəbərlik  şəkilçisi  adlanır. 
Beləliklə, Azərbaycan dilində ismə  məxsus ümumi qrammatik 
kateqoriyalar sırasında xəbərlik kateqoriyası da diqqəti cəlb 
edir.  İsimlərin  xəbər  vəzifəsi  ancaq  xəbərlik  şəkilçisi  
adlanan bu  şəkilçilərlə  yaradılır.  Bu  kateqoriyanın  şəkli 
Gülarə  Abdullayeva 
 
 
42
əlamətləri  birinci  şəxsin  təkində -am,-əm,  cəmində  -ıq, -ik,   
-uq, -ük    şəkilçilərindən  ibarətir.  Məsələn,  qonağam,  
müəlliməm,  qonağıq,  müəllimik  və s.  Saitlə  bitən  isimlərdə  
həmin  şəkilçilərin  əvvəlinə    y   samiti artırılır.  Məsələn,  
tələbəyəm,  tələbəyik  və s.  
İkinci  şəxsin  təkində      xəbərlik  şəkilçiləri sait  və  
samitlə bitən isimlərdə -san,-sən, cəmində -sınız, -siniz, -sunuz, 
-sünüz şəkilçilərindən ibarətdir. Məsələn,  tələbəsən, tələbəsiniz  
və  s.  Üçüncü  şəxsin  təkində  sait  və  samitlə  bitən  tək  
isimlərdə  -dır
4
,  cəmində  isə  -dırlar
4
 şəkilçisindən ibarətdir.  
Məsələn, tələbədir,  tələbədirlər  və s. 
Xəbərlik  kateqoriyasının  inkarı  deyil  sözü  ilə  ifadə  
olunur.  Lakin  həmin  söz  xəbər  şəkilçisi  qəbul  etdikdən  
sonra  bu  vəzifəni  daşıya  bilir.  Məsələn,    həkim  deyiləm,  
həkim deyilsən,  həkim  deyildir  (deyil) onlar  həkim deyildirlər 
(deyillər).  
Xəbərlik  şəkilçiləri təkcə isimlərə deyil, adlar qrupuna 
daxil olan digər nitq hissələrinə: sifət, say, əvəzliklərə, hətta   
II, III növ təyini söz birləşmələrinə, məsdər və feli sifətə, 
onların iştirakı ilə yaranan tərkiblərə  də artırılmaqla bu dil 
vahidlərinin xəbər vəzifəsini daşımasına  şərait yaradır. 
Məsələn,  Mən  kənd müəlliməsiyəm. (Ə.Məmmədxanlı) Gələn 
məktəbin direktorudur.  Məqsədimiz  fəqir-füqəranı  ağ günə 
çıxarmaqdır. (M.İbrahimov) və s.  
Qeyd. 
Çox vaxt ismə  məxsus xəbərlik  şəkilçiləri ilə felə 
məxsus  şəxs  şəkilşiləri qarışdırılır və eyniləşdirilir.  Əslində 
bunlar arasında bir oxşarlıq, yaxınlıq, uyğunluq var. Xəbərlik 
şəkilçiləri adı ilə tanıdığımız  şəkilçiləri eynilə  şəxs  şəkilçiləri 
sırasında da görürük. Lakin bu, onları qarışdırmağa heç də əsas 
vermir.  Əslində  həm  şəxs, həm də  xəbərlik  şəkilçiləri  şəxs 
əvəzliklərindən formalaşsa da, şəxs şəkilçiləri daha rəngarəngdir. 
Bundan başqa  şəxs  şəkilçiləri onsuz da cümlədə  xəbər olacaq 
təsriflənən felin mübtəda ilə  şəxsə  və  kəmiyyətə görə 
uyğunlaşmasını-uzlaşmasını  həyata keçirir.  Xəbərlik  şəkilçiləri 


Müasir  Azərbaycan  dili 
 
 
43 
isə üzərinə daha çox vəzifə götürərək cümlədə digər sintaktik 
vəzifənin daşıyıcısı olan ismin (və ya isimləşə bilən sözün
birləşmənin) həm xəbər olmasını reallaşdırır, həm də onun 
mübtəda ilə  şəxsə  və  kəmiyyətə görə uyğunlaşmasını  həyata 
keçirir.  
 
Xəbərlik şəkilçiləri 
 
Tək Cəm 
Şəxslər 
Təsdiq 
İinkar Təsdiq 
İnkar 
I şəxs 
qonağam, 
tələbəyəm 
qonaq 
deyiləm, 
tələbə 
deyiləm 
qonağıq, 
tələbəyik 
qonaq 
deyilik, 
tələbə 
deyilik 
II  şəxs 
qonaqsan, 
tələbəsən 
qonaq 
deyilsən, 
tələbə 
deyilsən 
qonaqsınız, 
tələbəsiniz 
qonaq 
deyilsiniz, 
tələbə 
deyilsiniz 
III şəxs 
qonaqdır, 
tələbədir 
qonaq 
deyil, 
tələbə 
deyil 
qonaqdırlar, 
tələbədirlər 
qonaq 
deyildirlər, 
tələbə 
deyildirlər 
  
 
Beləliklə, ismə  məxsus olan dörd qrammatik 
kateqoriyanın hər birinin özünəməxsus xarakterik 
xüsusiyyətlərini nəzərdən keçirdik. Dilimizdə isimlərlə yanaşı, 
adlar qrupuna daxil olan digər nitq hissələri də  həmin 
kateqoriyaların şəkilçilərini bu və ya digər səviyyədə qəbul edə 
bilir. Sifət, say, şəxs  əvəzlikləri, məsdər və feli sifətlər də 
isimlər kimi hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, cümlədə 
ismi xəbər yerində dura bilir. Bu nitq hissələrinin mənsubiyyət 
şəkilçisini qəbul etməsində müəyyən məhdudluq özünü göstərir 
ki, bu da həmin kateqoriyanın mahiyyəti, məzmunu ilə bağlıdır.  
Gülarə  Abdullayeva 
 
 
44
Haqqında danışdığımız bu kateqoriyaların morfoloji 
göstəriciləri sözə qoşularkən sıralanmada da bir 
qanunauyğunluq müşahidə edilir. Sözə, hər  şeydən  əvvəl, 
kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal və nəhayət, sonda 
xəbərlik  şəkilçisi artırılır. Məsələn, Bu, bizim kitab-lar-ımız-
dan-dır. 
İsimlər, demək olar ki, cümlədə bütün üzvlər yerində 
işlənə bilir. Lakin ismin cümlədə təhkim olunduğu əsas vəzifə 
mübtəda və tamamlıq olmaqdır. Ona görə  də  hər cür quruluş 
(sadə, düzəltmə  və mürəkkəb) və növ (ümumi, xüsusi; tək, 
cəm; konkret, mücərrəd isimlər) xüsusiyyətinə malik olan 
isimlər cümlədə mübtəda və tamamlıq olur. Məsələn,  Güləsər 
geçikmişdi. (İ.Şıxlı) Faytonçu könülsüzcəsinə süfrəyə 
yaxınlaşdı. (İ.Şıxlı) Molla Sadıq stəkanı qabağına çəkdi.                   
(İ.Şıxlı) Qonağa da təklif etdi. (İ.Şıxlı) – cümlələrində Güləsər, 
faytonçu, Sadıq  isimləri mübtəda, stəkanı, qonağa  isimləri isə 
tamamlıq vəzifəsindədir.  
İsimlər atributivləşərək təyin, adverbiallaşaraq zərflik 
vəzifəni də daşıya bilir. Məsələn,  Molla Sadıq çiynindən 
sürüşüb düşən  əbasını düzəltdi. (İ.Şıxlı) Axırıncı arabalar 
kənddən aralandı. (İ.Şıxlı)-cümlələrində molla ismi təyin, 
kənddən sözü isə yer zərfliyi vəzifəsini icra edir.  
İsimlər cümlənin ismi xəbəri kimi də çox işlənir. 
Məsələn, Gələn Əşrəf idi. (İ.Şıxlı) 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə