Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə14/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   10   11   12   13   14   15   16   17   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
53 
Çoxaltma dərəcəsini sintaktik üsulla yaratmaq üçün   
sifətlərin  əvvəlinə  ən, lap, olduqca, çox  ədatları,  tünd, zil və 
düm sözləri artırılır:  ən gözəl, lap yaxşı, olduqca şirin,  ən 
böyük, lap əziz, tünd-qırmızı, zil qara, dümağ, zil göy, tünd-
yaşıl və s. 
Azaltma dərəcəsi  əlamət və keyfiyyətin normadan az 
olduğunu bildirir.  
Azaltma dərəcəsi də iki üsulla: morfoloji və sintaktik 
üsulla yaranır. 
1. Azaltma dərəcəsinin morfoloji üsulla ifadəsi dedikdə 
aşağıdakı şəkilçilər vasitəsi ilə ifadəsi başa düşülür: 
 -ımtıl, -imtil, -umtul, -ümtül  şəkilçisi ilə:  ağımtıl,  göyümtül, 
sarımtıl, bozumtul və s. 
 -ımtraq,imtraq, umtraq, ümtraq  şəkilçisi ilə:  ağımtraq, 
göyümtraq, sarımtraq, bozumtraq və s.  
-ımsov, -ümsov  şəkilçisi ilə: ağımsov, göyümsov və s.  
-sov şəkilçisi ilə: uzunsov, yumrusov, hündürsov, dəlisov və s.   
-şın şəkilçisi ilə: sarışın, qaraşın  və s.  
-yanız ünsürü bəzi rəng bildirən sifətlərə qoşulur:  qarayanız, 
sarıyanız və s. 
 -raq, -rək şəkilçisi ilə: yastıraq, yaxşıraq, gödərək və s. 
Qeyd:  kiçi (k) rək, gödə (k) rək, alça (q) raq kimi 
sözlərdə bu şəkilçidən əvvəl q, k samitləri düşür. 
2.  Sintaktik üsulla azaltma dərəcəsinin ifadəsinə 
aşağıdakılar daxildir: 
- Sifətdən  əvvəl  ala sözünü işlətməklə:  ala-çiy, ala-yarımçıq, 
ala-babat və s. 
- Sifətdən əvvəl açıq sözünü işlətməklə: açıq-qırmızı, açıq-sarı, 
açıq-sürməyi və s
- Sifətdən sonra təhər sözünü işlətməklə:  sarıtəhər, göytəhər 
uzuntəhər və s. 
- Sifətdən əvvəl kəm sözünü işlətməklə: kəmşirin, kəmturş və s. 
-Sifətdən əvvəl az, bir az,bir qədər dərəcə zərflərini işlətməklə: 
az maraqlı, bir az turş, bir qədər qorxulu və s.  
Gülarə  Abdullayeva 
 
 
54
 Sifətin cümlədə sintaktik vəzifəsi təyin olduğundan 
bütün quruluş və dərəcə xüsusiyyətlərinə malik olan sifətlər bu 
vəzifəni icra edə bilir. Lakin sifət isimləşməklə cümlənin 
mübtədası və tamamlığı da ola bilir.  
Sifətlər  əşyadan ayrıldıqda isimləşir. Özünəməxsus bir 
sıra xüsusiyyətləri itirir və isimdən gələn bir sıra yeni 
xüsusiyyətlər qazanır. 
Sifət isimləşərkən itirir: 
1. Necə? nə cür? hansı? sualına cavab verməyi; 
2. Cümlədə təyin ola bilmə xüsusiyyətini; 
3. İsmin əvvəlində işlənib onu təyin etməyi. 
Sifət isimləşərkən: 
1. İsim kimi ad bildirməyə xidmət edir. 
2. İsim kimi kim? nə? sualına cavab verir. 
3. Cümlədə mübtəda və tamamlıq vəzifələrində işlənir. 
4. Cəm, mənsubiyyət və hal şəkilçilərini qəbul edə bilir. 
Məsələn,  Ağıllı  öz işini vaxtında qurur. Könüllülər yola 
düşdülər. Qaraların vəziyyəti yaxşı deyil.  
 
Say, onun  məna növləri  
və quruluş xüsusiyyətləri 
 
Əsas nitq hissələrindən biri də saydır. Bu nitq hissəsi  
əşyanın miqdarını və sirasını bildirir. 1920-ci ilə qədər yazılmlş 
bütün qrammatika kitablarında saylar da sifətlər kimi isim 
bəhsinə daxil edilirdi. Onlar “ismi-ədəd”adı ilə isimlərin bir 
növü kimi verilirdi. 1920-ci ildən 1933-cü ilə qədər saylar gah 
isim, gah da sifətlər sırasında izah olunmuşdur. Sayların bəzən 
isim, bəzən də sifət kimi qəbul edilməsi  onun hər iki nitq 
hissəsi ilə oxşar cəhətlərinin olmasından irəli gəlir. Saylar da 
isim kimi ad bildirir, lakin isim əşyanın, say isə  kəmiyyətin 
adını bildirir. Məsələn, beş  bir,  on  isə başqa bir kəmiyyətin 
adıdır. Saylar isimdən əvvəl gələrək onu izah etməsinə, onunla 


Müasir  Azərbaycan  dili 
 
 
55 
yanaşma  əlaqəsinə girməsinə, cümlədə  təyin vəzifəsini icra 
etməsinə görə sifətə oxşayır. Lakin sifət əlamət, say isə miqdar 
və sıra bildirir. Bununla bərabər, sayın aşağıdakı  özünəməxsus 
fərqli cəhətləri vardır: 
1. Say təyin vəzifəsində  işləndikdə yanaşdığı sözün 
qrammatik əlamətlərini qəbul etmir. 
2. Saydan sonra gələn isim cəm  şəkilçisi qəbul etmir. 
(Məsələn, beş kitab-beş kitablar işlətmək olmaz.) 
3. Miqdar və sıra sayları toplu isimlərlə işlənmir.  
4. Saylar ancaq substantivləşən zaman hal və  cəm 
şəkilçiləri qəbul edir. (birincilər, birincilərin hazırlığı və s.) 
5. Sifətlərdən fərqli olaraq, sayla  onun qoşulduğu isim 
arasında müxtəlif sözlər işlənə bilir. (Məsələn, altı baş inək, beş 
nəfər adam və s.)  
Demək olar ki, bir çox xalqların dilində saylar eyni 
sistem üzrə sayılır. Dünyada mövcud olan dillərin bir çoxu 
onluq say sistemindən istifadə edir. Onluq say sistemi ondan 
yüzə  qədər onluqların on dəfə  təkrar olunması deməkdir. 
Məsələn, Azərbaycanca  səksən səkkiz on, doxsan doqquz on 
demək olduğu kimi, fars dilində  həftad yeddi on, həştad səkkiz 
on  deməkdir.  İber-Qafqaz dillərində  və  bəzi başqa dillərdə 
əsasən iyirmilik say  sistemindən istifadə olunur. Bu say sistemi 
iyirmidən yüzə  qədər iyirminin beş  dəfə  təkrar olunması 
deməkdir. Məsələn,  gürcü dilində  altmışa sammozda (üç 
iyirmi), tat dilində yetmişə sebistodəh(üç iyirmi bir on) deyilir. 
(2, səh. 84) 
 Demək olar ki, dünyada olan dillərin təqribən hamısı 
eyni sistemdə sayır. Lakin Azərbaycan  dilində  ondan yüzə 
kimi əvvəlcə onluq, sonra təklik gəldiyi halda (on beş), bir çox 
başqa dillərdə ondan iyirmiyə qədər əvvəlcə təklik, sonra onluq 
işlədilir. Məsələn, rus dilində  semnadsat, pyatnadsat və s. 
 
Sayın mənaca növləri.  Sayların   mənasına görə iki 
növü var: miqdar sayları və sıra sayları. 
Gülarə  Abdullayeva 
 
 
56
 Miqdar 
sayları əşyanın miqdarını, kəmiyyətini  bildirir, 
neçə? nə  qədər? suallarından birinə cavab verir. Miqdar 
saylarının  əşyanın miqdarını  təyinetmə  dərəcəsindən asılı 
olaraq aşağıdakı növləri qeyd edilir:  
1.
  Müəyyən miqdar sayları; 
2.
  Qeyri-müəyyən miqdar sayları; 
3.
  Kəsr sayları. 
Müəyyən miqdar sayları  əşyanın dəqiq, konkret 
miqdarını bildirir. Müəyyən miqdar sayları dilimizdə azlıq 
təşkil edən qeyri-müəyyən miqdar saylarından başqa, bütün say 
növlərinin  əsasını  təşkil edir. Bu saylar quruluşca sadə  və 
tərkibi olur. Bir sözlə ifadə olunan saylar sadə, iki və daha artıq 
sözlə ifadə olunanlar isə  tərkibi say adlanır. Sadə saylar 
birləşərək tərkibi sayları yaradır. Məsələn, beş, on, qırx, yüz, 
min  sayları sadə, on beş, yüz on altı, dörd yüz on beş  və s. 
sayları isə tərkibidir.  
 Belə saylar mürəkkəb sözlərdən fərqli olaraq, əksər 
hallarda bir neçə sayın yanaşaraq birləşməsindən  əmələ  gəlir. 
Saylarla onların təyin etdikləri isimlər arasında müxtəlif sözlər 
işlənə bilər. Belə hallarda isimlər arasında üş cür vəziyyət 
müşahidə edilir:  
1. Azərbaycan dilində miqdar sayları ilə isimlər arasında 
bir sıra sözlər işlənir ki, onlar müəyyən  əşyaların tələblərinə 
görə saylardan sonra, isimlərdən  əvvəl gəlir. Dilçilikdə belə 
sözlərə  numerativ sözlər deyilir. Həmin sözlər  əsasən 
aşağıdakılardır: 
Nəfər-yalnız insan bildirən isimlərlə  işlənir. Məsələn, 
beş nəfər adam, iki nəfər oğlan və s.  
Baş-  əsasən ev heyvanlarının adlarını bildirən isimlərlə 
işlənir. Məsələn, beş baş öküz , altı baş inək və s.  
Ədəd-dənə-tək-tək sayılan cansız əşyanın adını bildirən 
isimlərlə işlənir. Məsələn, beş dənə alma, iki ədəd dəftər və s.  
Cüt-  bir cüt ayaqqabı, beş cüt corab və s. 
Dəst- bir dəst paltar, iki dəst yorğan döşək və s


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə