Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə15/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   11   12   13   14   15   16   17   18   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
57 
Dəstə- sözü əsasən quşlara, heyvanlara şamil edilir, 
lakin bəzən insan bildirən isimlərlə  də  işlənir. Məsələn, bir 
dəstə çalğıçı, bir dəstə uşaq və s
Tikəbir tikə çörək, iki tikə qənd, üç tikə ət və s
Nüsxə- beş nüsxə qəzet, on nüsxə jurnal və s.  
Cild- üç cild lüğət, dörd cild kitab və s.  
Qətrəbir qətrə qan, iki qətrə göz yaşı və s. 
Top- iki top çit, üç top iynə, bir top parça və s. 
Qəlibiki qəlib sabun, üç qəlib kərpic və s.  
Göz- üç göz otaq, altı göz pəncərə və s. 
 
2. Miqdar sayları ilə isimlər arasında çəki, həcm və ölçü 
bildirən  bir sıra sözlər də  işlənir ki, əslində bu zaman saylar 
isimlərin yox, bu cür sözlərin kəmiyyətini təyin etdikdən sonra 
onunla birlikdə ismin miqdarını ifadə edir. Məsələn,  beş metr 
parça,  bir litr su və s. 
 
c) Miqdar sayları ilə isimlər arasında keyfiyyət, əlamət, 
xasiyyət, rəng və s. bildirən sifətlər də  işlənə bilir ki, bunlar 
sayların bilavasitə isimlərlə  əlaqələnməsinə mane olmur. Bu 
zaman say və sifətin hər biri ayrılıqda isimlə yanaşma əlaqəsinə 
girir. Məsələn, üç səliqəli otaq, beş çalışqan şagird və s.  
Miqdar sayları isimlə əlaqələnərkən ondan asılı olur və 
onun heç bir qrammatik əlamətini qəbul etmir. Eyni zamanda, 
miqdar sayları ilə  əlaqələnən isimlər cəmlənə bilmir. Miqdar 
sayları isimləşdikdə həm hallanır, həm də cəmlənir, hətta bəzən 
mənsubiyyət  şəkilçisi də  qəbul edir. Məsələn,  Beş üçdən 
böyükdür. Beşincilər  qələbə qazandılar. Bizim beşimiz finala 
vəsiqə qazandıq. və s.   
 Azərbaycan dilində miqdar saylarının ilk sayı və vahid 
rəqəm olan bir sözündən söz yaratmaq işində geniş istifadə 
olunur.  Bir sözü həm təklikdə, həm də    ayrı-ayrı  şəkilçilər və 
sözlərlə birlikdə müxtəlif mənalı sözlərin  əmələ  gəlməsində 
iştirak edir. Bir  sözünün istifadə mövqeləri  əsasən 
aşağıdakılardır: 
Gülarə  Abdullayeva 
 
 
58
1. Miqdar saylarının ilk vahidi kimi işlənir. Məsələn, 
Bir stəkan çay yanğımı söndürmədi.  
2. Qeyri-müəyyənlik və ümumilik məzmunu yaradır. 
Məsələn, Yolda qəribə bir hadisə ilə rastlaşdıq. 
3. Qüvvətləndirici  ədat olaraq sifətlə isim arasında 
təyinlik dərəcəsini artırır. Məsələn, Gözəl bir nitq, kiçik bir iş 
və s. 
4. Qüvvətləndirici ədat olaraq fellərdən əvvəl və bəzən 
sonra təskinlik, yaxud hiddət məzmunu ifadə edir. Məsələn, Sən 
bir sus! Qoy bir nəfəsimi dərim! və s
5.  An, dəqiqə, saat, gün, vaxt, zaman, dəfə  kimi  
isimlərin əvvəlində işlənərək zaman zərfi əmələ gətirir: bir an, 
bir dəqiqə, bir saat, bir gün, bir zaman, bir dəfə və s.  
6.  Az, çox, qədər, belə, elə, neçə sözlərindən  əvvəl 
işləndikdə qeyri-müəyyənlik məzmununu ya artırır, ya da 
azaldır. Məsələn, bir çox,  bir  az,  bir qədər, bir belə, bir neçə 
və s.  
           7.  Təhər, sayaq, cür, növ kimi sözlərin  əvvəlində 
işlənərək, tərz zərfi əmələ gətirir. Məsələn,  bir təhər, bir sayaq, 
bir cür, bir növ və s.  
8.  Aləm, yığın,  ətək, sürü, bölük, ovuc kimi sözlərdən 
əvvəl işlənərək qeyri-müəyyən kəmiyyət bildirir. Məsələn, bir 
aləm iş, bir yığın adam, bir ətək daş, bir sürü qoyun, bir ovuc 
torpaq və s.  
9.  Tərəf, yan, cəhət kimi sözlərin  əvvəlində  işlənərək, 
bölgü məzmunu yaradır. Məsələn, Bir tərəf, bir tərəfdən, bir 
yan, bir yandan, bir cəhət, bir cəhətdən və s.  
10. -cə şəkilçisi vasitəsilə tam vahidlik məzmunu ifadə 
edir. Bircə bala, bircə söz, bircə dəqiqə və s.  
11.  -dən  şəkilçisi vasitəsilə  tərzi-hərəkət zərfi  əmələ 
gətirir. Məsələn, Birdən qapı açıldı.  
12. Birincisi -dən, ikincisi  şəkilçisi ilə təkrar olunaraq 
yenə də tərzi-hərəkət zərfi əmələ gətirir: birdən-birə.  


Müasir  Azərbaycan  dili 
 
 
59 
13.  -gə  şəkilçisi ilə  bərabərlik məzmunu ifadə edir: 
birgə. Məsələn, Biz onunla birgə işləyirik. 
14.  -lik  şəkilçisi ilə  vəhdət ifadə edir. Məsələn,    Birlik 
dirilikdir. 
15. Mənsubiyyət  şəkilçisi ilə qeyri-müəyyən  əvəzlik 
əmələ gətirir. Məsələn, Biri məndən kömək istədi. 
 Qeyri-müəyyən miqdar sayları. Azərbaycan dilində 
qeyri-müəyyən miqdar sayları  əsasən  az, çox, çoxlu, xeyli, bir 
az,  bir  qədər,  filan  qədər  sözlərindən  və  yuvarlaq  saylara  
-larla
2
, -larca
2 
şəkilçilərini artırmaqla  yaranan saylardan 
ibarətdir. Bu sözlərin məzmununda qeyri-müəyyən kəmiyyət 
məfhumu vardır. Qeyri-müəyyən miqdar sayları quruluşca 
sadə, düzəltmə və mürəkkəb olur. Sadəsi bir kökdən ibarət olur. 
Belə saylara az, çox, xeyli sözləri aiddir.  Yuvarlaq sayların 
sonuna  -larla
2
,-larca
2 
şəkilçilərini artırmaqla düzəltmə qeyri-
müəyyən miqdar sayları yaranır.    Məsələn,  onlarla, onlarca, 
yüzlərlə, yüzlərcə və s. Sayın bu növünün mürəkkəbi iki sözdən 
ibarət olan bir az, bir qədər,  o qədər, filan qədər sözlərindən 
ibarətdir.  
Qeyri-müəyyən miqdar sayları da cümlədə  təyin olur. 
Məsələn,  Yalandan havaya bir neçə güllə atdı, ancaq heç nə 
tapa bilmədi.(İ.Şıxlı) 
Qeyd
. Dilimizdə qeyri-müəyyən miqdar sayı 
adlandırdığımız  az, çox, çoxlu, xeyli, bir az sözləri  əşyaya aid 
olduqda say, hərəkətlə əlaqələndikdə isə zərf olur. 
Kəsr sayları.  Tamın müəyyən hissəsini bildirən 
saylara kəsr sayları deyilir. Başqa sözlə, bu saylar müəyyən 
miqdarın bir hissəsini bildirir. Bunlar da müəyyən miqdar 
saylarından əmələ gəlir. Lakin həm şəkil, həm mənaca onlardan 
fərqli olduqları üçün miqdar sayının ayrıca növü kimi nəzərdən 
keçirilir. Kəsr saylarını əmələ gətirmək üçün bütövü bildirən bir 
sayla hissəni bildirən başqa bir say birlikdə  işlənir. Bütövü 
bildirən say öz şəklini dəyişərək ya -dan, -dən, ya da    -da, -də 
şəkilçiləri ilə, hissə bildirən say isə heç bir dəyişikliyə 
Gülarə  Abdullayeva 
 
 
60
uğramadan, şəkilçisiz işlənir. Bütövü bildirən say əvvəl,  hissə 
bildirən say isə sonra gəlir. Məsələn,  üçdən bir, yaxud üçdə 
bir, beşdən üç, yaxud beşdə üç. 
 Sıra  sayları.  Sıra sayları    müəyyən miqdar saylarının 
sonuna -ıncı
4
, -ncı
4 
şəkilçisini artırmaqla əmələ gəlir. Məsələn, 
birinci, beşinci, altıncı və s. Sıra sayları sifətlərə daha yaxındır. 
Bu yaxınlıq bir tərəfdən sıra saylarının sifətlərə məxsus hansı? 
sualına cavab verə bilməsi, digər tərəfdən özündən sonra gələn 
ismin cəm şəkilçisi qəbul etməsindən aydın görünür. Məsələn, 
3-cü siniflər- hansı siniflər? 
Bu xüsusiyyətləri eynilə sifətlərdə  də görmək 
mümkündür.  
Dilimizdə miqdar saylarına nisbətən sıra sayları daha 
çox isimləşir, müstəqil işlənir və bu zaman onların hallanma, 
cəmlənmə qabiliyyəti müstəqil işlənən miqdar sayından daha 
çox müşahidə edilir. Məsələn, üçüncü, üçüncünün, üçüncüyə, 
üçüncünü, üçüncüdə, üçüncüdən, üçüncülər və s. 
Sıra sayları insan təsəvvürü verdiyi zaman kim? sualına 
da cavab olur. Məsələn, Üçüncü irəlidədir.  Tələb etdikləri 
suallara görə də sıra sayları miqdar saylarından fərqlənir. Belə 
ki, miqdar sayları  necə? nə  qədər? suallarından birinə cavab 
verdiyi halda, sıra sayları neçənci? kim? və hansı? suallarından 
birinə cavab verir.  
Sayın quruluşca növləri. Saylar da digər nitq hissələri 
kimi, quruluşca sadə, düzəltmə və mürəkkəb olur.  Sadə saylar 
yalnız bir kökdən ibarət olan saylardır.  Sadə saylara bir, iki, üç, 
dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, 
altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, az, 
çox, xeyli  sayları daxildir. Düzəltmə saylara isə sadə quruluşlu 
müəyyən miqdar saylarının sonuna –ıncı
4
,
   
yuvarlaq sayların 
sonuna  -larla
2
, -larca
2 
şəkilçilərini artırmaqla yaranan saylar 
daxildir:  birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, 
yeddinci, səkkizinci, doqquzuncu, onuncu, iyirminci,otuzuncu, 
...yüzüncü, mininci, milyonuncu, onlarla, yüzlərlə,minlərlə və s. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə