Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə16/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   12   13   14   15   16   17   18   19   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
61 
Mürəkkəb sayların  əmələ  gəlməsində iki söz iştirak edir. 
Məsələn,   bir az, bir xeyli, çox az,  bir qədər  və s. 
Dilçiliyimizdə    tərkibi say adı ilə qeyd  olunan sayların 
yaranmasında iki, üç, bəzən daha çox müəyyən miqdar sayı 
iştirak edir. Daha doğrusu, bir neçə miqdar sayı yanaşma yolu 
ilə birləşərək bir kəmiyyətin ifadə olunmasına xidmət edir. 
Məsələn, min doqquz yüz  səksən bir və s. Bu cür sayları 
mürəkkəb deyil, tərkibi adlandırmaq ona görə doğrudur ki, artıq 
onlar mürəkkəb söz hüdudundan kənara çıxır. Belə sayların 
yaranmasında da bir qəribəlik var. Azərbaycan dilində təkliklər 
yüzlük, minlik və s.-dən əvvəl gəldikdə onun təyinedicisi kimi 
çıxış edir, onunla yanaşma  əlaqəsinə girir. Məsələn,  beş yüz, 
beş min, beş milyon və s. Onluq, yüzlük, münlik və s.-dən sonra 
gəldikdə isə  sırf ifadə etdiyi kəmiyyəti bildirir və  əvvəlki 
saylarla sanki tabesizlik yolu ilə bağlanır: yüz beş (yüz və beş, 
yüz+beş), min beş yüz beş (min+beş yüz+beş) və s.   
Sayların sintaktik vəzifəsi sifəti xatırladır. Sifətlər kimi, 
saylar da, bir qayda olaraq, cümlədə təyin vəzifəsində dayanır. 
Məsələn,  İkinci bir qadın çığırtısı bu sədaya cavab verər, 
yatmış qonşuları oyadar. (S.S.Axundov) Lakin isimləşdikdə 
cümlənin mübtədası  və tamamlığı da ola bilir. Məsələn, Biz 
ikimiz  də bir-birimizi sevirik. Bayraq alıb hücum çəkir  416.     
Say xəbər olmaq üçün xəbərlik  şəkilçisi qəbul edir, lakin bu 
zaman saylıq xüsusiyyətindən tamamilə uzaqlaşmır.  
Saylar da sifətlər kimi isimləşə bilir. Sayın isimləşməsi 
dedikdə ismə məxsus qrammatik əlamətləri qəbul edərək onun 
suallarına cavab verməsi başa düşülür. 
Sayların orfoqrafiyası.  Sayların yazılışında müxtəlif 
formalardan istifadə edilir. Miqdar sayları  həm hərflərlə, həm 
də rəqəmlə yazılır. Məsələn, 553 - beş yüz əlli üç,  12 - on iki
Mürəkkəb  və  tərkibi saylar ayrı yazılır. Məsələn,   bir 
az, bir qədər, yüz otuz doqquz və s 
Şəkilçilər miqdar saylarının son sözünə artırılır. Miqdar 
sayları rəqəmlə yazıldıqda və ona müəyyən şəkilçi artırıldıqda, 
Gülarə  Abdullayeva 
 
 
62
rəqəmdən sonra defis qoyularaq şəkilçi yazılır. Sıra sayları 
rəqəmlə yazıldıqda defisdən sonra yalnız  -cı, -ci, -cu, -cü 
şəkilçisi yazılır.  Məsələn,  iyiymi altının-26-nın,  on beşinci-  
15-ci və s.  
Saylar dilimizdə iki cür: ərəb və rum rəqəmlərindən 
istifadə etməklə yazılır.  
Ərəb rəqəmləri on saydan ibarətdir: 0,1,2,3,4,5,6,7,8,9. 
Bu rəqəmlər  ərəblərin adı ilə bağlı olsa da, əslində V əsrdə 
Hindistanda yaradılmışdır.  X-XI əsrlərdə  ərəblər tərəfindən 
Avropaya gətirildiyi üçün onların adı ilə bağlanmışdır.            
(5, səh.131)  
Biz sayları ifadə etmək üçün indi də ərəb rəqəmlərindən 
istifadə edirik. Sayları ifadə etmək üçün rum (Roma) 
rəqəmlərindən də istifadə olunur. Bu rəqəmlər sıra saylarını 
bildirir. Sıra sayı rum rəqəmi ilə ifadə olunduqda heç bir şəkilçi 
işlənmir. Rum rəqəmləri cəmi yeddi işarədən ibarətdir:   
     I –1                      C-100 
     V-5                       D-500 
     X-10                     M-1000 
     L-50 
Bu rəqəmlər müxtəlif  şəkildə birləşməklə ayrı-ayrı 
kəmiyyət ifadə olunur. Əgər kiçik rəqəm böyük rəqəmdən 
sonra gələrsə, onlar toplanır. Məsələn,  
    
VI=V+I=6                           LXXX=L+X+X+X=80 
   
VII=V+I+I=7                      CL=C+L=150 
    
VIII=V+I+I+I=8                CLX=C+L+X=160 
   
XV=X+V=15                       DC=D+C=600 
  
XVI=X+V+I=16                 DCCC=D+C+C+C=800 
  
XVII=X+V+I+I=17            MCCC=M+C+C+C=1300 
  
XVIII=X+V+I+I+I=18       MD=M+D=1500 
  
XX=X+X=20                       MDC=M+D+C=1600 
LX=L+X=60                       MDCCC=M+D+C+C+C=1800 
  
LXX=L+X+X=70 


Müasir  Azərbaycan  dili 
 
 
63 
 Kiçik 
rəqəm böyükdən  əvvəl gəldikdə ondan çıxılır. 
Məsələn,   
 IV=V-I=4 
                
 IX=X-I=9 
                
XL=L-X=40 
                
XC=C-X=90 
                
CD=D-C=400 
                
CM=M-C=900 
     MCMLXXIX=M(1000)+CM(1000-100)+LXX(50+10+10)+ 
     +IX(10-1)=1979 
Kiçik rəqəm böyük rəqəmdən sonra yalnız üç dəfə, 
böyük rəqəmdən əvvəl isə bir dəfə işlənə bilər. 
 Dilimizdə  sıra saylarını ifadə etmək üçün bəzən  ərəb 
rəqəmlərindən də istifadə olunur. Bu zaman durğu işarələrindən 
aşağıdakı qaydada istifadə edilməlidir: 
 -Rəqəmdən sonra nöqtə qoyulur və sıra ilə gələn sözün 
ilk hərfi böyük yazılır: 1.Ramiz Məmmədov. 
                                     2. Fikrət Əliyev. 
 
-Rəqəmdən sonra tire qoyulur və ümumi isim gəldikdə 
kiçik hərflə yazılır. Məsələn, 1 - sadə cümlə 
                                              2 - mürəkkəb cümlə və s.  
 
-Rəqəmdən sonra mötərizə qoyulur və xüsusi isim 
gəlmirsə, kiçik hərflə yazılır: 1) fel 
                                               2)zərf 
 
Qeyd. 
Dilimizdə bir sıra sözlər vardır ki, onların 
məzmununda kəmiyyət anlayışı ifadə olunur. Belə sözlərə  həftə  
(7 gün), ay(30 gün), il (365 gün), qərinə (33 il), əsr   (100 il), şahı  
(5 qəpik), abbası (20 qəpik), ağac (təqribən 6-7 kilometrə  bərabər 
uzunluq ölçüsü), mil (1 kilometr 850 metr), arşın (71 santimetr), 
girvənkə (400 qram), çərək (dörddə bir hissə), batman (8 kiloqram), 
misqal (42 qram), manat və s. misal göstərmək olar. Bu sözlərin bir 
qismi hazırda dilimizdə arxaikləşmişdir (şahı, abbası, ağac, mil, 
arşın, girvənkə  və s.).  Belə sözlərin məzmununda kəmiyyət ölçü, 
miqdar anlayışı olsa da, onlar say deyil, isim hesab olunur. 
 
Gülarə  Abdullayeva 
 
 
64
          
 Əvəzlik əsas nitq hissəsi kimi 
 
 
İsim, sifət, say və başqa nitq hissələrinin yerində 
işlənərək onların qrammatik əlamətlərini qəbul edən əsas nitq 
hissəsi əvəzlik adlanır. 
 Əsas nitq hissələri içərisində əvəzlik ümumi, mücərrəd 
məzmuna malik olması ilə  fərqlənir.  Əvəzliyin konkret lüğəvi 
mənası yoxdur. O, hansı nitq hissəsini əvəz edirsə, həmin nitq 
hissəsinin məzmununa və qrammatik mənasına uyğunlaşır. 
Buna görə  də  əvəzliyin mənası ancaq cümlə, mətn  daxilində 
məlum olur. Əvəzlik üçün səciyyəvi olan cəhətlərdən biri də 
onun məzmununda  şərtiliyin olmasıdır. Məsələn,  o  əvəzliyini 
bütün III şəxsdə olan əşyalara,  necə əvəzliyini bütün sifətlərə 
aid etmək olar. Bu sözlərin konkret hansı  sözə aid edilməsi isə 
yalnız cümlə  və  mətn daxilində aydınlaşır.  Əvəzliklərin 
özünəməxsus morfoloji əlaməti də yoxdur. Əvəzlik hansı nitq 
hissəsini əvəz edirsə, onun morfoloji əlamətlərini də qəbul edir. 
Məsələn, ismi əvəz etdikdə isim kimi hallanır, cümlədə 
mübtəda və tamamlıq olur, xəbərlik  şəkilçisi qəbul edərək 
cümlədə ismi xəbər olur, ismin sualına cavab verir, sifəti əvəz 
etdikdə onun sualına cavab verir, əşya məzmunlu sözdən əvvəl 
gələrək, onunla yanaşma  əlaqəsinə girir, cümlədə  təyin  olur     
və s.   
Qeyd etmək lazımdır ki əvəzliklər daha çox adlarla 
bağlı bir nitq hisəsidir. 
 Hansı nitq hissəsini  əvəz edə bilməsindən asılı olaraq, 
əvəzliyin fərqli məna növləri formalaşır.  
 Müasir 
Azərbaycan dilində  əvəzliklərin aşağıdakı 
növləri vardır: 1. Şəxs  əvəzliyi. 2. İşarə  əvəzliyi. 3. Sual 
əvəzliyi. 4. Qeyri-müəyyən  əvəzlik. 5. Təyini  əvəzliklər.          
6. İnkar əvəzliyi. 7. Nisbi əvəzliklər. 
 
Şəxs  əvəzlikləri.  Şəxs  əvəzlikləri  şəxs anlayışını heç 
bir konkretlik bildirmədən, ümumi şəkildə ifadə edən  
əvəzliklərdir. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə