Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə22/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   18   19   20   21   22   23   24   25   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
85 
meyvə, açılan səhər, deyilən söz, ağlaşan uşaqlar və s.; təsdiq 
və ya inkarda ola bilir: yetişmiş-yetişməmiş (meyvə);  ətrafına 
müxtəlif sözlər toplaya bilir. Belə vəziyyətlərdə feli sifət tərkibi 
yaratmış olur: taxıl zəmilərindən toplanan (məhsul). Feli sifət 
tərkibi cümlənin mürəkkəb üzvü olur. 
 Feli  sifətdə sifətə  məxsus bir sıra cəhətlər vardır ki, 
bunlara aşağıdakılar daxildir: Feli sifət də  əşyanın  əlamətini 
bildirir: yazılmış (hansı?) məqalə. Lakin sifətdən fərqli olaraq, 
feli sifət  əşyanın hazırkı andakı  hərəkəti ilə bağlı  əlamətini 
bildirir.  Feli sifət də  necə? nə cür? hansı? suallarından birinə 
cavab verir, aid olduğu ismin əvvəlində  gəlir:  axan çaylar; 
cümlədə  təyin olur:  Deyilən söz yadigardır;  bəzən xəbərlik 
şəkilçisi qəbul edir və ismi xəbər olur: Bu kitablar 
seçilənlərdir.  Feli sifətlər də sifətlər kimi, substantivləşərək 
cümlədə mübtəda, tamamlıq vəzifəsini yerinə yetirir. Məsələn, 
Yarışan bizim idmançılardır. Yarışanları alqışladılar. və s.  
Dilimizdə aşağıdakı feli sifət şəkilçilərinə  rast gəlmək 
olur:: 
1.
 
-mış
4 
şəkilçisi: yazılmış (yazı), tapılmış  (əşya)  və  s.  
(keçmiş zaman mənalı f.s.) 
2.
 
-dıq
4
  şəkilçisi+mənsubiyyət  şəkilçisi: apardığım 
(məktub), gördüyüm (adam), eşitdiyimiz (mahnı) və 
s. (keçmiş zaman mənalı f.s.) 
3.
 
-acaq
2
  şəkilçisi+mənsubiyyət  şəkilçisi: aparacağım 
(məktub), görəcəyim (adam), eşidəcəyimiz mahnı və 
s. (gələcək zaman mənalı f.s.) 
4.
 
-an
2
  şəkilçisi:  gələn (qonaq), uçan (quş), gülən 
(uşaq), işləyən (fəhlə)  və s. (indiki zaman mənalı 
f.s.) 
5.
 
-acaq
2
  şəkilçisi: alınacaq (hədiyyə), yazılacaq 
(yazı),veriləcək (hədiyyə), oxunacaq (kitab) və s. 
(gələcək zaman mənalı f.s.) 
6.
 
 -ası
2
,  şəkilçisi: tapılası (adam),deyiləsi (söz) və s. 
(gələsək zaman mənalı f.s.) 
Gülarə  Abdullayeva 
 
 
86
7.
 
-malı
2
  şəkilçisi: gəzməli (yerlər), deyilməli  (söz)     
və s. (gələcək zaman mənalı f.s.) 
Feli bağlama.    Hərəkəti müxtəlif baxımdan izah edən 
təsriflənməyən fel formasına feli bağlama deyilir. Feli bağlama 
həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır.  
Digər təsriflənməyən fellər kimi feli bağlamalar da felin 
aşağıdakı xüsusiyyətlərini daşıyır: hərəkət bildirir; təsirli və ya 
təsirsiz olur: alanda (təsirli), gedərkən (təsirsiz);  təsdiq və ya 
inkarda olur: yazdıqca, yazmadıqca; növ bildirir: gedərək 
(məlum növ), verildikcə (məchul növ), görüşəndə (qarşılıq növ) 
və s.; ətrafına söz toplaya bilir və feli bağlama tərkibi yaradır: 
Bahar fəsli, yaz ayları gələndə, Süsənli, sünbüllü, lalalı dağlar. 
(Aşıq Ələsgər)  
Feli bağlama, digər tərəfdən, ikinci bir nitq hissəsinə- 
zərfə oxşayır. Zərf kimi feli bağlamalar da özündən sonra gələn 
başqa bir felə aid olur: Gələndə gördü; hərəkətin tərzini, 
zamanını  və s. bildirir: Titrəyə-titrəyə (tərz) danışırdı. 
Böyüyəndə (zaman) bilərsən; zərfin və ya zərfliyin suallarına 
cavab ola bilir: Fikirləşmədən (necə?) cavab verdi. Qorxub 
(niyə?) geri çəkildi;  həm təklikdə, həm də  əlaqəyə girdiyi 
sözlərlə birlikdə cümlənin zərfliyi olur: Biz  qayıdanda yağış 
yağırdı.  
Feli bağlama aşağıdakı şəkilçilərlə əmələ gəlir: 
1.
 
-ıb
4
 şəkilçisi: susub, qorxub, uzanıb, yazdırıb və s.  
2.
 
-araq
2
 şəkilçisi: baxaraq, gedərək, taparaq, və s.  
3.
 
-a -a
2
  şəkilçisi: qorxa-qorxa, ağlaya-ağlaya, baxa-
baxa, danışa-danışa və s.  
4.
 
-madan
2
 şəkilçisi: görmədən, yazmadan, oxumadan, 
gətirmədən və s.  
5.
 
-anda
2
 (-yanda
2
)  şəkilçisi:  gələndə, görəndə, 
alanda, yazanda və s.  
6.
 
 -dıqda
2
  şəkilçisi:   artdıqda, sərdikdə,  yorduqda      
və s


Müasir  Azərbaycan  dili 
 
 
87 
7.
 
-arkən
2
 (-yarkən
2
)  şəkilçisi: alarkən, başlayarkən    
və s
8.
 
-ınca
4
 (-yınca
4
)  şəkilçisi: baxınca, doldurunca, 
gəlincə, qaralayınca və s
9.
 
-dıqca
4
  şəkilçisi: baxdıqca, danışdıqca, alışdıqca    
və s.  
10.
 
 -ar
2
-maz
2
  şəkilçisi:  görər-görməz, çatar-çatmaz, 
alar-almaz və s.     
11.
 
-cək şəkilçisi: görcək, eşitcək, vercək və s.  
12. -al
2
 şəkilçisi: (sən) gedəli, (yağış) yağalı və s.  
13. -mışkən
4
 şəkilçisi: gəlmişkən, oxumuşkən, demişkən 
və s.   
 
Zərf əsas nitq hissəsi kimi 
  
 
Əsas nitq hissələrindən olub fel qrupuna daxil olan 
zərf hərəkətin və ya əlamətin əlamətini bildirir.  
Zərf  əsasən fellərlə bağlı olub onu müxtəlif baxımdan 
izah etsə də, bəzən sifət,  feli sifət və zərflərlə də əlaqələnərək 
əlamətin izahedicisi kimi çıxış edir.  Məsələn, Eşqin, əqidənin 
həmişə, hər vaxt,  Hər  şeydən  şirindir dadı  dünyada.              
(B. Vahabzadə)  
 
Zərflər də bir əsas nitq hissəsi kimi leksik-qrammatik 
mənası, morfoloji əlaməti və sintaktik  vəzifəsi ilə digərlərindən 
seçilir.  
 
Zərflər üçün səciyyəvi cəhətlərdən biri ondan ibarətdir 
ki,  hər hansı sözün zərf olduğunu yalnız cümlə daxilində 
müəyyənləşdirmək olur.  Çünki hazırda dilimizdə elə sözlər var 
ki, ikili xüsusiyyətə malik olub, yerindən asılı olaraq  sifət və 
zərf kimi işlənir.   Gözəl, yaxşı, qəşəng, ağıllı, pis, bərk və s. 
kimi sözlər bu qəbildəndir. Həmin sözlər  əşyaya aid olduqda 
sifət, hərəkətlə bağlı olduqda zərf kimi qəbul edilir.  Məsələn, 
Yaxşı  şagird yaxşı oxumalıdır.- cümləsində eyni bir söz-yaxşı 
Gülarə  Abdullayeva 
 
 
88
sözü iki müxtəlif məqamda işlənməklə  fərqli nitq hissəsi kimi 
çıxış etmişdir.  Buna görə  də  zərfi müəyyənləşdirmək üçün 
onun sintaktik vəzifəsinə  diqqət yetirmək lazım gəlir.  
 
Zərflər hərəkət və əlaməti müxtəlif baxımdan izah edir 
ki, bu da onun müxtəlif məna növlərinin yaranmasına səbəb 
olur. Zərfin aşağıdakı  məna növləri var: tərz zərfləri, zaman 
zərfləri, yer zərfləri, miqdar zərfləri. 
 
Tərz zərfləri  işin, hərəkətin icra tərzini, hərəkətin və 
əlamətin keyfiyyətini bildirir, necə? nə cür? nə halda? nə 
tərzdə? nə  vəziyyətdə? suallarından birinə  cavab  verir.         
(3, səh. 316) Məsələn, Onu bir dost kimi sevincək qarşıladı.         
(F.Kərimzadə) Baharın dəftərini səssizcə ürəyimdə oxuyurdum. 
(İ.Hüseynov) və s.  
Tərz zərfləri quruluşca sadə, düzəltmə  və mürəkkəb 
olur. Sadə tərz zərfləri  zərfin ən çox yayılmış növüdür.  Tərz 
zərflərinin bir qismi sifətlə heç bir əlaqəsi olmadan özlüyündə 
hərəkəti izah edir, aydınlaşdırır. Məsələn,  cəld, asta, dürüst, 
sərrast və s.  Bu zərflər quruluş etibarı ilə sadə zərflərdir.  
 Düzəltmə  tərz zərfləri  isim, sifət, say, əvəzlik və 
zərflərdən leksik şəkilçilər vasitəsi ilə yaranır. Tərz zərfləri 
aşağıdakı şəkilçilərlə yaranır: 
 
-la,-lə şəkilçisi ilə. Bu şəkilçi qoşmanın və bağlayıcının 
şəkilçiləşmiş variantı ilə omonimlik təşkil edir, yalnız mücərrəd 
mənalı isimlərə artırıldıqda zərf yaradır:  Səbirsizliklə yollara 
baxırdı. Dolu sinəsi həyəcanla endi-qalxdı. (Elçin) 
 
-dan, -dən  şəkilçisi ilə: ürəkdən, ucadan, astadan və s
 
-casına,-cəsinə 
şəkilçisi ilə: xilaskarcasına,  
hiyləgərcəsinə, sakitcəsinə və s
 
-ca,-cə şəkilçisi ilə: zəifcə, yüngülcə, ehmalca və s
 
-akı, -əki şəkilçisi ilə: yanakı, çəpəki və s. 
 
-yana, -anə şəkilçisi ilə: saymazyana, şairanə və s. 
 Mürəkkəb tərz zərfləri  daha çox inkişaf etmişdir və  
rəngarəng vasitələrlə əmələ gəlir. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə