Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə4/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   2   3   4   5   6   7   8   9   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
13 
2.
  -dakı, dəki  isimlərə  və  əvəzliklərə qoşularaq məkani 
əlamət bildirən sifətlər yaradır. Məsələn,  meşədəki, 
dağdakı, səndəki, bizdəki və s. 
3.
 
 -lı, -li, -lu, -lü şəkilçisi isimlərə qoşularaq sifət və isim 
yaradır. Məsələn,  dadlı, yağlı, duzlu, şəhərli, məktəbli 
və s.  
4.
 
-sız, -siz, -suz, -süz şəkilçisi isimlərə, az hallarda əvəzlik 
və saylara qoşularaq sifət yaradır. Məsələn,  zərərsiz, 
qorxusuz, bizsiz, birincilərsiz və s. 
5.
 
-lıq, -lik, -luq, -lük şəkilçisi isim, sifət, say və bəzən də 
əvəzliklərdən isim düzəldir. Məsələn,  dostluq, atalıq, 
yaxşılıq, gözəllik, mehribanlıq, azlıq, çoxluq, beşlik, 
yüzlük, neçəlik, kimlik və s.  
Şəkilçilərin ikinci qisminə sözdəyişdirici  şəkilçilər 
daxildir. Bu şəkilçilər xalis Azərbaycan dili şəkilçilərindən 
ibarət olub, həmişə sözün sonunda işlənir. Bu şəkilçilər yalnız 
sözün formasını dəyişdirir, məzmununa isə ciddi təsir etmir. Bu 
şəkilçilər sözlər arasında qrammatik əlaqənin təmin olunmasına 
xidmət edir. Bütün qrammatik kateqoriyaların  şəkilçiləri 
sözdəyişdirici  şəkilçilər qrupuna daxildir. Bu kateqoriyalar, 
başlıca olaraq isim və fellərə məxsus olur. Başqa nitq hissələri 
bunların vəzifəsini daşıdığı zaman həmin kateqoriyaların 
şəkilçilərini qəbul edə bilir. Bu baxımdan kateqoriyaların 
əlamətlərini – şəkilçiləri aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Kəmiyyət kateqoriyası  şəkilçiləri, 2. Hal kateqoriyası 
şəkilçiləri, 3. Mənsubiyyət kateqoriyası şəkilçiləri, 4. Xəbərlik 
kateqoriyası  şəkilçiləri, 5. İnkarlıq kateqoriyası  şəkilçiləri,        
6.  Şəxs kateqoriyası  şəkilçiləri, 7. Zaman kateqoriyası 
şəkilçiləri. 8. Təsir kateqoriyası şəkilçiləri; 9. Növ kateqoriyası 
şəkilçiləri. 
 Qrammatik 
kateqoriyaların  şəkilçiləri  sözdəyişdirici 
şəkilçi olub, qrammatik mənanın ifadə olunmasına, sözlər 
arasında qrammatik əlaqənin yaranmasına xidmət edir. Lakin 
bəzi dilçilik kitablarında, eləcə 
də orta məktəb 
Gülarə  Abdullayeva 
 
 
14
qrammatikasında felə  məxsus növ kateqoriyasının  şəkilçiləri 
feldən fel düzəldən  şəkilçi kimi təqdim edilir. Əslində növ 
kateqoriyasının göstəriciləri də müəyyən qrammatik vəzifəni 
yerinə yetirməklə  hərəkətlə obyekt və ya subyektin, obyektlə 
subyektin  əlaqə, münasibətini müəyyənləşdirir. Bu şəkilçiləri 
qəbul edən felin lüğəvi məzmununda dəyişiklik hiss edilmir. 
Ona görə  də felin növ kateqoriyasının  şəkli  əlamətlərinin də 
sözdəyişdirici  şəkilçilər sırasına daxil edilməsi daha 
məqsədəuyğundur. 
 Prof. 
B.Xəlilov bu şəkilçiləri, eləcə  də kiçiltmə  və 
əzizləmə  mənası verən  şəkilçiləri, sifətin dərəcə  şəkilçilərini, 
feli sifət, feli bağlama, məsdər  şəkilçilərini formadüzəldici 
şəkilçilər qrupuna daxil etmişdir. (3, səh. 101) 
 Prof. 
M.Hüseynzadə    məsdər  şəkilçisini tamamilə 
sözdəyişdirici  şəkilçi adlandırmağı doğru hesab etməmiş  və 
məsdərin, eyni zamanda hərəkətin adını da bildirdiyini əsas 
götürmüşdür. (1, səh. 15) 
 Prof. 
Q.Kazımov isə  məsələyə xüsusi həssaslıqla 
yanaşmış, yalnız ismin hal, mənsubiyyət və felin şəxs 
şəkilçilərinin cümlədə sözlər arasında  əlaqə yarada bilməsinə 
əsaslanaraq, onları sözdəyişdirici  şəkilçi adlandırmışdır. 
Müəllifin fikrincə, isimlərdə  kəmiyyət  şəkilçisi, fellərdə 
inkarlıq, şəkil əlamətləri kateqorial şəkilçi olub, sözdüzəltmədə 
və sözlər arasında qrammatik əlaqə yaratmada heç bir rol 
oynamadığından formadüzəldici  şəkilçi hesab edilməlidir.       
(2, səh. 31) Fikrimizcə, bu cür təsnifat məqsədəuyğundur.  
Dilimizdə şəkilçilərdə də omonimiya hadisəsi müşahidə 
olunur. Eyni fonetik tərkibə malik olan şəkilçi bir məqamda 
sözdüzəldici, başqa məqamda sözdəyişdirici  şəkilçi kimi çıxış 
edir. Hətta bəzən eyni şəkilçi bir neçə qrammatik vəzifəni 
yerinə yetirə bilir. -ma
2
, -dır
4
,  -da
2
, -mış
4
,  -ar
2
, -acaq
2
, -ır
4
,      
-ım
4
, - ın
4
,  -a
2
, -aq
2
  və s. şəkilçilər bitişdikləri nitq hissələri və 
ya yaratdıqları mənalara əsasən bir münasibətlə sözdəyişdirici, 
başqa münasibətlə sözdüzəldici  şəkilçi olur: Gəl adam, 


Müasir  Azərbaycan  dili 
 
 
15 
Mənə yaxın gəl; Çoxdan  zərər gəlməz, Səni çoxdan 
gözləyirdim; Gəlir vergisi çoxaldı, Bahar gəlir, Bir içim saf su 
ver. Mən nə deyim  sənə, nə deyim axı? Baxın, baxın, yaxşı 
baxın, diqqətlə baxın! (C.Məmmədquluzadə); Yaz əkini  
başlandı; Yaşamaq yanmaqdır yanasan gərək. (B. Vahabzadə); 
Yara qanadı; Gərək məktubu ünvanına çatdıraq. Mərd bir dəfə 
ölər, qorxaq min dəfə. (Atalar sözü) və s. 
Belə hallarda şəkilçinin funksiyasını müəyyənləşdirmək 
üçün onun artırıldığı sözə  və cümlədə mövqeyinə,  şəkilçinin  
məzmununa əsaslanmaq lazımdır.  
Şəkilçilər həm də  işlənmə intensivliyinə görə  təsnif 
edilir. Bu baxımdan  şəkilçilər məhsuldar və qeyri-məhsuldar 
olmaqla iki qrupa ayrılır. Məhsuldar  şəkilçilər dedikdə dildə 
çox işlənən  şəkilçilər başa düşülür. Qeyri-məhsuldar  şəkilçilər 
isə, bunun əksinə olaraq az-az təsadüf olunan şəkilçilərə deyilir. 
Məsələn,  -lı
4
,  -sız
4
,  -dakı
2
,  -ın
4
,  -çı
4
  və s. məhsuldar, 
-gə, -ım  şəkilçiləri qeyri-məhsuldar  şəkilçilərə misal ola bilər. 
Bundan  əlavə, alınma  şəkilçilər də qeyri-məhsuldar 
şəkilçilərdir. 
Dilimizdə şəkilçilər yazılışına görə bir, iki və dörd cür 
yazılan olmaqla üç qrupa ayrılır. Ahəng qanununa uyğun 
olaraq, Azərbaycan dilinin öz şəkilçiləri iki və dörd cür yazılır. 
Tərkibində açıq sait olan şəkilçilər iki, qapalı sait olanlar isə 
dörd cür yazılır. Dilimizə başqa dillərdən keçən  şəkilçilər isə 
bir cür yazılır. Məsələn,  -lı, -sız, -çı  və s. dörd, -la, -ar, -ma             
və s. iki, -şünas, -pərəst, na- anti-  və s. şəkilşilər isə bir cür 
yazılan şəkilçilərdəndir. 
                        
 
 
 
 
 
 
Gülarə  Abdullayeva 
 
 
16
 
Şəkiliçilərin təsnifatı 
Şəkilçilərin təsnif 
prinsipləri 
Şəkilçilərin 
növləri 
Nümunələr 
Sözdüzəldici 
dəmirçi, yayla(maq), 
çəmənlik, yağsız, duzlu
dirək və s. 
 
Vəzifəsinə görə 
Sözdəyişdirici 
Yazır, alacağ-am
tələbəyəm, evin və s. 
Son şəkilçilər 
gözəllik,yaşa-yış
adamlar, qızım və s.  
Iç şəkilçilər 
Qovhaqov, qaçaqaç, 
güngün və s.  
 
 
İşlənmə yerinə görə 
Ön şəkilçilər 
naümid, anormal, 
bisavad,baxəbər, 
antihumanist və s. 
Milli şəkilçilər 
söhbətcil, kəsik, əzgin
yazı-çı-lar-ımız-ın və s.   
Mənşəyinə görə 
Alınma şəkilçilər 
şöhrətpərəst,marksizm
xəyalpərvər, yoldaş və s. 
Məhsuldar 
şəkilçilər 
Yaxşılıq, çəməndəki,  
dənizçi, bozar(maq) və s. 
 
Məhsuldarlığına 
görə 
Qeyri-məhsuldar 
şəkilçilər 
Qumsal, keçid, dön
naümid və s. 
Dörd cür yazılan 
şəkilçilər 
Yazlıq, çəmənlik, otluq
güllük, yazı,çəki, qorxu
ölü və s.   
Iki cür yazılan 
şəkilçilər 
Başla(maq), göz(mək), 
otar(maq), közər(mək)  
və s.  
 
 
     
 
Yazılışına görə 
Bir cür yazılan 
şəkilçilər 
Yoldaş,  sirdaş, əmək- 
dar, hesabdar  və s. 
 
 
 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə