Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə5/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   2   3   4   5   6   7   8   9   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
17 
Nitq  hissələri və onların  
təsnifi prinsipləri 
 
           Ümumi  qrammatik  əlamətinə görə  fərqlənən söz 
qruplarına nitq hissələri deyilir.  
 Ümumi  qrammatik  əlamət dedikdə sözün ifadə etdiyi 
məna, daşıdığı sual və cümlədə mövqeyi nəzərdə tutulur. Sözün 
ifadə etdiyi məna onun  yalnız  ayrılıqda  götürülmüş  leksik  və  
ya  lüğəvi  mənasını  deyil,  həm də onun qrammatik  mənasını 
əhatə edir.  Hər  bir  sözün  müəyyən bir  nitq  hissəsinə  aid  
olması  üçün  həmin  söz  leksik  məna ilə yanaşı, qrammatik  
məna  da  kəsb etməlidir.  Qrammatik  məna  isə  sözün  öz  
daxilində  olmur,  qrammatik  formalarla  meydana  çıxır.  
Deməli,  sözlər  nitq  hissələrinə  bölünmək üçün dilin  
qrammatik quruluşuna xas olan  qrammatik kateqoriyalara  
malik  olmalıdır. Beləliklə, leksik  mənaya  malik  olan  sözlər  
qrammatik  məna  kəsb  edərək qrammatik  əlamətlər qəbul 
edir, digər sözlərlə əlaqələnərək fikrin ifadə olunmasına təminat 
verir. Nəticədə cümlələr formalaşır və sözlər cümlədə müəyyən 
sintaktik vəzifə daşıyır. Qrammatik  məna  ilk  növbədə,  
cümlədə    başqa  sözlərlə    əlaqə    və  münasibətlərdə  
müəyyənləşən  mənadır. 
Qrammatik  mənanın  həm  morfoloji,  həm  də  
sintaktik  ifadə  vasitələri  vardır.  Qrammatik  mənanın   
morfoloji   ifadə  vasitəsinə sözlərin  dəyişməsi  (şəkilçilər  və  
vurğular),  sintaktik  ifadə  vasitələrinə  isə sözlərin  bir-birinə  
yanaşması,  intonasiya   və   sözlərin  sırası  daxildir.  
Azərbaycan dilindəki  nitq  hissələrini  müstəqil 
mənalarına,  qrammatik  formalarına  (morfoloji  əlamətlərinə)  
və  sintaktik  roluna   görə  əsas,   köməkçi   və   xüsusi    nitq  
hissələri  olmaqla  üç  qrupa  ayırmaq  olar.  
Hər şeydən əvvəl,  sözləri lüğəvi mənaya malik olan və 
lüğəvi mənası olmayan sözlər adı ilə iki qrupa bölmək olar. 
Gülarə  Abdullayeva 
 
 
18
Dilimizin lüğət tərkibindəki sözlərin 99%-dən çoxunun lüğəvi 
mənası var. Lüğəvi mənası olmayan sözlər köməkçi 
vasitələrdir.  Əslində köməkçi vasitələr olmadan da fikir ifadə 
etmək mümkün olur.  Lakin fikrin bütün inçəliyinə qədər ifadə 
olunmasında bu vasitələrin rolu da danılmazdır. Vaxtilə dildə 
belə köməkçi vasitələr olmamış,  onlar dilin  inkişafı prosesində  
lüğəvi mənaya malik olan sözlərdən əmələ gəlmişdir.     
1. Əsas nitq  hissələri leksik   (lüğəvi)  mənaya  malik  
olur,  müvafiq  suala  cavab  verir, müəyyən  sintaktik  vəzifə  
daşıyır,  söz  yaradıcılığı  prosesində  fəal  iştirak  edir.  Onlar  
əşyanın  adını,  əlamət  və  keyfiyyətini,  miqdarını, hal-
hərəkətini, hərəkətin əlamətini  bildirir.  Əsas   nitq  hissələrinə  
isim,  sifət,  say,  əvəzlik,  fel  və    zərf  daxildir.  Əsas  nitq  
hissələri  içərisində  əvəzlik  digərlərindən fərqlənir.  Belə  ki,    
əvəzliyin lüğəvi mənasında konkretlik, dəqiqlik yoxdur. O, 
hansı nitq hissəsini  əvəz edirsə, həmin nitq hissəsinin də 
əlamətlərini qəbul edir.  Əvəzliyin özünəməxsus qrammatik 
xüsusiyyətləri olmadığından, tarixən müəyyən mübahisələrə 
səbəb olmuş, bir sıra dilçilər onu ayrıca bir nitq hissəsi kimi 
qəbul etməmişlər. 
2. Köməkçi  nitq  hissələrinin  müstəqil  leksik  mənaları  
olmur,  heç  bir  suala  cavab  vermir  və  buna  görə  də  cümlə  
üzvü  ola  bilmir.  Köçəkçi  nitq  hissələri  mənsə  etibarilə  əsas 
nitq  hissələrindən  törəmişlər və cümlənin  təşkilində  yardımçı  
rol oynayırlar.  Onlar  ya  sözlər  və    cümlələr  arasında  
qrammatik  əlaqəni  təmin  edir,  ya  da  fikrin 
 
formalaşmasında  müxtəlif  çalarlıqlar  və  emosional  
ekspressiv  xüsusiyyətlər  yaradaraq,  danışan  şəxsin,  bəzən  
də    başqasının  müxtəlif  hissi  münasibətlərinin  ifadəsinə  
xidmət göstərmiş olur. Bu baxımdan köməkçi  nitq  hissələrinin  
özlərini  də  iki  hissəyə  ayırmaq  olar:  a)  sözlər  və  cümlələr  
arasında müxtəlif əlaqə və  münasibətləri  təmin edən  köməkçi  
nitq  hissələri.  Bunlara  qoşma  və    bağlayıcı    daxildir.            
b) müxtəlif emosional-ekspressiv və hissi  münasibətlərin  


Müasir  Azərbaycan  dili 
 
 
19 
ifadəsinə  xidmət  edən  köməkçi  nitq  hissələri.  Bunlara  ədat  
və  modal  sözləri  daxil  etmək  olar. 
3. Xüsusi  nitq  hissələrinə  nida   və    təqlidi  sözlər  
daxildir.  Bunlarda  həm  əsas,  həm  də  köməkçi  nitq  
hissələrindən  fərqli  xüsusiyyətlər  özünü  göstərir. Xüsusi nitq 
hissələri cümlədə heç bir qrammatik vəzifə daşımır,  daha  çox  
hiss və  duyğuların ifadə olunmasına xidmət edir.  Nidalar  hiss  
və  həyəcan  ifadə  etsələr  də,   əsas  nitq  hissələrindən  fərqli  
olaraq,  onları  adlandıra  bilmir.  Təqlidi  sözlər  isə  söz  
yaradıcılığında  iştirak  etməklə  əsas  nitq  hissələrinə  yaxın  
olsalar  da,  müəyyən  təbiət  səslərinin,  bəzən  də  görünüşün  
təqlid  olunması  bunlara  xüsusi  nitq  hissəsi  səciyyəsi  
qazandırır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Beləliklə,  dilimizdə  on  iki  nitq  hissəsi  vardır:          
1.İsim; 2.Sifət; 3.Say; 4.Əvəzlik; 5.Fel;  6.Zərf;  7.Qoşma; 
Nitq 
hissələri 
Əsas nitq 
hissələri 
Köməkçi  
nitq 
hissələri 
Xüsusi nitq 
hissələri 
Adlar 
qrupu 
Fel qrupu 
İsim, sifət, 
say, 
əvəzlik, 
Fel, zərf 
Qoşma,bağ- 
layıcı,  ədat, 
modal sözlər
Nidalar,  
səs təqlidi 
sözlər 
Gülarə  Abdullayeva 
 
 
20
8.Bağlayıcı; 9.Ədat; 10.Modal sözlər; 11.Nida; 12.Təqlidi  
sözlər  (yamsılamalar). 
Bunlardan  əşyanın  adını  bildirən  sözlər  isim,  
əlamətini  bildirən  sözlər  sifət,   miqdarını  bildirən  sözlər  
say,  əşyanın  adını  əvəzetmə  yolu  ilə  ikinci  dəfə  bildirən  
sözlər  əvəzlik,  əşyanın  hərəkətini  bildirən  sözlər  fel,  
hərəkətin   yerini,  istiqamətini, hal-vəziyyətini,  əlamətini,  
zamanını  bildirən  sözlər  zərf  adı  altında  öyrənilir.  
 
 
 
ƏDƏBİYYAT: 
 
1.  Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya.   
III hissə, “Maarif”,  Bakı, 1983. 
2. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. 
Bakı, 2010. 
3. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.        
I hissə,  Bakı,  2007. 
4. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.     
II hissə, Bakı,  2007 
5. Müasir Azərbaycan dili. II hissə, EA nəşri, Bakı, 1980. 
6.  Müasir Azərbaycan dili proqramı. AMİ,  Bakı,  2009. 
7. Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Morfolo- 
    giya,   Bakı,  2000. 
 
 
 
 
 
 
 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə