Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə67/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   63   64   65   66   67   68   69   70   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
265 
cümləyə bağlanmasında onun rolu eyni deyildir. Şərt və 
qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrin 
tərkibində daha fəaldır.  Şərt və qoşulma budaq cümləli tabeli 
mürəkkəb cümlələr istisna olmaqla, qalan bütün budaq cümlə 
növlərində  -sa
2 
şəkilçisi bağlayıcı sözlə, qarşılaşdırma budaq 
cümləsində isə  ədatla birgə  işlənir. Məsələn,  Kim qanunu 
pozsa, meşədə ov et, cəzalanacaq. (İ.Şıxlı) Atımı  haraya 
istən, çaparam (İ.Şıxlı) Mələk şam kimi ərisə də, dərdini heç 
kəsə açmırdı.(İ.Şıxlı) Cahandar ağa nə  qədər fikirləşsə  də
münasib bir söz tapa bilmirdi. (İ.Şıxlı) 
-mı

şəkilçisi isə başlıca olaraq zaman budaq cümləli 
tabeli mürəkkəb cümlələrin qurulmasında iştirak edir. Məsələn, 
Səsini çıxartdın, özünü ölmüş bil. (S.Rəhman) Vaxtın 
oldumu, anana məktub yaz. (H.Abbaszadə)  
Tabeli   mürəkkləb   cümlələrin  qurulmasında   
determinantların  da   müəyyən  rolu  vardır.  Determinant  
üzvlər  predikativ  komponentlərin  hər  ikisinə  aid  olmaqla  
baş  və  budaq  cümlənin  əlaqəsinə  kömək  edir. Məsələn, Bu 
günlər  İmran  hara gedirdisə, orada Şahnazla rastlaşırdı.       
(İ.  Şıxlı)  Səməd  əmisinin qaqqıltılı gülüşündəki qeyri-təbiiliyi 
duymasa da, öz gülüşünün süniliyini hiss etdi. (İ.Hüseynov) 
Dilçilik kitablarında tabeli mürəkkəb cümlələr bağlayıcı 
vasitələrə görə dörd qrupa ayrılır: 
1. Asindetik tabeli mürəkkəb cümlələr. Belə cümlələrdə 
budaq cümlə baş cümləyə yalnız intonasiya ilə bağlanır: 
Gördülər, üç ləpir qayanın üstündə qərar tutub. (S. Rəhimov) O 
istəyirdi, səfərini tez başa vursun. (Ə.Cəfərzadə) 
2. Analitik tabeli mürəkkəb cümlələr. Belə  cümlələrdə 
budaq cümlə baş cümləyə ya bağlayıcı, ya bağlayıcı söz, ya da 
ədatla bağlanır:  Kitab da vardır  ki, onun sözləri, Süzülmüş 
şəfəqli ulduzlar kimi. (S.Vurğun)  Hansı pəncərədən işıq gəldi, 
oraya yüzlərcə güllə atırdı. (M.S.Ordubadi) Özümü müdafiə 
etməyəcəyəm, 
çünki 
məni düşmənlərim çox yaxşı 
doğrultdular.(C.Cabbarlı)  
Gülarə  Abdullayeva 
 
 
266
3. Sintetik tabeli mürəkkəb cümlələr.  Belə cümlələrdə 
budaq cümlə baş cümləyə  şəkilçilərin köməyi ilə bağlanır: 
Mənim ölməyimlə o kişinin qanı yuyulacaqsa, mən hazıram.  
(F.Kərimzadə)  
4.  Analitik-sintetik tabeli mürəkkəb cümlələr. Tabeli 
mürəkkəb cümlələrin bu növündə budaq cümlə baş cümləyə 
bağlayıcı söz və şəkilçilər vasitəsi ilə bağlanır: Sən məni hara 
çağırmışdınsa, ora gedirəm. (Ə.Mustafayev) Nə vaxt istəniz, 
mən o vaxt hazıram. (N.Vəzirov) 
 
Tabeli mürəkkəb cümlələrdə 
 budaq cümlənin növləri 
 
Baş  və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə 
tabeli mürəkkəb cümlənin iki tipi var: I tipdə baş cümlə əvvəl, 
budaq cümlə sonra, II tipdə isə bunun əksinə, budaq cümlə 
əvvəl, baş cümlə sonra işlənir. 
Bundan başqa, tabeli mürəkkəb cümlələr budaq 
cümlənin daşıdığı rol nəzərə alınmaqla da təsnif edilir. Müasir 
Azərbaycan dilində tabeli mürəkkəb cümlələr aşağıdakı budaq 
cümlə növlərinə malikdir: 
1.  Mübtəda  budaq  cümləsi;  
 2. Xəbər budaq  cümləsi
 3. Tamamlıq budaq  cümləsi;  
 4. Təyin budaq  cümləsi; 
 5. Zərflik budaq  cümləsi;   
 1) zaman budaq  cümləsi;  
 2) yer budaq  cümləsi; 
 3) tərz budaq  cümləsi;  
 4) səbəb budaq  cümləsi;  
 5)  nəticə budaq  cümləsi;   
 6) məqsəd budaq  cümləsi;  
 7) kəmiyyət budaq  cümləsi; 


Müasir  Azərbaycan  dili 
 
 
267 
8) dərəcə budaq  cümləsi; 
9) şərt budaq  cümləsi; 
10) qarşılaşdırma budaq  cümləsi;  
6.Qoşulma budaq  cümləsi.  
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr. 
Mübtəda  budaq  cümləsi  baş    cümlənin buraxılan və  ya   
əvəzliklə  ifadə  olunan   mübtədasının  mənasını izah edir, 
aydınlaşdırır. Mübtədanın baş cümlədən doğan sualına budaq 
cümlə cavab verir. Baş  və budaq cümlənin yerinə, bağlayıcı 
vasitələrə görə mübtəda budaq cümləsinin dilimizdə iki tipi 
vardır: 
I tip.  Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir,  budaq 
cümlə baş cümləyə ya yalnız intonasiya, ya da intonasiya və ki 
bağlayıcısı ilə bağlanır. Məsələn,  Açıqca məlum oldu ki, yazı-
pozu bilirsən. (V.Babanlı) Bu yəqindir ki, var sevimli səsin. 
(M.Ə.Sabir) 
Baş cümlədə mübtədanın olub-olmamasına görə I tipin 
özünü də iki növə ayırmaq olar: 
1. Baş cümlədə mübtəda olmur, buraxılır, buraxılmış 
mübtədanın məzmunu budaq cümlə vasitəsilə çatdırılır. 
Məsələn,  Qatar yola çıxan günlərdən bəri idi ki, ayağı yerə 
dəyirdi. (M.Oruc) Sonra məlum olurdu ki, müdir müavini 
dəyişik salıb. (Elçin) O düz bir ay idi ki, yollarda idi. (İ.Şıxlı) 
Belə cümlələrdə baş cümlənin xəbəri elə gəldi, elə çıxır, 
belə  çıxır, fikrindən keşdi, könlündən keçdi, ağlına gəldi, 
ağlından keçdi, ürəyindən keçdi, yadına düşdü  kimi frazeoloji 
vahidlərlə də ifadə oluna bilər: Ona elə gəldi ki, üzünə zillənən 
gözlərdə bir yırtıcı sehrkarlıq var. (İ.Şıxlı) Allahyara elə gəldi 
ki, Mələk onun yanındadır. (İ.Şıxlı) Arada ağlına gəldi ki, 
Xəzangülün oyanmağını gözləməsin. (Ə.Hacızadə)  
2. Baş cümlədə mübtədanın  o (da), bu (da), orası, 
burası, eləsi, beləsi, elələri, belələri, o cəhət, bu cəhət, bir 
cəhət, o şey, bu şey, o məsələ, bu məsələ    sözlərindən ibarət 
yerliyi, qəlibi işlənir. Baş cümlədən sonra budaq cümlə gələrək 
Gülarə  Abdullayeva 
 
 
268
həmin sözlərin mənasını izah edir, aydınlaşdırır: Yoxsa indi də 
bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı 
gəzələr? (C.Məmmədquluzadə)  O da  aşkardır ki, bacısını elə-
belə görməyə  gəlməyib. (F.Kərimzadə)  Burası yaxşıdır ki, 
bəxtin kəsib, komsomol olmamısan. (M.İbrahimov) 
II tip. Budaq  cümlə  baş    cümlədən  əvvəl  işlənir.   
Budaq  cümlədə   kim (ki), nə (ki), hər kim (ki), hər kəs (ki), hər 
nə (ki) və s. bağlayıcı  sözlərindən biri,  baş  cümlədə  isə  ona  
qarşılıq olan və  adlıq  halda duran  o, bu əvəzliyi  iştirak  edir.  
Budaq  cümlə  ümumilik,  baş  cümlə  isə  konkretlik  bildirir.  
Budaq cümlədə  işlənən bağlayıcı sözlər ismin müxtəlif 
hallarında ola bilər.  Bu,  budaq cümlənin formalaşmasına heç 
bir təsir etmir, lakin baş cümlədəki  əvəzliklə ifadə olunan 
qarşılıq bildirən söz mütləq adlıq halda olmalıdır. Məsələn,  
Kim  vətənini sevirsə,  o, xalqın sevimlisidir. (M.S.Ordubadi) 
Hər kəs bağa tez çatsa, qızıl bayrağı  o  götürəcək.                  
(M.S.Ordubadi) 
Bəzən baş cümlədə qarşılıq bildirən söz işlənməyə  də 
bilər, lakin təsəvvür edilməlidir. Məsələn, Kimi əcəl hərləyirsə, 
(o) qabağa çıxsın. (İ.Şıxlı) Kim bu dünyada sıxıntı çəksə, (o) elə 
axirətdə də əzab içində qıvrılacaq. (İ.Şıxlı) Kim qanunu pozsa, 
(o) cəzalanacaq. (İ.Şıxlı) Dəstimdə  nə var,  (o) getdi əldən. 
(Xətai) 
Belə cümlələri sadələşdirdikdə baş cümlədəki qarşılıq 
bildirən söz atılır (əgər cümlədə  işlənmişdirsə), budaq cümlə 
tərkib şəklində onun yerinə keçir, mübtəda vəzifəsini icra edir: 
Hər kəs bağa tez çatsa, qızıl bayrağı  o götürəcək. - Qızıl 
bayrağı  bağa tez çatan götürəcək.  Kimi  əcəl hərləyirsə, 
qabağa çıxsın. – Əcəl hərləyən qabağa çıxsın.  
Xəbər  budaq  cümləli  tabeli  mürəkkəb cümlələr.  
Xəbər  budaq  cümləsi  baş  cümlənin  işarə  əvəzliyi ilə  ifadə  
olunan  xəbərini    izah    edib    aydınlaşdırır. Xəbərin baş 
cümlədən doğan sualına budaq cümlə cavab verir. Məsələn, 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə