Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə69/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   65   66   67   68   69   70   71   72   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
273 
II tip.  Bu  tipdə  budaq  cümlə  baş  cümlədən  əvvəl  
işlənir  və  baş  cümləyə  kim,  hər  kim,  hər  kəs,  nə,  hər    
və  s.    bağlayıcı    sözlərlə    bağlanır.  Baş    cümlədə    tamamlıq  
vəzifəsində  qarşılıq  bildirən  o sözü,  az  hallarda  isə  bu  sözü  
işlənir.   Məsələn, Onların ağsaqqalı  desə, ona tabe olurlar. 
(İ.Şıxlı) Allah səni  arzulayırsansa, ona çatdırsın.   (İ.Şıxlı) 
 Qarşılıq  bildirən  söz  olmadıqda  onu  baş  cümlənin  
ümumi  məzmunu  əsasında  sual  verib  müəyyənləşdirmək  
olur.  Məsələn,  Nə soruşsanız, (onu) söylərəm.  (C.Cabbarlı)   
Baş    cümlədə    hamısı, heç  biri    sözləri  olduqda,  
qarşılıq  bildirən  söz  yiyəlik  halda  təsəvvür  edilir.  Məsələn,  
Nə ki qeyd etmişdilər,  hamısını yerinə yetirdi. (Ç.Hüseynov) 
Bizim tayfadan kim varsa, hamısına xəbər elə. (İ.Şıxlı) 
O  şey  ki,  o  məsələ  ki,  o  cəhət  ki  və s.  sözlər  də  
budaq  cümlədə  bağlayıcı  söz  kimi  çıxış  edir.  Məsələn,   O  
şey  ki  təkcə    sənə  aiddir,  (onu)  mən  bilirəm.                      
(M.İbrahimov). 
Cümlənin  ikinci  dərəcəli  üzvü  olan  tamamlıq  
vasitəsiz  və  vasitəli  olduğu  kimi,   tamamlıq  budaq  
cümlələrinin  bir  hissəsi  vasitəsiz,  bir  qismi  isə  vasitəli  
tamamlığın suallarına  cavab  verir.  Məsələn, Mən hiss edirdim 
ki, (nəyi?) o, məndən tamamilə başqa bir söz gözləyir.            
(M.Hüseyn) Mən bu saat sizə sübut edərdim ki, (nəyi?) mən 
sizin atanız deyiləm. (N.Vəzirov) Xəlil anladı ki, (nəyi?) bu 
baxışları qəbir evinə qədər unuda bilməyəcək. (İ.Məlikzadə)  
Vasitəli  tamamlığın  suallarına  cavab  verən  tamamlıq  
budaq  cümlələri  baş  cümlənin  feli  xəbəri  ilə  yanaşı,  ismi  
xəbərinə    də    aid    ola    bilir.    Məsələn,  Mən inanmıram ki, 
(nəyə?) Orxan da, sən də bu boyda səhv eləmiş olasınız.         
(Ə.Hacızadə)  Biz  əminik  ki, (nəyə?) bu  hadisələr  sənin 
təbinə  daha  mühüm  təkanlar verəcəkdir.  (M.S.Ordubadi). 
Tamamlıq  budaq  cümləsi  baş  cümlənin  məsdər,  feli  
bağlama və feli sifətlə ifadə olunan başqa üzvlərinə:  mübtəda, 
tamamlıq, zərflik,  təyininə  də  aid  ola  bilir.   
Gülarə  Abdullayeva 
 
 
274
Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr. 
Təyin budaq  cümləsi  baş  cümlənin  əşya məzmunlu  hər hansı 
üzvünü izah edir, aydınlaşdırır. Ya baş cümlədə  təyin olmur, 
təyinin baş cümlədən doğan sualına budaq cümlə cavab verir, 
ya da baş cümlədə  təyinin  əvəzliklə ifadə olunmuş yerliyi, 
qəlibi olur, budaq cümlə vasitəsilə izah edilir, aydınlaşdırılır. 
Məsələn,  Adam var, başına səpəsən güllər, Adam var, gözünə 
çəkəsən millər. (Aş.Ələsgər)  Elə yerə qoy ki, it-pişik çıxa 
bilməsin. (İ.Şıxlı)  
Birinci cümlədə baş cümlədə  (Adam var,...)  təyin 
buraxılmışdır, təyinin baş cümlədən doğan  (necə adam?) 
sualına budaq cümlə cavab verir. İkinci cümlədə isə  təyinin 
yerliyi, qəlibi var: elə sözü. Lakin bu söz  mənanı tam aça 
bilmədiyindən, budaq cümlə  tələb olunur və budaq cümlə 
təyinin vəzifəsini icra edir.  
Təyin  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrin  
belə  bir  xüsusiyyəti  də var  ki,  baş  cümlədə  təyinlənən  söz  
müəyyən  bir  sözlə  və  ya  bir  şəkilçi  ilə  budaq  cümlədə  
xatırladılır.  Məsələn,    Doğrudan da, hacı gözləri ilə elə bir 
adam axtarırdı ki, çamadanları ona apartdırsın. (C.Cabbarlı) – 
cümləsində baş cümlənin təyinlənəni  (adam) budaq cümlədə 
əvəzliklə (ona) xatırladılmışdır.    
           Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə  
dilimizdə təyin  budaq  cümləsinin aşağıdakı tipləri  vardır: 
I tip.  Baş  cümlə  əvvəl,  budaq  cümlə  sonra  işlənir.  
Budaq  cümlə    baş  cümləyə ya yalnız intonasiya, ya da 
intonasiya və  ki   bağlayıcısı  ilə    bağlanır.    Məsələn,   
Kəndimizdə  elə  adam varmı  ki, heç torpağı olmasın?                   
(İ.Şıxlı) Söz var, kəsdirər başı, Söz var, kəsər cavaşı. (Xətai)  
Verilmiş cümlələrin hər ikisində  baş cümlə  əvvəl, 
budaq cümlə sonra işlənmişdir. Əvvəlki  cümlə  ki bağlayıcısı,  
sonuncu  isə intonasiya ilə qurulmuşdur. Cümlələrdən  
birincinin baş cümləsində  elə  əvəzliyi  təyinin yerliyi, qəlibi 
olub, budaq cümlə vasitəsi ilə izah edilir. İkinci nümunədə isə   


Müasir  Azərbaycan  dili 
 
 
275 
iki təyin budaq cümləsi işlənmiş  və  hər birinin baş cümləsi 
təyini buraxılmış yarımçıq cümlə  şəklindədir. Buraxılmış 
təyinin məzmunu budaq cümlə vasitəsi ilə aydınlaşır.  
Təyin  budaq  cümləsinin   bu  tipi  dilimizdə  daha   çox  
işlənir.  Baş  cümlədə  budaq  cümlənin   yerliyinin - qəlibinin  
olub- olmamasına  görə  bu  tipin  özünü  də  2 yerə  ayırmaq  
olar:   
a)    Baş  cümlə  təyini biraxılmış yarımçıq cümlə 
şəklində olur. Baş cümlədəki təyinlənən məntiqi vurğu ilə 
tələffüz edilir. Təyinin baş cümlədən doğan sualı budaq cümlə 
vasitəsi ilə cavablandırılır. Məsələn, Dərd var ki, bənzəmir heç 
hansı  dərdə. (B.Vahabzadə)  İnsan var ki, ömrü qaynar, 
mübarizəli. (R.Rza) Zaman var,  xəyalı  çəkir zirvəyə,  Zaman 
var, məhv edir, eşqi, niyyəti, Zaman var,  insanı qaldırır göyə, 
Zaman var, məhv edir insaniyyəti. (B.Vahabzadə) 
b) Baş cümlədə təyinin yerliyi, göstəricisi, qəlibi işlənir  
və  budaq  cümlə  həmin  sözü  izah  edib  aydınlaşdırır.  Bu  
halda  baş  cümlədə    işlənən  qəlib  sözlər  aşağıdakılardan  
ibarət ola bilər:   
1.  Elə,  elə  bir,  belə,  belə  bir,  o  cür,  bu  cür  sözləri  
baş  cümlədə  qəlib  söz – təyin  vəzifəsində  işlənir  və  budaq  
cümlə  vasitəsilə  izah edilir.  Məsələn,  Dünyada elə şeylər var 
ki, onlar pulun hökmünə tabe deyillər. (M.İbrahimov) Bəzən elə 
adamlar olur ki, onların tarixini yazmaq üçün bütün bir xalğın, 
bir ölkənin....tarixini yazmaq lazım gəlir. (C.Cabbarlı) Həyat 
elə bir hikmətdir ki, idrakın təxəyyülü onu asanlıqla qavraya 
bilmir. (Anar) İsmayıl elə bir pöhrədir ki, o böyüyüb qol-budaq 
atanda kölgəsi bütün ölkəni tutacaq. (F.Kərimzadə) 
2.  Bəzən baş cümlədə  qəlib sözün bir hissəsi işlənmir, 
yalnız bir sözü işlənir. Məsələn, Mən bir solmaz yarpağam ki, 
çiçəkləri bəzərəm. (C.Cabbarlı) Mən bir susmaz duyğuyam ki, 
ürəkləri gəzərəm. (C.Cabbarlı)  
3.  O,  bu    sözləri  baş    cümlədə    qəlib  söz- təyin  
vəzifəsində  işlənir  və  budaq  cümlə  vasitəsilə  izah  edilir.  
Gülarə  Abdullayeva 
 
 
276
Məsələn, Sözünü o  kəslərə de ki, sənə qulaq vermirlər.           
(C.Məmmədquluzadə) Ar olsun o millətə ki, onun içindən 
yüksək  əməllər naminə ölümə hazır olan oğullar və  qızlar 
tapılmayacaq. (M.İbrahimov) 
3.  Həmin,  həmin o,  bəzən  də    haman,  haman o  
sözləri  baş    cümlədə    qəlib söz – təyin  vəzifəsində    işlənir.  
Məsələn, Bu həmin çadır idi ki, onun içində  Əbu Səid Sara 
Xatunla Şeyx Heydəri qəbul eləmişdi. (F.Kərimzadə) 
II tip.  Təyin  budaq  cümləsinin  ikinci  tipində  budaq  
cümlə  baş  cümlədən  əvvəl  gələrək  ona  hansı,  kim,  nənecə  
və s. bağlayıcı  sözlərlə  bağlanır. Baş cümlədə qarşılıq bildirən 
o, bu sözləri təyin vəzifəsində olur. Məsələn,  Hansı ürəkdə 
xəbislik, kin-küdurət, ləkə, naqislik var, o insanlar özlərindən 
küssün. (F.Kərimzadə) 
Bağlayıcı sözlər bəzən   ki ədatı ilə birlikdə  işlənə bilir 
və ya budaq cümlənin sonunda -sa,  -sə şəkilçisi olur. Məsələn,     
Mən onun noxtasından tutub hansı tərəfə dartsam, tərəfə də 
gedəsidir. (F.Kərimzadə) Hansı biletə əl uzadırdımsao biletin 
cavabı o saat beynimdə hazır olurdu.  (Ə.Əylisli)  
Təyin  budaq  cümləsinin  ikinci  tipi  dildə  nisbətən  az  
işlənir.      Bu  cür  təyin budaq cümlələri mübtəda, tamamlıq və 
xəbər budaq cümlələri  hesabına azalır. Çox zaman yığcamlıq 
üçün baş    cümlədə    təyin  vəzifəsində    işlədilən  qarşılıq  
bildirən  o,  bu    sözlərini substantivləşdirərək  (həmin sözlər 
məntiqi  vurğu  altına  düşmədikdə) işlədirik.  Nəticədə budaq 
cümlənin növü dəyişərək, mübtəda, xəbər və tamamlıq budaq 
cümləsinə çevrilir. Məsələn,  Hansı  kitabı istəyirsən,  o  kitabı 
götür.-  əvəzinə,  Hansı kitabı istəyirsən, onu götür.- dedikdə,  
təyin  budaq  cümləsi  tamamlıq  budaq  cümləsi  ilə    əvəz 
olunur.  Buna  görə  də  təyin  budaq  cümləsinin  bu  tipində  
baş  cümlədə  qarşılıq  bildirən  söz  mütləq  işlənməlidir. 
Dilimizdə bəzən elə təyin budaq cümlələri də işlənir ki, 
formal olaraq bu iki tipin heç birinə uyğun gəlmir.  Belə 
cümlələrdə baş cümlənin təyinlənənindən  əvvəl  o, bu, bir 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə