Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə7/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   2   3   4   5   6   7   8   9   10   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
25 
çoxluğunu bildirirsə,  ilxılar dedikdə bir neçə ilxı  nəzərdə 
tutulur. 
       
Lakin camaat və əhali sözləri cəm şəkilçisi ilə işlənmir. 
Toplu isimlər cümlədə mübtəda vəzifəsində işlənərkən də xəbər 
təkdə olur. Məsələn,  Camaat küçələrə axışdı. Kütlə narahatdır. 
Ordu  qələbə çaldı. və s.  
İsmin lüğəvi məna növləri.  Dilimizdə isimlər zəngün 
lüğəvi məna növlərinə malikdir. Bu da ismin çox qədim tarixə 
və    zəngin  söz ehtiyatına malik olması ilə bağlıdır.  İsmin 
lüğəvi məna növlərini aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.Yaxınlıq, qohumluq, dostluq münasibətlərinin adlarını 
bildirən isimlər: ata, ana, nənə, baba, əmi, dayı, bibi və s. 
2.  Heyvan adı bildirənlər: it, ilan, qoyun, dəvə və s. 
3. Quş adları bildirənlər:  sərçə, göyərçin, turac, 
qırqovul və s. 
4. Cansız əşya adlarını bildirənlər: stol, stul, su, torpaq, 
qələm, kitab, ağac və s. 
5.  İctimai hadisələrin adlarını bildirənlər:  müharibə, 
inqilab, üsyan və s.  
6. Təbiət hadisələrinin adlarını bildirənlər: yağış, tufan, 
şaxta, zəlzələ və s. 
7.  Zaman adları bildirənlər: saat, gün, həftə, ay, il və s. 
8. Məkan adları bildirənlər:  şəhər, kənd, yol, küçə,  
səhra və s. 
9.  Proses adı bildirənlər: görüş, vuruş, döyüş və s. 
10. Mücərrəd məfhumların adlarını bildirənlər:  sevgi, 
xəyal, qorxu, həyəcan və s.  
11. Elm adlarıını bildirənlər: tarix, biologiya, riyaziyyat 
və s. 
12.  Əlamət, keyfiyyət, vəziyyət adlarını bildirənlər: 
zəiflik, yaxşılıq, yamanlıq, gözəllik və s. 
13. Bədən üzvlərinin adlarını bildirənlər:  göz, qulaq, 
ürək və s. 
Gülarə  Abdullayeva 
 
 
26
14. Müxtəlif vəzifə, peşə, dərəcə,  rütbə, ixtisas bildirən 
isimlər:  müəllim, həkim, mühəndis, şair və s. 
İsimlərin lüğəvi məna növlərinin sayını daha da 
artırmaq mümkündür. 
 İsimlər morfoloji əlamətinə görə fellərdən sonra ikinci 
yerdə duran zəngin nitq hissəsidir.    
İsmin quruluşca növləri.  İsimlər quruluşuna görə üç 
növə  ayrılır: sadə, düzəltmə, mürəkkəb isimlər. 
Sadə isimlər  yalnız bir kökdən ibarət olan, heç bir 
sözdüzəldici  şəkilçi qəbul etmədən  əşyaların adlarını bildirən 
isimlərdir. Məsələn, dəftər, qələm, kitab, xəyal, vəzifə, məktəb, 
su, balıq, meşə və s. 
Sözdüzəldici (leksik) şəkilçilər vasitəsilə müxtəlif nitq 
hissələrindən yaranmış isimlər düzəltmə isimlər adlanır. 
Düzəltmə isimlər adlardan və fellərdən  əmələ  gəlir. Adlardan 
əmələ gələn isimlər həm öz milli şəkilçilərimiz, həm də başqa 
dillərdən gələn alınma şəkilçilər vasitəsilə yaranır. 
a) Azərbaycan dilinə  məxsus  şəkilçilər vasitəsilə  əmələ  gələn 
isimlər: 
      -lı
4
  şəkilçisi ilə cümlədəki yerlərinə görə yer münasibəti
keyfiyyət, sahiblik, soyad, əlamət, nəsil, ailə  mənalarını 
ifadə edən düzəltmə isimlər  əmələ  gəlir:  şəhərli, dağlı, 
məktəbli, atlı, lənkəranlı  və s. 
      -lıq
4
  şəkilçisi ilə keyfiyyət, xasiyyət, vəzifə, peşə, yer və  əşya 
adı ifadə edən isimlər düzəlir:  insanlıq, rəhbərlik, 
qohumluq, bahalıq, yaxşılıq, satqınlıq, yorğunluq, təmizlik, 
gözəllik, çoxluq və s. 
      -ça
2
  şəkilçisi ilə kiçiltmə  mənalı isimlər düzəlir:  meydança, 
qazança, dəftərçə, bağça, tarixçə və s. 
      -çı
4
 şəkilçisi  peşə, sənət, məşğələ, adət, xasiyyət, əqidə, meyl, 
keyfiyyət bildirən isimlər əmələ gətirir: yazıçı, dilçi, gülçü, 
zərbəçi, əlaçı, odunçu, təbliğatçı, tarixçi, işçi və s
      -cıq
4
 şəkilçisi ilə kiçiltmə və əzizləmə mənalı isimlər yaranır: 
evcik, gözcük, gəlincik və s. 


Müasir  Azərbaycan  dili 
 
 
27 
      -cığaz
4
 şəkilçisi ilə əzizləmə məzmunu bildirən isimlər düzəlir: 
quşcuğaz, uşaqcığaz və s. 
      -daş şəkilçisi ilə  həmrəylik və iştirak bildirən isimlər düzəlir: 
yoldaş, vətəndaş, əməkdaş, sirdaş, məsləkdaş və s. 
      -gil  şəkilçisi ilə çoxluq anlamı bildirən isimlər yaranır:  
Əhmədgil, İlyasgil və s. 
b) Alınma şəkilçilər vasitəsilə adlardan yaranan isimlər: 
      -iyyat  şəkilçisi ilə:  ədəbiyyat, kəşfiyyat,  hissiyyat,  külliyyat      
və s
      -iyyət  şəkilçisi ilə:  hakimiyyət, irsiyyət,  şəxsiyyət, cəmiyyət
ümumiyyət, qalibiyyət və s. 
      -dar  şəkilçisi ilə:  hökmdar, xəzinədar, icarədar, anbardar, 
havadar və s. 
      -at
2
 şəkilçisi ilə: təbliğat, məlumat, heyvanat, qəflət, təchizat  və 
s. 
      -stan  şəkilçisi ilə:  Gürcüstan, Dağıstan, Türkmənistan, 
Macarıstan, Yunanıstan və s. 
      -i, -vi şəkilçisi ilə: Xaqani, Gəncəvi, Şirvani, Təbrizi və s. 
      -şünas şəkilçisi ilə: şərqşünas, ədəbiyyatşünas, tarixçünas və s. 
      -iyyə şəkilçisi ilə: fərziyyə, Şəmsiyyə, Səfəviyyə və s. 
      -zadə  şəkilçisi ilə:  Əlizadə, Rüstəmzadə, Quluzadə, Vəlizadə, 
Həsənzadə  və s. 
      -gər şəkilçisi ilə: zərgər, misgər və s. 
      -xana  şəkilçisi ilə:  çayxana, meyxana, yeməkxana, toyxana     
qiraətxana və s. 
      -ov, -ova, -yev, -yeva  şəkilçisi ilə:  Həsənov,  Əzimova, 
Əfəndiyev, Hacıyeva və s. 
-izm şəkilçisi ilə:  marksizm,  materializm,  sosializm,   realizm, 
      idealizm  və s.                 
 -ist şəkilçisi ilə: realist, idealist, sosialist, materialist və s. 
            
Feldən isim düzəldən  şəkilçilər yalnız öz milli 
şəkilçilərimizdən ibarətdir. Bunlar aşağıdakılardır: 
-ıq
4
, -q, -k  şəkilçisi ilə:  buruq, bacarıq, bölük, bilik, danışıq, 
minik, qoruq və s. 
Gülarə  Abdullayeva 
 
 
28
-ış
4
  şəkilçisi ilə:  baxış, görüş, döyüş, vuruş, gülüş, açılış, 
sıçrayış və s. 
-ma
2
  şəkilçisi ilə:  bölmə, vurma, qovurma, dondurma, süzmə, 
suvarma və s. 
-maca
2
 şəkilçisi ilə: atmaca, bilməcə, gülməcə və s. 
-aq
2
, -q, -k
 
şəkilçisi ilə:  yataq, qapaq, dirək, çökək, sınaq, 
kəsək, ələk, döşək və s. 
-caq
2
 şəkilçisi ilə: yelləncək, diyircək, tüpürcək, bürüncək və s. 
-ım
4
 şəkilçisi ilə: geyim, yığım, duyum, seçim,  ölüm və s
-ınc şəkilçisi ilə: qaxınc və s
-acaq
2 
şəkilçisi ilə:  dayanacaq, gələcək, duracaq, qanacaq, 
yanacaq və s. 
-ır
4
 şəkilçisi ilə: gəlir, yatır və s. 
-cə şəkilçisi ilə: düşüncə, əyləncə və s. 
-gəc şəkilçisi ilə: süzgəc, üzgəc və s. 
-ıntı
4
 şəkilçisi ilə: qazıntı, ovuntu, yeyinti, çürüntü və s
-gə şəkilçisi ilə: süpürgə, döngə, bölgə və s. 
-c şəkilçisi ilə: əyləc, saxlanc, utanc, güvənc və s. 
-ıd
4
 (d) şəkilçisi ilə: keçid, öyüd və s. 
-ar
2
 şəkilçisi ilə: dəyər, çıxar, yazar, açar və s
-tı
4
 şəkilçisi ilə:  göyərti, tullantı, ağartı, qaraltı və s. 
-qı (-ki, -qu, -kü), -ğı (-gi, -ğu, -gü)  şəkilçisi ilə:  asqı, basqı, 
bitki, seçki, pusqu, qurğu, hörgü, bölgü, sevgi və s. 
-qın
4
, -ğın
4
 şəkilçisi ilə: basqın, daşqın, qırğın, sürgün, yanğın, 
qaçqın və s. 
-ıcı
4
 şəkilçisi iləsatıcı, alıcı, sürücü və s 
-ın
4
 şəkilçisi ilə: səpin, əkin, biçin, axın, düyün və s

4
 şəkilçisi ilə: yazı, qorxu, çəki, ölçü, ölü və s
Mürəkkəb isimlər iki və dah artıq sözün birləşməsi ilə 
əmələ gəlir və müxtəlif yollarla düzəlir: 
-İnsan adı bildirən iki ismin birləşməsi ilə: Əlicabbar, Rəcəbəli, 
Qurbanəli və s. 
-Birinci tərəfi  titul mənasını verməyən iki ismin birləşməsi ilə: 
Şahsənəm, Hacıbala, Şahməmməd, Xanəli və s. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə