Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə70/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   67   68   69   70   71   72   73   74   75

Müasir  Azərbaycan  dili 
 
 
277 
sözləri, sonra ki ədatı işlənir, baş cümlə kəsilərək budaq cümlə 
davam edir, daha sonra baş cümlənin qalan hissəsi işlənir. Belə 
cümlələrdə budaq cümlə, sanki baş cümlənin arasında yerləşir.  
Məsələn,   Bir şam ki haqdan yana, heç bad ilə sönməz.            
(Ə.Nicat) O torpağı ki qoruya bilmədin, onu əkib-becərməyə  
dəyməz. (Anar) Bir xalq ki öz mənşəyini, keçmişini bilməyə, 
onun axırı necə olar? (B.Vahabzadə) O dərdi ki  mən içimdə 
çəkirəm, ona dağ da davam gətirməz. (M.İbrahgimov) O sahil 
ki sizi aparmaq istəyirəm, qızıl qumla örtülmüşdür.                
(C.Əlibəyov) O sözləri  ki    mən sənə deməliyəm, sən mənə 
deyirsən. (M.İbrahimov) 
Ə. Z. Abdullayev belə cümlələri təyin budaq cümləsinin 
xüsusi bir tipi kimi qiymətləndirmiş, ümumilikdə  təyin budaq 
cümləsinin üç tipi olduğunu göstərmişdir. (3, səh. 240-243)  
Zərflik budaq cümlələri. Zərflik  budaq  cümlələri  baş  
cümlədəki  hərəkətin  icra  tərzini,  zamanını,  yerini,  hərəkət  
və  ya  əlamətin  dərəcəsini,  kəmiyyətini,  səbəbini, məqsədini,  
şərtini  və s. bildirir.  Dilimizdə zərfliyin müxtəlif məna növləri 
olduğu kimi, zərflik budaq cümləsinin  də  rəngarəng budaq 
cümlə növləri işlənməkdədir. Başqa sözlə, dilimizdə  zərflik   
budaq  cümləli  tabeli mürəkkəb  cümlələrin aşağıdakı  növləri  
vardır:  
1.
 
Tərz budaq cümləsi; 
2.
 
Dərəcə budaq cümləsi;  
3.
 
Zaman budaq cümləsi;  
4.
 
Yer budaq cümləsi; 
5.
 
Kəmiyyət budaq cümləsi;  
6.
 
Səbəb budaq cümləsi; 
7.
 
Məqsəd budaq cümləsi;  
8.
 
Şərt budaq cümləsi; 
9.
 
Qarşılaşdırma budaq cümləsi;  
10.
 
Nəticə budaq cümləsi.  
Güründüyü kimi, dilimizdə  zərflik budaq cümlələrinin 
hər birinə uyğun eyni adlı    cümlə üzvü işlənməkdədir. Yalnız 
Gülarə  Abdullayeva 
 
 
278
nəticə budaq cümləsinə uyğun olan nəticə  zərfliyi yoxdur. 
Əslində, sadə cümlələrdə  nəticə  məzmunu cümlənin predikatı 
vasitəsi ilə  nəzərə çatdırılır. Səbəb zərfliyi predikatda nəzərdə 
tutulan iş, hərəkətin səbəbini bildirdiyi kimi, predikat da 
nəticəni ifadə edir. Səbəb və nəticə bu cür sıralanmaqla cümlə 
mürəkkəbləşdikdə nəticə budaq cümləli tabeli mürəkkəb cümlə 
əmələ  gəlir. Məsələn,  Mən yadammı ki, belə danışırsan?          
(İ.Şıxlı) Gör nə günə qalmışam ki, mənim döydüyüm adam 
mənə qahmar çıxır? (İ.Şıxlı) 
Tərz budaq cümləsi.  Tərz  budaq  cümləsi  zərflik  
budaq  cümlələrinin  bir  növü  olub,  baş  cümlədəki  hərəkətin  
icra  tərzini,    yəni    necə,  nə    şəkildə,  nə    vəziyyətdə  icra  
olunduğunu  bildirir.  Baş  cümlədə tərz  zərfliyi yerində işarə  
əvəzliyi ilə ifadə olunmuş  qəlib  söz  olur və  mənası budaq 
cümlə vasitəsilə izah edilir, aydınlaşdırılır. Baş cümlədə  tərz 
zərfliyinin yerliyi, qəlibi əksər hallarda işlənir,   az  hallarda  isə  
nəzərdə  tutulur.  Məsələn,  Ancaq o elə danışırdı, Yusifgil də 
eşidirdilər. (B.Bayramov) Ağcaqanadlar adamı elə sancırdılar 
ki, onların xortumu  dəyən yer bir saat göynəyirdi. (İ.Şıxlı)  
Hər iki nümunədə baş cümlə əvvəl, budaq cümlə sonra 
işlənmişdir. Budaq cümlə baş cümləyə birincidə intonasiya, 
ikincidə isə  ki  bağlayıcısı ilə bağlanmışdır. Hər iki nümunədə 
baş cümlədə  zərfliyin elə sözü ilə ifadə olunmuş yerliyi, qəlibi 
işlənmiş və budaq cümlə vasitəsilə izah olunmuşdur.  
Baş  və budaq  cümlənın  yerinə, bağlayıcı vasitələrə 
görə tərz budaq cümləsinin iki tipi var: 
I  tip. Baş    cümlə  əvvəl, budaq cümlə sonra işlənir, 
budaq cümlə baş cümləyə  əksər hallarda   ki  bağlayıcısı, bəzən 
də intonasiya  ilə  bağlanır.  Məsələn, Elə bir cəza verəcək ki, 
sənə, cəhənnəm  əzabları onun yanında muştuluq  olacaq.            
(F.Kərimzadə) Soyuğun qorxusundan elə geyinmişsiniz ki, 
ancaq iki gözünüzü görmək olar. (S.Qədirzadə)  
Dilimizdə  tərz budaq cümləsinin I tipi çox işlənir və 
ifadə etdiyi mənaya görə aşağıdakı qruplara ayırmaq olar: 


Müasir  Azərbaycan  dili 
 
 
279 
 1. Nəticə  bildirənlər; 
 2. Müqayisə bildirənlər. 
 1. Tərz  budaq  cümlələrinin  bir  hissəsi  baş  
cümlədəki  iş,  hərəkətin,  hal-vəziyyətin  meydana  çıxma  
tərzini  bildirməklə yanaşı,  nəticə    məna  çalarına  da  malik  
olur.  Bu zaman baş    cümlədə    əksər  halda  elə,  belə    qəlib  
sözləri  işlənir və budaq  cümlə baş  cümləyə ki  bağlayıcısı  ilə  
bağlanır. Belə budaq  cümlələrin  əvvəlinə  nəticədə  sözünü  də  
artırmaq  olar.  Məsələn,  Bu sözlər ürəyinə elə toxunmuşdu ki
özünə yer tapa bilmirdi. (Mir Cəlal) Bir az sonra səni Xəzinə 
qayasından  elə diyirləyəcəyəm  ki, heç ruhun da inciməyəcək.  
(Y.V.Çəmənzəminli) Yaş paltar onu elə qucmuşdu  ki, yanuvuz 
koftasının üstündən baxanda bədənin titrədiyi  görünürdü.       
(C.Bərgüşad) Onların başı söhbətə  elə qarışmışdı  ki,  İvan 
Filippinin içəri girməsindən belə  xəbərləri olmadı. (İ.Şıxlı) 
Atam məni elə çaşdırıb ki, nə danışdığımı da bilmirəm. (İ.Şıxlı)  
2.  Tərz budaq  cümlələrinin  bir  qismində    baş  
cümlədəki  işin  icra  vəziyyəti  müqayisə  yolu  ilə  
müəyyənləşdirilir. Bu zaman baş cümlədə      elə,  belə    qəlib  
sözləri  işlənir,  budaq  cümlə  baş  cümləyə  ki  bağlayıcısı  ilə   
bağlanır.  Budaq  cümlənin  əvvəlində    elə  bil  (ki),  sanki,  
deyəsən,  guya  (ki), deyirsən, deyərdin    və s. kimi modal  
sözlər  işlənərək  baş    və    budaq    cümlənin  müqayisə  
məzmununu  gücləndirir.  Məsələn,  Nəriman  əmi birdən 
qəddini elə düzəltdi kielə bil farağat komandasına duracaqdı. 
(İ.Əfəndiyev)  Elə dil tökür ki,  deyirsən, bütün həyatı onun 
əlindədir. (M.İbrahimov) Sənin adam yerinə qoymadığın o uşaq 
dünən bir oxuyurdu ki, deyərdin, bağda bülbül cəh-cəh vurur. 
(Ə.Cəfərzadə) Salmanın ürəyi  elə  şiddətlə  çırpınırdı  ki,  sanki 
sinəsini yarıb çıxacaqdı. (Ə.Hacızadə) Sona arxasını misterə və 
tacirə çevirib elə  cəld gedirdi ki,  deyəsən, yağı daşan adam 
evinə qaçırdı. (Mir Cəlal) Özünü elə aparırdı, guya heç nə onu 
maraqlandırmır. (İ.Şıxlı) Özünü elə aparır,  guya elm 
dəryasıdır.(İ.Şıxlı) 
Gülarə  Abdullayeva 
 
 
280
II  tip. Budaq  cümlə  əvvəl, baş  cümlə sonra  işlənir
budaq cümlə baş cümləyə  necə (ki),  nə  cür (ki),  nə  təhər (ki)  
bağlayıcı    sözləri  ilə  bağlanır.  Bağlayıcı sözlərə  ki  ədatı   
qoşulmadıqda  budaq  cümlənin  xəbərində   -sa, -sə   şəkilçisi  
işlənə  bilir. Bunların heç biri olmadan, bağlayıcı söz tək də 
işlənə bilər.  
Bağlayıcı    sözlərə  müvafiq  olaraq  baş cümlədə 
qarşılıq  bildirən  elə,  eləcə,  eləcə  də,  o  cür,  o  təhər  və  s.  
sözlərdən  istifadə  edilir.  Həmin sözlər  məntiqi  vurğu  altında 
aktuallaşdırılır.    Məsələn,    Sən  necə tapşırmışdın,  o cür  də 
yazmışam. Mebeli necə istəyirsiniz,  elə yerləşdirək. O vaxt 
atam bax həmin yerdə necə dayanmışdı, sən də elə durmusan.   
Tərz  budaq  cümləsinın  bu  tipində    baş    cümlədə  
qarşılıq  bildirən  söz  işlənməyərək  təsəvvür də    edilə bilir.  
Məsələn,  Mebeli necə istəyirsiniz, yerləşdirək. 
Dərəcə  budaq  cümləsi.  Dərəcə  budaq  cümləsi  baş 
cümlədəki hərəkət və ya əlamətin dərəcəsini bildirir və 
quruluşca  tərz budaq  cümləsinə  çox  yaxındır. Məsələn,   
Axırda  iş o  dərəcəyə    çatır  ki,  bizim  ən  namuslu  
adamlarımızı    ləkələməyə,  gözdən  salmağa  çalışırlar.  
(Ə.Vəliyev). 
Dərəcə budaq cümləli tabeli mürəkkəb cümlələrin 
budaq cümlə komponenti hərəkət  və    əlamətin  dərəcəsini 
bildirməklə yanaşı, nəticə çalarına da malik olur, hərəkət  və  
əlamətin  həmin  dərəcəsindən  doğan nəticəni  də bildirir.  
Buna  görə    də    dərəcə  budaq  cümləsi  bir  qayda  olaraq  
nəticə  məna  çalarına  malik  olur. 
Baş  və    budaq    cümlənn  yerinə,  bağlayıcı  vasitələrə  
görə  dərəcə  budaq  cümləsinin də  iki tipi vardır:  
I tip.  Bu  tipdə   baş  cümlə əvvəl, budaq cümlə sonra  
işlənir, budaq cümlə baş cümləyə  əksər  halda  ki  bağlayıcısı,  
bəzən  yalnız  intonasiya  ilə  bağlanır. Baş cümlədə  o dərəcə, 
o dərəcədə, o dərəcəyə, o qədər, o yerə, o məqama kimi qəlib 
sözlər işlənir və budaq cümlə vasitəsi ilə izah edilir.  Məsələn,  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə