Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə71/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   67   68   69   70   71   72   73   74   75

Müasir  Azərbaycan  dili 
 
 
281 
Qocanın  sözləri  o  qədər  gözlənilməz  səsləndi  ki,  hətta  
qızlar  da  ağızlarındakı  quru  pendir-çörəyi  çeynəmələrinə  
ara verdilər.  (Elçin) İş  o məqama çatdı ki, dəlilər meydanın 
hər tərəfində öz yerlərini tutdular.(“Koroğlu”) 
Dərəcə budaq  cümləsi  baş  cümlədə  daha  çox  sifət  
və    zərflə  ifadə  olunan  üzvlərə  aid  olur.  Məsələn,  
Torağaylar  səs- səsə  verib  o  qədər  gözəl,  o  qədər məlahətli  
oxuyurlar  ki,  adam  durub  baxmaq,  dayanıb  dinləmək  
istəyir.  (Ə.Vəliyev).  Yağış  elə  şiddətlə  yağırdı,  lap  sütuna  
bənzəyirdi.  (Mir  Cəlal)  və s.   
Əlamətin   dərəcəsini  bildirən  qəlib  sözlər  baş  
cümlədə    təyinə, feli xəbərə  də aid  ola  bilər.  Məsələn,  O  
qədər  dərin  fikrə  getmişdi  ki,  anası  Sara  xanımın  gəlib  
onun  yanında  dayanmasını    bilməmişdi.  (F.Kərimzadə) O  
qədər  köyrəlmişdi  ki,  dindirəndə  az  qalırdı    ağlasın.  
(Ə.Vəliyev) – cümlələrindən birincisində budaq cümlə baş 
cümlədə frazeoloji vahidlə ifadə olunan feli xəbərin ismi 
hissəsinə aid təyinin  (dərin), ikinci cümlədə isə feli xəbərin 
(kövrəlmişdi) dərəcəsini bildirir.  
II tip:    Bu      tipdə  budaq  cümlə  əvvəl,  baş  cümlə 
sonra   işlənir, budaq cümlə baş cümləyə  nə  dərəcədə (ki),  nə  
qədər (ki),  nə  yerə (ki)  və  s.    bağlayıcı    sözlərlə    bağlanır.  
Budaq  cümlənin sonunda  -sa, -sə      şəkilçisi  işlənə də bilər
işlənməyə  də. Baş    cümlədə  qarşılıq  bildirən    söz    kimi    o  
dərəcəyə,  o  dərəcədə,  o  qədər,  o yerə    sözləri  olur.  
Məsələn,    Nə    dərəcədə    desən,    o dərəcədə  gözəldir.  Nə 
dərəcədə  çalışmışdınsa,  o  dərəcədə    də    əməyin  
qiymətləndirildi. 
Zaman  budaq  cümləsi.  Zaman  budaq  cümləsi  baş  
cümlədəki  hərəkət  və    ya    əlamətin  zamanını  bildirir.  
Məsələn,  Səni o vaxt bağışlayaram ki, bütün səhvlərini etiraf 
edəsən.   
Baş  və  budaq  cümlənin  yerinə,  bağlayıcısı  vasitələrə  
görə  zaman  budaq  cümləsinin   iki tipi  vardır:   
Gülarə  Abdullayeva 
 
 
282
I tip.  Bu  tipdə  baş  cümlə əvvəl, budaq cümlə  sonra  
işlənir, budaq cümlə baş cümləyə ya yalnız intonasiya ilə, ya da 
intonasiya və   ki  bağlayıcısı ilə bağlanır.  Baş  cümlədə  budaq  
cümlənin  o  zaman,  o  vədə,  o  vaxt,  elə bir  vaxtda,  onda  
sözlərindən  ibarət yerliyi, qəlibi olur  və  budaq  cümlə  
vasitəsilə  izah  edilir.  Məsələn,  Bir də o vaxt ayıldım ki, onun 
böyründə dayanıb var qüvvəmlə  əl çalıram. (İ. Hüseynov) 
Birlik  o zaman olar ki, hər tayfa öz çörəyini  yesin.                   
(M.İbrahimov) 
Qeyd.  O vaxt, o zaman, onda sözləri baş cümlədə  işlənib  
budaq cümlə tələb etdikdə zaman budaq cümləli tabeli mürəkkəb 
cümlə formalaşır. Məsələn, Onda mənə məlum oldu ki, sənin heç 
nədən xəbərin yoxdur. – cümləsini sadələşdirməklə mübtəda 
budaq cümləli tabeli mürəkkəb cümlə olduğunu görmək olar. 
Sadələşdikdə budaq cümlə tərkib şəklində baş cümlədə mübtəda 
yerində dayanar: Onda mənə  sənin heç nədən xəbərin olmadığı 
məlum oldu. Lakin cümlədə onda sözünün təyinatını dəyişməklə - 
qəlib sözə çevirməklə zaman budaq cümləsi formalaşdırmaq olar: 
Məsələ  mənə onda məlum oldu ki, artıq iş-işdən keçmişdi. Belə 
cümlələr sadələşdikdə  qəlib söz atılır, budaq cümlə  tərkib 
şəklində onun yerinə keçir: Artıq iş-işdən keçəndə  məsələ  mənə 
məlum oldu.   
II tip.  Zaman  budaq  cümləsinin  bu  tipində  budaq  
cümlə  baş  cümlədən  əvvəl  gəlir  və  ona  aşağıdakı  bağlayıcı  
vasitələrlə  bağlanır. 
1. Budaq cümlə  baş  cümlədən  əvvəl  işlənir  və  ona  
ki  bağlayıcısı ilə bağlanır. Bu cür cümlələrdə intonasiya xüsusi 
rol oynayır. Budaq  cümlənin  əvvəlində  elə,  indicə,  yenicə,  
təzəcə  tipli  sözlər işlənə bilir və bu zaman intonasiyanın  rolu 
bir qədər azalır.  Məsələn,  İşığı yenicə yandırmışdı ki, hasarın 
o tayından ikimərtəbə evin eyvanından qızı Telli onu səslədi.  
(S.Rəhman) Yəhya dəftərini açıb başlamaq istəyirdi  ki
ispalkomu çağırdılar. (Mir Cəlal) Bulağın axarına yenicə 
çatmışdı  ki, kiminsə arxasınca gəldiyini hiss edib geri döndü. 
(İ.Şıxlı) İçəri keçmək istəyirdi ki, arxadan səs eşitdi. (İ.Şıxlı) 


Müasir  Azərbaycan  dili 
 
 
283 
Zaman  budaq cümləsinin bu növü baş cümləyə yalnız  
intonasiya  ilə    də bağlana bilir. Məsələn, Bu sözləri deyib 
qurtarmamışdı, dəhşətli partlayış min illik qayaları göyə 
qaldırdı. (İ.Əfəndiyev) 
2. Zaman  budaq  cümləsi  baş  cümlədən  əvvəl gələrək  
ona  yalnız  ki    ədatı    ilə    bağlanır.    Bu  zaman  ədat  budaq  
cümlənin  daxilində  işlənir. Baş  cümlədə  onda, o zaman,  o  
vaxt  tipli  qarşılıq  bildirən  sözlər  işlənə  də bilər, işlənməyə 
də.  Məsələn,  Tonqal ki  alov  tutdu,  onun  tüstüsü  olmaz.                    
(B.Vahabzadə) Üzünə  ki baxıram, dil-dodağı dolaşır.                  
(C.Cabbarlı)  Əsər  ki bir balaca ruhuna yatmadı, qurtardı.            
(İ.Hüseynov) 
3. Budaq  cümlə  baş  cümlədən  əvvəl  gələrək ona  elə  
ki   bağlayıcısı  sözü  ilə    bağlanır.  Məsələn,    Elə ki göbələk 
başını qaldırdı, onda ehtiyatlı ol.  (İ.Hüseynov) Elə ki Zeynəbi 
görürdü, kişinin fikri hara isə uzaqlara gedirdi. (İ.Şıxlı) 
 4. Zaman  budaq  cümləsi   baş  cümlədən   əvvəl  gəlir 
və ona o  zaman  ki,  o  gün  ki,  o  vaxt  ki,  bir  zaman  ki,  
onda  ki  və s.  bağlayıcı  sözlərlə  bağlanır.  Məsələn,  O  gün  
ki  fəsli  yaz  olur,  Gecə  gündüz  taraz  olur.  (A.Səhhət)  
gün ki aləmə yayıldı  şölən, Dağlar öz donunu lalədən  biçdi.    
(S.Vurğun)  O vaxt ki müsahibinin sözlərini eşitdi,  əvvəlcə 
qulaqlarına inanmadı. (M.İbrahimov)  
Bəzən poetik dildə baş  və budaq cümlənin yeri dəyişə 
bilər. Məsələn,  Ah, necə kef çəkməli əyyam idi, Onda ki övladi 
vətən xam idi. (M.Ə.Sabir) 
5. Budaq  cümlə  baş  cümləyə  nə  qədər,  nə  qədər ki,  
necə ki  bağlayıcısı  sözləri ilə  bağlanır.  Məsələn,  Nə qədər 
qolumda qüvvət var, qılınc vurmağa hazıram.                         
(Ə.Haqverdiyev)  Nə  qədər canım sağdır, müsəlmanların 
başından bir tük çəkilməsinə razı olmayacam. (M.S.Ordubadi) 
Nə qədər ara sakitdir, bu işi qurtarmalıyıq. (H.Abbaszadə) 
Qeyd. Nə qədər, nə qədər ki bağlayıcı sözləri həm zaman, 
həm də  kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrin 
Gülarə  Abdullayeva 
 
 
284
yaranmasında iştirak edir. Kəmiyyət budaq cümləsində 
işlənərkən baş cümlədə o qədər, o qədər də qarşılıq bildirən sözlər 
işlənir və ya təsəvvür edilir.  Məsələn, Nə qədər istəyirsən, o qədər 
götür. Zaman budaq cümləsində  işlənəndə isə baş cümləyə 
qarşılıq söz kimi o müddətə, o müddətdə sözlərini artırmaq olar. 
Məsələn, Nə qədər mən sağam, (o müddətdə) heç kim sənə bir söz 
deyə bilməz. – cümləsini sadələşdirsək, Mən sağ olan müddətdə heç 
kim sənə bir söz deyə bilməz. 
6.  Budaq  cümlə  baş  cümləyə  haçan,  haçan  ki,  nə 
zaman, nə zaman ki, havaxt, nə  vaxt, nə vaxt ki  və s.  bağlayıcı 
sözlərlə  bağlanır. Məsələn,  Nə zaman ki oğlunun getdiyi dörd 
il oldu, Məktubları kəsildi, gəlmədi, tətil oldu. (Ə.Kərim) 
7. Budaq  cümlə    baş    cümləyə  -mı
4
  şəkilçisi  ilə  
bağlanır.  Məsələn,    Kəndə  təzə bir müəllimə  gəldimi,  mən 
təsadüfən bir qadınla danışdım, həftələrlə evimizdən dava-
dalaş qurtarmır. (İ.Əfəndiyev) 
8.  Budaq  cümlə  baş  cümləyə  yalnız  intonasiya  ilə  
bağlanır.  Məsələn,  Havalar isindi, gündüzlər kənddə heç kimi 
tapmazsan. 
Yer  budaq  cümləsi.   Zərflik  budaq  cümlələrindən  
biri  də  yer  budaq  cümləsidir.  Yer  budaq  cümləsi  baş  
cümlədəki  hərəkət  və    ya    əlamətin  yerini  bildirir  və  yer  
zərfliyinin  suallarından  birinə  cavab  verir.  Məsələn, Harda 
aş,  orda baş. (Məsəl) Bu günlər  İmran  hara  gedirdisə,  orada 
Şahnazla rastlaşırdı. (İ.Şıxlı)  
Hər iki nümunədə budaq cümlə baş cümlədən  əvvəl 
gəlmiş  və ona harda, hara bağlayıcı sözləri ilə bağlanmışdır. 
İkinci nümunədə budaq cümlənin sonuna -  şəkilçisi də 
artırılmışdır. Baş cümlələrdə  orda, orada qarşılıq bildirən 
sözləri işlənmişdir. Qarşılıq bildirən söz işlənməyə  də bilər, 
lakin təsəvvür edilməlidir. Məsələn, Tahir hara göz gəzdirdisə, 
(orada) nəhəng neft buruqları göründü. (M.Hüseyn) 
Qeyd etmək  lazımdır  ki,  belə hallarda baş cümlədə 
işlənən qarşılıq bildirən söz ora, o yer sözlərindən ibarət olur. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə