Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə72/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   67   68   69   70   71   72   73   74   75

Müasir  Azərbaycan  dili 
 
 
285 
Lakin bu sözlər həmişə deyil, yalnız  üç  halda– yönlük,  yerlik  
və    çıxışlıq  hallarında  olduqda  yer  budaq  cümləsi  əmələ  
gətirir,  qalan  hallarda  başqa  budaq  cümlələrin: mübtəda, 
tamamlıq, xəbər budaq cümlələrinin yaranmasına səbəb  olur.  
Məsələn,    Hardan  işıq gəlsə,  ora güllə atəşinə tutulurdu. 
(mübtəda  budaq  cümləsi),  Hardan  işıq gəlsə,  oranı güllə 
atəşinə tuturdu. (tamamlıq budaq cümləsi).   
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə, 
dilimizdə  yer  budaq  cümləsinin də  iki  tipi  vardır.   
I  tip.    Budaq    cümlə baş cümlədən   sonra  işlənərək 
ona  ki  bağlayıcısı ilə bağlanır.  Baş    cümlədə    oraya,  orada,  
oradan,  o  yerə,  o  yerdə,  o  yerdən,  həmin  yerə,  həmin  
yerdə,  həmin  yerdən kimi   qəlib  sözlər  işlənir. Məsələn, 
yerlərdə suyun şaqqıltısından durmaq olmur ki, orda qar əriyir.  
Dilimizdə yer budaq cümləsinin bu tipi olduqca az 
işlənir.   
II tip.  Budaq  cümlə əvvəl,  baş  cümlə sonra  işlənir  
və    budaq  cümlə  baş  cümləyə hara (ki), haranın (ki), haraya 
(ki), harada (ki), haradan (ki), o yerə ki, o yerdə ki, o yerdən ki, 
bir yer ki, bir yerə ki, bir yerdə ki, bir yerdən ki kimi bağlayıcı  
sözlərlə bağlanır.  Bağlayıcı    sözdən sonra  ki    ədatı,  budaq  
cümlənin  sonunda     -sa,   -sə,  şəkilçisi  ola da bilər, olmaya 
da. Məsələn,  İtiyini  harda  itirmisən,  orda  axtar.                         
(M.Süleymanlı) Sən məni  hara çağırımışdınsa,  ora  gedirəm. 
(Ə.Mustafayev)  O yerdə ki  təmizlik var, orda  xəstəlik olmaz. 
(M.Hüseyn) Bir evdə ki könül ağlar, toy-düyündən söz açılmaz. 
(B.Vahabzadə) 
Yer budaq cümləsinin bu tipində baş cümlədə qarşılıq 
bildirən söz işlənməyə  də bilər, lakin təsəvvür edilməlidir. 
Məsələn, İndi mən haraya istəsəm, (oraya) çapacağam (İ. Şıxlı) 
 Kəmiyyət  budaq  cümləsi.  Kəmiyyət  budaq  cümləsi  
baş  cümlədəki  hərəkət  və  ya  əlamətin  kəmiyyətini  bildirir.  
Məsələn,  Ona nə  qədər qayğışeşliklə yanaşsaq,  bir o qədər 
yaxşıdır. (H.Abbaszadə)   
Gülarə  Abdullayeva 
 
 
286
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə, 
kəmiyyət  budaq  cümləsinin  də dilimizdə iki  tipi  vardır.  
I  tip.  Budaq  cümlə  baş  cümlədən  sonra  işlənərək  
ona  ki    bağlayıcısı  ilə    bağlanır.  Baş    cümlədə  budaq  
cümlənin  o  qədər,    o    kəmiyyətdə,  o  miqdarda  kimi qəlib 
sözü,  yerliyi işlənir  və  budaq  cümlə  vasitəsilə  izah  edilir.  
Məsələn,  İndi Bayramın həyəcanı  o qədər artdı  ki, az qala 
özünü itirib görüşü təxirə salacaqdı. (M.Hüseyn) 
Prof. Q.Ş.Kazımov   dilimizdə  kəmiyyət və  dərəcə 
budaq cümləli tabeli  mürəkkəb  cümlələrin  həm  quruluşuna,  
bağlayıcı    vasitələrinə,  həm  də  qrammatik  semantikasına  
görə  bir-birinə  çox  oxşar olduğunu qeyd edərək onları 
aşağıdakı kimi fərqləndirir: “Dərəcə      budaq    cümləsi  baş  
cümlədə  əlamətin  dərəcəsini  bildirir,  buna  görə  də  sifət  və  
zərflə  ifadə  olunan  üzvlərə  aid  olur.  Kəmiyyət  budaq   
cümləsi      isə      baş      cümlədə      əşya   bildirən  üzvün  
kəmiyyətini  bildirir.  Məsələn,      Həyətin   içi   o   qədər  
qaranlıq  idi  ki,    evlər  çətin  seçilirdi.  (Mir  Cəlal).  Bu  
cümlədə  o  qədər  sözü  sifətlə  ifadə  olunmuş  qaranlıq  idi  
xəbərinə  aiddir  və    əlamətin  dərəcəsini  bildirir.   O  qədər  
qoyun – quzu,  o  qədər  mal –qara,  o  qədər  at  vardır  ki,  
saymaqla  qurtarmaq  olmazdı.  (Ə.Vəliyev).      Burada      o   
qədər   sözü  qoyun –quzu,  mal – qara,  at   sözlərinə   aiddir  
və    əşyanın  kəmiyyətini  bildirir.  Birinci  misalda  o  qədər  
sözünü  elə  sözü  ilə,  ikinci  misalda  o  miqdarda    sözü ilə  
də  əvəz  etmək  olar. Ona görə də birinci cümlə dərəcə, ikinci 
cümlə  kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlədir”.         
(6, səh. 380-381)  
II  tip.    Bu    tipdə  budaq  cümlə    əvvəl, baş    cümlə  
sonra işlənir, budaq cümlə baş cümləyə    nə    qədər,  hər  nə  
qədər    bağlayıcı    sözləri  ilə  bağlanır.  Bağlayıcı  sözdə    ki  
ədatı  budaq  cümlənin  sonunda  -sa,  -sə  şəkilçisi  işlənə də 
bilər, işlənməyə də. Baş  cümlədə  qarşılıq  bildirən  o  qədər,  o  
qədər  də,  bir  o  qədər,  bir  o  qədər  də  sözləri  işlənir  və  


Müasir  Azərbaycan  dili 
 
 
287 
budaq  cümlə  vasitəsilə izah  edilir,  aydınlaşdırılır.  Məsələn, 
Nə  qədər bacarırsan,  o qədər verərsən. (M.İbrahimov)  Nə 
qədər  istəyirsiniz, götürün. (C.Cabbarlı)  Qurban qağa  nə 
qədər tapşırmışdı, o qədər də gətirmişəm. (İ.Şıxlı)  
Baş  cümlədə  qarşılıq  bildirən  eləcə,  bir  elə,  beş  o  qədər,  
yüz  o  qədər,  min  o  qədər,  min  qat  və  s.  sözlər  işlənir  və  
budaq  cümlə  vasitəsilə  izah  edilir.  Məsələn,  Nə  qədər 
istəyirsə,  min o qədər  fırlana.(B.Vahabzadə)  Nə  qədər 
tapşırmışdınız, beş o qədər gətirmişəm. 
Səbəb  budaq  cümləsi.  Səbəb budaq  cümləsi baş  
cümlədəki  hərəkət  və ya əlamətin  səbəbini  bildirir,  nə  
üçün?  niyə?  nə  səbəbə?  nəyə  görə?  nədən  ötrü?  suallarına  
cavab  verir.  Məsələn,  Üzr istəyirəm ki, mən bunu sizə indi 
söyləyə bilməyəcəyəm. (İ.Əfəndiyev) Rüstəm kişi sevinirdi, 
çünki bunların hamısını özü tikdirmişdi. (M.İbrahimov) 
Baş  və  budaq  cümlənin  yerinə,  bağlayıcı  vasitələrə  
görə  səbəb  budaq  cümləsinin   iki  tipi  vardır.   
I tip. Budaq  cümlə    baş    cümlədən  sonra  işlənərək, 
ona  çünki  bağlayıcısı    ilə    bağlanır. Məsələn,  Xeyr, məni 
saymayın, çünki mən belə işlərə qarışmaram. (C.Cabbarlı)   
Budaq cümlə baş cümləyə  ki,  ona  görə  ki,  ondan  
ötrü  ki,  o  səbəbə  ki,  onun  üçün  ki  bağlayıcıları ilə bağlanır. 
Budaq cümlə baş cümləyə  ki   bağlayıcısı ilə bağlandıqda baş 
cümlədə  çox zaman   ona görə,  ondan  ötrü,  onun  üçün,  o  
səbəbə,  bu  səbəbə,  buna  görə,  bundan  ötrü    və  s.    qəlib  
sözlər işlənir  və  budaq  cümlə  vasitəsilə  izah edilir.  Məsələn, 
Uşaqlar bir də  ona görə sevinirdilər  ki, Kipiani gəlmişdi.          
(İ.Şıxlı) Bu zəhməti ona görə çəkirik ki, əsl insan kimi yaşayaq. 
(S.Rəhimov) Arvad inanmadı, ona görə ki, o hələ oxuyacaqdı. 
(İ.Şıxlı) Bu çiçəklər  onun üçün gözəldir  ki, onu sənin kimi 
çiçək bəsləmiş. (C.Cabbarlı) Baxa bilmirəm,  ona görə ki, bu 
gerilik onlara da dərd olur. (M.Hüseyn)  
Bəzən  baş  cümlədə    qəlib  söz  olmadan  da  budaq  
cümlə  baş  cümləyə   ki   bağlayıcısı   ilə  bağlanır.  Məsələn,  
Gülarə  Abdullayeva 
 
 
288
Günah məndə oldu ki,  sənin  şikarını  əlindən çıxartdım.             
(F.Kərimzadə)  
 II tip.  Bu  tipdə   budaq  cümlə  baş  cümlədən  əvvəl  
işlənir  və  bu  növ  mürəkkəb  cümlələr  iki  yolla  əmələ gəlir: 
 1.  Budaq  cümlə baş cümləyə intonasiya ilə bağlanır, 
budaq cümlənin daxilində  ki  ədatı  işlənir, bu ədatdan  əvvəlki 
söz məntiqi vurğu altına düşür. Məsələn,  Mən  ki  dəliləri, 
xanımları özümdən elə incitdim, onlar day bir də mənim üzümə 
baxmazlar. (“Koroğlu”) Rüstəm dayı, sən  ki  məni belə 
ucaltdın, sağ ol. (M.İbrahimov) 
 2.  Budaq  cümlə  baş  cümləyə  nə  bağlayıcı  sözü  və  
-sa, -sə  şəkilçisi  ilə  bağlanır.  Məsələn,   düşündü, əlini 
havada yellədi. (İ.Şıxlı) Birdən  baş verdi, hamı qaçmağa 
başladı. (“Koroğlu”) 
Məqsəd  budaq  cümləsi.      Məqsəd  budaq  cümləsi  
baş    cümlədəki hal-hərəkətin  məqsədini  bildirir,  baş  
cümlədən   çıxan  nə  məqsədlə?  nə  üçün?  nədən  ötrü?  niyə?  
suallarına budaq cümlə cavab  verir.  Məsələn,    Gəlmişəm, 
səndən icazə alım. (İ.Şıxlı)  Bu qədər atlı kazak tökülüb gəlib ki, 
onu aparsın. (İ.Şıxlı)  
Hər iki cümlədə baş cümlə  əvvəl, budaq cümlə sonra 
işlənmiş,  budaq cümlə baş cümləyə birinci nümunədə yalnız 
intonasiya ilə, ikincidə isə ki bağlayıcısı ilə bağlanmışdır. 
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə 
məqsəd  budaq  cümləsinın də  iki  tipi  vardır:   
 I  tip.  Baş  cümlə  əvvəl,  budaq  cümlə  sonra  işlənir.  
Budaq  cümlə  baş    cümləyə    əksər  halda  ki   bağlayıcısı,  
bəzən  də  yalnız  intonasiya  ilə  bağlanır.  Məsələn,    Mən 
gəlmişəm  ki, köməkləşək. (İ.Şıxlı)  Əsmərin anası  ağacın 
gövdəsini 
əhəngləyirdi 
ki, qurd dırmaşa bilməsin.                   
(M.Süleymanlı) Sula, bağban, bu bağçanı, toz olmasın.             
(S.Vurğun) Yuxarıdan düşək  ki, birbaş adamın üstünə  çıxaq.  
(İ.Şıxlı) Bütün günü küçələri gəzdi  ki, özünə bir iş tapsın.             
(Mir Cəlal)  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə