Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə73/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   67   68   69   70   71   72   73   74   75

Müasir  Azərbaycan  dili 
 
 
289 
Bədii  ədəbiyyatda  daha  çox  ki  bağlayıcılı  məqsəd  
budaq  cümlələrindən  istifadə  edilir. Belə cümlələrin özünü də 
baş  cümlədə    budaq  cümlənin  yerliyinin, qəlibinin   olub-  
olmamasına  görə  iki  növə  ayırmaq  olar:   
1.    Baş    cümlədə    budaq    cümlənin  qəlibi  kimi  ona  
görə,  ondan  ötrü,  o  məqsədlə, onun üçün, bunun üçün  bəzən  
o  məqsədlə  mənasında  o  səbəbə  sözləri  işlənir  və  budaq  
cümlə  vasitəsilə  izah  edilir,  aydınlaşdırılır.  Məsələn,  
Onunçün öyrətdim  ki,  əlimi bu sənətə, Bir gün sənə  əl açıb 
düşməyim xəcalətə. (N.Gəncəvi)  Ona görə  gəlmişəm  ki, bir 
qədər açıq danışaq. (S.Rəhimov)  Buna görə çalışmalısınız  ki
azərbaycanlılar  ərəblərin onlara qəbul etdirdiyi dini geri 
qaytarmasın. (M.S.Ordubadi) 
2. Baş  cümlədə  qəlib  söz  olmur,  budaq  cümlə  baş  
cümlədən  sonra  gələrək  ona  ki    bağlayıcısı    ilə    bağlanır.  
Məsələn,    Yığışmışıq  ki, deyib-gülüb  şənlənək, zarafatlarla, 
məzəli söhbətlərlə vaxtımızı keçirək. (V.Babanlı) Arvad hazırlıq 
görüb  ki, sabah səni qonaq çağırsın. (M.Süleymanlı) Atdı  ki, 
sərçə kürkün altında qalsın.  (C.Əlibəyov) 
Məqsəd  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə  
baş  cümlənin  xəbəri  əksər  halda  feli  xəbərdən  ibarət  olur  
və  felin  əmr,  arzu  formalarında  işlənərək  arzu  mənası  ifadə  
edir. 
II tip. Məqsəd budaq cümləsinin bu tipində budaq  
cümlə  baş  cümlədən  əvvəl  gəlir və ona  nə  məqsədlə,   nə  
üçün,  nədən  ötrü bağlayıcı  sözləri  ilə    bağlanır. Həmin 
bağlayıcı sözlərlə yanaşı, ki  ədatı  və  -sa,  -sə  şəkilçilərindən  
də  istifadə  olunur. Baş  cümlədə  o  məqsədlə,  onun  üçün,  
ondan  ötrü  və  s.  qarşılıq  bildirən  sözlər  olur  və    budaq  
cümlə  onların  mənasını    aydınlaşdırır.  Məsələn,  Nə üçün 
çağırmısınız,  onun üçün də  gəlmişəm.  Nə  məqsədlə  dəvət 
etmişsinizsə, o məqsədlə də gəlmişəm.  
Bu  tip  daha  çox  canlı  danışıq  dilində  işlənir.  
Gülarə  Abdullayeva 
 
 
290
Şərt  budaq  cümləsi.      Şərt  budaq  cümləsi      baş 
cümlədəki  hərəkət  və  ya  əlamətin  şərtini  bildirir. Məsələn, 
Əgər qızı Güləsər olmasaydı, heç evə qayıtmazdı. (İ.Şıxlı) Əgər 
dallarınca çörək gətirən olmasaydı, burada yeməyə bir şey də 
tapmazdılar. (İ.Şıxlı)  
Baş    və  budaq  cümlənin  yerinə  görə    şərt  budaq  
cümləsinin  iki  tipi  vardır. 
I  tip.  Baş  cümlə  əvvəl,  budaq  cümlə  sonra  işlənir,  
budaq  cümlə  baş  cümləyə  əksər  halda  ki  bağlayıcısı,  bəzən  
də  yalnız  intonasiya  ilə  bağlanır.  Baş  cümlədə    bu  şərtlə,  
o  şərtlə,  bir  şərtlə,  həmin  şərtlə  və s.  qəlib  sözlər  işlənir,   
budaq  cümlə  vasitəsilə    aydınlaşdırılır, konkretləşdirilir.  
Məsələn,  Səninlə  o  şərtlə bir yerdə  işləyərəm  ki, qazancımızı 
yarı bölək. 
“Şərt  budaq  cümləsinın  bu  tipi  birözəkli  cümlə  
tiplərindən  olub,  nisbətən  az  işlənir  və  özünü  daha  çox  
canlı  danışıq  dilində  göstərir”. (6. səh. 391)  
II tip.  Bu  tipdə  budaq  cümlə  əvvəl, baş  cümlə  sonra  
gəlir.  Belə  tabeli  mürəkkəb  cümlələr  dilimizdə  çox  işlənir  
və  onları bağlayıcı  vasitələrə  görə aşağıdakı növlərə ayırmaq 
olar:   
1. Şərt budaq cümlələrinin bir qismi baş cümləyə heç bir 
başqa vasitə olmadan, yalnız intonasiya ilə bağlanır.   Məsələn, 
Getmək meylin yoxdur, açıq de. (İ.Şıxlı) Quru paltarın var, ver 
dəyişsin. (İ.Şıxlı)  Bir az da burda qaldı, başımıza minəcək.     
(İ.Şıxlı)  İstəyirsən, qotazlı kəmər də alım. (İ.Şıxlı) 
2.  Şərt  budaq  cümlələrinin  bir qismi baş  cümləyə        
-sa, -sə  şəkilçisi  ilə  bağlanır.  Bu  şəkilçi  budaq  cümlənin  
əksər  halda  feli,  bəzən  də  ismi  xəbərinə  artırılır.  Məsələn, 
Lazım gəl, onu padşahın oturduğu  şəhərə  də göndərərəm.    
(İ.Şıxlı) Müsəlman olmadığını bilydim, heç içəri 
buraxmazdım. (İ.Şıxlı) Xanımların əlacı olsaydı, adama bir cüt 
göz də borc alardılar. (C.Bərgüşad) Oxumaq dinsizlik olsaydı, 
Tiflis şeyxi hamıdan qabaq bu işə etiraz edərdi. (İ.Şıxlı) Onun 


Müasir  Azərbaycan  dili 
 
 
291 
yoldaşlarından beş-altı nəfəri oxumağa get, lap qiyamət olar. 
(İ.Şıxlı)   
Az hallarda   şərt  budaq  cümləsinin  -mı, -mi, -mu, -mü  
şəkilçisi  ilə    baş    cümləyə    bağlanması da müşahidə edilir.  
Məsələn,  İkicə addım qabağa getdimi, ayağının altında torpaq 
ovxalanıb töküləcək. (İ.Şıxlı)   
3.  Şərt  budaq  cümlələrinin  bir qismi baş  cümləyə  
əgər,  madam  ki,  indi  ki,  vaxta  ki,  bir  halda  ki  
bağlayıcıları ilə    bağlanır.    Məsələn,  Əgər hünərin var, get 
atanla haqq-hesab çək. (İ.Şıxlı)  Əgər  getmək meylin yoxdur, 
açıq danış. (İ.Şıxlı) Madam ki sağdır, gərək ona hörmət edək. 
(Anar) Madam ki qadın açıq olduqda onun gözəlliyi və ədəbini 
daha tez təyin etmək olur, nə üçün cənab müctəhid qadınların 
açıq gəzməsinə icazə vermir? (M.S.Ordubadi)   
4. Şərt  budaq  cümləsinin  bir qismi baş cümləyə   əgər,  
hərgah  bağlayıcıları ilə bağlanır, budaq cümlənin sonunda  -sa,  
-sə  şəkilçisi  işlənir.    Məsələn,  Əgər onun belə paltarı olsa
gündəliyə geyinib onu bu kökə salmazdı. (İ.Şıxlı)  Əgər nökər 
əliboş qayıtsa, sabah o biri sahili də gəzərəm. (İ.Şıxlı) Hərgah 
onları oxutsaq,  əməlli-başlı adam olarlar. (İ.Şıxlı)  Hərgah 
anası onu səsləməydi, bəlkə  də axşama qədər beləcə 
dayanacaqdı. (İ.Şıxlı)  Hərgah bir az da belə sürm, atı 
çatladaram. (İ.Şıxlı) 
5.  Şərt budaq cümlələrinin bir qismi baş cümləyə 
intonasiya ilə bağlanır, budaq cümlənin tərkibində   ki ədatı 
işlənir. Məsələn,  Sən ki son sözünü demirsən qəti, güman var 
eşqimə qovuşum, çatım. (T.Bayram) 
Belə cümlələrin bir qismində baş cümlədə onda, o vaxt 
sözləri də  işlənə bilir. Məsələn,  Əgər gedib,  onda  bəs niyə 
evinə qayıtmır? (İ.Şıxlı)  Əgər  çıxıb  əmisigilə gedib,  onda 
özündən küssün. (İ.Şıxlı)  Əgər  qızı qaytarsa,  o vaxt  şenliyin 
arasında gəzə bilməzdi. (İ.Şıxlı) 
Bəzən canlı danışıq dilində, poetik dildə  şərt budaq 
cümləsinin II tipində budaq cümlə baş cümlədən sonra da 
Gülarə  Abdullayeva 
 
 
292
işlədilir və  şərt məzmunu daha qabarıq nəzərə çatdırılır.  
Məsələn,  Mir İsmayıl yaxşı işçidir, şorgözlüyü olmasa. (Anar) 
Bəşərin qapısından vaxtsız ölüm gen düşər,  İnsanın saçlarına 
yüz yaşında dən düşər, Müharibə olmasa! (M.Araz) 
Qarşılaşdırma  budaq  cümləsi.  Qarşılaşdırma  budaq  
cümləli  tabeli  mürəkkəb  cümlələrdə  baş və  budaq  cümlənin  
məzmunu  bir-biri  ilə    qarşılaşdırılır,  müqayisə  edilir,  
fərqləndirilir    və  ya  biri  digərinə  güzəştə  gedir.  Məsələn, 
Danışmaq istədisə  də, bacarmadı. (İ.Şıxlı) Allahyar nə  qədər 
çalışsa da, sirr açılmamışdı. (İ.Şıxlı) Ürək çırpıntılarını 
duydusa belə, özünü o yerə qoymadı. (İ.Şıxlı) 
Nümunələrin hamısında budaq cümlə  əvvəl, baş cümlə 
sonra işlənmişdir. Birinci cümlədə budaq cümlə baş cümləyə    
-sə də şəkilçi və ədatı, ikincidə nəqədər başlayıcı sözü,  -sa da 
şəkilçi və  ədatı,  üçüncüdə isə  -sa belə  şəkilçi və  ədatı ilə 
bağlanmışdır.  
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb 
cümlələrin  dilimizdə “budaq cümlə+ baş cümlə” formalıları 
çox işlənir. Prof. Q.Ş.Kazımov Azərbaycan dilində 
qarşılaşdırma budaq cümləsinin də iki tipi olduğunu 
göstərmişdir. 
 I  tip.  Budaq cümlənin baş cümlədən sonra işlənərək 
ona  ki bağlayıcısı ilə bağlanır:  Onların  qılınc – tüfəngi  o  
qədər  məni  qorxutmur  ki, silistinin apar–gətiri canıma  
vəlvələ  salır.  (M.F.Axundov)  Özümü  öldürərəm  ki,  onu  
yaman  işə  qoymaram.  (M.F.Axundov). (6, səh. 397) 
II tip.    Bu  tipdə budaq cümlə baş cümlədən  əvvəl 
gələrək ona rəngarəng bağlayıcı vasitələrlə bağlanır. Bağlayıcı 
vasitələrə görə bu tipin özünü də aşağıdakı kimi qruplaşdırmaq 
olar:  
1. Qarşılaşdırma  budaq  cümləsinin  ikinci  tipində 
bəzən budaq  cümlə  baş  cümləyə -sa da, -sə də şəkilçi və ədatı 
ilə bağlanır. Məsələn,  Yumruqlar kürəyinə dəysə də, diz çöküb 
kişinin ayaqlarını qucaqladı. (İ.Şıxlı) Dövləti varsa da, arvad 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə