Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə74/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   67   68   69   70   71   72   73   74   75

Müasir  Azərbaycan  dili 
 
 
293 
saxlayan deyil. (İ.Şıxlı) Aylar, illər, fəsillər bir-birini dansa da
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır. (B.Vahabzadə) Kişi 
hirsindən boğulsa da, heç nə deməmişdi. (İ.Şıxlı) Gözlərinin 
oynadığını görsə  də, dinmədi. (İ.Şıxlı) Salatın anasının 
vəziyyətini duysa da, bir şey deyə bilmirdi.  (İ.Şıxlı) 
2. Budaq cümlə baş cümləyə -sa belə, -sə belə şəkilçi və 
ədatı ilə bağlanır. Məsələn,  O buraya gəlin gələndə ərinin var-
dövləti olsa belə, əməlli-başlı bir otağı da yox idi. (İ.Şıxlı) Ürək 
çırpıntılarını duydusa belə, özünü o yerə qoymadı. (İ.Şıxlı)  O, 
Mələyi vurduğuna peşman olsa belə, sevinirdi.(İ.Şıxlı)  Döyülsə 
belə, xatadan qurtarmışdı. (İ.Şıxlı) 
3. Budaq cümlə baş cümləyə  -sa da belə, -sə  də belə 
şəkilçi və ədatı ilə bağlanır. Məsələn, O, üzdə  bir söz deməsə 
də belə, bunu etiraf etməyə  məcbur olurdu. (İ.Şıxlı)  Ərinin 
yatmadığını bilsə  də belə, səsini çıxartmırdı. (İ.Şıxlı) Qapıya 
yaxınlaşdısa da belə, ürəyinin çırpındığını hiss edib geri 
qayıtdı. (İ.Şıxlı)  O cana doysa da belə, hələ  qəti qərara gələ 
bilmirdi. (İ.Şıxlı) 
4. Budaq cümlə baş cümləyə   nə  qədər,  hər  nə  qədər  
bağlayıcı  sözləri,  -sa da, -sə də   şəkilçi və ədatı ilə bağlanır. 
Məsələn,  Nə  qədər çalışırdısa da, yata bilmirdi. (İ.Şıxlı) Qız 
nə  qədər çalışdısa da, müvazinətini saxlaya bilmədi. (İ.Şıxlı) 
Salatın  nə  qədər yalvardısa da, arvad inadından dönmədi.       
(İ.Şıxlı) Əhməd nə qədər çalışsa da, müsəlmanlığını sübut edə 
bilmirdi. (İ.Şıxlı) O nə  qədər    Mələyə susmağı  əmr etsə  də
haqsızlığını duyurdu. (İ.Şıxlı) 
 5.Bəzən budaq cümlənin 
əvvəlində 
hərçənd, 
komponentlər arasında isə  amma, ancaq, lakin, fəqət 
bağlayıcılarından biri işlənir:  Hərçənd  əskik bir işinizi 
görməmişəm, amma mən belə hesab edirəm. (Elçin) 
6.Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb 
cümlələrin bir qismində    bağlayıcı söz işlənməklə  bərabər, 
budaq cümlənin sonuna  -sa, -sə şəkilçisi artırılır,  da də ədatı 
isə badaq cümlənin daxilində işlənir. Məsələn, Özünü nə qədər 
Gülarə  Abdullayeva 
 
 
294
sərbəst   aparsa,  Şamxalla açıq danışa  bilmirdi.                   
(İ.Şıxlı) Şəhərdən nə qədər uzaqda da olsa, otaqlarım rahat idi. 
(İ.Əfəndiyev) 
7. Bəzən budaq cümlədə müxtəlif bağlayıcı sözlər 
işlənir, budaq cümlənin xəbəri təkrarlanır, təkrarlanan 
xəbərlərdən biri felin xəbər, ikincisi isə əmr şəklində işlənir. Bu 
zaman birincinin sonuna -sa, -sə  şəkilçi-ədatı da artırıla bilər. 
Məsələn,   O nə  qədər bezir-bezsin, yenə  də  qəti qərara gələ 
bilmirdi. (İ.Şıxlı) Nə qədər danışır-danışsın heç kəs ona məhəl 
qoymurdu. və s.  
  Qarşılaşdırma  budaq  cümləli  tabeli  mürəkkəb  
cümlələrdə   əsas  məna olan qarşılaşdırma  mənası    aşağıdakı  
kimi  müxtəlif  çalarlarda  özünü  göstərir:   
1.  G ü z ə ş t l i  qarşılaşdırma.  Belə  cümlələrdə  baş  
cümlədəki  fikir  budaq  cümlədəki  fikrə  güzəştə  gedir.  
Məsələn, O cana doysa da, hələ  qəti qərara gələ  bilmirdi.        
(İ.Şıxlı) Qapıya yaxınlaşdısa da, ürəyinin çırpıntısını  eşidib 
geri qayıtdı. (İ.Şıxlı) Döyülən uşaq ağrıdan qıvrılsa da, səsini 
çıxartmırdı. (İ.Şıxlı)   
2.  Z i d d i y y ə t l i  qarşılaşdırma.  Bəzən baş    və  
budaq  cümlədəki  fikirlər  ziddiyyətli  şəkildə  qarşılaşdırılır.  
Məsələn,  Katib  onun  səsində  bir  tənə,  bir  giley  hiss  etsə  
də,  fikrindən  dönüb  yumşalmadı.  (M.İbrahimov). 
3. M ü q a y i s ə l i  qarşılaşdırma.  Baş    və budaq  
cümlənin  məzmunu  müqayisəli  şəkildə  qarşılaşdırılır.  
Məsələn,   Kamil bir  palançı  olsa  da  insan,  yaxşıdır  
yarımçıq  papaqçılıqdan. (N.Gəncəvi) 
4. F ə r q l ə n d i r i c i  qarşılaşdırma.  Baş  cümlədəki  
fikir  qarşılaşdırma  yolu  ilə  budaq  cümlədəki  fikirdən  
fərqləndirilir.  Məsələn,      İmdad  qardaşım  da  olsa,  çürük  
adamdır.  (Ə.Vəliyev). 
5.  Ş ə r t l i   qarşılaşdırma.  Bu  növ  budaq  cümlələrdə     
budaq  cümlə həm də şərt məzmununa mülik olur. Lakin əsas 
məna qarşılaşdırma olduğundan, belə cümlələr qarşılaşdırma 


Müasir  Azərbaycan  dili 
 
 
295 
budaq cümləsi hesab edilir. Bu  cümlələr  əksər  halda  əgər,  
hərgah  bağlayıcıları  və  -sa, -sə  şəkilçisi  ilə  formalaşır,  -sa,  
-sə    şəkilçisindən  sonra  da, də    ədatı    da  işlənir.  Məsələn,  
Hərgan başım çox bəla çəksə də, yenə səni tək qoymayacağam.  
Nəticə  budaq  cümləsi.  Nəticə  budaq  cümləsi baş 
cümlədən  doğan  nəticəni  bildirir.  Səbəb və  nəticə budaq 
cümləli tabeli mürəkkəb cümlələr tərkib hissələri arasında 
səbəb-nəticə münasibətinə görə bir-birinə  bənzəyir. Lakin 
səbəb  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə  budaq  
cümlə    səbəbi,  baş    cümlə    nəticəni  bildirirsə,  nəticə budaq 
cümləli tabeli mürəkkəb cümlələrdə bunun əksi müşahidə 
olunur. Yəni,  budaq cümlə səbəbi deyil, baş cümlədən yaranan 
nəticəni bildirir. Məsələn,  Elə şey nədir ki, sən ondan ötrü fikir 
edirsən? (İ.Şıxlı) Gör nə günə qalmışam ki, mənim döydüyüm 
adam mənə qahmar çıxır? (İ.Şıxlı) 
 Hər  iki  misalda  budaq  cümlə  baş  cümlədən  sonra  
işlənərək  ona  ki   bağlayıcısı  ilə  bağlanmışdır.  
“Başqa  budaq  cümlə  növlərindən  fərqli  olaraq,   sadə 
cümlədə cümlə üzvü  qarşılığı  olmadığı   üçün  nəticə  budaq  
cümləsinin  baş  cümlədə yerliyi qəlibi olmur və budaq cümlə 
heç  bir  suala  cavab  vermir”. (4, səh. 397) 
 Budaq  cümlənin  müstəqil  nəticə    mənası    ifadə  
etdiyini  yoxlamaq  üçün  onun  əvvəlinə    nəticədə,  bunun  
nəticəsində   sözlərini  də  artırmaq  olar. 
Başqa  tabeli  mürəkkəb  cümlələrdən  fərqli  olaraq,  
nəticə  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələr sadələşdikdə 
budaq cümlə predikat – xəbər yerində, baş cümlə isə  səbəb 
zərfliyi yerində durur. Yalnız bu cür sadələşdirmə apardıqda 
cümlənin mənasını əvvəlki kimi saxlamaq olur.   sadələşdirmək  
üçün  əksinə  əməliyyat  aparmaq  lazım  gəlir.   
Nəticə  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrin 
dilimizdə yalnız bir tipi mövcuddur: bir qayda olaraq, həmişə 
baş cümlə  əvvəl, budaq cümlə isə sonra işlənir. Lakin bu bir 
Gülarə  Abdullayeva 
 
 
296
tipin özünü də budaq cümləni baş cümləyə bağlayan vasitələrə 
görə aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Nəticə budaq cümləsinin  ən çox işlənən növü  ona 
görə də, buna görə də, onun üçün də, bunun üçün də tipli nəticə 
bağlayıcılarının iştirakı ilə yaranan növüdür.  Məsələn,  Sadıq 
onu qorxudub, ona görə də Qəşəm razılıq verib. (Q.İsmayılov) 
2. Budaq cümlə baş cümləyə  odur ki bağlayıcısı ilə 
bağlanır. Məsələn, Sultanın qəfil gəlişi onu həm sevindirdi, həm 
də qorxutdu, odur ki, ayağa qalxıb baş  əydi. (F.Kərimzadə) 
Amma daha heç yerə yolu olmadığını bilirdi, odur ki, özü ilə 
gətirdiyi qaravaşla öz dillərində danışır, öz mahnılarını 
oxuyurdular. (F.Kərimzadə)  
3. Baş cümlədə  necə, nə, kim və s.    sual  əvəzlikləri 
işlənir, budaq cümlə baş cümləyə əksər hallarda ki bağlayıcısı, 
bəzən də imtonasiya ilə bağlanır. Məsələn,   Bəs necə oldu ki
Mələk sağ qaldı? (İ.Şıxlı) Sənə  düşüb ki, özünü öldürürsən? 
(İ.Şıxlı) Amma neyləyim ki, mənim bəxtim gətirmədi? (İ.Şıxlı)  
Neçə olub ki, bu mənim ağlıma gəlməyib?(İ.Şıxlı) Sən  kimsən 
ki,  mənimlə  belə  danışırsan?   
4. Baş cümlədə  -

ədatı  işlənir, budaq cümlə baş 
cümləyə   ki bağlayıcısı ilə bağlanır. Məsələn,  Açıb-ağardası 
dərddirmi ki, deyəsən? (İ.Şıxlı) Mən yadam  ki, belə söz 
danışırsan? (İ.Şıxlı) 
5. Budaq cümlə baş cümləyə intonasiya və ki bağlayıcısı 
ilə bağlanır. Məsələn,  Hələ ölməmişəm  ki, malımı dövlətimi 
dağıdırsan. (İ.Şıxlı) Məni sən gətirməyibsən  ki, evdən 
qovursan? (İ.Şıxlı) 
Belə cümlələrdə, adətən, baş cümlənin xəbəri inkar 
formada olsa da, sual intonasiyası ilə  tələffüz edilərək təsdiq 
formanı bildirir.  
6. Baş cümlənin daxilində elə, elə bir, bir sözləri işlənir, 
budaq cümlə baş cümləyə  ki  bağlayıcısı ilə bağlanır. Məsələn, 
Boyu  elə uca idi ki,    səmanın bir parçasından başqa heç nə 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə