Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə8/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   4   5   6   7   8   9   10   11   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
29 
-İkinci tərəfi titul mənasını verməyən iki ismin birləşməsi ilə: 
Balabəy, Əlixan, Hüseynağa, Anaxanım və s. 
-Bir sadə sifətlə bir ümumi ismin birləşməsi ilə:  istiot, 
sarıköynək və s
-Ümumi isimlə feli sifətin birləşməsi ilə:  ağacdələn, 
günəbaxan, aşsüzən, əlüzyuyan və s. 
-II növ təyini söz birləşməsi formasında olub, ikincisi 
mənsubiyyət  şəkilçisi ilə  işlənən iki ismin birləşməsi 
ilə: ayaqqabı, kəklikotu, dəvədabanı, əmiqızı, ilanbalığı, 
suiti, çayırotu, itburnu və s. 
-Sifətlə yer məzmunlu ismin birləşməsi ilə: Ağdam, qaraşəhər, 
qarakənd, İçərişəhər, Göyçay və s. 
-Oğlu sözünün xüsusi və ya etnonim səciyyəli başqa bir isimlə 
birləşməsi ilə: Azəroğlu, Həsənoğlu, Kürdoğlu və s
-Təkrar olunan iki fel arasına  ha, a ünsürlərini  əlavə etməklə: 
gəlhagəl,qovhaqov, vurhavur, qaçaqaç, basabas, tutatut 
və s. 
-Mürəkkəb sifətlərə -lıq
4
  şəkilçisi  əlavə etməklə:  özbaşınalıq, 
əliəyrilik, gözütoxluq, dikbaşlıq və s. 
 -Eyni sözün təkrarı ilə: aşıq-aşıq, top-top, daş-daş və s. 
 -Yaxınmənalı sözlər vasitəsilə:  künc-bucaq, fabrik-zavod, 
dava-dərman,  toz-torpaq, söz-söhbət və s
 -Əksmənalı sözlər vasitəsilə:   dost-düşmən, baş-ayaq, gediş-
gəliş, yer-göy və s
 -İzafət tərkibləri şəklində olan mürəkkəb isimlər: tərzi-hərəkət, 
nöqteyi-nəzər, tərcümeyi-hal, əhvali-ruhiyyə və s. 
 -İkinci tərəfi müstəqil işlənməyərək, birinci sözlə uyğunlaşan 
mürəkkəb isimlər: ət-mət, çit-mit, ağıl-mağıl və s. 
 -Birinci  tərəfi məna verməyən,  əksərən “qoşa sözlər” 
adlandırılan mürəkkəb isimlər:  çör-çöp, yır-yığış, tör-
töküntü, sür-sümük və s. 
          Azərbaycan dilində ismə xas olan  bir sıra qrammatik 
kateqoriyalar var ki, bunlar sözlərin bir-birinə bağlanmasında, 
sözlər arasında əlaqə yaratmaqda, müəyyən qrammatik əlaməti 
Gülarə  Abdullayeva 
 
 
30
ifadə etməkdə çox mühüm rol oynayır. Bu kateqoriyalar isimlə 
bağlı olsa da, təkcə onunla məhdudlaşmır, isimləşə bilən bütün 
nitq hissələrini  əhatə edə bilir. Ona görə  də bu qrammatik 
kateqoriyalar  ismə  məxsus ümumi qrammatik kateqoriyalar 
adlanır. Ümumi qrammatik kateqoriyalar aşağıdakılardır:  
1.Mənsubiyyət kateqoriyası                               
2.Kəmiyyət kateqoriyası 
3.Hal kateqoriyası           
4.Xəbərlik kateqoriyası 
Mənsubiyyət kateqoriyası iki söz arasında atributiv 
əlaqə bildirir. Bu kateqoriya, adından da göründüyü kimi, şəxs 
əvəzlikləri ilə ifadə olunan sahib anlayışı və isimlə ifadə olunan 
mənsub  əşya anlayışından ibarət olur. Bizim evimiz 
 
birləşməsində bizim sözü şəxs əvəzliyinin I şəxs cəmi ilə ifadə 
olunmuş subyekt, evimiz  sözü isə isimlə ifadə olunmuş 
obyektdir. 
Mənsubiyyət kateqoriyası müəyyən  şəkilçi vasitəsilə 
əmələ  gəlir və bu kateqoriya şəkilçiləri  əşya ilə  şəxs arasında 
münasibət yaradır, yəni müəyyən  əşyanın hansı  şəxsə  mənsub 
olduğunu bildirir. 
Müasir 
ədəbi dilimizdə 
işlənən mənsubiyyət 
kateqoriyasının  şəkli  əlamətləri aşağıdakılardır: Birinci şəxsin 
təki saitlə bitən isimlərdə  -m  (nənəm, bibim), samitlə bitən 
isimlərdə -ım, -im, -um, -üm (kitabım, başım, qələmim, sözüm). 
Məsələn,       Sən mənim qürurum, fəxrim, vüqarım
                      Tükənməz sərvətim, dövlətim, varım
                      Namusum, vicdanım, qeyrətim, arım
                      Ana dilim!                                            (M. Səlim) 
            Birinci  şəxsin cəmi saitlə bitən isimlərdə    -mız,  -miz,      
-muz, -müz (obamız,  əmimiz, qutumuz, ütümüz), samitlə bitən 
isimlərdə  -ımız, -imiz, -umuz, -ümüz  (torpağımız, sərvətimiz
yolumuz, gözümüz)  şəkilçiləri vasitəsi ilə ifadə olunur. 
Məsələn, Rayonumuzda bir dənə  də olsun üstü açılmamış 


Müasir  Azərbaycan  dili 
 
 
31 
cinayət qalmamışdır. (S. Rəhimov); Qoy ədavətimiz təzələnsin, 
Hülakü xan! (S. Rəhimov) 
İkinci  şəxsin təki saitlə bitən isimlərdə  -n  (atan
nənən,ütün), samitlə bitən isimlərdə -ın, -in, -un, -ün  (ayağın
qələmin, topun, gözünşəkilçisi ilə reallaşırMəsələn, 
                          Adına nə qədər nəğmə qoşublar,  
                         Sorağın yayılıb sənin hər yana. 
                                                                          (M. Səlim) 
İkinci şəxsin cəmi saitlə bitən isimlərdə -nız, -niz, -nuz, 
nüz (atanız, nənəniz, ordunuz, ütünüz), samitlə bitən isimlərdə 
-ınız, -iniz, -unuz, -ünüz  (ayağınız,  əliniz, topunuz, gözünüz
şəkilçilərinin köməyi ilə ifadə olunur.. Məsələn,  Mən sizin 
gözəlliyinizə and içirəm. (M.S.Ordubadi) 
 Üçüncü  şəxsin təki və  cəmi saitlə bitən isimlərdə  -sı,     
-si, -su, -sü (ata, nənəsi, ordusu, ütü), samitlə bitən 
isimlərdə -ı, -i, -u, -ü (ayağı, əli, topu, gözüşəkilçiləri ilə öz 
əksini tapır. Məsələn, Bu vətən mülkünü, bu laləzarı, Bağrıma 
basıram öz anam deyə. (S.Vurğun).  
Şəkilçilərin fonetik tərkibindən aydın olur ki, 
mənsubiyyət kateqoriyasını  əmələ  gətirən  əsas ünsür m, n, z 
samitləridir. Sait isə köməkçi rol oynayaraq, ya həmin ünsürləri 
söz kökünə, ya da təklik və çoxluq bildirən ünsürləri bir-birinə 
bağlamağa xidmət edir. 
Əşya cəm götürüldükdə  mənsubiyyət  şəkilçilərindən 
əvvəl isimlərə kəmiyyət kateqoriyası şəkilçisi(-lar, -lər)  əlavə 
olunur və  mənsubiyyət  şəkilçilərinin fonetik tərkibi dəyişir. 
Lakin  əsas ünsür sayılan  m, n, z samitləri olduğu kimi qalır. 
Yalnız  şəkilçilərdə dodaq saitləri düşür, damaq saitləri iştirak 
edir və  kəmiyyət kateqoriyası  (-lar, -lər)  şəkilçisinin tələbinə 
görə bütün mənsubiyyət  şəkilçiləri saitlə başlanır:  kitablarım, 
güllərim, quzuların və s. 
I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edən 
isimlər əşyanın, əsasən, insana mənsubluğunu bildirir. III şəxsə 
Gülarə  Abdullayeva 
 
 
32
aid mənsubiyyət  şəkilçisini qəbul etmiş isim əşyanın təkcə 
insana deyil, başqa əşyalara da aidliyini ifadə edə bilər. 
Dilimizə  ərəb dilindən keçmiş  mənbə, mövqe, mənafe, 
tale, mənşə  və dilimizin özünəməxsus  su, nə sözləri 
mənsubiyyət  şəkilçisi qəbul edərkən, digər saitlə qurtaran 
sözlərdən fərqli olaraqbitişdirici samitinin  əlavə olunmasını 
tələb edir. Məsələn, 
            Tək                                     Cəm                                              
Taleyim/suyum                     taleyimiz/suyumuz 
Taleyin/suyun                       taleyiniz/suyunuz 
Taleyi/suyu                          taleyi (taleləri)/suyu (suları) 
Mənsubiyyət  şəkilçilərinin dilimizdə  əhəmiyyəti çox 
böyükdür. Məlum olduğu kimi, mənsubiyyət şəkilçiləri yiyəlik 
halla möhkəm bağlıdır. Sözdə  mənsubiyyət  şəkilçisinin 
işlənməsi, bir qayda olaraq, yiyəlik halda olan sözə ehtiyacı 
aradan qaldırır: mənim bağım-bağım, sənin bağın-bağın. Lakin 
mənsubiyyət  şəkilçili sözdən  əvvəl gələn yiyəlik hal şəkilçili 
əvəzlik məntiqi vurğu ilə deyilərsə, onu ixtisar etmək olmaz. 
Məsələn, Sizin kəndinizə  hələ çox varbizim kəndimizsə bu 
yaxınlıqdadır. 
Bəzən cümlədə II və III şəxslərin təkinin mənsubiyyət 
şəkilçiləri ilə  işlənmiş isimlərdən  əvvəl  şəxs  əvəzliklərini 
(sənin, onun)  işlətmək vacib olur. Məsələn, qardaşına (sənin 
yoxsa onun) deyərəm. Mənsubiyyət şəkilçisindən sonra gəlmiş 
n  bitişdiricisi II, yoxsa III şəxsdən söhbət getdiyini müəyyən 
etməkdə  çətinlik yaradır, məhz buna görə  də ismin əvvəlində 
sənin  və ya onun  əvəzliklərinin işlənməyinə ehtiyac yaranır. 
Sənin qardaşına deyərəm. Onun qardaşına deyərəm.  
Ümumiyyətlə, mənsubiyyət anlayışı dilimizdə bir neçə 
üsulla ifadə olunur. Bunlardan birinci və  normal ifadə üsulu iki 
komponentin iştirakı ilə ifadədir ki, bu üsul analitik-sintetik 
üsul adlanır.  Bu zaman yiyəlik hallı sahib şəxslə mənsubiyyət 
şəkilçili mənsub əşya birlikdə işlənir:  mənin evim, sənin evin, 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə