Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə9/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   5   6   7   8   9   10   11   12   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
33 
onun evi, bizim evimiz, sizin eviniz, onların evləri, biz özümüz, 
siz özünüz,onlar ikisi, biz hamımız və s. 
Mənsubluq anlayışını ifadə etmək üçün dilimizdə 
sintetik üsuldan daha çox istifadə olunur. Dilimizdə 
mənsubiyyət şəkilçiləri o qədər sabitləşmişdir ki,  bu şəkilçini 
qəbul edən sözdən əvvəl yiyəlik hallı söz olmadan belə, əşyanın 
kimə mənsub olduğunu asanlıqla müəyyənləşdirmək olur. Ona 
görə də dilimizdə çox zaman mənsubiyyət şəkilçisi qəbul etmiş 
söz təklikdə işlənir. Məsələn, mənim atam əvəzinə atam, bizim 
evimiz  əvəzinə  evimiz, sizin kəndiniz  əvəzinə  kəndiniz  və s. 
Mənsubluq anlayışının bu üsulla ifadəsi sintetik üsul adlanır. 
Bəzən sahib şəxsi bildirən söz yiyəlik halda işlənir, 
mənsub  əşya bildirən söz isə  mənsubiyyət  şəkilçisiz olur.  Bu 
vəziyyət yalnız birinci və ikinci şəxsin cəmində müşahidə 
olunur. Məsələn,  bizim yerlər, sizin yerlər; Göydən gedən beş 
durnalar,  bizim ellər yerindəmi? (“Koroğlu”)  Mənsubluq 
anlayışının bu üsulla ifadəsi analitik üsul adlanır. 
Bu cür birləşmələrdə tərəflər arasında əlaqə zəif olduğu 
üçün birinci tərəf cümlədə ayrıca təyin  kimi  götürülür.             
(2, səh.89) 
Hal kateqoriyası.  İsimlərin başqa sözlərlə  əlaqəyə 
girərək dəyişməsinə hallanma deyilir. Azərbaycan dilində 
ismin halları iki qrupa bölünür: 1.Qrammatik hallar; 2. Məkani-
qrammatik hallar. Adlıq, yiyəlik və  təsirlik hallar xalis 
qrammatik hallardır. Yönlük, yerlik və çıxışlıq hallar isə sözlər 
arasında qrammatik əlaqə yaratmaqla yanaşı, yer, məkan 
məzmunu da ifadə edir. Buna görə  də  həmin hallar məkani-
qrammatik hallar hesab olunur.  
Adlıq hal. Azərbaycan dilindəki isimlər adlıq halda 
işlənərkən həm mücərrədlik, ümumilik və qeyri-müəyyənlik 
bildirir, həm də müəyyən varlığın adını göstərir. Bu halın şəkli 
əlaməti yoxdur, yəni sıfır şəkilçilidir. Adlıq hal həm fel, həm də 
başqa nitq hissələri ilə  əlaqədar olur. Başqa sözlə, adlıq halda 
işlənən söz həm feli, həm də adlarla ifadə olunan ismi 
Gülarə  Abdullayeva 
 
 
34
xəbərlərlə  əlaqədar olur. Məsələn,  Əli həkimdir.  Əli  danışır,- 
cümlələrində adlıq halda olan Əli  sözü  ismi  və feli xəbərlə 
əlaqələnmişdir.   
Adlıq haldakı söz cümlədə mübtəda olur, xəbər şəkilçisi 
qəbul edərsə, xəbər də ola bilər.  Məsələn,  Dərs başlandı.  Əli 
həkimdir. Adlıq halda işlənən isimlər bəzən peşə, sənət, 
qohumluq mənsubiyyəti, titul bildirərək təyinlik məzmunu 
daşıyır. Buna görə  də izah etdiyi sözün hansı cümlə üzvü 
olmasından asılı olmayaraq, cümlədə təyin olur. Məsələn, Şair 
Nizami küsməyi bacarmaz, kin saxlamağı sevməzdi. 
(M.S.Ordubadi) O, daş pillələri sürətlə endi. Kərpic ev daş 
evdən isti olur.  və s.  
Yiyəlik hal tam qrammatik haldır. Yiyəlik halda işlənən 
sözlər,  əsasən, yiyəlik, sahiblik,  aidlik mənasını bildirir və 
buna görə  də    yalnız isim və isimləşə bilən nitq hissələri ilə 
əlaqələnir:  tələbələrin kitabı, bizim qonağımız,  şagirdin 
oxumağı,  şagirdin oxuyanı, adamların hamısı  və s.Yiyəlik 
halda olan sözlər bəzən sahiblik, aidlik mənasını ifadə etməyə 
də bilir. Məsələn,  tələbələrin beşi, uşaqların hamısı, gözəllərin 
gözəli və s. 
Yiyəlik hal kimin? nəyin? haranın? nə? suallarına 
cavab verir və cümlənin ayrıca üzvü ola bilmir, yalnız xəbər 
şəkilçisi qəbul etdiyi zaman təklikdə cümlənin üzvü ola bilir. 
Məsələn, Kitab Əlinindir. Başqa vəziyyətdə yiyəlik hal, 
ümumiyyətlə, müəyyənlik məzmunu ifadə etməsinə 
baxmayaraq, özündən sonra gələn sözlə birlikdə cümlənin 
müvafiq mürəkkəb üzvü olur. Məsələn,  İtlər  meşənin 
dərinliyinə cumdular. (İ.Şıxlı) Maralın sinəsindən  qan axırdı. 
(İ.Şıxlı)  Onun gözləri yaşardı. (İ.Şıxlı) Axı, o, sənin  də 
düşmənindir. (İ. Şıxlı) 
 Yiyəlik hal iki cür olur: Müəyyən yiyəlik hal, qeyri-
müəyyən yiyəlik hal. Müəyyən yiyəlik halı  əmələ  gətirmək 
üçün  -ın
4
 (-nın
4
)  şəkilçisindən istifadə edilir. Müəyyən yiyəlik 
hal  kimin? nəyin? haranın? suallarına cavab verir. Müəyyən 


Müasir  Azərbaycan  dili 
 
 
35 
yiyəlik halda işlənən sözlər təklikdə yalnız  cümlənin xəbəri 
vəzifəsini daşıya bilir. Saitlə qurtaran sözlər müəyyən yiyəlik 
halın şəkilçisini qəbul edərkən bitişdirici n samitindən istifadə 
olunur. Məsələn,  baba-nın sözü, Nailə-nin köməyi və s.  
Müəyyən yiyəlik halda olan söz, bir qayda olaraq, 
özündən sonra mənsubiyyət  şəkilçili söz tələb edir. Bu zaman 
III növ təyini söz birləşməsi  əmələ  gəlir. Belə birləşmələrdə 
tərkib hissələrinin arasına digər sözlər də daxil ola bilir. 
Məsələn,  kəndin mənzərəsi, kəndin gözəl mənzərəsi, kəndin 
insanı valeh edən gözəl mənzərəsi.  Müəyyən yiyəlik halın iki 
işlənmə vəziyyəti var: 1. III növ təyini söz birləşməsinin I tərəfi 
kimi. Məsələn, kitabın səhifəsi, uşağın həvəsi, Füzulinin qəzəli. 
2. Cümlənin ismi xəbəri kimi. Bu vaxt müəyyən yiyəlik hal 
cümlənin axırında gəlib tək işlənmiş olur. Bu, müəyyən yiyəlik 
halın nisbətən müstəqil vəziyyəti sayılır. Məsələn, Bu kitab 
tələbələrindir.  
Qeyri-müəyyən yiyəlik hal şəkilçisiz olur, nə? sualına 
cavab verir. Qeyri-müəyyən yiyəlik halda olan söz də mütləq 
özündən sonra mənsubiyyət  şəkilçili söz tələb edir. Formaca 
adlıq hala oxşasa da, özündən sonra mənsubiyyət şəkilçili sözlə 
işlənməsi onu adlıq hallı sözdən fərqləndirir: Gül çox ətirli idi. 
Gül dəstəsi çox ətirli idi. Qeyri-müəyyən yiyəlik halda olan söz 
təklikdə heç bir cümlə üzvü ola bilmir. Qeyri-müəyyən yiyəlik 
halın yalnız bir işlənmə  vəziyyəti var: o həmişə II növ təyini 
söz birləşməsinin I tərəfi olur: kitab şkafı, sinif otağı, iş vaxtı, 
və s. Bu vaxt onu fərqləndirən yeganə əlamət yanındakı sözdə 
III şəxsin mənsubiyyət şəkilçisinin olmasıdır.  
Qeyri-müəyyən yiyəlik halı əksər məqamlarda müəyyən 
yiyəlik hala çevirmək olur: məktəb həyəti-məktəbin həyəti
şagird gündəliyi-şagirdin gündəliyi, məktəb direktoru-məktəbin 
direktoru və sLakin bu,  həmişə mümkün olmur: dram teatrı, 
İstiqlaliyyət küçəsi, riyaziyyat kitabı  və  s.  Əslində bu cür 
birləşmələrdəki sözlər hazırda yiyəlik hal formasında olsa da, 
onların mənşəyi yiyəlik halla bağlı olmayıb, tarixi inkişaf 
Gülarə  Abdullayeva 
 
 
36
prosesində  dəyişikliyə  uğrayaraq bu formaya düşmüşdür. 
İstiqlaliyyət küçəsi-istiqlaliyyət adlandırılan küçə, riyaziyyat 
kitabı-riyaziyyat haqqında kitab və  s.  Ona görə  də kökündə, 
mənşəyində yiyəlik hal durmayan belə sözləri  şəkilçi artırıb 
müəyyən yiyəlik hala çevirmək olmur. 
Yönlük hal iş, hərəkət və əşyanın yönünü, istiqamətini, 
hərəkətin  çatacağı son nöqtəni bildirir. Yönlük hal -a (-ə) 
şəkilçisi vasitəsilə əmələ gəlir. Saitlə bitən sözlərdə bitişdirici y 
samitindən istifadə edilir. Məsələn, ana-ya, nənə-yə, dərə-yə  
və  s. Yönlük haldakı sözlər həm feli, həm də ismi xəbərlərlə 
əlaqəyə girir. Məsələn,  Mən dostuma inanıram. (feli xəbərlə). 
Mən dostuma arxayınam. (ismi xəbərlə). Yönlük halda olan 
sözlər cümlədə,  əsasən, vasitəli tamamlıq və yer zərfliyi 
vəzifəsini daşıyır. Məsələn, Bu işi  Kamala tapşırın. (vasitəli 
tamamlıq). Mən şəhərə getməliyəm. (yer zərfliyi). Yönlük halda 
olan söz cümlədə xəbər də ola bilər: Sözüm Gülərədir. Məktub 
Bakıyadır.  
Yönlük halın aşağıdakı vəzifələri vardır:  
          Yönlük  hal  hərəkətin yönəlmə obyektini bildirir. 
Məsələn, Mən dağa tamaşa edirəm. 
                         
Əşyanın yönəlmə və istinad obyektini bildirir. Məsələn,  
dosta məktub, düşmənə nifrət, uşağa qayğı, böyüyə hörmət, 
anaya məhəbbət və s. 
            Hərəkətin yönünü, varacağı son nöqtəni bildirir: 
Məsələn,  O, cəbhəyə yollandı. Uşaqlar ağaca dırmaşdılar. 
          Qoşmalarla işlənərək, cümlədə məsafə, zaman, tərəf və 
istiqamət, səbəb və  məqsəd bildirir. Məsələn, sübhəcən, 
şəhərədək, məktəbə  qədər, kəndə sarı, evə doğru, iclasa görə, 
sənə görə və s. 
          Yönlük halda olan sözlər görə və nisbətən qoşmaları ilə 
işlənərək nisbət və müqayisə  məzmunları ifadə edir. Məsələn,  
Günortaya nisbətən axşam hava bir az sərinlədi.  


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə