Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə40/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   36   37   38   39   40   41   42   43   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
157 
8.Proseslə onun məqsədi arasındakı  əlaqə kimi. 
Məsələn, oxumaq üçün çalışmaq,  işləməyə hazırlaşmaq, 
öyrənməyə səy göstərmək  və s. 
     Azərbaycan dilində feli birləşmələr felin üç 
təsriflənməyən formasının: feli  bağlama, feli sifət və məsdərin 
ətrafına söz toplaması yolu ilə yaranır. Bu birləşmələrin asılı 
tərəfləri müxtəlif nitq hissələri ilə ifadə oluna bilər. Birinci, 
yəni asılı    tərəfin ifadəsinə görə feli birləşmələrin üç növü 
vardır:  
1.
 
Ad + fel formalı feli birləşmələr. Bu birləşmələrin 
birinci tərəfləri adlarla ifadə olunur. Məsələn,    dərs oxumaq, 
bunu götürmək, ona inanmaq, birinciləri salamlamaq,  həyətə 
baxmaq, ev tikmək və s. 
2.
 
Fel + fel formalı feli birləşmələr. Məsələn, susub 
durmaq, gələndə görmək, oxuya-oxuya gəzmək, yeyərkən 
danışmaq və s
3.
 
Zərf + fel formalı feli birləşmələr. Məsələn, tez-tez 
getmək, sevinclə danışmaq, geriyə  çəkilmək, irəliyə hücum 
etmək  və s
Söz birləşmələri içərisində adlarla fellərin 
birləşməsindən  əmələ  gələnlər həm forma variantlarının, həm 
də  məna növlərinin çoxluğuna görə feli birləşmələr arasında 
çoxluq təşkil edir. Buna görə  də feli birləşmələr bu əsasda 
öyrənilir. Bu qrupdan olan birləşmələrin birinci tərəfi  əsasən 
isim,  əvəzlik, substantivləşmiş sifət, substantivləşmiş sayla 
ifadə olunur, ikinci tərəflərində isə felin təsriflənməyən 
formalarından biri  durur. Məsələn, evdən gəlmək, bizə baxan
qocalara hörmət etmək, birincilərlə tanış olmaq  və s. 
Adlarla fellərdən əmələ gələn feli birləşmələri aşağıdakı 
növlərə ayırmaq olar: 
1.
  Adlıq hallı feli birləşmələr. Məsələn, payız gələndə, sən 
danışanda və s. 
2. Təsirlik hallı feli birləşmələr. Məsələn, hədiyyə alanda, 
yazını yazmaq  və s. 
Gülarə  Abdullayeva 
 
 
158
3. Yönlük hallı feli birləşmələr. Məsələn,  şəhərə 
gələndə, filmə baxanda və s. 
4.  Yerlik  hallı feli birləşmələr.  Məsələn,  şəhərdə 
yaşamaq, divanda uzanmaq və s. 
5.  Çıxışlıq hallı feli birləşmələr. Məsələn, dərsdən 
gələndə, işdən qayıdanda və s. 
Adlıq hallı feli  birləşmələrin ikinci tərəfi daha çox feli 
bağlamalardan ibarət olur. Məsələn, sən danışanda, o gələrkən, 
Əli oxuduqca və  s.  Lakin feli bağlamaların hamısı adlıq halla 
əlaqələnərək birləşmə yarada bilmir. Bu baxımdan feli 
bağlamaları iki qrupa bölmək olar:  
1.
  Adlıq hallı feli birləşmə yarada bilən feli 
bağlamalar. Bu feli bağlamalar -andə (-əndə), -dıqda
4
, -dıqca
4
,         
-ınca
4
, -arkən
2
, -ar- maz
2
, -madən
2
, a–a
2
,  və s. şəkilçiləri ilə 
əmələ  gəlir və adlıq hallı feli birləşmələrin yaranmasında 
mühüm rol oynayır. Məsələn, Arif gələndə, uşaq ağladıqca, yaz 
gəlincə, müəllim danışarkən, qonaq gəlməmiş, yaz gələr-
gəlməz, səhər açılmadan  və s. 
2.
  -ıb
4
, -araq
2
  şəkilçiləri ilə  əmələ  gələn feli 
bağlamalar və  -mış
4
  şəkilçisinin  keçmək, qalmaq, ötmək 
sözlərinə  qoşulması ilə əmələ gələn feli bağlamalar adlıq hallı 
feli birləşmə yarada bilmir.            
Adlıq hallı feli birləşmələrin əmələ gəlməsində -an
2
 və bir sıra 
hallarda  -dığı
4
  və  -mış
4
  şəkilçili feli sifətlər də müəyyən rol 
oynayır. Məsələn,  mən oxuyan (kitab),sən soruşduğun (sual), 
usta tikmiş (ev)  
Qeyd
Adlıq hallı feli birləşmə əmələ gətirən feli bağlama 
şəkilçisi olan -mış, -miş inkarlıq  əlaməti olan  -ma
2
 şəkilçisindən 
sonra artırılır. Məsələn, mən gəlməmiş, sən yazmamış. 
Təsirlik hallı feli birləşmələr.  Bu birləşmələrin birinci 
tərəfi ismin təsirlik halında olan hər hansı bir sözlə ifadə 
olunub, təsriflənməyən fel formasında nəzərdə tutulan hərəkətin 
təsir göstərdiyi müstəqil obyekti ifadə edir. Məsələn,    həyəti 
süpürmək, yazı yazmaq, mahnı bəstələmək, ağacları suvarmaq, 


Müasir  Azərbaycan  dili 
 
 
159 
kitab oxumaq və  s.  Təsirlik halın iki növü olduğu kimi, bu 
qəbildən olan  feli birləşmələr də  iki yerə bölünür: asılı tərəfi  
müəyyən təsirlik halda olanlar, asılı  tərəfi qeyri-müəyyən 
təsirlik halda olanlar.  Məsələn, kitabı oxuyan, məsələni həll 
etmək; kitab oxuyan, məsələ həll etmək və s. 
Yönlük hallı feli birləşmələr.  Bu birləşmələr yönlük 
hallı söz + təsriflənməyən fel  qaydasında qurulur. Bu cür 
birləşmələrin mənasını  hərəkətlə onun istiqaməti arasındakı 
əlaqə  təşkil edir. Birləşmələrin birinci tərəfləri hərəkətin 
istiqamətini bildirir. Məsələn,  şəhərə getmək,  dənizə baxmaq, 
ağaca çıxan, dağa qalxanda və s.Yönlük hallı feli birləşmələrin 
tərəfləri arasında  əsasən obyekt əlaqəsi olur. Azərbaycan 
dilində bəzi fellər eyni məna əlaqəsi ilə həm təsirlik halı, həm 
də yönlük halı  tələb edə bilir. Məsələn,    atı minmək – ata 
minmək, dağı qalxmaq – dağa qalxmaq, işi başlamaq – işə 
başlamaq və s. 
Yerlik hallı feli birləşmələr.  Bu birləşmələrin asılı 
tərəfi (tabe sözü) ismin yerlik halında olur. Məsələn,  şəhərdə 
yaşayan,  kitabda yazılan,  yazda cücərən və s.  
Bu birləşmələrin ikinci tərəfi  leksik mənasından asılı 
olmayaraq, bütün fellərlə ifadə oluna bilir. Yerlik hallı feli 
birləşmələrin  tərəfləri arasında aşağıdakı məna əlaqələri  özünü 
göstərir: 
1. Obyekt əlaqəsi. Yerlik hallı feli birləşmələrin birinci 
tərəfin ifadə etdiyi məkan sahəsi kiçildikcə, onun əhatəsi 
daraldıqca, məkan mənasından obyektə doğru meyl əmələ gəlir 
və bu, məkan çalarlığına malik olan obyektə çevrilir. Məsələn, 
kitabda yazılan,  filmdə gördüyüm, əlində tutduğu  və s.  
2. Zaman əlaqəsi. Bu əlaqədə olan feli birləşmələrin 
birinci tərəfləri  zaman məzmunlu  əsr, il, ay, həftə, gün, saat, 
dəqiqə, saniyə, yaz, yay, payız, qış, vaxt, dövr, gecə, gündüz, 
səhər, axşam, aprel, may və s. kimi isimlərlə, bəzən də saylarla 
ifadə olunur. Məsələn, baharda açan (çiçəklər), qışda yağan 
Gülarə  Abdullayeva 
 
 
160
(qar), payızda yığılan (məhsul), həmin vaxtda gəlmək, saat 
beşdə oyanmaq və s.  
Çıxışlıq hallı feli birləşmələr. Bu birləşmələrdə məkan 
əlaqəsi  əsas yer tutur. Asılı  tərəf hərəkətin başlanğıc, çıxış 
nöqtəsini  bildirir. Bu birləşmələrin birinci tərəfi məkan bildirən 
sözlərlə, ikinci tərəfi isə  təsriflənməyən fellərlə ifadə olunur. 
Məsələn, evdən çıxmaq, şəhərdən qayıtmaq  və s.  
Çıxışlıq hallı feli birləşmələrin komponentləri arasında 
obyekt, səbəb, zaman və s. əlaqələr mövcuddur. Məsələn
Qurbandan öyrənmək,  Əlidən aldığım (məktub), acından 
ölmək, gecədən qalan, payızdan əkilmiş və s
Feli birləşmələrə  tərkiblər də deyirlər. Bəzən  feli 
birləşmə  və  tərkib termini  sinonim terminlər kimi işlədilir. 
Lakin nəzərə almaq lazımdır ki, feli birləşmə  əsas tərəfi felin 
təsriflənməyən formaları ilə ifadə olunmuş bütün birləşmələrə 
ümumi  şəkildə verilmiş addır. Tərkib dedikdə isə feli 
birləşmənin konkret olaraq bir növü, əsas tərəfi məsdər, feli 
sifət, feli bağlama ilə ifadə olunmuş bir birləşmə  nəzərdə 
tutulur. 
Qoşmalı feli birləşmələr.   Feli birləşmələrin bir 
qismində asılı söz  əsas tərəflə qoşma vasitəsi ilə  əlaqələnir. 
Qoşma ilə onun əlaqələndiyi söz birləşmənin birinci 
komponentini, təsriflənməyən fel isə birləşmənin ikinci, əsas 
komponentini təşkil edir. Qoşma bu birləşmələrin tərəfləri 
arasında əsas əlaqələndirici vasitə hesab olunur. Qoşmalar feli 
birləşmələrdə çox fərqli məna çaları yaradır. Məsələn, at kimi 
getmək, at ilə getmək, at  üçün getmək və s. 
 Qoşmalar feli birləşmələrin tərəfləri arasındakı  məna 
əlaqələrinin daha qabarıq  şəkildə düzgün və  dəqiq ifadəsinə 
yardım göstərir və eyni zamanda, tərəflər arasında məna 
çalarlıqları yaradır. Məsələn, universitetə getmək – universitetə 
sarı getmək, günortadan yatmaq – günortadan bəri  yatmaq      
və s. 
          Qoşmalı birləşmlərin birinci tərəfindəki sözlər ancaq 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə