Müasir Azərbaycan dili
157
8.Proseslə onun
məqsədi arasındakı əlaqə kimi.
Məsələn,
oxumaq üçün çalışmaq, işləməyə hazırlaşmaq,
öyrənməyə səy göstərmək və s.
Azərbaycan dilində feli birləşmələr felin üç
təsriflənməyən formasının: feli
bağlama, feli sifət və məsdərin
ətrafına söz toplaması yolu ilə yaranır. Bu birləşmələrin asılı
tərəfləri müxtəlif nitq hissələri ilə ifadə oluna bilər. Birinci,
yəni asılı tərəfin ifadəsinə görə feli birləşmələrin üç növü
vardır:
1.
Ad + fel formalı feli birləşmələr. Bu birləşmələrin
birinci tərəfləri adlarla ifadə olunur. Məsələn,
dərs oxumaq,
bunu götürmək, ona inanmaq, birinciləri salamlamaq, həyətə
baxmaq, ev tikmək və s.
2.
Fel + fel formalı feli birləşmələr. Məsələn
, susub
durmaq, gələndə görmək, oxuya-oxuya gəzmək, yeyərkən
danışmaq və s
.
3.
Zərf + fel formalı feli birləşmələr. Məsələn
, tez-tez
getmək, sevinclə danışmaq, geriyə çəkilmək, irəliyə hücum
etmək və s
.
Söz birləşmələri içərisində adlarla fellərin
birləşməsindən əmələ gələnlər həm forma variantlarının, həm
də məna növlərinin çoxluğuna görə feli birləşmələr arasında
çoxluq təşkil edir. Buna görə də feli birləşmələr bu əsasda
öyrənilir. Bu qrupdan olan birləşmələrin birinci tərəfi əsasən
isim, əvəzlik, substantivləşmiş sifət, substantivləşmiş sayla
ifadə olunur, ikinci tərəflərində isə felin təsriflənməyən
formalarından biri
durur. Məsələn,
evdən gəlmək, bizə baxan,
qocalara hörmət etmək, birincilərlə tanış olmaq və s.
Adlarla fellərdən əmələ gələn feli birləşmələri aşağıdakı
növlərə ayırmaq olar:
1.
Adlıq hallı feli birləşmələr. Məsələn
, payız gələndə, sən
danışanda və s.
2. Təsirlik hallı feli birləşmələr. Məsələn
, hədiyyə alanda,
yazını yazmaq və s.
Gülarə Abdullayeva
158
3. Yönlük hallı feli birləşmələr. Məsələn,
şəhərə
gələndə, filmə baxanda və s.
4. Yerlik hallı feli birləşmələr. Məsələn,
şəhərdə
yaşamaq, divanda uzanmaq və s.
5. Çıxışlıq hallı feli birləşmələr. Məsələn
, dərsdən
gələndə, işdən qayıdanda və s.
Adlıq hallı feli birləşmələrin ikinci tərəfi daha çox feli
bağlamalardan ibarət olur. Məsələn,
sən danışanda, o gələrkən,
Əli oxuduqca və s
. Lakin feli bağlamaların hamısı adlıq halla
əlaqələnərək birləşmə yarada bilmir. Bu baxımdan feli
bağlamaları iki qrupa bölmək olar:
1.
Adlıq hallı feli
birləşmə yarada bilən feli
bağlamalar. Bu feli bağlamalar
-andə (-əndə), -dıqda
4
, -dıqca
4
,
-ınca
4
, -arkən
2
, -ar- maz
2
, -madən
2
, a–a
2
, və s. şəkilçiləri ilə
əmələ gəlir və adlıq hallı feli birləşmələrin yaranmasında
mühüm rol oynayır. Məsələn,
Arif gələndə, uşaq ağladıqca, yaz
gəlincə, müəllim danışarkən, qonaq gəlməmiş, yaz gələr-
gəlməz, səhər açılmadan və s.
2.
-ıb
4
, -araq
2
şəkilçiləri ilə əmələ gələn feli
bağlamalar və
-mış
4
şəkilçisinin
keçmək, qalmaq, ötmək
sözlərinə qoşulması ilə əmələ gələn feli bağlamalar adlıq hallı
feli birləşmə yarada bilmir.
Adlıq hallı feli birləşmələrin əmələ gəlməsində -
an
2
və bir sıra
hallarda
-dığı
4
və
-mış
4
şəkilçili feli sifətlər də müəyyən rol
oynayır. Məsələn,
mən oxuyan (kitab),sən soruşduğun (sual),
usta tikmiş (ev)
Qeyd:
Adlıq hallı feli birləşmə əmələ gətirən feli bağlama
şəkilçisi olan -mış, -miş inkarlıq əlaməti olan -ma
2
şəkilçisindən
sonra artırılır. Məsələn, mən gəlməmiş, sən yazmamış.
Təsirlik hallı feli birləşmələr. Bu birləşmələrin birinci
tərəfi ismin təsirlik halında olan hər hansı bir sözlə ifadə
olunub, təsriflənməyən fel formasında
nəzərdə tutulan hərəkətin
təsir göstərdiyi müstəqil obyekti ifadə edir. Məsələn
, həyəti
süpürmək, yazı yazmaq, mahnı bəstələmək, ağacları suvarmaq,
Müasir Azərbaycan dili
159
kitab oxumaq və s
. Təsirlik halın iki növü olduğu kimi, bu
qəbildən olan feli birləşmələr də iki yerə bölünür: asılı tərəfi
müəyyən təsirlik halda olanlar, asılı tərəfi qeyri-müəyyən
təsirlik halda olanlar
. Məsələn,
kitabı oxuyan, məsələni həll
etmək; kitab oxuyan, məsələ həll etmək və s.
Yönlük hallı feli birləşmələr. Bu birləşmələr yönlük
hallı söz + təsriflənməyən fel qaydasında qurulur.
Bu cür
birləşmələrin mənasını hərəkətlə onun istiqaməti arasındakı
əlaqə təşkil edir. Birləşmələrin birinci tərəfləri hərəkətin
istiqamətini bildirir. Məsələn
, şəhərə getmək, dənizə baxmaq,
ağaca çıxan, dağa qalxanda və s
.Yönlük hallı feli birləşmələrin
tərəfləri arasında əsasən obyekt əlaqəsi olur. Azərbaycan
dilində bəzi fellər eyni məna əlaqəsi ilə həm təsirlik halı, həm
də yönlük halı tələb edə bilir. Məsələn,
atı minmək – ata
minmək, dağı qalxmaq – dağa qalxmaq, işi başlamaq – işə
başlamaq və s.
Yerlik hallı feli birləşmələr. Bu birləşmələrin asılı
tərəfi (tabe sözü) ismin yerlik halında olur. Məsələn,
şəhərdə
yaşayan, kitabda yazılan, yazda cücərən və s.
Bu birləşmələrin ikinci tərəfi leksik mənasından asılı
olmayaraq, bütün fellərlə ifadə oluna bilir. Yerlik hallı feli
birləşmələrin tərəfləri arasında aşağıdakı məna əlaqələri özünü
göstərir:
1. Obyekt əlaqəsi. Yerlik hallı feli birləşmələrin birinci
tərəfin ifadə etdiyi
məkan sahəsi kiçildikcə, onun əhatəsi
daraldıqca, məkan mənasından obyektə doğru meyl əmələ gəlir
və bu, məkan çalarlığına malik olan obyektə çevrilir. Məsələn,
kitabda yazılan, filmdə gördüyüm, əlində tutduğu və s.
2. Zaman əlaqəsi. Bu əlaqədə olan feli birləşmələrin
birinci tərəfləri zaman məzmunlu
əsr, il, ay, həftə, gün, saat,
dəqiqə, saniyə, yaz, yay, payız, qış, vaxt, dövr, gecə, gündüz,
səhər, axşam, aprel, may və s. kimi isimlərlə, bəzən də saylarla
ifadə olunur. Məsələn,
baharda açan (çiçəklər), qışda yağan
Gülarə Abdullayeva
160
(qar), payızda yığılan (məhsul), həmin vaxtda gəlmək, saat
beşdə oyanmaq və s
.
Çıxışlıq hallı feli birləşmələr.
Bu birləşmələrdə məkan
əlaqəsi əsas yer tutur. Asılı tərəf hərəkətin başlanğıc, çıxış
nöqtəsini bildirir. Bu birləşmələrin birinci tərəfi məkan bildirən
sözlərlə, ikinci tərəfi isə təsriflənməyən fellərlə ifadə olunur.
Məsələn,
evdən çıxmaq, şəhərdən qayıtmaq və s.
Çıxışlıq hallı feli birləşmələrin komponentləri arasında
obyekt, səbəb, zaman və s. əlaqələr mövcuddur. Məsələn
,
Qurbandan öyrənmək, Əlidən aldığım (məktub), acından
ölmək, gecədən qalan, payızdan əkilmiş və s
.
Feli birləşmələrə tərkiblər də deyirlər. Bəzən
feli
birləşmə və
tərkib termini sinonim terminlər kimi işlədilir.
Lakin nəzərə almaq lazımdır ki, feli birləşmə əsas tərəfi felin
təsriflənməyən formaları ilə ifadə olunmuş bütün birləşmələrə
ümumi şəkildə verilmiş addır. Tərkib dedikdə isə feli
birləşmənin konkret olaraq bir növü, əsas tərəfi məsdər, feli
sifət, feli bağlama ilə ifadə olunmuş bir birləşmə nəzərdə
tutulur.
Qoşmalı feli birləşmələr. Feli birləşmələrin bir
qismində asılı söz əsas tərəflə qoşma vasitəsi ilə əlaqələnir.
Qoşma ilə onun əlaqələndiyi söz birləşmənin birinci
komponentini, təsriflənməyən
fel isə birləşmənin ikinci, əsas
komponentini təşkil edir. Qoşma bu birləşmələrin tərəfləri
arasında əsas əlaqələndirici vasitə hesab olunur. Qoşmalar feli
birləşmələrdə çox fərqli məna çaları yaradır. Məsələn
, at kimi
getmək, at ilə getmək, at üçün getmək və s.
Qoşmalar feli birləşmələrin tərəfləri arasındakı məna
əlaqələrinin daha qabarıq şəkildə düzgün və dəqiq ifadəsinə
yardım göstərir və eyni zamanda, tərəflər arasında məna
çalarlıqları yaradır. Məsələn
, universitetə getmək – universitetə
sarı getmək, günortadan yatmaq – günortadan bəri yatmaq
və s.
Qoşmalı birləşmlərin birinci tərəfindəki sözlər ancaq