Йапонийа сяфярнамяси
153
Vaşinqton kimi rütubətli və bürkülü olur, qışda isə yapon
mənzilində yaşayırsansa Laplandiyadakı kimi donursan.
Nə isti, nə də soyuq olanda isə adətən yağış yağır» (Bax:
Sakura budağı, səh.122).
Yəqin ki, buranın iqlim adətincə yağış yağacaq,
çünki nə istidir, nə soyuq.
B.Ment də Yaponiya iqlimi haqqında belə
mə’lumat verir: «Kitablarda Yaponiya iqliminin mülayim
olduğunu xatırlatmaqla, qışın və yayın orta temperaturunu,
habelə yağmurların illik miqdarını misal gətirməklə
kifayətlənirlər. Bu da təsadüfi deyil. Çünki ümumiyyətlə
Yaponiyanın havası pisdir. İl boyu cəmi təqribən otuz gün
nə soyuq, nə də isti keçən, küləksiz, buludsuz ə’la günlər
olur. Üstəlik bu dörd əlamətdən biri olmayan təqribən otuz
gün də tapılar. Ən yaxşı aylar aprel və may, oktyabr və
noyabr aylarıdır. Digər mövsümlərdə isə həftədə bir yaxşı
günə üç orta və üç pis gün düşür» (Bax: Sakura budağı,
səh.122).
Tokioda illər keçirən V.Ovçinnikov da bu şəhərin
iqlimi haqqında yazmağı unutmur: «Nə qədər ki, Tokioda
yaşayırsan, sənə elə gəlir ki, Yaponiya qışı ilin ən
yağmursuz və günəşli fəslidir. Adam inana bilmir ki, yaxın
dağların arxasında, qərb sahildə, çoxlu qar yağır, bir çox
kənd xarici aləmdən tamamilə ayrı düşdüyündən oranın
sakinləri üçün vertalyotlardan ərzaq malları atmalı olurlar.
Yaponiya hər cəhətdən belədir. Ölkənin həyatını bir
neçə il öyrənəndən sonra mə’lum olur ki, dağlara yalnız
bir tərəfdən baxmısan, sən demə, bu dağların əks
tərəfindəki yamaclarda iqlim bambaşqadır» (Sakura
budağı, səh.11).
Şahin Fazil
154
Bəli, hazırda Tokio səması buludlarla örtülüdür.
Amma hələ yağış yoxdur. Sevmirəm yağışı. Qarı da
xoşlamıram. Günəş üzə gülümsəyəndə, hava xoş olanda
halım da xoş olur. Mənim hava haqqında bir neçə şe’rim
var. Hava, Quba havası, Bakı havası, Kabul havası,
Daşkənd havası, Düşənbə havası, Bağdad havası, Təbriz
havası, Tehran havası, Dubay havası, İstanbul havası… O
qədər hava görmüşəm ki. İndi isə Tokio havası. Bakı
havasını və oradakı dəyişkən xislətli, xəzrili-gilavarlı
havanı xatırladım… və bir şe’r. Çoxdan yazdığım
misralar.
Başıma hava gəlib
Biri var, biri yoxdur…
Başıma hava gəlib.
Getməyə yeri yoxdur?
Başıma hava gəlib.
Eşqə ümid yoxaldı,
Az vermişdi, çox aldı…
Bir dəli də çoxaldı,
Başıma hava gəlib.
Aman, yenə yalan var,
Boş və’dələr, yalanlar…
Ey havasız qalanlar,
Başıma hava gəlib.
Nəsim deyil, küləkdir,
Йапонийа сяфярнамяси
155
Bir hiylədir, kələkdir,
Ciyərimə gərəkdir,
Başıma hava gəlib.
Şahinə yuva çatmır,
Dərdinə dava çatmır.
Şəhərdə hava çatmır,
Başıma hava çatmır.
24.08.1999
İkinci Divan,
səh.594
Milli Humanitar Elmlər İnstitutuna piyada gedirik.
Çox da uzaq deyil. Bir də ki, Tokioda piyada gəzmək, az da
olsa, onun xiyaban və parklarını, ev və müxtəlif əyləncə
yerlərini, restoran və kafelərini daha yaxından seyr etmək
deməkdir.
Həsən Seyidbəyli Tokio küçələri haqqında çox geniş
mə’lumat verir: «Bir-birinin böyrünə qısılmış mağazalar,
e’malatxanalar, yolun sağında və solunda avtomobil tə’miri
e’malatxanaları, benzin qolları, təmiz, səliqəli meyvə
dükanları, maşınlar, maşınlar! Maşınlar elə bil sapa
düzülmüşdür, elə bil bir-birinə bağlıdır. Bir-birindən aralana
bilmirlər, çünki nə irəlidə, nə də arxada yol boş deyildir,
buna görə də maşınlar çox ağır hərəkət edir, bu qədər
mühərrik işləyir, lakin ucqar küçələrdəki bu sakitlik bizi
təəccübləndirir... Tokionun mərkəzinə yaxınlaşırıq. Buralar
bayaqkının əksinə, çox səs-küylüdür. Tokionun mərkəzi
uğuldayır, qulaq batırır...».
Bizim hazırda getdiyimiz küçə mərkəzdə olmasa da,
mərkəzə yaxındır.
Şahin Fazil
156
«Tokionun mərkəzindəki enli küçələrdən hansı tərəfə
dönürsənsə, Bakının «İçəri şəhəri»nin dar dalanları kimi
küçələrə düşürsən. Düzdür, Tokionun bu yaşayış rayonlarını
heç bir vəchlə «İçəri şəhərlə» müqayisə etmək olmaz. «İçəri
şəhərdə» üçmərtəbəli, bə’zən dördmərtəbəli evlərə də
təssadüf edirik. Burada isə evlər əsasən birmərtəbəlidir.
Səliqəlidir, təmizdir. Evlərin quruluşunda müəyyən bir
tənasüb var. Həyətlər bağ-bağatdır. Küçələr o qədər dardır
ki, iki maşın üz-üzə gələndə az qalır bir-birilə toqquşsun.
Sürücülərin ustalığı bizi valeh edirdi. Elə məharətlə maşını
döngələrdən keçirir, toqquşmamaq üçün vaxtında saxlayır,
maşını elə təmkinlə idarə edirdilər ki, lap məəttəl qalırdıq...
Yaponiyada yaşadığımız on beş gün ərzində (qeyd etmək
lazımdır ki, bütün bu on beş günün çoxunu biz maşınlarda
keçirmişik) saysız-hesabsız maşınlarda gəzdik, ancaq bir
dəfə də bir sürücünün başqa sürücünü hədələdiyini, kobud
bir söz dediyini eşitmədik... Tokionun geniş küçələrində
minlərlə, on minlərlə maşın hərəkət edir. Bu küçələrlə
avtobuslar, tramvaylar da gedir. Burada da hərəkət küçənin
sol tərəfi ilədir. Özü də maşınlar səkkiz, doqquz sıra ilə gedə
bilirlər. Hamı tələsir, lakin bu, heç bir nəticə vermir. 15, 20,
30 metr gedib dayanırlar; maşınlar az qala bir-birinin üstünə
minir, tormozlar çox yaxşıdır, amartizasiyalar yumşaqdır.
Əsasən birinci sür’ətlə hərəkət edə bilirlər, ikinci sür’ətlə
hərəkət etmək üçün məsafə çatmır. Tokionun bir rayonundan
başqa rayonuna piyada getsəniz, daha az vaxt sərf edərsiniz.
bə’zən çox qəribə bir mənzərəni seyr etmək olur. Küçənin
ortasında bir kişi, yaxud bir qadın əlini qaldırır, bütün maşın
seli onun qarşısında dayanır. Bu adam tələsik maşınların
arasından keçib o biri səkiyə yetişir və maşınlar yollarına
davam edir. Deməli, bu adam çox tələsir. Adi hallarda o, heç
Dostları ilə paylaş: |