Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
  1   2   3   4   5   6   7   8   9   ...   33


AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  
AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  
MAG STRATURA MƏRKƏZ  
 
Ə
lyazması hüququnda 
 
RƏH ML  ŞƏBNƏM CƏM L
 
qızı
 
 
 
«
QT SAD  FƏAL YYƏT SAHƏS NDƏ  NTERNET TEXNOLOG YALARI VƏ 
K BERC NAYƏTLƏRƏ QARŞI MÜBAR ZƏN N HÜQUQ  ƏSASLARI
» 
mövzusunda 
 
 
MAG STR D SSERTAS YASI 
 
 
xtisasın şifri və adı: 060404 - “ qtisadiyyat”  
xtisaslaşma:                           “ qtisadiyyatın hüquqi tənzimlənməsi” 
 
               Elmi rəhbər: 
 
 
 
                   Magistr proqramının rəhbəri    
  hüquq üzrə fəlsəfə doktoru,                                             iqtisad üzrə fəlsəfə doktoru, 
 dosent  F.E. HƏTƏMZADƏ
                                            
dosent S.Z.  SAYEV 
 
 
          Kafedra müdiri:  
    iqtisad elmləri doktoru,  
professor F.P. RƏHMANOV 
 
BAKI-2015 



 
MÜNDƏR CAT 
 
G R Ş.............................................................................................................................3 
FƏS L I.  QT SAD  SAHƏDƏ C NAYƏTKARLIQĞIN SPES F K FORMASI  
               K M  K BERC NAYƏTLƏR N KONSEPTUAL ASPEKTLƏR ...............6 
1.1  qtisadi fəaliyyət sahəsində internet texnologiyalarının tətbiqi və bu  
sahədə cinayətkarlığın əsas təzahür  formaları................................................. 6 
1.2 Kibercinayətkarlığın mahiyyəti vəxarakterik  xüsusiyyətləri..........................19 
1.3  ctimai təhlükəliliyi nöqteyi nəzərindən kibercinayətkarlığa 
      qarşı mübarizənin  zəruriliyi...........................................................................32 
FƏS L II. AZƏRBAYCANDA  QT SAD  C NAYƏTKARLIĞA QARŞI  
            MÜBAR ZƏN N MÜAS R VƏZ YYƏT   VƏ K BERC NAYƏTKARLIĞA  
            QARŞI MÜBAR ZƏN N HÜQUQ  TƏM NATI MEXAN ZM ..................39 
2.1 Azərbaycan Respublikasının qanunvericilik sistemində iqtisadi 
      cinayətkarlıq formalarının hüquqi təsbiti........................................................39 
2.2 Kibercinayətkarlıqla mübarizə sahəsində Azərbaycanın milli hüquq  
      sisteminin müasi vəziyyəti .............................................................................56 
FƏS L III. MÜAS R ŞƏRA TDƏ K BERC NAYƏTKARLIQLA MÜBAR ZƏ 
           SAHƏS NDƏ XAR C  TƏCRÜBƏDƏN  ST FADƏ  ST QAMƏTLƏR ....72 
3.1 Kibercinayətkarlığa qarşı mübarizənin beynəlxalq 
      hüquqi təminatı................................................................................................72 
3.2 Kibercinayətkarlıqla milli hüquq çərçivəsində mübarizə  
      sahəsində  xarici ölkələrin  təcrübəsi...............................................................86 
NƏT CƏ VƏ TƏKL FLƏR........................................................................................98 
ST FADƏ OLUNMUŞ  ƏDƏB YYATLAR..........................................................101 
 
 



 
G R Ş 
Mövzunun aktuallığı. Cəmiyyətin kompüterləşməsinin ən ciddi mənfi nəticəsi 
məhz kibercinayətlər hesab olunur. Kompüter sistemlərinin geniş yayılması, onların 
kommunikasiya  sistemləri  vasitəsilə  əlaqələndirilməsi,  bu  sistemlərə  elektron 
müdaxilə  imkanını  artırır.  Bu  cür  cinayətlərin  ənənəvi  tipli  cinayətlərdən  tutmuş 
yüksək riyazi və texniki hazırlıq tələb edən cinayətlərə qədər çox geniş əhatə dairəsi 
mövcuddur.  Fərdi  kompüterlərin  sayının  sürətli  artımı  və  inkişaf  etmiş 
kommunikasiya sisteminin mövcudluğu hətta həvəskar-cinayətkarların belə kompüter 
sistemlərinə daxil olmasına imkan yaradır. 
Ə
ksər  ölkələrdə  mövcud  olan  cinayət  qanunvericilikləri  bu  tip  cinayətlərin 
təsnifləşdirilməsi  baxımından  kifayət  qədər  elastik  olsalar  da,  sosial  və  texniki 
dəyişikliklər  bu  hüquq  sistemi  çərçivəsindən  kənarda  qalan  yeni-yeni  problemlər 
yaradır. Çünki dünya təcrübəsində mövcud olan bəzi kompüter cinayətlərinə cinayət 
qanunvericiliyi  təsir  göstərə  bilmir.  Belə  ki,  hüquqi  baxımdan  bu  əməllər  cinayət 
hesab edilə bilməz. Burada EHM-in bəzi əməliyyatlarının kriminallaşması problemi 
nəzərdə tutulur.  
Kibercinayətkarlıq  təhlükəsi  bütün  dünya  ölkələri  kimi  Azərbaycan  üçün  də 
çox  təhlükəli  bir  haldır  və  bu  təhlükənin  qarşısını  almaq,  həmçinin  onunla  effektli 
mübarizə  aparmaq  məqsədilə  ölkəmiz  Azərbaycan  Respublikasının  tarixli 
“Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 30.09.2009-cu 
il  Qanunu  ilə  Avropa  Şurasının  “Kibercinayətkarlığa  dair”  Konvensiyasına 
qoşulmuşdur. Azərbaycan Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” 2001-ci il 
23  noyabr  tarixli  Konvensiyasını  imzalamış  dövlətlər  sırasına  daxil  olmasına 
baxmayaraq,  beynəlxalq  əməkdaşlıq  özü  də  bu  gün  kibercinayətkarlıq  problemi  ilə 
mübarizənin  yeni  metodlarının  axtarışı  və  vahid  siyasətin  işlənib  hazırlanması 
prosesini yaşayır. 
Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri.  Bu  tədqiqatın  məqsədi  kibercinayət-
karlıq  probleminin,  onun  ictimai  təhlükəlilik  dərəcəsinin  qiymətləndirilməsi  üçün 
zəruri  olan  kriminal  əhəmiyyətli  aspektlərin  öyrənilməsi,  bu  hala  qarşı  mövcud 



 
cinayət-hüquqi tədbirlərin təhlili və kibercinayətkarlıqla mübarizənin cinayət-hüquqi 
tənzimlənməsinin  effektivliyinin  artırılmasına  yönəldilmiş  təkliflərin  işlənib 
hazırlanması  təşkil  edir.  Bu  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  həyata 
keçirilməsi nəzərdə tutulmuşdur: 
-  kibercinayətkarlığın  vəziyyətinin,  strukturu  və  dinamikasının  dünya 
miqyasında kriminoloji təhlilini aparmaq; 
-  iqtisadi  cinayətkarlıq,  onun  xüsusi  bir  forması  olan  kibercinayətkarlıq  və 
eləcə  də  kibercinayət  anlayışını  formalaşdırmaq,  kibercinayətlərin  növlərini 
xarakterizə etmək; 
-  kibercinayətkarlıqla  mübarizənin  hüquqi  təcrübəsini  iki  səviyyədə  - 
beynəlxalq  və  milli  səviyyədə  təhlil  etmək  və  eləcə  də  xarici  ölkə  qanunvericilik-
lərinin müqayisəli təhlilini aparmaq; 
-  kibercinayətkarlıqla  mübarizə  sahəsində  beynəlxalq  təcrübədən  istifadə 
istiqamətlərini  təhlil  etməklə  milli  qanunvericiliyin  təkmilləşdirilməsi  imkanlarını 
müəyyən etmək. 
Dissertasiya  tədqiqatının  obyektini  kibercinayətkarlıqla  mübarizə  üzrə  milli, 
eləcə də ayrı-ayrı xarici ölkələrin hüquq sistemləri təşkil edir. Tədqiqatın predmeti isə 
kibercinayətkarlığın kriminoloji aspektləri - onun vəziyyəti, strukturu, dinamikası və 
bu dinamikaya təsir göstərən amillər, onun cinayət-hüquqi mübarizə məsələləri, eləcə 
də  kibermühitdə  törədilən  əməllərə  görə  məsuliyyəti  müəyyən  edən  milli  və 
beynəlxalq cinayət-hüquq normalarıdır.  
Dissertasiya işinin elmi yeniliyi tədqiq olunan problemin respublikamızda son 
illər ərzində daha intensiv formada reallaşdırılmaqda olan internet texnologiyalarının 
tətbiqi  ilə  şərtlənir.  Belə  ki,  tədqiq  edilən  sahənin  kifayət  qədər  yeni  olması,  bu 
sahədəki elmi tədqiqatların aktuallığını və yeniliyini şərtləndirməkdədir. 
Tədqiqatın  informasiya  bazasını  mövzu  ilə  əlaqədar  xarici  tədqiqatçıların  və 
ekspertlərin  araşdırmaları,  beynəlxalq  təşkilatların  işçi  materialları  və  sənədləri, 
statistik  və  normativ  –  metodiki  materiallar,  o  cümlədən  kibercinayətkarlığa  dair 
beynəlxalq təşkilatlar tərəfindən toplanmış məlumatlar, ayrı-ayrı ölkələrdə kompüter 
cinayətkarlığının  vəziyyətinə  dair  məcmuələr,  bir  sıra  seminar  və  konfransların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə