Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

41 
 
 Hər kəsin sahibkarlıq və başqa iqtisadi fəaliyyətlə məşğul olmaq üçün öz baca-
rığından  və  əmlakından  azad  istifadə  hüququnu  təsbit  edən  Azərbaycan  Respub-
likasının  1995-ci  il  Konstitusiyasının  qəbul  edilməsi  bu  hüququn  cinayət-hüquqi 
mühafizənin  müstəqil  obyekti  hesab  edilməsini  zəruri  etmişdir.  Azad  sahibkarlığın 
vəzifə cinayətlərinə görə məsuliyyət haqqında ümumi normalar çərçivəsində cinayət-
hüquqi müdafiəsini nəzərdə tutan çar Rusiyasının qanunvericiliyindən və belə müda-
fiəni,  ümumiyyətlə,  istisna  edən  sovet  cinayət  qanunvericiliyindən  fərqli  olaraq, 
Azərbaycan Respublikasının yeni CM ilk dəfə olaraq “qanuni sahibkarlıq fəaliyyətinə 
mane olma” adlı xüsusi cinayət tərkibi müəyyən etmişdir. 
Sahibkarlıq  və  qanunla  yol  verilən  başqa  iqtisadi  fəaliyyətlə  məşğul  olmaq 
üçün  öz  bacarığından  və  əmlakından  istifadə  etmək  hüququnun    cinayət-hüquqi 
müdafiəsi  müəyyən  növ  vəzifələrin  olmasını  nəinki  istisna  etmir,  hətta  onların  icra 
edilməməsinə  görə  məsuliyyət  nəzərdə  tutur.  Bu  baxımdan  Azərbaycan  Respub-
likasının  yeni  CM-nin  həmin  hüquqdan  sui-istifadənin  müxtəlif  formalarına  görə 
cinayət  məsuliyyəti  nəzərdə  tutması  tamamilə  aydındır.  Əgər  bu  mövqedən  iqtisadi 
fəaliyyət  sahəsində  olan  cinayətlərin  başqa  növlərinə  yanaşılsa,  onda  bu  cinayətlər 
arasında  ilk  növbədə  həmin  konstitusion  hüquqdan  müvafiq  qaydada  qeydiyyatdan 
keçmədən və ya xüsusi razılıq (lisenziya) almadan, habelə qadağan edilmiş fəaliyyəti 
gizlədərək istifadə  etmə  yolu ilə törədilən  əməlləri  göstərmək  lazımdır.  Azərbaycan 
Respublikası  CM-nin  “qanunsuz  sahibkarlıq”,  “yalançı  sahibkarlıq”  əməllərinin 
ə
lamətlərini  əks  etdirən  maddələrində  məhz  bu  nəzərdə  tutulur.  Bir  prinsipial  faktı 
qeyd etmək lazımdır ki, sui-istifadənin belə forması yalnız o halda cinayət məsuliy-
yətinə cəlb etmə üçün əsas ola bilər ki, bu əməllərin nəticəsində vətəndaşlara, təşki-
latlara və ya dövlətə xeyli miqdarda ziyan vurulsun. 
 Qanunsuz əldə edilmiş əmlakdan və ya  əmlaka olan hüquqdan istifadə etmə, 
yəni bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma, qanunsuz kredit 
alma  və  ya  kreditdən  təyinatı  üzrə  istifadə  etməmə,  kreditor  borclarını  ödəməkdən 
qəsdən yayınma tərkiblərini yaradan əməlləri törətmə iqtisadi fəaliyyət sahəsində sui-
istifadənin  digər  forması  hesab  edilə  bilər.  Sonuncu  tərkibdə  nəzərdə  tutulan  əmələ 


42 
 
görə cinayət məsuliyyətinin yaranması üçün zəruri şərtlərdən biri müvafiq məhkəmə 
aktının qanuni qüvvəyə minməsidir. 
qtisadi  fəaliyyətdə  iştirak  hüququndan  sui-istifadənin  nisbi  müstəqil  növlə-
rindən biri də hazırda “əmtəə nişanlarından qanunsuz istifadə etmə”, “bilə-bilə yalan 
reklam  etmə”,  “kommersiya  və  ya  bank  sirri  olan  məlumatları  qanunsuz  yolla  əldə 
etmə və ya yayma” adlanan əməllərdir. 
“Pul  nişanlarının,  qiymətli  kağızların  və  müxtəlif  növ  ödəniş  sənədlərinin” 
hazırkı cinayət hüquqi mühafizəsinin xüsusiyyəti ondan ibarətdir ki, bununla əlaqədar 
törədilən bütün qəsdlər, o cümlədən satış məqsədilə saxta pul, metal sikkələr, Azər-
baycan valyutasında və ya xarici valyutada dövlət qiymətli kağızları və ya başqa qiy-
mətli kağızlar və ya xarici valyutada qiymətli kağızlar hazırlama və ya satma iqtisadi 
sahədə törədilən cinayət hesab edilir. Bununla belə, artıq qeyd edildiyi kimi, saxta pul 
kəsmə bizim ölkəmizdə həmişə dövlət əleyhinə olan cinayət hesab edilmişdir. Həqi-
qətən də saxta pul hazırlamanın iqtisadi fəaliyyət sahəsində cinayət hesab edilməsi ilə 
razılaşmaq çətindir. Pulun hər bir emissiyasının fiziki və hüquqi şəxslərin mənafeləri 
ilə  bağlılığı  şübhəsizdir.  Pulun  köməyi  ilə  cəmiyyət  həyatının  iqtisadi  sahəsinin 
tənzimlənməsi  həyata  keçirilir.  Dövlətin  pul  hazırlamaq  üzrə  müstəsna  hüququna 
müdaxilə  edilməsi  iqtisadi  fəaliyyət  sahəsində  deyil,  iqtisadiyyatın  idarə  edilməsi 
sahəsində törədilən cinayətdir. 
Qeyd  edilənlər  iqtisadi  fəaliyyət,  o  cümlədən  kommersiya  fəaliyyəti  iştirak-
çısının hüququndan sui-istifadənin başqa formalarının xarakterizə edilməsi zamanı da 
prinsipial əhəmiyyətə malikdir. Onların arasında aşağıdakı əməllər nisbi müstəqil rol 
oynayır:  1)  xarici  iqtisadi  fəaliyyət  iştirakçısının  hüquqlarından  sui-istifadə  (qaçaq-
malçılıq,  Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin  incəsənət,  tarixi,  arxeoloji 
sərvəti  olan  əşyaları  Azərbaycan  Respublikasına  qaytarmama);  2)  valyuta  dəyərləri 
ilə davranma qaydalarını pozma (xarici valyuta vəsaitlərini xaricdən qaytarmama); 3) 
yaranmış  əmlak  öhdəliklərini  yerinə  yetirilməməsinə  yönəlmiş  hərəkətlər  (gömrük 
ödənişlərinin  ödənilməsindən  yayınma,  müflisləşmə  zamanı  sui-istifadələr,  vergi 
ödəməkdən yayınma, istehlakçıları aldatma).  


43 
 
AR-nın  hal-hazırda  qüvvədə  olan  1999-cu  il  30  dekabr  tarixli  CM-nin  24-cü 
fəsli “ qtisadi fəaliyyət sahəsində cinayətlər” adlandırılmaqla bu fəsildə iqtisadi cina-
yətkarlıq formalarının hüquqi təsbiti və onlara görə tətbiq olunacaq cəza tədbirləri əks 
olunmuşdur.  190-213-cü  maddələri  əhatə edən  bu  cinayət  əməllərini aşağıdakı  kimi 
təsnifləşdirmək olar: 
1. Vəzifəli 
şə
xslər 
tərəfindən 
törədilən 
iqtisadi 
fəaliyyət         
sahəsində olan cinayətlər: 
−  Qanuni sahibkarlıq fəaliyyətinə mane olma (maddə 190); 
−  Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı (maddə 191); 
2.  qtisadi fəaliyyətin həyata keçirilməsi hüququndan qanunsuz olaraq istifadə 
etmək yolu ilə törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər: 
−  Qanunsuz sahibkarlıq (maddə 192); 
−  Yalançı sahibkarlıq (maddə 193); 
−  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərini  və  ya  digər  əmlakı 
leqallaşdırma ( maddə 193-1); 
3. Qanunsuz əldə edilmiş, alınmış və ya saxlanmış əmlakdan istifadə etməklə 
törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər: 
−  Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma (maddə 194); 
−  Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə; 
−  Kreditor borclarını ödəməkdən qəsdən yayınma (maddə 196); 
4. Aldatmadan  və  ya  ələ  almadan  istifadə  etməklə  törədilən  iqtisadi  fəaliyyət 
sahəsində olan cinayətlər: 
−  Əmtəə nişanlarından qanunsuz istifadə etmə (maddə 197); 
−  Bilə-bilə yalan reklam etmə (maddə 198); 
−  Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və 
ya yayma (maddə 202);  
−  xrac nəzarətinə aid sənəd və məlumatları yayma (maddə 202-1); 
5. Bazardakı  inhisarçı  mövqeyindən  və  ya  məcburetmədən  istifadə  etməklə 
törədilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə