Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   2   3   4   5   6   7   8   9   ...   33


 
sənədləri, tədqiqat mövzusu üzrə elmi araşdırmalar və digər elmi ədəbiyyatlar təşkil 
edir.  
ş
in nəzəri – metodoloji bazasını kibercinayətkarlıq anlayışının, onun kompüter 
cinayətlərindən  fərqinin,  eləcə  də  bu  halın  mühüm  kriminoloji  əlamətləri  və 
kibercinayətkarlıqla  milli  və  beynəlxalq  səviyyədə  mübarizə  istiqamətlərinin 
öyrənilməsi və tədqiqi  ilə bağlı alimlərin tədqiqatları, onların əldə etdikləri nəticələr, 
eləcə  də  milli  və  ayrı-ayrı  xarici  ölkələrin  hüquq  yaratma  orqanlarının  səlahiyyət-
lərinə  müvafiq  formalaşdırdıqları  qanunvericilik  aktları  sistemi  (beynəlxalq 
qanunvericilik, o cümlədən Avropa Şurasının “Kibecinayətkarlıq haqqında” Konven-
siyası,  xarici  ölkələrin  kibercinayətkarlıqla  mübarizə  məsələlərinə  istiqamətlən-
dirilmiş milli qanunvericilikləri, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi) 
təşkil  etmişdir.  Tədqiqatda  qarşıya  qoyulan  məsələlərin  həllinə  nail  olmaq  üçün 
müqayisəli  təhlil,  statistik  təhlil,  səbəb–nəticə,  funksional,  məntiqi,  struktur, 
həmçinin, analiz və sintez və s. tədqiqat üsullarından istifadə edilmişdir. 
Dissertasiyanın  strukturu  giriş,  üç  fəsil,  nəticə  və  təklifdən  ibarətdir.  Disser-
tasiyada iqtisadi cinayətkarlıq, eləcə də onun xüsusi forması kimi kibercinayətkarlı-
ğ
ın  anlayışı,  mahiyyəti  açıqlanmış,  kibercinayətlərin  subyektlərinin  təsnifatı  aparıl-
mış, kibercinayətkarlığınmiqyası, ictimai təhlükəsi təhlil edilmiş və ona qarşı mübari-
zənin    formalaşdırılması  istiqamətləri    tədqiq  edilmişdir.  Bununla  yanaşı  tədqiqat 
işində  Azərbaycan  Respublikasının  qanunvericilik  sistemində  iqtisadi  cinayətkarlıq 
formalarının  hüquqi  təsbiti  məsələləri  və  kibercinayətkarlığa  qarşı  mübarizənin 
hüquqi  təminatının  müasir  vəziyyəti  təhlil  edilmiş,  kibercinayətkarlıqla  mübarizə 
sahəsində  ayrı-ayrı  ölkələrin    qanunvericiliklərinin  müqayisəli  təhlili  həyata 
keçirilmiş  və  Azərbaycanda  kibercinayətkarlıqla  mübarizə  sahəsində  beynəlxalq 
təcrübədən istifadə istiqamətləri geniş tədqiq edilmişdir.  
Tədqiqatın sonunda nəticələr ümumiləşdirilmiş və təkliflər çıxarılmış, istifadə 
olunan ədəbiyyat siyahısı və internet resurslar təqdim edilmişdir. 
 
 
 



 
FƏS L I.  QT SAD  SAHƏDƏ C NAYƏTKARLIQĞIN SPES F K FORMASI 
K M  K BERC NAYƏTLƏR N KONSEPTUAL ASPEKTLƏR  
1.1 
qtisadi fəaliyyət sahəsində internet texnologiyalarının tətbiqi və bu 
sahədə cinayətkarlığın əsas təzahür  formaları 
nformasiya  texnologiyaları  XX  əsrin  son  on  illiklərində  informatikanın 
yaranması  prosesində  meydana  gəlmişdir.  nformasiya  texnologiyalarının  özəllikləri 
ondan  ibarətdir  ki,  orada  əmək  məhsulu  və  predmeti  rolunu  informasiya,  əmək 
alətləri rolunu isə hesablama texnikası və rabitə vasitələri oynayır.  qtisadi və biznes 
proseslərinin  müasir  KT  əsasında  idarə  edilməsi  istər  konseptual,  istərsə  də  tətbiq 
baxımından  qlobal  hadisədir.  E-biznesin,  E-kommersiyanın  iqtisadiyyatın  inkişafına 
təsiri  artıq  cəmiyyətin  bütün  sahələrini  əhatə  etməkdədir.  Elektron  kommersiya 
sifarişçi tələblərinin formalaşmasına radikal təsir edə bilmə imkanı təklif edir ki, bu 
da  bazarları  ya  kökündən  dəyişdirir,  ya  da  tamamilə  yeni  tipli  bazarlar  yaradırlar. 
Cəmiyyətin  ayrı-ayrı  üzvləri  malların  və  xidmətlərin  əldə  edilməsi  proseslərinə, 
informasiya əlyetərliyinə və hökumət orqanları ilə qarşılıqlı əlaqələrin tamamilə yeni 
imkanlarına  malik  olur.  Bu  zaman  seçim  imkanı  coğrafi  və  vaxt  məhdudiyyətindən 
asılı olmayacaqdır. E-kommersiya texnologiyası alıcı və satıcılara aşağıdakı əlverişli 
imkanlardan eyni dərəcədə istifadə etməyə imkan verir.  
•  Biznesin  qlobal  miqyasda  aparılması.  E-kommersiya  sistemi  hətta  xırda 
tədarükçü və sifarişçilərə də dünya miqyasında bizneslə məşğul olmaq imkanı verir. 
•  Satıcıların  rəqabətqabiliyyətliliyinin  yüksəlməsi.  E-kommersiya  tədarükçü-
lərə  “sifarişçiyə  yaxınlaşma”  hesabına  rəqabətqabiliyyətliliyini  yüksəltmək  imkanı 
verir. Belə ki, bir çox şirkətlər satışqabağı və satışdan sonra geniş dəstək təklif edir.  
•  Satışın  fərdiləşməsi.  Elektron  qarşılıqlı  əlaqə  vasitələrindən  istifadə  edərək 
ş
irkət  hər  bir  fərdi  sifarişçinin sorğuları haqqında  müfəssəl  informasiya  ala  bilər  və 
avtomatik  olaraq  onun  fərdi  tələblərinə  uyğun  məhsulları  və  xidmətləri  təklif  edə 
bilər.  
•  Sorğuya  operativ  reaksiya.  E-kommersiya  tədarükçüdən  sifarişçiyə 
göndərilən  əmtəənin  yolunu  əhəmiyyətli  dərəcədə  qısaltmağa  imkan  verir.  O  həm 



 
maliyyə,  həm  də  vaxt  məsrəflərini  azaltmağa  imkan  verən  optimal  yol  təklif  edir. 
Xüsusi hallarda məhsullar və xidmətlər elektron üsullarla çatdırıldıqda yola maksimal 
qənaət olunur.  
•  Məsrəflərin azalması. Elektron yolla bağlanmış satış bir qayda olaraq xidmət 
xərclərinin dəyərini aşağı salır.  nsanlar arasında elektron qarşılıqlı əlaqədən istifadə 
edən hər hansı biznes-proses hər iki tərəfin xərclərini azaltmaq potensialına malikdir.  
•  Biznesin  aparılmasının  yeni  imkanları.  E-kommersiya  texnologiyaları 
tamamilə yeni məhsulların və xidmətlərin meydana gəlməsinə şərait yaradır. 
Ə
n  yeni  informasiya  və  telekommunikasiya  texnologiyalarının  tətbiqinə 
ə
saslanan  E-kommersiyanın  əsas  xüsusiyyəti  alıcı  ilə  satıcı  arasındakı  bir  çox 
ə
laqələrin  nternet  vasitəsilə  həyata  keçirilməsidir.  Elektron  kommersiyanın 
fərqləndirici  xüsusiyyəti  olaraq  onun  bütövlükdə  təşkilatın  daxili  və  xarici  aləmini 
xarakterizə edən, o cümlədən təşkilatın əlverişli bazar mühitinin yaradılması ilə bağlı 
problemlərinin  birləşdirilməsini  hesab  etmək  olar.  Bu  isə  elektron  biznesin  iqtisadi 
inkişafın  mühüm  mənbələrindən  birinə  çevrilməsinə  şərait  yaradır.  KT  saziş 
iştirakçıları arasında kommersiya informasiyalarının interaktiv və sürətli mübadiləsini 
təmin edir ki, bu da nəticədə bir çox hallarda baş verə bilən anlaşılmazlıqları aradan 
qaldırır.  Eyni  zamanda  əvvəlcədən  qəbul  edilmiş  məsuliyyətli  qərarın,  bağlanan 
sazişin  parametrləri  haqqında  tam,  dəqiq  və  dürüst  informasiya  alanadək  təxirə 
salmaq  imkanı  vardır.  Elektron  biznes  iqtisadi  mühiti  əhatə  edən  problemlərin 
həllinin yeni üsullarını təqdim edir.  
Elektron  biznesdə  (verilənlərin  elektron  mübadiləsi  (ED ),  elektron  poçtlar, 
kataloqlar,  fondların  elektron  ötürülməsi  və  s.)  müxtəlif  texnologiyaların  tətbiqi  sa-
hibkarlıq fəaliyyətində müəyyən rəqabət üstünlükləri yaradır. Aparılan əməliyyatların 
müxtəlifliyi  malların  və  xidmətlərin  reklam  olunmasını  və  hərəkətini,  bazarın  kon-
yukturasının öyrənilməsini, elektron ticarətləri və ödənişləri, tədarük olunan malların 
və xidmətlərin çatdırılmasını və satışdan sonrakı mühafizəsini təmin edir. Sifarişlərin 
rəsmiləşdirilməsi  də  daxil  olmaqla  məhsulun  istehsalçıları  və  alıcıları  arasında  olan 
bütün  kommersiya  əməliyyatları  -  çatdırılma,  hesabların  açıqlanması  və  ödənilməsi 
nternet  şəbəkəsi  vasitəsilə  həyata  keçirilir.  Alıcılar,  satıcılar,  vasitəçilər  nternet 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə