Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   2   3   4   5   6   7   8   9   ...   33


 
fəzada  malların  və  xidmətlərin  transmilli  virtual  bazarlarını  yaradırlar.  Elektron 
kommersiya  firma  və  ticarətin  digər  iştirakçılarının  keyfiyyətli  təşkilati-iqtisadi, 
texniki  və  texnoloji  təchizatını  stimullaşdırır,  həm  də  fəaliyyətin  sonrakı  artımını 
təmin  edirlər.  Bu  xüsusilə  ticarət  iştirakçıları  global  bazara  çıxdığı  zaman  nəzərə 
çarpır.  Nəzərə  almaq  lazımdır  ki,  e-kommersiyanın  inkişafı  malların  və  xidmətlərin 
dünya  bazarına  asan  daxil  olmasını  təmin  edir,  ənənəvi  maneələri  dağıdaraq 
korporasiya nümayəndələrinin qlobal sazişlərə qoşulmasına imkan yaradır. 
qtisadi yüksəlişin intensivləşməsində və keyfiyyətində E-kommersiya biznes-
nailiyyətin başlıca amilinə çevrilərək daha böyük əhəmiyyət kəsb edir. E-kommersiya 
artıq istehsalın həyata keçirilməsinin və istehsal dövriyyəsinin avtomatlaşdırılmasının 
texniki  və  iqtisadi  vasitəsidir.  nternet  məkanda  meydana  gələn  E-kommersiya 
ə
nənəvi  sahibkarlıq  qədər  geniş  və  hərtərəflidir.  E-kommersiyanın  yaranmasının  və 
eyni  zamanda  onun  səciyyəvi  xüsusiyyətlərinin  və  üstünlüklərinin  əsas  səbəbi  təbii 
ki, istehsalın tranzaksiya xərclərinin aşağı salınmasıdır. Bununla belə, məqsəd təkcə 
tranzaksiya xərclərinin aşağı salınması deyildir. Əsas məsələ son məhsulun dəyərinin 
aşağı salınmasında iqtisadi effektin əldə edilməsi, yeni, daha effektli, yüksək dərəcəli 
istehlak  dəyərinə  malik  məhsulların  hazırlanmasında  yeni  texnologiyaların  istifadə 
edilməsidir. Qiymətlərin ümumi aşağı salınması, bazarın genişləndirilməsi, rəqabətin 
güclənməsi mühüm şərtdir. 
E-kommersiya  texnologiyası  biznesin  aparılmasının  ən  yaxşı  üsullarını 
meydana  çıxartmağa  imkan  verir.  O,  müasir  beynəlxalq  münasibətlər  sistemində 
makroiqtisadi  aspektdə  müsbət  təsirə  malikdır.  Elektron  kommersiyası  beynəlxalq 
ə
mək bölgüsünə, kapitalın beynəlxalq hərəkətinə, işçi qüvvəsinin miqrasiyasına və s. 
kifayət qədər böyük təsir göstərir. 
Təsərrüfat  fəaliyyəti  sferasında  yeni  münasibətlərin  meydana  gəlməsi  və 
inkişafı, mülkiyyətin alternativ formalarının əmələ gəlməsi, idarə etmədə və bölgüdə 
bazar  prinsiplərinin  istifadə  olunması  iqtisadi  cinayətlərlə  bağlı  vəziyyəti  daha  da 
ağırlaşdırmışdır.  Mülkiyyət  obyektlərinə  qərəzli  qəsdlər,  iqtisadi  proseslərin  idarə 
edilməsində  korrupsiya  hallarının  yayılması  milli  iqtisadiyyatların,  eləcə  də 
bütövlükdə dünya iqtisadiyyatının inkişafına ciddi təhlükə törədir. 



 
Son  dövrlərdə  daha  geniş  vüsət  alan  bu  vəziyyət    uyğun  olaraq  iqtisadi 
cinayətkarlıqla mübarizə sahəsində də yeni elmi yanaşmaların işlənib hazırlanmasını 
zərurətə  çevirmişdir.  Hər  şeydən  əvvəl  iqtisadi  cinayətlər  və  həmçinin  bu 
kateqoriyaya daxil olan konkret sosial halların dərindən təhlili aparılmalıdır. 
qtisadi cinayətkarlıq problemi bu fenomenin inkişafının bütün tarixi boyunca 
daima  tədqiqatçıların  diqqətini  cəlb  etmişdir.  qtisadi  cinayətkarlığın  ilkin  anlamı 
faktiki  olaraq  mülkiyyət  cinayətkarlığı  anlamına  gəlib  çıxırdı.
1
 Belə  ki,  kriminal 
təcrübənin bu yeni tendensiyaları hüquq elm və metodologiyasında öz adekvat əksini 
tapmırdı.  Lakin  artıq  XIX  əsrin  60-cı  illərində  bu  problemin  aparıcı  fransız 
tədqiqatçılarından  olan  M.Paten  özünün  “Biznes  sferasında  cinayət  hüququnun  və 
cinayət  qanunvericiliyinin  ümumi  hissəsi”  (1861-ci  il)  işində  iqtisadi  cinayətkarlıq 
probleminin elmi tədqiqi məsələsinin vacibliyini qeyd edərək aşağıdakı suallara təcili 
cavab tapılmasını zəruri hesab edirdi: 
−  iqtisadi cinayətlər, o cümlədən sahibkarlıq fəaliyyəti səhəsində cinayətlər; 
−  bu sferada cinayət-hüquqi tənzimləmə, o cümlədən vergi-cinayət hüququ; 
−  sahibkarların, o cümlədən vergi ödəyicilərinin cinayət-hüquqi müdafiəsi; 
−  sahibkarların, o cümlədən vergi ödəyicilərinin cinayət məsuliyyəti. 
O  dövrün  aparıcı  mütəxəssisləri  iqtisadi  cinayətkarlıq  problemini  gələcəyin 
böyük  sosial  problemi  kimi  qiymətləndirərək,  onun  “yüksək  artım”  tempinə  malik 
olduğunu və həllinin xüsusi müzakirə tələb edəcəyini qeyd edirdilər. 
qtisadi  cinayətkarlıq  probleminin  tədqiqinin  mühüm  mərhələsi  kimi 
kriminoloq E.Sazerlendin işi çıxış edir. Belə ki, onun ilk dəfə olaraq korporasiyaların 
cinayətkarlığının  sistemli  tədqiqini  aparmaqla  əsasını  qoyduğu  kriminoloji 
konsepsiya  bu  aktual  problemin  sonrakı  dərk  olunma  üsullarına  güclü  ideoloji  təsir 
göstərmişdir.  E.  Sazerlendin  “Ağ  yaxalıqlıların  cinayətkarlığı”  konsepsiyasının 
ə
sasında  iqtisadi  cinayətkarlığın  korporasiyaların  cinayətkarlığı  kimi  təyini 
formalaşmışdır. Q. .Şnayderin qeyd etdiyinə görə 80-ci illərin ortalarına yaxın Qərb 
ə
dəbiyyatında  “ağyaxalıqlıların  cinayətkarlığı”  anlayışı  yerinə  daha  çox  “xidməti 
                                                           
1
Г
.А.Леман  Экономические факторы преступности. М.: Издание, 2008 
 


10 
 
cinayətlər” və  “korporativ  cinayətkarlıq” termini istifadə  olunmağa  başladı.  Bir  çox 
tədqiqatçılar 
da 
iqtisadi 
cinayətkarlıq 
qismində 
məhz 
korporasiyaların 
cinayətkarlığını  başa  düşürdülər.
1
 Q.  Şnayderin  sözlərinə  görə,  xidməti  cinayətlər 
sırasına    xidməti  vəzifələrin  həyata  keçirilməsi  prosesində  törədilən  bütün  qanun 
pozuntuları  daxildir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  iqtisadi  cinayətlər  sırasında 
yuxarıda  qeyd  olunmuş  xidməti  cinayətlər  qrupunun  ayırması,  daha  az  sosial 
ə
həmiyyətli,  bəzəndə  ümumiyyətlə  əhəmiyyətsiz  kriminoloji  halların  tədqiqinə  yol 
açır. Bu isə ictimai diqqətin kiçik və orta sahibkarlıq subyektləri tərəfindən törədilən 
mühüm sosial miqyaslı cinayətlərdən yayınmasına səbəb olur. 
E. Sazerlendin də mühüm rolu öz konsepsiyasında əsas diqqəti məhz yeni bir 
hal kimi qiymətləndirilən, təhlükəli iqtisadi cinayət əməllərinin subyektləri qismində 
biznes sferasında yüksək sosial duruma malik olan hüquqi şəxslərin, eləcə də öz şəxsi 
maraqları  naminə  professional  fəaliyyət  prosesində  cinayət  törədən  şəxslərin  çıxış 
etməsi  məsələsinə  yönəltməsindən  ibarət  olmuşdur.  Onun  tərəfindən  elmə  gətirilən 
“ağ yaxalıqlıların cinayətkarlığı” termini konsepsiyanın bu xüsusiyyətini daha dəqiq 
ə
ks etdirir. 
Analoji  prinsipə  əsaslanaraq  amerika  kriminoloqları  R.Kuinni  və  M.Klaynard 
iqtisadi  cinayətkarlıq  çərçivəsində  iki  növ  cinayətləri  fərqləndirirlər.  Birinci, 
məşğulluğun növünə  görə  cinayətkarlıq.  Buraya  şəxsi  qazanc əldə  etmək  məqsədilə 
peşəkar  fəaliyyət  prosesində  şəxslər  tərəfindən  törədilən  cinayətlər,  o  cümlədən, 
işçilərin  öz  rəhbərlərinə  qarşı  törətdiyi  cinayətlər  daxildir.  kinci  növ  isə 
korporasiyaların cinayətləridir. Buraya isə hüquqi şəxs kimi korporasiyaların və eləcə 
də  korporasiya  idarə  heyyəti  üzvlərinin  cinayətləri  daxildir.  Bütün  bu  yanaşmalar 
iqtisadi cinayətkarlığın “dar” şərhi olmaqla, problemli sahəni tam adekvat təsvir etmir. 
Belə  yanaşmanın  darlığı  onunla  izah  olunur  ki,  iqtisadi  cinayətlər  yalnız 
müəssisələrin  adından  və  onların  maraqları  naminə  törədilmir.  Sazerlendin 
konsepsiyasının inkişafı və kriminal təcrübədə yeni tendensiyaların mənimsənilməsi 
                                                           
1
Винер
  И. Экономическая  преступность:  Теория  экономического  уголовного  права. 
Будапешт
. 1984 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə