Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   25   26   27   28   29   30   31   32   33

98 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
NƏT CƏ VƏ TƏKL FLƏR 
Tədqiqat  işində  beynəlxalq  əməkdaşlıq  üçün  nisbətən  yeni  bir  problem  olan 
kibercinayətkarlıq problemi  və  ona  qarşı  mübarizənin  hüquqi təminatının  həm  milli 
həm  də  beynəlxalq  səviyyədə  tədqiq  edilmişdir.  Yarım  əsr  bundan  əvvəl  meydana 
gəlmiş  kibercinayətkarlıq  insan  fəaliyyətinin  demək  olar  ki,  bütün  sahələrini  əhatə 
etməsi  və  sürətli  artım  tempinə  malik  olması  bu  hala  qarşı  vaxtında  adekvat 
münasibət göstərilməsini tələb edir. 
Kibercinayətkarlıq informasiya proseslərinin qloballaşmasının qaçılmaz nəticə-
sidir.  nformasiya  texnologiyalarını  bəşəriyyət  üçün  cəlbedici  edən  sadəlik,  asanlıq, 
anonimlik,  əl  çatanlılıq  və  vaxta  qənaət  kimi  keyfiyyətlər  qeyri-qanuni  hərəkətlər 
törədən şəxslərin də diqqətini cəlb etməyə bilməzdi.  
nsan  fəaliyyətinin  müxtəlif  sahələrində  informasiya  texnologiyalarının  istifa-
dəsinin artması ilə bu texnologiyaların cinayətlərin törədilməsi məqsədilə istifadəsini 
də  artır.  nformasiya  texnologiyaları  sahəsindəki  münasibətlərin  qanunvericiliklə 


99 
 
tənzimlənməsi də bu texnologiyaların inkişafını nəinki üstələmir hətta bu inkişafdan 
geri qalır. 
Kibercinayətkarlıq  problemi  bir  dövlət  sərhədləri  ilə  məhdudlaşmadığına  və 
qlobal  xarakterə  malik  olduğuna  görə  ciddi  və  miqyaslı  tədqiqatların  aparılmasını, 
həmçinin vahid beynəlxalq standartların işlənib hazırlanmasını zəruri edir.  
Tədqiqat  işində  “kibercinayətkarlığın”  beynəlxalq  standartlara  cavab  verən 
şə
rhi verilmişdir. Kompüter texnologiyalarının tətbiqi ilə törədilən qanunsuz əməlləri 
adlandırmaq  üçün  istifadə  olunan  “Kompüter  cinayətkarlığı”  termini  son  dövrlər 
geniş  yayılan  bu  halın  təbiətini  təqiq  əks  etdirmir.  Belə  ki,  kibercinayətkarlıq 
mahiyyət  etibarı  ilə  kompüter  cinayətlərindən  daha  geniş  anlayışdır.  Bu  tədqiqat 
işində  kibercinayətkarlıq  dedikdə,  kompüter  sistemləri  və  şəbəkələri,  həmçinin 
kibermühitə daxil olma vasitələrinin köməyi ilə kibermühitdə kompüter sistemləri və 
şə
bəkələri  çərçivəsində,  kompüter  sistemləri  və  şəbəkələri  və  məlumatları  əleyhinə 
törədilən  cinayətlərin  məcmusu  başa  düşülür.  Uyğun  olaraq,  kibercinayətkarlıq-
kompüterlərin,  kompüter  proqramları  və  şəbəkələrinin  işinə  qanunazidd  müdaxilə, 
həmçinin kompüter məlumatlarının sanksiyalaşdırılmamış modifikasiya olunması və 
digər qanunazidd ictimai təhlükəli əməllərdir.  
Kibercinayətkarlığa  minimal  xərclərlə  və  aşağı  risklə  böyük  zərər  vura  bilmə 
imkanına  görə  yüksəl  ictimai  təhlükəyə  malikdir.  Bundan  başqa,  kibercinayətkarlıq 
yüksək  məxfiliklə  xarakterizə  olunduğuna  görə  hüquq  mühafizə  orqanlarının  statis-
tikası  kibercinayətkarlığın  həqiqi  vəziyyətini  nə  dövlət  səviyyəsində,  nə  də 
bütövlükdə  dünya  səviyyəsində  dəqiq  əks  etdirmir.  Bu  səbəbdən  də  kibercinayət-
karlığın  vəziyyətini  qiymətləndirmək  üçün  məlumatların  toplanmasının  və  bu  halın 
qiymətləndirilməsinin digər  üsullarından istifadə etmək zəruridir. 
Kibercinayətkarlığın  son  illərdə  baş  verən  artımını  dövlətin  hüquq  mühafizə 
orqanlarının mütəxəssisləri, həmçinin alternativ üsullarla statistik məlumatları topla-
maqla  tədqiqat  aparan  təşkilat  işçiləri  də  təsdiq  edir.  Kibercinayətkarlıq  nəticəsində 
dəyən maliyyə itkiləri isə milyon dollarla ölçülür. Lakin kibercinayətkarlıq nisbətən 
“yeni”  növ  cinayət  əməli  olduğundan  və    kibercinayətkarlığın  transsərhəd  xarak-
terindən  asılı  olaraq  onun  araşdırılmasının  çətinləşməsindən  irəli  gələrək  bu  cina-


100 
 
yətlərlə  bağlı  statistik  məlumatlar  hələ  uzun  müddət  bu  qəsdlərin  real  vəziyyətini 
dəqiq əks etdirməyəcək. Kibercinayətkarlıqla bağlı bir çox dövlətlərin rəsmi statisti-
kasında  göstəricilərin  reallıqdan  fərqli  olaraq  bir  o  qədər  də  yüksək  olmamasına 
baxmayaraq  kibercinayətkarlıq  problemi  ilə  bir  çox  dövlətlərlə  yanaşı  beynəlxalq 
təşkilatlarda  narahatdırlar.  Bu  halın  transsərhəd  xarakterindən  irəli  gələrək  onunla 
cinayət-hüquqi mübarizə məsələsi də qlobal problemə çevrilmişdir.  
Kibercinayətkarlıqla  effektiv  mübarizə  üçün  milli  səviyyədə  cinayət-hüquqi 
normaların  qəbulu  ilə  yanaşı,  vahid  beynəlxalq  standartların  işlənib  hazırlanması 
zəruridir. 
Kibercinayətkarlığın meydana gəlməsi və onunla mübarizə üzrə effektiv müba-
rizə  tədbirlərinin  işlənib  hazırlanması  ilə  dünya  ölkələrinin  milli  cinayət  qanunve-
riciliklərində  ciddi  dəyişikliklər  baş  vermişdir.  Bu  dəyişikliklər  kibercinayətkarlıqla 
mübarizə  sahəsində  beynəlxalq  sənədlərin  qəbulu  ilə  paralel  baş  vermişdir.  Lakin 
ölkələrin  milli  qanunvericiliklərində  bütün  bu  dəyişikliklər  müəyyən  bir  beynəlxalq 
sənədin  qəbulu  ilə  şərtlənməsinə  baxmayaraq,  ölkələr  səviyyəsində  “avtonom” 
şə
kildə  qəbul  edilir,  dəyişdirilir  və  inkişaf  edirdi.  Belə  ki,  bəzi  ölkələr  cinayət 
məcəlləsində  dəyişikliklərin  edilməsinə,  digərləri  kibercinayətkarlıqla  mübarizəyə 
yönəlmiş xüsusi qanunların qəbul edilməsinə üstünlük vermişlər.                                                                                                     
Ölkələrin  milli  cinayət  qanunvericilikləri  kifayət  qədər  müxtəlif  və  ziddiy-
yətlidir.  Ayrı-ayrı  ölkələrin,  hətta  bir  region  çərçivəsində  milli  cinayət  qanunveri-
ciliklərində  eyniliyin  olmaması  kibercinayətkarlıqla  effektli  mübarizə  metodlarının 
inkişafını  ləngidir.  Bununla  yanaşı  bəzi  dövlətlərdə  -  məsələn,  ABŞ,  taliya, 
Almaniya,-  kibercinayətkarlıqla  bağlı  qanunvericilik  kifayət  qədər  yaxşı  forma-
laşdırılmış və müvəffəqiyyətlə praktikada tətbiq edilir. Bu dövlətlərin təcrübəsi bey-
nəlxalq  strategiyanın  işlənib  hazırlanması,  eləcə  də  hər  hansı  konkret  bir  ölkənin 
qanunvericiliyində islahatların həyata keçirilməsində müsbət rol oynaya bilər.  
Həm ayrı-ayrı fərdlər, həm də cinayətkar qrupların qanunazidd fəaliyyəti üçün 
geniş  imkanlar  yaradan  informasiya  texnologiyalarının  istifadə  sferasının  geniş-
lənməsi  ilə  sözsüz  artmaqda  olan  kibercinayətkarlıq  təhlükəsiylə  mübarizə  üçün 
daima beynəlxalq əməkdaşlıq zəruridir. Kibercinayətkarlığa nəzarət etmək və onunla 


101 
 
mübarizə aparmaq müəyyən bir dövlət səviyyəsində demək olar ki, mümkünsüzdür. 
Beynəlxalq  norma  və  standartların  qəbulu  dövlətlərin  milli  qanunvericiliklərinə 
uyğun dəyişikliklərin edilməsi ilə müşaiət olunmalıdır.                                                                      
Kompüter texnologiyalarının inkişafına təcili reaksiya vermə bilmək və uyğun 
normaların  qəbulu  üçün  dövlət  səylərinin  koodinasiyası  zəruridir.  Hazırki  zamanda 
kibercinayətkarlıqla mübarizə üzrə beynəlxalq strategiyanın formalaşdırılması ilə 40-
dan  çox  dövlət  məşquldur    və  bu  prosesin  uzunmüddətli  olacağı  gözlənilir.  Lakin 
bütün  bu  çətinliklərə  baxmayaraq,  beynəlxalq  əməkdaşlığın  qanunvericiliyin  unifi-
kasiyası  problemi  ilə  bağlı  bir  qərara  gəlmələri  zəruridir.  Əks  halda  kibercinayət-
karlığın  transsərhəd  xarakterini  nəzərə  alaraq,  qanunvericilikdə  müəyyən  uyğun-
suzluqlar  və  ölkələrin  cinayətkarlıq  üzrə  siyasətlərinin  koordinasiya  olunmaması 
ictimai təhlükəli əməl törədən şəxslərə  məsuliyyətdən yayınmağa imkan verəcək və 
cinayətlərin araşdırılması, həmçinin qanunpozucularının təqibini çətinləşdirəcəkdir. 
 
 
ST FADƏ OLUNMUŞ ƏDƏB YYATLAR 
 
Nəzəri materiallar: 
1.  Грюлих  К.В.  «Киберпространство:  специфическое  регламентирование  и 
конкурентные
 нормы в евопейских телекоммуникациях”, сборник научных 
трудов
  ИНИОН РАН, Москва, 2008  
2.  Авчаров  И.В.  Борьба  с  киберпреступностью  /  Информатизация  и 
информационная
  безопасность  правоохранительных  органов.  XI  межд. 
конф
.  
3.  Антонос Г. А. Международные изменения права киберпространства. / Право 
и
 информатизация общества: сб. науч. Тр. 
4.  Быков В. Совершенствование уголовной ответственности за преступления, 
сопряженные
 с компьютерными технологиями / В. Быков, А. Нехорошев, В. 
Черкасов



102 
 
5.  Вехов,  В.  Б.  Компьютерные  преступления:  способы  совершения  и 
раскрытия
 / В.Б. Вехов; Под ред. акад. Б.П. Смагоринского - М.:  
6.  Волеводз А.Г. Российское законодательство об уголовной ответственности 
за
  преступления  в  сфере  компьютерной  информации  /  А.Г.  Волеводз  // 
Российский
 судья.  
7.  Дрёмин,  В.  Н.  Глобализация  информационных  систем  как  фактор 
глобализации
  преступности  /  В.Н.  Дрёмин  //  Информацiйнi  технологii  та 
безпека
.  
8.  Завидов,  Б.Д.  Комментарий  действующего  законодательства  о  защите 
объектов
  интеллектуальной  собственности  и  сферы  высоких  технологий  / 
Б
.Д. Завидов // Библиотечка Российской газеты.  
9.  Кашлев,  Ю.  Б.  Становление  глобального  информационного  общества  и 
место
  России  /  Ю.Б.  Кашлев.  //  Информация.  Дипломатия.  Психология.  – 
М
.: Издательство «Известия». 
10. Козлов, В. Е. Теория и практика борьбы с компьютерной преступностью / 
Е
.В. Козлов. - М.: Горячая линия  
11. Компьютерная  преступность  и  информационная  безопасность  //  Под  ред. 
Леонова
 А. П. 
12. Ляпунов,  Ю.,  Ответственность  за  компьютерные  преступления.  / 
Ю
.Ляпунов, В. Максимов // 
13. Мазуров,  В.А.  Компьютерные  преступления:  классификация  и  способы 
противодействия
/ В.А. Мазуров.  
 
Normativ-hüquqi aktlar: 
 
1.  Azərbaycan Respublikasının Konstitusiyası  
2.  Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 30.12.1999 
3.   “ nformasiya,  informasiyalaşdırma  və  informasiyanın  mühafizəsi  haqqında” 
Azərbaycan Respublikası Qanunu 03.04.1998; 


103 
 
4.   “Cinayət  Məcəlləsində  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan 
Respublikası Qanunu 29.06. 2012 
5.  Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Nümunəvi Cinayət Məcəlləsi.  
6.  Qlobal  informasiya  əməkdaşlığının  Okinav  Xartiyası.  http://www.internet-
law.ru/intlaw/laws/okinava.htm 
7.  BMT-nin cinayətkarlığın qarşısının alınması və qanunu pozanlarla davranış üzrə 
X Konqresi. http://www.un.org/russian/topics/crime/docs10.htm 
 
nternet resursları: 
1.  http://www.setevoi.ru 
2.  http://www.lenta.ru/internet 
3.  http://www.crime-research.ru 
4.  http://www.crime-research.ru 
5.  http://www.socio.ru/wr/00-1/Cadtells.htm. 
6.  http://www.vesti.ru/news 
7.  http://www.cyberpol.ru/cybercrime.shtml. 
8.  http://www.crime-research.ru/articles/Mirosh1 
9.  http://www.supcourt.ru 
10. http://www1.ifccfbi.gov/strategy 
11. http://www.lawtechjournal.com/articles/2002/03_020625_goodmanbrenner.php 
12. http://dictionary.cambridge.org 
13. http://all.net 
14. http://4law.co.il 
15. http://www.coe.int/T/E/Com/Files/Themes 
16. http://www.nautilus.org/info-policy/workshop 
17. http://www.askoxford.com/ 
18. http://www.mosstingrett.no/index.html 
 
 
 
 


104 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
АННОТАЦИЯ 
В
  диссертационной  работе  отмечается,  что  одним  из  важных  отраслей 
регулирования
 
является
 
регулирование
 
информационных
 
технологии

Информационная
  система  являясь  необходимым  елементом  современной 
жизни
  тесно  взаимасвязано  с  другими  отраслями  экономики,  постоянно 
оперативно
  обнавляется  и  развивается.  Информационные  технологии  сос-
тавляют
 органическую часть факторов развития цивилизации.   
Информационные
 технологии являются важным средством положительно 
ваздествующем
  на  развитие  обшества.  Она  влияет  на  ряду  государственными 
органами
,  институтами  гражданского  обшества,  экономического  бизнеса, 
социалного
  сектора,  так  же  науке,  образования,  отраслей  културы  и 
повстедневной
  жизни.  Во  многих  развитых  и  развивающихся  странах 
вслетствии
 применения информационных коммуникационных технологий были 


105 
 
достигнуты
  большие  достижения,  и  таким  образом  ни  укого  не  взывает 
сомнение
  что  информационные  технологии  ведут  будешщуму  мировую 
цивилизацию
.  
В
  диссертационной  работе  отмечается,  что  преступления  в  сфере 
информационных
  технологий  включают  как  распространение
 
вредоносных
 
вирусов

взлом
 
паролей

кражу
 
номеров
  банковских  карт
 
и
  других  банковских 
реквизитов

так
  и  распространение  противоправной  информации  через  Интер-
нет

а
  также  вредоносное  вмешательство  через  компьютерные  сети  в  работу 
различных
 систем.
 
Широкое
 применение информационных  технологии даёт силный толчок 
обшему
  социально-экономическому  развитию  страны,    имеет  действенные 
средства
  снижения бедности.    По  этому  с  целью  усиления  развития  использо-
вания
 потенциала страны, подготовка стратегии своей национальной информа-
ционной
  технологии  является  решаюшим.    А  это  осебенно  необходимо  для 
такой
  страны  как  Азербайджан  каторое  переживает  перемены  сосиально-
экономического
 развития и стримится интеграции мировое сообшество.          
ANNOTATION 
In dissertational work it is noticed, that one of the important branches  of regu-
lation is regulation of information technologies and  telecommunications. Information 
system  being  necessary    a  modern  life it  is  close  with other branches of  economy,  
constantly operatively and develops. Information technologies  make an organic part 
of factors of development of a civilisation.  
 
Information  communication  technologies  are  the  important    means  positively 
on development. It influences on a number the state bodies, institutes civil,  economic 
business sectors, as to a science, formations, branches and lives. In many developed 
and  developing  countries    applications  of  information  communication  technologies 
have  been  reached  the  big  achievements,  and  thus  the  doubt  does  not  appeal  that 
information and communication technologies conduct  a world civilisation. 
 


106 
 
The  thesis  points  out  that  computer  crime  include  both  the  propagation  of 
malicious  viruses,  hacking  passwords,  steal  credit  card  numbers  and  other  bank 
details,  and  the  spread  of  illegal  information  via  the  Internet,  as  well  as  harmful 
interference through computer networks of various systems work. 
Wide application information and communication to technology  gives a push 
to social and economic development of the country, has effective means of decrease 
in poverty. On it for the purpose of strengthening  of development of use of potential 
of the country, preparation of strategy of the  national information and communica-
tion technology. And it is necessary for such country as Azerbaijan  worries  changes 
of economic development and  integration  world comuniti.          
 
 
 
 
 
 
 
REFERAT 
qtisadiyyatın kompüterləşməsinin ən ciddi mənfi nəticəsi məhz kibercinayətlər 
hesab  olunur.  Kompüter  sistemlərinin  geniş  yayılması,  onların  kommunikasiya 
sistemləri  vasitəsilə  əlaqələndirilməsi,  bu  sistemlərə  elektron  müdaxilə  imkanını 
artırır. Bu cür cinayətlərin ənənəvi tipli cinayətlərdən tutmuş yüksək riyazi və texniki 
hazırlıq tələb edən cinayətlərə qədər çox geniş əhatə dairəsi mövcuddur.  
Fərdi  kompüterlərin  sayının  sürətli  artımı  və  inkişaf  etmiş  kommunikasiya 
sisteminin  mövcudluğu  hətta  həvəskar-cinayətkarların  belə  kompüter  sistemlərinə 
daxil  olmasına  imkan  yaradır.  Əksər  ölkələrdə  mövcud  olan  cinayət 
qanunvericilikləri  bu  tip  cinayətlərin  təsnifləşdirilməsi  baxımından  kifayət  qədər 
elastik  olsalar  da,  sosial  və  texniki  dəyişikliklər  bu  hüquq  sistemi  çərçivəsindən 
kənarda qalan yeni-yeni problemlər yaradır. Çünki dünya təcrübəsində mövcud olan 
bəzi  kompüter  cinayətlərinə  cinayət  qanunvericiliyi  təsir  göstərə  bilmir.  Belə  ki, 
hüquqi  baxımdan  bu  əməllər  cinayət  hesab  edilə  bilməz.  Burada  EHM-in  bəzi 
ə
məliyyatlarının kriminallaşması problemi nəzərdə tutulur.  


107 
 
Kibercinayətkarlıq  təhlükəsi  bütün  dünya  ölkələri  kimi  Azərbaycan  üçün  də 
çox  təhlükəli  bir  haldır  və  bu  təhlükənin  qarşısını  almaq,  həmçinin  onunla  effektli 
mübarizə  aparmaq  məqsədilə  ölkəmiz  Azərbaycan  Respublikasının  tarixli 
“Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 30.09.2009-cu 
il  Qanunu  ilə  Avropa  Şurasının  “Kibercinayətkarlığa  dair”  Konvensiyasına 
qoşulmuşdur. Azərbaycan Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” 2001-ci il 
23  noyabr  tarixli  Konvensiyasını  imzalamış  dövlətlər  sırasına  daxil  olmasına 
baxmayaraq,  beynəlxalq  əməkdaşlıq  özü  də  bu  gün  kibercinayətkarlıq  problemi  ilə 
mübarizənin  yeni  metodlarının  axtarışı  və  vahid  siyasətin  işlənib  hazırlanması 
prosesini yaşayır. 
Tədqiqatın  məqsədi  kibercinayətkarlıq  probleminin,  onun  ictimai  təhlükəlilik 
dərəcəsinin  qiymətləndirilməsi  üçün  zəruri  olan  kriminal  əhəmiyyətli  aspektlərin 
öyrənilməsi,  bu  hala  qarşı  mövcud  cinayət-hüquqi  tədbirlərin  təhlili  və 
kibercinayətkarlıqla  mübarizənin  cinayət-hüquqi  tənzimlənməsinin  effektivliyinin 
artırılmasına yönəldilmiş təkliflərin işlənib hazırlanması təşkil edir. Bu məqsədə nail 
olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur: 
-  iqtisadi  cinayətkarlıq,  onun  xüsusi  bir  forması  olan  kibercinayətkarlıq  və 
eləcə  də  kibercinayət  anlayışını  formalaşdırmaq,  kibercinayətlərin  növlərini 
xarakterizə etmək; 
-  kibercinayətkarlıqla  mübarizənin  hüquqi  təcrübəsini  iki  səviyyədə  - 
beynəlxalq  və  milli  səviyyədə  təhlil  etmək  və  eləcə  də  xarici  ölkə  qanunvericilik-
lərinin müqayisəli təhlilini aparmaq; 
-  kibercinayətkarlıqla  mübarizə  sahəsində  beynəlxalq  təcrübədən  istifadə 
istiqamətlərini  təhlil  etməklə  milli  qanunvericiliyin  təkmilləşdirilməsi  imkanlarını 
müəyyən etmək. 
Dissertasiya  tədqiqatının  obyektini  kibercinayətkarlıqla  mübarizə  üzrə  milli, 
eləcə də ayrı-ayrı xarici ölkələrin hüquq sistemləri təşkil edir. Tədqiqatın predmeti isə 
kibercinayətkarlığın kriminoloji aspektləri - onun vəziyyəti, strukturu, dinamikası və 
bu dinamikaya təsir göstərən amillər, onun cinayət-hüquqi mübarizə məsələləri, eləcə 
də  kibermühitdə  törədilən  əməllərə  görə  məsuliyyəti  müəyyən  edən  milli  və 
beynəlxalq cinayət-hüquq normalarıdır.  
Dissertasiya işinin elmi yeniliyi tədqiq olunan problemin respublikamızda son 
illər ərzində daha intensiv formada reallaşdırılmaqda olan internet texnologiyalarının 
tətbiqi  ilə  şərtlənir.  Belə  ki,  tədqiq  edilən  sahənin  kifayət  qədər  yeni  olması,  bu 
sahədəki elmi tədqiqatların aktuallığını və yeniliyini şərtləndirməkdədir. 
Tədqiqatın  informasiya  bazasını  mövzu  ilə  əlaqədar  xarici  tədqiqatçıların  və 
ekspertlərin  araşdırmaları,  beynəlxalq  təşkilatların  işçi  materialları  və  sənədləri, 
statistik və normativ materiallar, o cümlədən kibercinayətkarlığa dair beynəlxalq təş-
kilatlar  tərəfindən  toplanmış  məlumatlar,  ayrı-ayrı  ölkələrdə  kompüter  cinayət-


108 
 
karlığının  vəziyyətinə  dair  məcmuələr,  bir  sıra  seminar  və  konfransların  sənədləri, 
tədqiqat mövzusu üzrə elmi araşdırmalar və digər elmi ədəbiyyatlar təşkil edir.  
ş
in nəzəri – metodoloji bazasını kibercinayətkarlıq anlayışının, onun kompüter 
cinayətlərindən  fərqinin,  eləcə  də  bu  halın  mühüm  kriminoloji  əlamətləri  və 
kibercinayətkarlıqla  milli  və  beynəlxalq  səviyyədə  mübarizə  istiqamətlərinin 
öyrənilməsi və tədqiqi  ilə bağlı alimlərin tədqiqatları, onların əldə etdikləri nəticələr, 
eləcə  də  milli  və  ayrı-ayrı  xarici  ölkələrin  hüquq  yaratma  orqanlarının  səlahiyyət-
lərinə müvafiq formalaşdırdıqları qanunvericilik aktları sistemi təşkil etmişdir. Tədqi-
qatda qarşıya qoyulan məsələlərin həllinə nail olmaq üçün müqayisəli təhlil, statistik 
təhlil,  səbəb–nəticə,  funksional,  məntiqi,  struktur,  həmçinin,  analiz  və  sintez  və  s. 
tədqiqat üsullarından istifadə edilmişdir. 
Dissertasiyanın  strukturu  giriş,  üç  fəsil,  nəticə  və  təklifdən  ibarətdir.  Disser-
tasiyada iqtisadi cinayətkarlıq, eləcə də onun xüsusi forması kimi kibercinayətkarlı-
ğ
ın  anlayışı,  mahiyyəti  açıqlanmış,  kibercinayətlərin  subyektlərinin  təsnifatı  aparıl-
mış, kibercinayətkarlığınmiqyası, ictimai təhlükəsi təhlil edilmiş və ona qarşı mübari-
zənin    formalaşdırılması  istiqamətləri    tədqiq  edilmişdir.  Bununla  yanaşı  tədqiqat 
işində  Azərbaycan  Respublikasının  qanunvericilik  sistemində  iqtisadi  cinayətkarlıq 
formalarının  hüquqi  təsbiti  məsələləri  və  kibercinayətkarlığa  qarşı  mübarizənin 
hüquqi  təminatının  müasir  vəziyyəti  təhlil  edilmiş,  kibercinayətkarlıqla  mübarizə 
sahəsində  ayrı-ayrı  ölkələrin    qanunvericiliklərinin  müqayisəli  təhlili  həyata 
keçirilmiş  və  Azərbaycanda  kibercinayətkarlıqla  mübarizə  sahəsində  beynəlxalq 
təcrübədən istifadə istiqamətləri geniş tədqiq edilmişdir.  
Tədqiqatın sonunda nəticələr ümumiləşdirilmiş və təkliflər çıxarılmış, istifadə 
olunan ədəbiyyat siyahısı və internet resurslar təqdim edilmişdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə