Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   2   3   4   5   6   7   8   9   ...   33

11 
 
prosesində  bu  anlayışın  geniş  şərhləri  təklif  edilmişdir.  Anlayışın  genişləndirilmə 
tendensiyası iki qarşılıqlı əlaqəli aspektdə aşkara çıxır.  
Birincisi,  iqtisadi  cinayətlərin  subyekt  dairəsinin  genişlənməsi.  Tədricən  bu 
kateqoriyaya korporasiyaların yalnız ali rəhbərləri deyil, digər işçiləri də aid edilməyə 
başladı.  Sonralar  isə  subyektlər  üzrə  məhdudiyyətlər  tamamilə  aradan  götürüldü. 
Dəyişməz  qalan  isə  bu  cinayətlərin  peşəkar  fəaliyyət  sahəsində  törədilməsi  əlaməti 
oldu. 
kincisi,  iqtisadi  cinayətlərin  siyahısı  dəyişdi.  Sonralar  bu  cinayətlərə 
vergilərdən  yayınma,  kompüter  cinayətləri  həmçinin  dövlət  iqtisadiyyatına,  onun 
ayrı-ayrı  sahələrinə,  sahibkarlıq  fəaliyyətinə  və  eləcə  də  ayrı-ayrı  qrup  şəxslərin 
iqtisadi  maraqlarına  ziyan  vuran  digər  cinayətlər  də  aid  edilməyə  başladı.  Bu 
cinayətlərin siyahısı 20-30 tərkibə qədər genişləndi. Elm “xəritəsində” baş verən bu 
dəyişikliklər  yalnız  elmi  biliyin  inkişafının  daxili  məntiqi  ilə  deyil,  eləcə  də  tədqiq 
olunan halın - iqtisadi cinayətkarlığın təkamülü ilə şərtlənir. 
Problemə  yeni  yanaşma  tədqiqatçılara  iqtisadi  cinayətkarlığın  bu  və  ya  digər 
ə
lamətlərlə bir-birindən fərqlənən çoxsaylı yeni şərhlərini təklif etməyə imkan verdi. 
Bunlardan bəzilərini nəzərdən keçirək. 
Q.K.Mişin  iqtisadi  cinayətkarlığı  yaşam  uğrunda  ümumi  mübarizənin  sosial 
həyatda  təzahürü  kimi  nəzərdən  keçirərək,  onun  mahiyyətini  iqtisadi  maraqların 
münaqişəsi  kimi  izah  edir.  Onun  fikrincə,  iqtisadi  cinayətlər  sırasına  təsərrüfat 
cinayətləri  ilə  yanaşı  həmçinin,  bazar  iqtisadiyyatı  şəraitində  bu  və  ya  digər 
səviyyədə təsərrüfat fəaliyyəti ilə əlaqədar olan mülkiyyət əleyhinə törədilmiş bütün 
cinayətlər daxil edilməlidir.
1
 
Rusiyada  yeni  cinayət  məcəlləsinin  yaradılması  zamanı  iqtisadi  cinayətlərin 
təyin  edilməsinə  geniş  yanaşma  reallaşdırılmışdır.  Qüvvədə  olan  Cinayət 
Məcəlləsində  mülkiyyət  əleyhinə,  eləcə  də  iqtisadi  fəaliyyət  sahəsində  törədilən 
cinayətləri  özündə  birləşdirən    3  fəsil  və  47  maddədən  ibarət  “ qtisadi  sahədə 
cinayətlər”  adlı  bölmə  mövcuddur.  Lakin  buna  baxmayaraq  bu  bölməyə  ənənəvi 
                                                           
1
 Мишин Г.К. Проблема экономической преступности (опыт междисциплинарного 
изучения
). - М.: ВНИИ МВД России, 1994, С. 33-34. 


12 
 
olaraq  iqtisadi  cinayətlər  hesab  olunan  vəzifə  cinayətləri  (səlahiyyətdən  sui-istifadə 
etmə, rüşvətxorluq və s.), kompüter cinayətləri, intellektual mülkiyyətə və müəlliflik 
hüququna  qəsd  etmə  kimi  cinayətlər  daxil  edilməmişdir.  Digər  tərəfdən,  mülkiyyət 
ə
leyhinə  cinayətlər  (mülkiyyətə  birbaşa  qəsdlə  əlaqədar  olan  cinayətlər  (oğurluq, 
soyğunçuluq,  quldurluq,  əmlakın  məhv  edilməsi  və  ya  israf  edilməsi)  və  eləcə  də 
iqtisadiyyatla  əlaqədar  olmayan  digər  mülkiyyət  əleyhinə  cinayətlər)  iqtisadi  cina-
yətlərə daxil deyildir.  
V.V.  Luneyevanın  fikrincə  dünya  ədəbiyyatında  mövcud  bütün  yanaşmaların 
rəngarəngliyinə  baxmayaraq  bazar  iqtisadiyyatlı  ölkələrdə  iqtisadi  cinayətkarlığın 
mahiyyətini korporasiyaların dövlət əleyhinə, digər korporasiyalar əleyhinə törətdiyi, 
eləcə  də  korporasiya  işçilərinin  korporasiya  əleyhinə,  korporasiyaların  istehlakçılar 
ə
leyhinə törədiyi cinayətlər təşkil edir.
1
 
E.E.Demetyeva    ABŞ  və  Almaniya  kriminoloqlarının  təklif  etdikləri  tərifləri 
ümumiləşdirərək güman edir ki, “iqtisadi cinayətkarlıq – fiziki və hüquq şəxslər tərə-
findən törədilən, bütövlükdə ölkənin iqtisadi maraqlarına, o cümlədən xüsusi sahib-
karlıq  fəaliyyətinə  və  ayrı-ayrı  qrup  şəxslərin  maraqlarına  qəsd  edən    həmçinin 
qanuni  iqtisadi  fəaliyyət  çərçivəsində  müntəzəm  olaraq  qazanc  (fayda)  əldə  etməyə 
yönəldilmiş qeyri-qanunu fəaliyyətdir.”
2
 
E. .Petrov, R.N. Marçenko, L.V. Barinovanın fikrinə görə isə iqtisadi cinayət-
karlıq  şəxslərin  iqtisadi sferada peşəkar  fəaliyyət  prosesində bu  fəaliyyətlə  əlaqədar 
olan  və  istehlakçıların,  partnyorların,  rəqiblərin  və  dövlətin  mülkiyyət  və  digər 
maraqlarına,  eləcə  də  müxtəlif  təsərrüfat  səhalərində  iqtisadiyyatın  idarə  olunma 
qaydasına  zidd  olaraq  törətdiyi  qərəzli  əməllərin  məcmusu  kimi  nəzərdən  keçi-
rilməlidir. 
qtisadi cinayətkarlığın mahiyyətini daha dəqiq şərh edə bilmək üçün bu cina-
yətkarlığın hansı əlamətlərə malik olmasını müəyyən etmək mühüm əhəmiyyət kəsb 
edir.  Xarici  ölkələrdə  baş  verən  iqtisadi  cinayətlərin  ciddi  tədqiqini  aparmış  E.E. 
                                                           
1
Лунеев
 В.В. Преступность ХХ века. - М.: 1997. - С. 257. 
2
Дементьева
  Е.Е.  Экономическая  преступность  и  борьба  с  ней  в  странах  с  развитой 
рыночной
 экономикой. - М.: ИНИОН РАН, 1992. - С. 12. 


13 
 
Demetyeva xarici kriminoloji ədəbiyyatın dərin təhlili nəticəsində iqtisadi cinayətkar-
lığın aşağıdakı əlamətlərini müəyyən etmişdir: 
-  Qərəzli xarakterə malik olması: Belə ki, bu cinayətlərin əsas məqsədini ekvi-
valentlik  prinsipinin  pozulması  ilə  iqtisadi  resursların  mənimsənilməsi  nəticəsində 
mənfəətin  əldə  olunması  təşkil  edir.  Bununla  belə  cinayətlər  üçüncü  şəxslərin  və 
müəssisələrin  maraqları  çərçivəsində  şəxsi  fayda  əldə  etmək  məqsədilə  də  törədilə 
bilər. 
-  Peşəkar fəaliyyət prosesində törədilməsi: 1982-ci ildə keçirilmiş beynəlxalq 
seminarda  iqtisadi  cinayətkarlığın  şərhində  bu  əlamətin  əhəmiyyəti  xüsusi  qeyd 
olunurdu. 
-  Subyektlərin  dövlətlə  və  eləcə  də  öz  aralarında  yaranan  və  istehsal,  təkrar 
istehsal, bölgü, mübadilə və istehlakın həyata keçirilməsi üçün zəruri olan müqavilə 
və öhdəliklərlə əlaqəli olması; 
-  Zərər  çəkmiş  şəxslərin  kollektivliyi,  cinayətlərin  cəmiyyət  üçün  gizli 
xarakterə  malik  olması,  cinayətkar  və  zərər  çəkmiş  şəxs  arasında  məsafənin 
böyüklüyü:Cinayət əməlinin obyekti qismində isə bütövlükdə iqtisadiyyat, onun ayrı-
ayrı sektorları, fərdi sahibkarlıq fəaliyyəti və eləcə də şəxslər qrupu  çıxış edir. 
-  Zərər çəkmiş şəxslərin məxfiliyi (anonimliyi); 
-  ki  növ  subyektin  olması:  hüquqi  şəxslər  (korporasiyaların  cinayətkarlığı) 
eləcə də müəssisə adından və onun maraqları çərçivəsində fəaliyyət göstərən  fiziki 
şə
xslər (məşğulluğun növü üzrə cinayətkarlıq). Hüquqi şəxslər yalnız qanunvericilik-
lərində  hüquqi  şəxslərin  cinayət  məsuliyyətinin  nəzərdə  tutulduğu    ölkələrdə 
cinayətin subyekti hesab olunur.(ABŞ, Fransa); 
-  Dövlətin,  fərdi  sahibkarların  və  eləcə  də  vətəndaşların  iqtisadi  maraqlarına 
vurulan əhəmiyyətli zərərin mövcudluğu; 
-  Xarakter müxtəlifliyi; 
-  qtisadi  cinayətin  nəticəsi  kimi  maddi  vəsaitlərin  yenidən  bölgüsünün  baş 
verməsi; 
-  Davamlı, sistemli xarakterə malik olması. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə