Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   2   3   4   5   6   7   8   9   10   ...   33

20 
 
dilli  ədəbiyyatda  da  “kompüter  cinayətkarlığı”  termininə  üstünlük  verilir.  Bununla 
yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1999-cu il 30 dekabr tarixli ilk 
redaktəsində  də  belə  cinayət  halları  ilə  əlaqədar  yeganə  bölmə  də  “Kompüter 
informasiyası  sahəsində  cinayətlər”  adlanırdı.  Həqiqətən  də,  bu  terminlər  bir-birinə 
çox yaxındırlar. Lakin onları sinonim ifadələr kimi qəbul etmək düzgün olmaz. Belə 
ki,  “kibercinayətkarlıq”  anlayışı  (ingilis  dilli  variantda-cybercrime)  “kompüter 
cinayətkarlığı”  (computer  crime)  anlayışından  daha  geniş  olmaqla  informasiya 
mühitində törədilən cinayətlərin təbiətini daha aydın əks etdirir. 
Oksford izahlı lüğətinə görə “cyber” sözü informasiya texnologiyaları, internet 
şə
bəkəsi,  eləcə  də  virtual  reallığa  aid  olan  mürəkkəb  sözün  bir  hissəsi  kimi  izah 
olunur. Kembric izahlı lüğəti də buna yaxın izah verərək onu “kompüterlərin eləcə də 
internet şəbəkəsinin istifadəsi ilə əlaqədar” mənasını verən söz kimi təqdim edir. Bu 
lüğətdə  “cybercrime”  –kibercinayətkarlıq  kimi  tərcümə  olunaraq,  kompüterlərin, 
eləcə də informasiya texnologiyaları və qlobal şəbəkənin istifadəsi ilə əlaqədar olan 
cinayətkarlıq  kimi  izah  edilir.  Bununla  yanaşı  “computer  crime”  termini  ancaq 
kompüter və kompüter məlumatları əleyhinə törədilən cinayətlərə aid edilir. 
Yüksək  texnologiyalar  sferasında  cinayətkarlıq  haqqında  xarici  müəlliflərin 
işlərində  də  “cybercrime”  -  kibercinayətkarlıq  termininə  üstünlük  verilir.  Bu 
“kibercinayətkarlıq”  termininin  kompüter  cinayətkarlığı  və  eləcə  də  informasiya 
texnologiyaları  sahəsində  cinayətkarlıq  anlayışlarından  daha  geniş  bir  anlama  sahib 
olması  ilə  izah  olunur.  Belə  ki,  amerika  tədqiqatçıları  Syuzan  Brenner  və  Mark 
Qudmanın fikrincə kibercinayətkarlıq termini daha üstündür, çünki bu termin özündə 
kompüter vasitəsilə törədilən ənənəvi cinayətlərlə (oğurluq, dələduzluq, fırıldaqçılıq) 
yanaşı, cinayət obyekti qismində kompüter sistemləri və məlumatlarının çıxış etdiyi 
cinayətləri  də  birləşdirir.  Beynəlxalq  qanunvericilikdə  də  kibercinayətkarlıq  termini 
istifadə  olunur.  Belə  ki,  2001-ci  ilin  noyabr  ayında  Avropa  Şurası  tərəfindən  qəbul 
olunmuş konvensiyanın adı da məhz “Kibercinayətkarlıq haqqında” Konvensiyadır. 
Beləliklə,  kibercinayətkarlıq  dedikdə,  kibermühitdə  törədilən  cinayətkarlıq 
başa  düşülməlidir.  Kibermühit  termini  isə  ilk  dəfə  1984-cü  ildə  Uilyam  Qibson 
tərəfindən  istifadə  olunmuşdur.  Daha  sonra  YUNESKO  2000-ci  ildən  etibarən 


21 
 
kibermühitin  hüquqi  aspektləri  haqqında  xüsusi  nəşrlər  çap  etməyə  başladı.  Paris 
Universitetinin beynəlxalq hüquq və Avropa hüququ üzrə professoru və YUNESKO-
nun  informasiya  cəmiyyətinin  hüquqi  aspektləri  üzrə  mütəxəssisi  T.  Fuentes-
Kamaçonun  yanaşmasına  görə  isə  kibermühit  özündə  daima  informasiya  ilə  təmin 
edən  və  onu  axtaran  bütün  ölkələrin  əhalisi,  mədəniyyəti,  dili,  yaşı  və    peşələrini, 
eləcə də informasiyanın rəqəmsal işlənməsinə və göndərilməsinə xidmət edən və  bir-
birilə  kommunikasiya  vasitələri  ilə  bağlı  olan  ümumdünya  kompüter  şəbəkəsini 
birləşdirir. 
T.Fuentes-Kamaçonun  fikrincə  “kibermühit”  termininin  sinonimi  kimi 
“infosfera”  çıxış  edir.  Kibermühiti  həmçinin  “virtual  və  ya  alternativ  reallıq”,  eləcə 
də  “ümumdünya  hörümçək  toru”  və  “qlobal  informasiya  infrastrukturu”  da 
adlandırırlar.    K.  V.  Qryulix  kibermühiti  bütün  dünyanı  əhatə  edən  və  hətta  onun 
hüdudlarından  kənara  çıxa  bilən  siqnal,  dalğa  və  informasiya  elementlərinin 
məcmusu olan “elektron sfera”  və  “şəbəkə strukturlu vahid planet” fenomeni kimi 
izah  edir.  Bu  fenomenin  görünən  tərəfi  özündə  elektron  sistemlərini:  kabel,  peyk, 
kosmik  gəmilər,  telekommunikasiya  qüllələri,  kommutasiya  mərkəzləri,  eləcə  də 
telefon,  televizor  və  kompüterləri  birləşdirir.  Sadalananlarla  sıx  bağlı  olan 
görünməyən tərəflər qismində isə proqram təminatının müxtəlif formaları, brauzerlər, 
elektron  cizahlarda  naviqasiya  alətləri,  baza  sistemlərində  insan  biliklərinin 
saxlanması və “süni intellekt” çıxış edir.
1
 
ABŞ  Ali  Məhkəməsinin  şərhinə  görə  isə  kibermühit  -  coğrafi  məkanda 
yerləşməyən,  lakin  nternet  vasitəsilə  dünyanın  istənilən  nöqtəsində  hər  kəs  üçün 
ə
lçatan  olan  unikal  bir  mühitdir.  Darrel  Mentenin  fikrinə  görə  də  əksər  hallarda 
sinonim    kimi  istifadə  olunsalarda    “kibermühit”  termini  həqiqətəndə  “ nternet” 
anlamından  daha geniş bir anlayışdır. Onun interpretasiyasında kibermühit bir-birilə 
qarşılıqlı  əlaqədə  olan  bir  neçə  kompüterin  birləşərək  qlobal  virtual  əməkdaşlığa 
çevrildiyi konkret məkan kimi təqdim olunur.  
                                                           
1
Грюлих
,  К.В.  «Киберпространство»:  специфическое  регламентирование  и  конкурентные 
нормы
 в европейских телекоммуникациях // Право и информатизация общества: сб. науч. тр. 
– М.: ИНИОН РАН, 2002. – С. 189 – 193. 


22 
 
Rus  hüquq  elmində  kibermühit  anlayışı  hələ  formalaşmamışdır.  Hüquq  və 
informasiya texnologiyalarının qarşılıqlı əlaqəsi probleminin tədqiqi ilə məşğul olan 
mütəxəssislər kibermühit anlayışına məna baxımından oxşar olan digər terminlərdən 
istifadə edirlər.  
Yuxarıda sadalananları nəzərə alaraq, kibercinayətkarlığa belə bir tərif vermək 
olar: Kibercinayətkarlıq – kompüter sistemi və şəbəkələrinin, həmçinin kibermühitə 
daxil olmağa imkan verən digər vasitələrin birbaşa və ya dolayı köməyi ilə kompüter 
sistemləri  və şəbəkələri  çərçivəsində,  eləcə  də onların  əleyhinə  olaraq kibermühitdə 
törədilən  cinayətlərin  məcmusudur.  Bu  şərh  BMT  mütəxəssislərinin  məsləhətlərinə 
uyğun  gəlir.  Onların  fikrincə  “kibercinayətkarlıq”  termini  kompüter  sistemləri  və 
şə
bəkələri  vasitəsilə  və  ya  kompüter  sistemləri  və  şəbəkələri  çərçivəsində,  eləcə  də 
onların əleyhinə törədilən istənilən cinayəti əhatə edir. 
Beləliklə, kibercinayətlərə elektron mühitdə törədilən istənilən cinayət aid edilə 
bilər. Kompüter və onunla əlaqədar cinayətləri, məlumatların avtomatik işlənməsi və 
göndərilməsi  ilə  əlaqədar  olan  istənilən  qanuna  zidd,  qeyri-etik  davranış  kimi 
müəyyən edən  qtisadi  nkişaf və Əməkdaşlıq Təşkilatı da bu yanaşmanı üstün tutur. 
Təəssüflər  olsun  ki,  kibercinayətkarlığın  beynəlxalq  sənədlərdə  öz  əksini 
tapmış rəsmi təyini yoxdur. Lakin bu, bu növ cinayətkarlığın nəinki milli səviyyədə, 
həmçinin  qlobal  səviyyədə  qarşısının  alınması  və  onunla  mübarizənin  hüquqi 
vasitələrinin hazırlanması baxımından çox zəruridir.  
Bununla  belə  BMT-nin  cinayətkarlığın  qarşısının  alınması  və  qanunu 
pozanlarla  davranış  üzrə  X  Konqresi  kibercinayətkarlıq  probleminə  toxunaraq 
kibercinayətkarlıq və kibercinayət anlayışlarının müəyyən olunması üçün məsləhətlər 
vermişdir.  Kompüterlər,  eləcə  də  kompüter  şəbəkələri  ilə  əlaqəli  cinayətkarlıq 
problemi üzrə simpoziumda BMT mütəxəssisləri tərəfindən kibercinayətlərin 2 cür - 
dar və geniş şərhi verilmişdir.  
1.  Kibercinayətlər  dar  mənada  (kompüter  cinayətləri):  elektron  əməliyyatlar 
vasitəsilə törədilən və əsas məqsəd kimi kompüter sistemləri, eləcə də onlar vasitəsilə 
işlənən məlumatların təhlükəsizliyi çıxış edən istənilən qanuna zidd əməllərdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə