Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

26 
 
4. Oğurluq: 
−  maddi qiymətlilərin, pul və xidmətlərin oğurlanması; 
−  müxtəlif məqsədlər üçün informasiyanın oğurlanması; 
5. Sanksiyalaşdırılmamış (icazəsiz) giriş: 
−  kompüter sisteminə icazəsiz giriş; 
−  icazəsiz  olaraq  maşın  daşıyıcılarında  saxlanan  informasiyanın  işlənməsi 
proqramının işə salınması; 
Beləliklə, kibercinayətlərə aid edilən hücumların obyektlərini üç qrupa ayırmaq 
olar: 
−  kompüterlərin özləri; 
−  kompüterdən yalnız alət kimi istifadə edilərək hücum oluna bilən obyektlər; 
−  kompüterin silah kimi çıxış etdiyi hücumların obyektləri.  
Kibercinayətləri  törədən  şəxsləri  də  3  böyük  qrupa  ayırmaq  olar  ki,  bunlar 
aşağıdakılardır: 
−  zərərçəkmiş  təşkilatlarla  heç  bir  əmək  münasibətində  olmamasına 
baxmayaraq müəyyən əlaqələri mövcud olan şəxslər; 
−  təşkilatda məsuliyyətli vəzifə daşıyan təşkilat işçiləri; 
−  öz  vəzifə  səlahiyyətlərindən  sui-istifadə  edən  EHM-lərlə  iş  üzrə  təşkilat 
işçiləri. 
Mütəxəssislər  kiberhücumlar  törədən  şəxs  və  təşkilatları  şərti  olaraq  bir  neçə 
kateqoriyaya ayırır. Bunlar aşağıdakılardır: 
1. Xakerlər. Bu kateqoriyaya kompüter texnologiyaları sahəsində yüksək biliyə 
sahib  olan  və  kompüter  sistemlərinin  zəif  nöqtələrinin  tapılması  məqsədilə  saatlarla 
kompüterlə  məşğul  olan  şəxslər  daxildir.  Xakerləri  əsasən  özünü  təsdiq  və  ya 
qərəzlilik  kimi  şəxsi  motivlər  idarə  etsə  də,  onlar  ciddi  iqtisadi  və  sosial  ziyan 
yetirmək üçün kifayət qədər motivə malik olmurlar. 
2. Xaktivistlər.  “Xaktivizm”  termini  elmi  ədəbiyyata  ilk  dəfə  kompüter 
cinayətkarlığı  üzrə  mütəxəssis  D.Denninq  tərəfindən  gətirilib.  “hack”  və  “activism” 
sözlərinin  birləşməsi  olan  bu  termin  yeni  hal  kimi  qiymətləndirilən  sosial  etirazları 


27 
 
ifadə etmək üçün istifadə olunur. Xaktivizm hər hansı bir şey əleyhinə etiraz məqsədi 
daşıyan sosial aktivliklə xakerliyin sintezi kimi başa düşülür. Qərb analitikləri qeyd 
edirlər ki, xakerlərin siyasiləşməsi və eləcə də sosial etiraz aktivistlərinin son vaxtlar 
daha  çox  nternetə  meyl  etməsi  ilə  bu  fəaliyyətin  kompüterləşməsi  “kiber-
aktivistlərin”  sayının  artmasına  səbəb  olmuşdur.  Bu  şəxslər  vətəndaş  itaətsizliyinin 
ə
nənəvi  üsulları  əvəzinə  “elektron  etiraz”  kimi  yeni  üsullardan  istifadə  etməklə  bu 
hərəkatı kiber mühitə keçirməyə çalışırlar. 
3. Kibercinayətkarlar.  nternet şəbəkəsinin geniş yayılması ilə kiber dələduzluq 
qeyri-qanuni  gəlir  əldə  etməyin  əsas  növlərindən  birinə  çevrilmişdir.  Onların 
fəaliyyət sxemi çox sadədir.  lk öncə onlar şəxsi informasiyaya giriş əldə edə bilmək 
üçün  kompüter  sistemlərinə  hücum  edirlər.  Daha  sonra  isə  bu  şəxsi  informasiyanın 
aşkara  çıxarılması  ilə  təhdid  edərək  pul  tələb  edirlər.  Fərdi  kompüter  sistemləri  ilə 
yanaşı  dövlət  orqanlarının  kompüter  şəbəkələri  də  kibercinayətkarların  hücumlarına 
məruz qala bilər.  
4. Sənaye cəsusluğu ilə məşğul olan şəxslər.  nkişaf etmiş sənaye dövlətlərində 
sənaye  cəsusluğu  uzun  tarixə  malikdir  və  yeni  texnologiyaların  inkişafı  ilə  cəsuslar 
qarşısında  yeni  imkanlar  açılmışdır.  Cəsusluq  dövlətin,  təşkilatın  eləcə  də  fərdi 
“sifarişçilərin” xeyrinə həyata keçirilə bilər. 
5.  nsayderlər.  “insider”  -  ingilis  dilindən  hərfi  tərcümədə  “daxildən  yaxşı 
məlumatlandırılmış adam” mənasını verir. Kompüter təhlükəsizliyi xidməti içilərinin 
sistemi  xarici  hücumlardan  qorumaq  uğrunda  böyük  səylərinə  baxmayaraq 
təşkilatlarda  həmişə  səlahiyyətli  işçilər  tərəfindən  hücum  təhlükəsi  mövcud  olur. 
nsayderlərin  motivləri  işəgötürənə  qarşı  qisasdan  tutmuş  terrorçu  təşkilata  köməyə 
qədər müxtəlif ola bilər.  
6. Məsləhətçilər(müqavilə  əsasında  işləyən  şəxslər):  Bir  çox  təşkilatlar 
təşkilatın  proqram  təminatını  inkişaf  etdirmək  məqsədilə  kənar  təşkilatlarla 
autsorsinq  müqavilələri  bağlayır.  Bununla  da  terrorçu  əməliyyatlara  cəlb  olunmuş 
şə
xslərin zəruri informasiya və texniki vasitələrə girişinə imkan yaranır.  
7. Terroristlər. Hələki terrorçu qruplar tərəfindən təşkil olunan böyük miqyaslı 
kiber hücum baş verməsə də, bir çox mütəxəssislərin fikrinə görə terroristlər  nternet-


28 
 
den istifadə etməklə ciddi təhlükə törədə bilərlər. FTB-nin kompüter texnologiyaları 
ş
öbəsinin  mütəxəssisləri  iddia  edirlər  ki,  kiberterrorizm  gələcəkdə  ənənəvi  terror 
aktlarının  alternativi  kimi  çıxış  edə  bilər.  Buna  isə  kibercinayətlərin  aşağıdakı 
xüsusiyyətləri şərait yaradır. 
-  anonimlik; 
-  məqsədlərin çox növlüyü; 
-  aşağı dəyərə malik olması; 
-  istənilən ərazidən fəaliyyət imkanı; 
-  az miqdarda resurs tələb etməsi. 
Kibercinayətlərdən müdafiə olunmaq məqsədilə 3 istiqamətdə iş aparılmalıdır.  
1.  cinayətkarların  tutulması.  Bu  məqsədlə  isə  ilk  növbədə  kibercinayətlər 
haqqında qanunvericilik normaları işlənib hazırlanmalıdır.  
2.  kibercinayətlərin  törədilməsinə  görə  cəza  tədbirlərinin  müəyyən  edilməsi. 
(bu əslində kibercinayətlər haqqında normaların ayrılmaz hissəsi kimi çıxış edir)  
3. nformasiyanın  qorunması  məqsədilə  kompleks  tədbirlərin  həyata  keçiril-
məsi.  Sadalanan  bu  istiqamətlər  ictimai  təhlükə  hesab  olunan  kibercinayətlərinin 
qarışısının alınmasına yönəldilir. 
Ə
n  geniş  yayılmış  təsnifat  daha  öncə  də  qeyd  edildiyi  kimi  kibercinayətlərin 
“kompüter cinayətlərinə” və “kompüter vasitəsilə törədilən cinayətlərə” bölgüsüdür. 
BMT  mütəxəssisləri  tərəfindən  verilən  bu  təsnifat  kibercinayətkarlığın  “dar”  və 
“geniş”  şərhinə  əsaslanır.  Bu  təsnifata  uyğun  olaraq  kibercinayətlərin  həm  də  “bir 
obyektli”  və  “çox  obyektli”  növlərə  də  bölgüsü  mövcuddur.  Kompüter  cinayətləri, 
ə
sas  obyektinin  kompüter  sistemi  və  verilənlərinin  tamlığına,    məxfiliyinə  və 
təhlükəsiz  fəaliyyətinə  qəsddən  ibarət  olduğu  cinayətlərdir.  Digər  kibercinayətlər 
ə
sasən  digər  obyektlərə  qəsdlə  bağlıdır  ki,  bu  obyektlər  qismində  insanların  və 
bütövlükdə  cəmiyyətin  təhlükəsizliyi  (kiberterrorizm),  mülkiyyət  və  mülkiyyət 
hüquqları  (kompüter  vasitəsilə  və  ya  kibermühitdə  törədilən  oğurluq,  dələduzluq), 
müəlliflik  hüquqları  (plagiat  və  piratçılıq)  çıxış  edir.  Avropa  Şurasının 
“Kibercinayətkarlıq 
haqqında” 
Konvensiyasında 
kibercinayətlər 

qrupa 
bölünmüşdür. Bunlar aşağıdakılardır: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə