Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə1/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
  1   2   3   4   5   6   7   8   9   ...   57



 
 
AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu 
İ
nsan hüquqları və fəlsəfə seriyasından 
 
 
 
Elşən Misir oğlu Nəsibov 
 
 
 
 
 
 
 
 
 
Seçki hüququ insan hüquqlarının bölgü ünsürü 
(komponenti) kimi 
 
 (Fəlsəfi-elmi aspektlərlə təhlil) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2013 
 
   



 
 
 
Elmi redaktoru:   
Aytən Mustafayeva 
hüquq üzrə fəlsəfə doktoru,  
İ
nsan Hüquqları İnstitutunun 
direktoru, Milli Məclisin üzvü 
 
Rəyçi:  
 
 
Zamiq Aslanov  
hüquq üzrə fəlsəfə doktoru,  
İ
nsan Hüquqları İnstitutunun  
elmi əməkdaşı 
 
E.M.Nəsibov.  Seçki  hüququ  insan  hüquqlarının  bölgü  ünsürü 
(komponenti)  kimi.  (Fəlsəfi-elmi  aspektlərlə  təhlil).  Bakı,  “Elm  və 
Təhsil” nəşriyyatı, 2013, 188 səh.  
 
Kitabda  “seçki  hüququ”  anlayışına  “insan  hüquqları  anlayışı”nın  bölgü 
ünsürü  kimi  baxılır.  Bu  baxımdan  “seçki  hüququ”  məfhumu  fəlsəfi-elmi 
aspektlərlə  təhlil  olunur.  Seçki  hüququnu  yaradan  tərkib  ünsürlər  də  təhlil 
olunur  və  seçki  hüququnun  əsas  məzmunu  açılır.  Belə  qənatə  gəlinir  ki,  seçki 
hüquqları  insan  hüquqlarının  təsnifatının  əsas  ünsürlərindən  (komponent-
lərindən)  biridir  və  ümumilikdə  insan  hüquqlarının  bölgü  tərkibidir.  Seçki 
vətəndaş  hüquqlarının  və  ali  formada  vətəndaşların  siyasi  hüquqlarının 
təcəssümü,  reallaşması  və  təmini  üçün  əsas  vasitə  rolunda  çıxış  edir  və 
koordinasiyaedici  mənaya  malik  olur.  Seçki  hüququ  siyasi  sistemi  və 
ümumilikdə  dövləti  təşkiledici  hüquq  kimi  böyük  önəm  daşıyır.  Seçki  hüququ 
mərkəzləşdirici  ünsür  rolunu  oynayır  və  siyasi  sistemin  təşkilində  müəyyən 
qrupların  maraqları ilə yanaşı, ümumilikdə bütün  vətəndaşların  maraqlarının 
təmin olunmasında xüsusi əhəmiyyətə malik olur. 
Ə
sərdə  belə  qənaətə  gəlinir  ki,  seçki  hüququ  bir  məfhum  kimi  həm  də 
tezisdir,  ümumiləşdirici  məzmuna  malikdir.  Bununla  bərabər,  tərkib  və  bölgü 
ünsürü  olduğundan  sintez  və  konkret  hallarda  analizdir  (nəticədir).  “Seçki 
hüququ”  anlayışı  fəlsəfə  və  elmin  əsas  obyektlərindən  biridir.  Bu  hüquq  həm 
ümumiləşdirici, həm də xüsusiləşdirici məna daşıyır.  
Kitab  hüquqşünaslar  və  fəlsəfə  ilə  maraqlananlar  (fəlsəfəşünaslar)  üçün 
faydalı ola bilər
.  
 
2013
098
4702000000

N
 грифли няшр 
 
ISBN: 978-9952-8024-4-3 
 
© «Елм вя тящсил», 2013 
   



 
 
MÜNDƏRİCAT: 
 
GİRİŞ. Təbiət və insan haqqında fəlsəfi esse  
(sərbəst düşüncə) ................................................................ 4 
“Seçki” məfhumu və onun tərkib mahiyyəti –  
insan hüquqları kontekstindən təhlil ............................... 69  
Azadlıq, hüquq, seçki hüququ anlayışları və anlayışların 
qarşılıqlı şərtləndirici məzmunu ....................................... 91  
“Seçki” məfhumu fəlsəfə və elmin obyekti kimi .............. 98 
“Hüquq-vətəndaş-dövlət hüququ” birləşmiş anlayışı və 
seçki hüququ ....................................................................... 120 
Seçki hüquqlarının təsnifatı .............................................. 139  
Obyektiv və subyektiv seçki hüququ ................................ 143 
İ
nsan hüquqları, seçki hüquqları və bu hüquqların  
təmin olunmasında resurslar amili ................................... 146 
Seçki və maariflənmiş cəmiyyətlər ................................... 151 
Xalqın milli psixologiyası, dövlət quruluşu və  
seçki amili............................................................................ 153 
Seçki-dövlətlə cəmiyyət arasında bağlayıcı vasitə kimi .. 155 
Seçki şəraitinin yaradılmasının və yetişməsinin  
ə
sasları ................................................................................. 157 
Seçkilər və gələcək hüquqların təmin olunması .............. 158 
Hüquqi dövlət və seçki amili ............................................. 161 
Seçki prosesləri və inkişafın əsasları ................................  165 
 
Qrafiklər bölməsi ............................................................... 174 
 
NƏTİCƏ .............................................................................. 184 
 
İ
STİFADƏ OLUNMUŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT ..... 186 



 
 
GİRİŞ: 
 
Təbiət və insan haqqında fəlsəfi esse (sərbəst düşüncə) 
 
-Əsaslar istinadlardır, mənsub və məxsus olanlardır
-Faktların əsası aşkar olunanlardır; 
-Sübutların əsası aşkar olunan faktlardır; 
-Sübutları aşkarlamaq məntiqin işidir; 
-Məntiqi əməliyyatlar beyinin funksiyasıdır
-Deməli, əsasları müəyyən etmək beyinə xasdır.  
 
-Element əlamətdir; 
-Əlamət formadır; 
-Forma məzmundur; 
-Deməli, element məzmundur. 
 
-Element məkandır; 
-məkan formadır və məzmundur; 
-Deməli, element məzmundur. 
 
-Məkan elementdir; 
-Element əlamətdir; 
-Deməli, məkan elementdir. 
 
-Zaman elementdir; 
-Məkan elementdir; 
-Element əlamətdir; 
-Deməli, zaman əlamətdir. 
 
-Element hərəkətin əsasıdır, əsas obyektidir; 
-Hərəkət enerjidir, enerji yaradandır, enerji təmin  
edəndir; 
-Deməli, element enerji yaradandır. 
-Hərəkət sürətdir; 
-Sürət elementə xasdır; 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə