Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

45 
 
 
zamanı uzadır. Bu baxımdan ulduzlar sisteminin zamanları var. 
Hər  bir  ulduz  sisteminin  (Günəş  sisteminin)öz  zamanı  var. 
Həmin zaman sistemin mərkəzində dayanan enerji ilə müəyyən 
olunur.  
Sıfır  zaman” –“zamansızlıq“ yoxdur”. Yəni, əslində var. 
Zaman  mütləqdir.  (Bir  planet  daxilində.  Ola  bilər  ki,  nisbi 
hərəkətdə  olmayan  bərk  materiya  üçün  “sıfır  zamanı”  var.  Bu 
da mütləq deyil. Çünki, hər bir bərk materiya Günəşlə-enerji ilə 
təmasda  olduğundan  zamana  malikdir.  Bərk  materiyanın  da 
çevrilmələri  olur.  Məsələn,  qaya  parçası  Günəşin  və  ətraf 
aləmin  digər  elementlərinin  təsirindən  dəyişə  bilir.  Deməli, 
qaya  üçün  zaman  var.  Tərkib  və  forma  dəyişməsi  var).  Bərk 
materiya  üçün  sıfır  zaman  Günəşə  yaxınlıqdır  və  Günəşin 
özüdür.  Zaman  burada  çevrilmələr  yarada bilir. Deməli, enerji 
mənbəyi  “sıfır”  zamanında  olur.  Günəş  sıfır  zamanıdırsa, 
deməli,  hardasa,  zamanları  yaradan  və  yaxınlıq  və  uzunluğu 
birləşdirəndir.  
Sıfır  zamanı,  qeyd  etdik  ki,  materiyanın  hərəkətinin  nisbi 
sonunda  olur.  Yəni,  Günəşdə  bir  element  xassəsini  dəyişir  və 
kosmik fəzaya və planetlərə doğru yönəlir. Bu anda da çevrilir. 
Günəşə  yaxınlaşdıqca  zaman  qısalır,  Günəşdən  uzaqlaşdıqca 
zaman  uzanır.  Onda  koordinatlar  üzrə  (“-”,  “+”  sıfır  “0” 
zaman  elə  Günəşin  özüdür.  Günəşin  sıfır  zamanına  mütləq 
sıfır zaman deyək.  
Kainatda,  hələlik  deyək  ki,  zamansızlıq  “yoxdur”. 
Çünki 
zaman 
elə 
elementin 
özündədir. 
Ancaq 
qalaktikaların  sərhədləri  şübhələr  yaradır.  Ola  bilər  ki, 
zamansızlıq  məhz  burada  –enerjidən  ən  sərhədlərdə  ola 
bilsin.  Sərhədlərdə  hərəkətin  mənfiliyi  çox  ola  bilər.  Yəni 
zaman  olmaya  bilər).  Çünki  hərəkət  vardır,  mütləq 
hərəkətsizlik  yoxdur.  Məhz  qalaktikalar  və  ulduzlar  sistemi 
daxilində  mütləq  hərəkətsizlik  yoxdur.  Tam  zamansızlıq  tam 


46 
 
 
hərəkətsizlikdir.  Deməli,  zaman  əslində  elementlərin  nisbi  və 
mütləq hərəkətlərində olandır.  
İ
kinci  aspektdə  izah  etsək,  belə  qənaətə  gələ  bilərik  ki, 
“sıfır  zamanı”nı  (riyazi  koordinatlarda  “qarşı-qarşıya”  olan 
zaman)  hərəkətlə  hərəkətsizliyin  (tam  hərəkətlə  nisbi  dayanan 
hərəkətin  qarşılaşması)  sükunət  halında  da  şərti  olaraq 
axtarmaq  olar.  Məsələn,  bir  planet  Günəşə  yaxındır,  digəri 
uzaqdır,  burada  zaman  da  fərqlidir.  Yaxın  və  uzaq  planetin 
qarşılşmasına şərti sıfır qoya bilərik. Günəşdən başlayaraq (düz 
xətt  boyunca  onun  sisteminin  sərhədlərinə  doğru)  başlanğıc 
koordinat  nöqtəsi  qoysaq,  onda,  belə  qərara  gələ  bilərik  ki, 
Günəşə  doğru  zaman  qısalır.  Yəni,  “+”-larda  zaman  qısalır. 
Elementin  “ömrünün  sonuna”  yaxınlaşır.  Şərti  “0” 
nöqtəsindən  sola  doğru,  yəni,  “-”-larda  isə  zaman  uzanır. 
Yəni, elementin ömrü uzanır. Bu da çevrilmələrdir. (Bizim 
insan aşkar olunan Günəşin başqa planetində Yerdəki kimi 
mövcud  ola  bilməz).  Bu  uzanma  Günəş  sisteminin  müstəvi 
üzrə  ən  son  sərhəddinə  qədər  baş  verir.  Onda,  ehtimalla 
belə  qənaətə  gəlmək  olur  ki,  Günəşdən  uzaqda  olan 
planetlərin  ömrü  daha  uzun,  yaxındakı  planetlərin  ömrü 
isə qısa ola bilər.  
Məsələn,  Yerin  zamanı  ilə  Marsın  və  digər  planetlərin 
zamanı  eyni  deyil.  İki  planet  arasında  zaman  koordinatında 
sıfıra  gəlmə”  (uzun  zamanla  yaxın  zamanın  müəyyən 
koordinatlarda qarşılaşması) var. Deməli, “sıfır zaman” var 
və  bu  nisbidir,  koordinata  bağlıdır.  Mütləq  sıfır  isə 
ümumiyyətlə iki sistemin sərhəddidir. Bu sərhəd varsa, deməli, 
həmin sərhəd tamam qaranlıqdır. Mütləq qaranlıq isə mütləq 
hərəkətsizlikdir, heçlikdir. Bu da tam məkansızlıqdır.  
Mənfi  zaman  varsa  da,  o  soyuqluqdur.  Enerjisizlikdir, 
xəyali olaraq “o”-dan xətt üzrə soladır, yaxud da aşağıdır. Uzaq 
enerjisizlikdə  zaman  çox  uzundur.  Günəşdən  uzaq  məsafədə 
zaman  onun  yaxınına  nisbətən  çox  uzundur.  Bu  baxımdan 


47 
 
 
bizim hesab etdiyimiz zaman digər planetlərin zamanı ilə eyni 
ola  bilməz.  Buradan  da  belə  bir  nəticə  ortaya  çxıır  ki,  zaman 
enerjidir  və  enerji  olduğuna  görə  də  elementin  sürətinə, 
hərəkətinə  bağlıdır.  Bir  daha  qeyd  etmək  olar  ki,  Günəşə  çox 
yaxın planetin zamanı daha qısadır, çünki materiya öz xassəsini 
çevriməyə daha yaxındır.  
Kainatda  hərəkət  tükənməz  olduğundan  zaman  da  tükən-
məzdir.  Kainatın  mütləq  hərəkətsiz  yeri  varsa,  o  da  onun 
mütləq  zamansız  yerdir  ki, bu  da  mütləq məkansızlığa gətirib 
çıxarır.  
Kainatda  ona  görə  hərəkətlər  tükənmir  ki,  burada  cisimlər 
daha çox dairələr üzrə dövr edirlər, təkrar çevrilmələr baş verir. 
Bir  koordinatdan  tez-tez  keçirlər.  Deməli,  zaman  sonsuzdur. 
Kainat  zaman  fərqlərindən  ibarətdir.  Vahid  kainat  zamanı 
içərisində  müxtəlif  təbiət  (planet)  zamanları  vardır.Bu  baxım-
dan  makrokosmosda  zaman  şərti  və  mütləq  koordinatlarda 
görünən  –ardıcıl-təkrar  olaraq  görünən-  eyni  cismin  eyni 
nöqtədə  -məkanda-görünməsinin  ədədlə  hesablanmasıdır. 
Buradan  belə  çıxır  ki,  hər  bir  nöqtə  və  məkan  bir  zamandır. 
Çünki hər ikisi elementdir. Deməli,  zaman  əslində  elementin 
özündədir  və  təbiətin  zamanı  elementlərdədir.  Belə  qəbul 
etmək olar ki, kainat yoxdursa, element də yoxdur, məkan 
və  zaman  da  yoxdur.  Kainat  müxtəlif  zamanlardan 
ibarətdir.  
 
Nəticələr: 
 
-Günəş vahid olaraq mütləq sıfır zamandır-başlanğıc və 
son  zamandır,  zamanı  yaradandır.  Günəşə  yaxın  zaman 
qısalır, uzaqlaşmaq isə zamanı uzadır ; 
-enerji  sistemləri  sərhədləri  mütləq  sıfır  zamanlarıdır. 
Tam enerjisizlik  tam  zamansızlıqdır, ya bərk, ya da heçlik 
fonunda; 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə