Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   2   3   4   5   6   7   8   9   ...   57

16 
 
 
Lakin  onu  da  bildirmək  məqsədəuyğundur  ki,  insan 
ümumiləşdirilmiş  quruluş  olduğuna  görə,  kainatı  yalnız 
ümumi  halda  dərk  edə  bilər.  Tam  hər  şeyi  dərk  etmək 
insanın  potensialında  deyil.  Bu,  artıq  fövqəlqüvvənin 
sirridir).  
Sadalanan  səbəblərə  görə  bu  əsərdə  mövzunun  struktur 
üzrə  analizindən  bir  qədər  kənara  çıxılır,  yəni,  bəzən 
humanitar  fəlsəfədən  təbiət  fəlsəfəsinə  keçidlər  edilir, 
düşüncə  obyektində  dəyişikliklər  edilir.  (Elə humanitar fəlsəfə 
təbiət  fəlsəfəsinin  tərkibidir,  davamıdır  və  tamamlayandır. 
Yəni,  insan  təbii  olanı  dərk  etmədən  öz  hüquqlarını  dərk  edə 
bilməz).  Yaradılan  insan-yaradan  insan  vəhdəti  analizin 
obyekti kimi rol oynayır. Oxuculardan xahiş edirəm ki, bunu 
təfəkkürün  bir  xassəsi  kimi,  sadəcə  müqayisəni  (məsələn, 
hərəkət,  -təbiətdə  olan  hərəkət,  insanların  seçkilərdə  olan 
fəaliyyət  prosesləri-,  eyniliyi,  oxşarlığı  prizmasından) 
ə
saslandıran bir üsul kimi qəbul etsinlər. Məsələn, seçki bir 
proses formasıdır, həm də məzmundur. Hər ikisinin qarışığıdır. 
Bu  baxımdan  da  insanların  təbii  maraqlarına  söykənən  bir 
vasitədir.  Bu  nöqteyi-nəzərdən  təqdim  olunan  əsər  mətninə 
görə qarışıqlığı (forma və məzmun qarışıqlığı) və qeyri-adiliyi 
(burada  qəbul  edilən  formadan  kənara  çıxmaqla  xassələnən 
ə
lamətlərlə  müşahidə  edilən  qeyri-adilik  nəzərdə  tutulur)  ilə 
seçilə bilər. 
Beyin  (onun  düşüncələri  yaratmaq  qabiliyyəti.  Düşüncə-
lərin  strukturlaşmasından,  konstruksiyalaşmasından  da  əslində 
ə
məlin  strukturlaşması,  hərəkətlərin  sadələrdən  mürəkkəblərə 
keçilməsi  prosesəri  baş  verir.  Burada  nəzəriyyənin  təcrübə  ilə 
vəhdəti  və  bir-birini  şərtləndirməsi  halları  meydana  gəlir) 
daima 
təkmilləşmə 
funksiyasına, 
ardıcıl 
qaydada 
sistemləşmə  (buna  görə  də  bilikləri  sistemləşdirmə,  həm  də 
ardıcıl  olaraq  sistemləşdirmə  qabiliyyəti)  funksiyasına 
malikdir.  Beyinin  əsas  funksiyası  həm  də  aydınlaşdırmanı 
(analizi  təkmilləşdirməni)  təmin  etməkdən  ibarətdir.  Bir  yolu 
təkrar  gediləndə  (buna  düşüncələr  yolu  demək  olar)  beyin 


17 
 
 
həmin  yolu  daha  da  aydınlaşdıra  bilir.  Deməli,  düşüncənin 
təkrarçılığı  və  ardıcıllığı  əslində  konstruksiyanın  təkmilləş-
məsinin  əsaslarını  yaradır.  Beyinin  funksiyası  “qaranlıq” 
məkanlara  daima  “işıq”  salmaqdan  ibarətdir.  Bu  istiqamətdə 
ardıcıl  düşüncələr,  faktların  toplanmasının  sistemli  davam 
etməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  İnsan  beyninin  bir 
istiqamətdə  ardıcıl  yüklənməsi  (düşüncələrin  yüklənməsi, 
artması)  həmin  düşüncə  istiqamətlərinin  zənginləşməsinin 
ə
saslarını təşkil edir. Düşüncəni artıran düşüncə elementlərinin, 
hissəciklərinin  axınlı  qaydada  mövcud  olmasıdır.  Deməli, 
beyinin  funksiyası  (işləmə  funksiyası)  elə  araşdırmaqdan 
ibarətdir. Araşdırma nəticəsində çoxlu sayda faktlar müəyyən 
olunur.  Deməli,  düşüncənin  dərinliyi  çoxlu  sayda  sübutları 
ortaya  çıxara  bilir.  Düşüncə  bu  baxımdan  mövcudluqlara 
atributivdir.  Mövcudluğu  sadəcə  aydın  edəndir.  Deməli, 
kainatın  kiçildilmiş  “aparatıdır”.  Bu  baxımdan  belə  qəbul 
etmək  olar  ki,  insan  beyinindən  (onun  obyektindən) 
kənarda “heç nə” yoxdur, sadəcə qaranlıqda olanı tapmaq 
lazımdır.  Bu baxımdan da  düşüncənin obyekti mövcudluqdur. 
İ
lkin  əlamətlər  (məsələn,  bir  sistemin  tərkib  hissəsinin 
müəyyən  bəlli  əlamətləri)  sonrakı  hissələr  üçün  aşkarlayıcı 
başlanğıc  rolunu  oynayır.  Deməli,  düşüncə  konstruksiyası 
ə
slində  mövcud  sistemin  konstuksiyasının  paralelliyini 
müəyyən 
etməkdən 
ibarətdir. 
Bu 
paralellikdən, 
ə
ks 
olunmaqdan  da  beyinin  yeni  yaradıcılıq  qabiliyyəti  üzə  çıxır. 
Yəni,  beyin  öz  funksiyasını  genişləndirir.  Aşkarlanmanın 
asanlaşma  tərəfi  daha  çox  vahid  sistemdə  tətbiq  oluna  bilir. 
Vahid  olmayan  sistem  də  (kainat  daxilində)  demək  olar  ki, 
yoxdur.  Sadəcə  onu  axtarıb  müəyyən  etmək,  “qaranlıqdan 
çıxarmaq”  lazımdır.  Kainat  daxilində  sistemlərin  vahidliyi 
onların  məkan  xüsusiyyətləri  ilə  müəyyən  olunur  ki,  məkan 
xüsusiyyətləri  də  elə  element  xüsusiyyətləridir.  Yəni,  təqribən 
eyni  xassəli  elementləri  bir  arada  toplayan  məkan  (yəni 
elementlərin  özlərinin  əks  olunması-təzahür)  bir  şərti  sistem 
adlanır.  Sistemləri  şərtləndirən  mərkəzi  element həm də enerji 


18 
 
 
mənbəyidir.  Bu  baxımdan  bir  enerji  mənbəyinin  təsir  ətrafı 
onun  vahid  sistemidir.  Vahid  müstəvi  üzrə,  -vahid  sahə  üzrə,- 
enerji  sistemlərinin  kənar  sərhədləri  (məsələn,  ulduzlar 
sisteminin  sərhədləri)  zəif  enerjilikdir.  Böyük  ehtimalla 
“enerjisizlikdir”-bundan  şübhələnirəm,  çünki  enerjisizlik 
olsa,  elementsizlik  var,  o  da  varsa,  rəng  yoxdur.  Deməli, 
qaranlıq  əslində  elementlilikdir.  Zil  qaranlıq,  qaranlığın 
artması 
isə, 
enerjnin 
ondan 
(obyektdən) 
çox 
uzaqlaşmasıdır.  Bu  da  artıq  vahid  sistemlilik,  qarşılıqlı 
tarazlılıq  deyil.  Deməli,  sistem  və  tarazlıq  da  müəyyən 
hədləri  olan  ölçülərə  tabedirlər.  İnsan  qaranlığı  görürsə, 
deməli,  orada  nə  isə  element  birləşməsi  var.  Məlumdur  ki, 
hər  bir  elementin  mövcudluğu  onu  əlamətidir.  Enerjinin 
ə
laməti  parlaqlılıqdır.  Həddən  artıq  enerji  həddən  artıq 
parlaqlılıqdır.  Bu  da  həddi  keçəndə  yeni  mahiyyətdir. 
Deməli,  Günəş  də  öz  həddini  keçərsə,  parıldama  həddini 
keçərsə, yox ola bilər.  Sistem pozular. Qaranlıq öz həddini 
keçərsə,  yox  ola  bilər,  yeni  mahiyyətə  keçə  bilər.  Nəticə 
etibarilə  demək  olar  ki,  qaranlıq  və  işıqlıq  bir-birinə 
atributivdir, 
qaranlıq 
işığın, 
yəni 
qüvvənin, 
nisbi 
yoxluğudur.  Son  hədli  qaranlıq  isə  rəngsizlikdir.  Bu  da 
mövcud  vəziyyətin  tam  yoxluğudur.  Bunda  da  şübhə  var, 
çünki  yoxluq  varlığın  əvvəlidir.  Deməli,  kainatda  tam 
boşluq 
yoxdur. 
Boşluq- 
qeyri-müəyyən 
olan 
(aşkarlanmayan) və bu baxımdan da mütləq olan varlıqdır. 
Yoxluq  mütləq  varlıqdır,  həm  də  nisbi  –keçici  varlıqdır. 
Varlıq da keçicidir, bu baxımdan da nisbi boşluqdur.  
 
Nəticələr: 
 
-bütün  kainat  elementlərdən  ibarətdir,  qeyri-müəyyən, 
nisbi  sonsuzluq  var,  tam  son  yoxdur.  Deməli,  mütləq 
sonzusluq  var.  Sonsuzluq  həm  də  qeyri-müəyyəndir.  Nisbi 
(həm  də  mütləq)  sonluq  isə  yeni  başlanğıcdır.  Mütləq 
başlanğıc 
qeyri-müəyyən 
sonsuzluqdur. 
Həqiqi 
ola 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə