Microsoft Word ++++Secki huququ\3005. doc


bəlkə də hər ikisində təqribi zaman bərabərliyi olur. Onda



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   2   3   4   5   6   7   8   9   10   ...   57

22 
 
 
bəlkə də hər ikisində təqribi zaman bərabərliyi olur. Onda 
kosmik fəzanın kütləsi amili (yəni, planetin tutumu və onun 
birbaşa  təsir  fəzası)  də  burada  mühüm  rol  oynayır.  Bu 
prinsip hələlik çox mürəkkəbdir. Analiz çox çətindir
-qalaktikalarda  olan  zill  qaranlıqlar  “vahiməli” 
(təsəvvür  üçün)  ola  bilərlər.  Çünki  qalaktikaların 
sərhədləri  üzrə  “keçmək”  təsəvvrülərdə  belə  çox  çətindir. 
Çox  böyük  şübhə  ondan  ibarətdir  ki,  bu  qaranlıq 
sərhədlərdə  həddən  ziyada  donmuş  elementlər-donmuş, 
ağılagəlməz  dərəcədə  bərkləşmiş  və  tam  hərəkətsiz  “qaya 
bütövü”  ola  bilər.  Bu  da  vahiməli,  məcazi  mənada  gözü 
tutan,  kor  edən  bir  səhnə  olar.  Bu  bütöv  planetlərdəki 
bütövdən  tam  fərqli  ola  bilər.  Qaranlıqları təsəvvür etmək 
çətindir.  Bu  qalaktikaların  sərhədlərini  keçmək  üçün 
məcazi mənada insan gözü ola bilməz. Hər şey həddən artıq 
donmuş,  hərəkətsiz,  zamansız,  siqnalları  zəif  buraxan 
(ağılagəlməz dərəcədə durğunluq) vəziyyətdədir. Bu da ona 
gətirib  çıxarır  ki,  qalaktikaların  qaranlıq  sərhədləri  şərti 
heçliklərdir.  Həmin  sərhədlərin  tam  heçlik  adlandırılması 
isə  qeyri-mümkündür,  çünki  həmin  hissələrdə  qara  rəng 
var,  deməli,  nə  isə  var,  onun  xassələrini  bilmək  çətindir. 
Bunun üçün həmin hissəyə işıq salmaq lazımdır. 
Ə
ks  təqdirdə,  digər  bir  prinsip  üzrə  izah  etsək,  belə 
qərara  gələ  bilərik  ki,  bir  sistemin,  yəni,  bir  ulduz 
sisteminin  enerjisi  dairəsi  “qurtaran”  yerdə,  digər  ulduz 
sisteminin  enerji  əhatəsi  sistemi  yaranır.  Bu  anda 
qaranlıqların  nisbi-dəyişən  olmasının  tam  mütləqliyi  amili 
ortaya  çıxır.  Yəni,  sistemin  sərhədləri,  əslində  həmin 
sistemin  enerji  səpələnmələrinin  ucluqlarıdır.  Bu  anda 
hesab etmək olar ki, qaranlıqlar lap son həddə deyil, sadəcə 
olaraq  zəif  enerjisizlik  vəziyyətindədir.  Yenə  də  burada 
zamanlar  uzundur,  mərkəzlərə  (enerji  mərkəzlərinə) 
yaxınlaşdıqca,  zaman  qısalır.  Bu  prinsipdən  çıxış  edərək, 
hesab  etmək  olar  ki,  qalaktikaların  sərhədlərində  tam 
enerjisiz sahələr yoxdur, elementlərin lap az sürəti və lap az 


23 
 
 
qüvvəsi  var. Elementlər çox  zəifdir.  Qaranlıqlar bərkliklər 
yox, əslində “kövrəkliklər”dir. Buradan da yenə də keçmək 
xəyali  olaraq  çətindir.  İki  qalaktikanın  birləşməsi  sahələri 
zəif  elementlər  sahəsidir.  Lakin  hər  iki  halda  onsuz  da 
insanın  təsəvvürünə  gətirə  bilmədiyi  enerjisizlik  var. 
Qalaktikaları  keçmək  çətindir.  Lakin,  ulduzların  gözlə 
görünməsi,  xüsusi  cihazlarla  görünməsi  onu  deməyə  əsas 
verir  ki,  “bərk  qaya”-yəni  ən  bərk  divar  yoxdur,  sadəcə 
olaraq,  çətin  keçilməzlik  var.  Bu  da  qalaktikaların 
ulduzlarının  görünməsini  çox  çətin  edir.  Ümumiyyətlə, 
mütləq  keçilməzlik  olarsa,  şüa  da  gözə  görünməz,  obyektə 
daxil olmaz. Qalaktikaları tapmaq olmaz. Deməli, keçicilik 
var.  Keçicilik  varsa,  elementlərin  kristalları  çox  kiçikdir 
(lap  kiçik  hissəcik  birləşmələri  var.  Əslində  böyük 
elementlər  də  ən  kiçik  hissəciklər  topludur)  və  yüngüldür 
ki,  uzaq  enerjini  buraxa  bilir.  Bundan  irəli  gələrək  yeni 
nəticə  ondan  ibarətdir  ki,  kosmik  fəza  heç  də  eyni  həcmli 
elementlərdən  (burada  səpələnmə  baxımından  kütlə 
nəzərdə  tutulur)  təşkil  olunmayıb.  Günəşin  ətrafındakı 
kosmik  fəza  elementlərinin  tərkibi  (çəkisi-ümumi  halda 
götürdükdə,  məsələn,  bir  kvadrat  ərazidə,  bir  şərti  kubda, 
çəkisi,  kütləsi)  heçdə  ondan  uzaq  məsafədə  eyni  deyildir. 
Yenə  burada  “-”  və  “+”  məsələsi  ortaya  çıxır.  Enerji 
mənbəyindən  uzaqlaşdıqca  hərəkət  zəifləyir,  çoxlu element 
varsa,  onun  sıxlaşması  artır.  Hərəkətin  zəifliyi  elementin 
çevrilmə  prosesini  ləngidir.  Günəşə  yaxın  hissədə-  həm 
sovrulmada,  həm  də  buraxmada-ola  bilər  ki,  sıxlıq  çox 
olsun. Buradan da Günəşin atmosferi (kosmik fəzanı soran 
və  elementləri  “yandıraraq”  çevirib-buraxan  sahə,  qat) 
anlayışı  ortaya  çıxır.  Günəşin  atmosferinə  kosmik  fəzadan 
elementlər-deyək  ki,  “soyuq”  elementlər  Günəş  məkanına 
daxil olur, güclü sürət altında dəyişir, yüngülləşir və Günəşi 
tərk  edir.  Günəş  (“yanan”  ulduzlar)  kosmik  fəzanın 
birləşmə yeridir. Yanma əslində kosmik fəza elementlərinin 
(burada  böyük  ehtimal  ki,  oksigen  ola  bilər,  fəzanın  əsas 


24 
 
 
elementi)  müəyyən  bir  məkanda  olan  qarşılaşmasından, 
“şərti 
boşluqda 
(ulduz 
məkanları)-meydana 
gələn 
qığılcımlardır.  Fəza  elementlərinin  ağılagəlməz  dərəcədə 
qarşılaşmasından,  toqquşmadan  yaranan  çevriləmələrin 
təzahürü  olan  parlaq  rənglərdir.  Kosmik  fəza  həm  Günəş 
ə
trafında,  həm  də  planetər  ətrafında  fəal  olur.  Lakin 
ortalıqlarda  isə  bu  fəallıq  zəifdir.  Çünki  hərəkət  zəifdir. 
Hərəkət  zəif  olanda  sürət  də  (kosmik  fəza  hissəciklərinin 
sürəti) zəifdir. Üçüncü cismə münasibəti isə demək çətindir. 
Yəni, kosmik fəzadakı istənilən bərk cisim çox sürətlidir, ya 
da  zəif  sürətlidir.  Çox  ehtimal  ki,  çox  sürətlidir,  çünki, 
fəzada  qovucu  element  çoxdur.  (Qeyd:  hələlik  bu  məsələ, 
mənə aydın deyil...!).  
Beyinin  əsas  funksiyası  elə  hissəcikləri  axtarmaqdan  və 
onun  mürəkkəblikləri  yaratmasını  izah  etməkdən  ibarətdir. 
Deməli,  beyin  aydınlaşdırıcı  aparatdır.  (Qeyd:  beyinin  tərkibi 
də  ən  kiçik  hissəciklərdən  (elmə  əsasən,  hüceyrələrdən) 
ibarətdir.  Bu  baxımdan  da  daima  hərəkətdədir.  Hərəkətdən  də 
düşüncələr  ortaya  çıxır.  Düşünən  beyin  inkişaf  edir.  Beyin  öz 
daxilində  və  ətrafı  (ətraf  aləm)  ilə  vəhdətdə  hərəkətdədir.  Bu 
hərəkəti  də  çox  ehtimal  ki,  yüngül  hissəciklər  axını  olan 
siqnallar  meydana  gətirir.  Beyin  mikrosiqnalların  qəbulu  ilə 
(daxildən və kənardan qəbul olunan siqnallar) mikrofunksiyanı 
və  makrofunksiyanı  yerinə  yetirir.  Makrofunksiya  isə  beyini 
daha  çox  təbiətə  (antropogenezisə)  qaytarır.  Buradan  belə 
nəticə  çıxır  ki,  beyin  bioloji  strukturun  ən  yüksək  və  təkmil 
orqanıdır.  Ümumiləşdirici  olan  və  tərkibi  çox  zəngin  olan  bir 
aparatdır.  Bu  aparat  vasitəsilə  siqnallar  şaxələnir  və  vahid 
mərkəzlərə qəbul olunur.  
Beyinin  funksiyası  elə  hissəciklərin  özünün  də  xassəsini 
müəyyən  etməkdən  ibarətdir.  Deməli,  beyin  (düşüncə) 
müəyyən  edir,  həm  də  müəyyən  etmək  üçün  istiqamətlənir, 
istiqamətlənmə  zamanı  aşkarlayır,  sübutlayır,  aydınlaşdırır. 
Birləşdirir,  ayırır,  təbii  birləşməni  və  ayrılmanı  (məkan 
dəyişmələridir)  axtarır,  müqayisə  edir.  Buradan  da  belə  nəticə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə