Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

25 
 
 
ortaya  çıxır  ki,  düşüncə  özü  elə  hərəkətdir.  (Hərəkət 
olmasına 
görə 
düşüncənin 
itməsi 
və 
genişlənməsi 
mümkündür).  Hərəkətlər  əsasında  zənginləşəndir. (Qeyd: bir 
element  bir  məkanda  bir  xarakterə,  digər  məkanda  isə  başqa 
xassəyə malik ola bilər. Bu, məkana və elementə tətbiq olunan 
qüvvənin  kəmiyyətindən  asılıdır.  Kəmiyyət  elə  xassəni 
meydana  gətirir.  Hər  bir  elementin  xassəsi  müəyyən  bir 
kəmiyyətdə  tətbiq  edilən  qüvvədə  bir,  qüvvənin  dəyişməsi  ilə 
başqa ola bilər. Bu baxımdan da istilik-enerji, sürətdir, sürətdən 
ə
ldə  ediləndir,  sürətdən  hiss  olunandır.  Sürət  və  element 
hissəciklərinin çoxluğu qüvvənin kəmiyyətini meydana gətirir)
Beyin  özünə  obyekt  axtaran  və  daimi  hərəkət  edən 
radioteleskopa bənzəyir. Bu baxımdan da düşüncələrin obyekti 
çoxdur  və  ən  yaxşı  nailiyyət  axtararkən  kəş  etməkdən, 
aşkarlamaqdan  ibarətdir.  Deməli,  beyin  enerji  mənbəyidir. 
Onun zamanı çoxdur. Çünki hərəkətdədir.  
 
Təbiət və insan fəlsəfəsi haqqında. İnsan material aləmin 
tərkib  hissəsi  olan  bioloji  (nisbətən  yumşaq  materiya,  bu 
baxımdan  da  aralıq  materiya)  bir  quruluşdur,  öz-özlüyündə 
vahiddir.  Bioloji  aləm  bərk  materiya  ilə  yumşaq  materiya 
birləşməsindən 
meydana 
gələndir. 
(Bərk 
və 
yumşaq 
materiyalar  bir-birilərinə  keçidlərdir  və  müqayisə  halını 
yaradandırlar.  Əslində  eleemntləri  eyndir).  Bu  varlığın 
hərəkətinin  mövcudluğunu  isə  qaz  halında  olan  (qaz  halında 
olmaq  yüngül  elementlərin  daha  çox  hərəkət  vəziyyətində 
olması  halı  kimi  düşünmək  deməkdikr),  lap  yumşaq  materiya 
(yəni  hava)  təşkil  edir.  İnsanın  ruhu  (nəfəsi,  əqli,  düşüncəsi) 
duyğu orqanları vasitəsilə qəbul edilən siqnallardan formalaşır. 
Duyğu  orqanlarına  daxil  olan  siqnallar  həm  təbiətin  kiçik 
hissəcikləri,  həm  də  fövqəltəbiətin  kiçik  hissəcikləri  ola  bilər. 
Formalaşmasının  nisbi  yüksək  mərhələsi  baxımından  isə  belə 
qəbul  etmək  olar  ki,  bioloji  quruluşun  nisbi  son  (ali)  həddi 
mənəvi  komponentdir  (mənəvi  aləmin  mücərrəd  birliyidir, 
vəhdətidir).  Məsələn,  belə  hesab  etmək  olar  ki,  insan  nəfəsi 


26 
 
 
insanın  bioloji  aləminin,  bioloji  varlığının  son  –yetkin,  bitkin 
“nəticəsidir”,  məhsuludur.  Yəni  canlı  aləm  (ilk  başlanğıcda) 
yarandıqdan sonra (ana bətnində) ona ruh (nəfəs) verilir.  
Nəfəs bioloji aləmi (insan bədənini) hərəkətə gətirəndir. O 
da  ki,  mərkəzi  enerji  mənbəyi  olan  Günəşdəndir,  Günəşin 
nəticəsindəndir.  Qeyd  olunduğu  kimi,  bioloji  aləm  bərk 
materiya  ilə  yumşaq  materiya  arasında  olan  bir  “aralıq 
mövcudluqdur”  və  hər  iki  materiyanın  tərkib  elementlərini 
özündə  cəmləşdirir.  Nəfəs  bioloji  aləmin  fəaliyyətini 
qoruyandır.  Bioloji  aləm  sonda  tam  yumşaq  olan  material 
aləmi  təşkil  edən  hissəciyə  çevrilə  bilər.  Məsələn,  insan 
alovlana bilir və havaya qayıdır.  
Nəfəsin  verdiyi  enerji  (isti  nəfəs)  daxildə  (soyuğun  qəbul 
edilməsi)  çevrilən  bir  nəticədir  və  sonda  elə  enerjinin  özünün 
tərkibidir.  Nəfəsin  olmaması  isə  insanı  bərk  materiyaya 
qaytarır (ölüm  hadisəsi.  Fiziki  baxımdan, ölüm orqanizmdə 
olan  elementlərin  çevrilmələrinin-çevrilmə reaksiyalarının- 
tükənməsidir.  Bu  anda  siqnalları  fiziki  struktur  qəbul  edə 
bilmir  və  həm  də  siqnalları  yarada  bilmir).  Deməli,  nəfəs 
həm  də  “göydən”  (havadan),  bədən  isə  göyün  nəticəsi  olan 
“yerdəndir”  (torpaqdandır).  Nəfəs  həm  də  yerdə  (canlının 
özündə)  var.  (İnsanın  böyüməsi  ilə  ruhun  zənginləşməsi  buna 
nümunə  ola  bilər).  Deməli,  göydə  olan  elə  yerdədir.  Canlılarn 
yaranma  əsasını  torpaq  və  hava  təşkil  edir.  Havanın  nisbətən 
sıxılmış  –maye-  forması  isə  sudur.  Nəfəsin  sonu,  nəfəsin 
verdiyi  elementlər  nəticə  etibarilə  başlanğıc  elementlərini 
(məsələn,  kainatın  başlanğıc  elementlərini)  əks  etdirə  bilər. 
İ
nsanlar  bir  çox  digər  canlılar  kimi  təbiətdə  olan  elementlərin 
(qaz elementlərinin) hissəciklərini qəbul edirlər və onu daxildə 
çevirərək  yeni  qaz  elementlərini  (nəfəsalma)  təbiətə  təkrar 
qaytarırlar.  
İ
nsanların  mövcudluğunda  məhz  kainat  və  təbiətin 
yaranışının  bir  çox  təzahürləri  mövcud  ola  bilər.  Torpaq 
daxilində  olan  və  nəfəs  alan  canlılar  da  öz  nəfəslərini  kosmik 
fəzadan  (ondan  altda  olan  havada)  əldə  olunan  qazlardan 


27 
 
 
(elementlərdən)  əldə  edirlər.  Hava  həm  torpaqda  yaranır,  həm 
də  havadan  (atmosfer  özü  də  kosmik  fəzanın  elementləri  ilə 
qidalana  bilir)  torpağa  gəlir.  Torpaq  və  su  elə  çevrilmiş 
(kosmik  fəzadan  gəlmiş),  lakin  başlanğıc  tərkiblərini 
saxlamış kosmik fəza elementləridirlər.  
Bioloji  aləm  tətbiq  olunan qüvvənin sonunda (proses kimi 
nəticəsində)  qeyri-material  aləmə,  yəni  düşüncələrə-  şüura, 
qavrayışa,  hisslərə  və  s.  çevrilir.  Bioloji  aləmin  mövcudluğu 
təbiətdən əldə edilən element hissəcikləri ilə -məsələn, hava ilə 
təmin  olunur.  İnsanların  əqli  materiyanın  nisbi  sonluğunu 
(burada  proseslərin  sistemliliyi  v


28 
 
 
Dəyişkənliyin  yaranması  əsasən,  obyektə  təsir  edən 
qüvvədən  və  obyektin  digər  obyektlərlə  qarşılıqlı  əlaqəsindən 
asılıdır.  Qüvvə  təsirindən  meydana  gələn  hərəkət  formanı, 
məsələn, trayektoriyada mövcud olan dəyişkən formanı-yarada 
bilər.  Materiyaya  təsir  edən  qüvvənin  nəticəsi  həm  dağıdıcı, 
həm də birləşdirici ola bilər. Məsələn, Yer kürəsinə ardıcıl təsir 
edən  mövcud  təbii  qüvvə  dağıdıcı  nəticəni  verə  bilmir,  əksinə 
Yerin  daxili  qüvvəsini  yaradır  və  bundan  da  ümumi  tarazlıq 
sistemi meydana gəlmiş olur. Bu baxımdan da Yer kürəsi vahid 
qüvvənin  içində  qərarlaşır.  Bu  qüvvə  Yer  kürəsini  saxlayır, 
mühafizə edir və onun mövcudluğunu təmin edir.  
Forma  dəyişməsi  (dəyişkən  materiya  mühitində)  daha  çox 
məzmun  dəyişməsini  yarada  bilir.  Məsələn,  insanlar  təbətdəki 
material  aləmə  obyekt  vasitəsi  kimi  baxırlar  və  öz  iradələrinə 
maraqlarına  uyğun  şəkildə  materiyalardan  formalar  əldə 
edirlər.  Dəyişməyən  formalar  da  vardır  ki,  bunlara  əbədi 
formalar  da  demək  olar.  Məsələn,  Yer  kürəsi  dəyişməyən 
(daima dairə şəkilində qalan) bir formadır, dairə şəkilində olan 
materiya 
formasıdır. 
Yer 
küərsinin 
hərəkəti 
zamanı 
trayektoriyada formal dəyişkənlik baş verir. Yəni kürə forması 
hərəkət  trayektoriyasında  yerini  dəyişir.  Buradan  belə  bir 
məntiqi  nəticə  hasil  olunur  ki,  Yer  kürəsi  kəmiyyətcə  böyük 
qüvvədir,  kütlədir,  kütlənin  yaratdığı  qüvvədir,  həm  də 
üzərində  qüvvə  tətbiq  olunandır,  yəni  təsir  obyektidir.  Bunun 
nəticəsi  olaraq  Yer  kürəsi  daxilində  və  Yer  kürəsinin  digər 
planetlərlə  əlaqəsində  müəyyən  hallar  baş  verir.  Yer  kürəsi 
üzərində  mövcud  olan  qüvvələr  də  dəyişiklik  yarada  bilir. 
Yəni, Yer kürəsinin daxili qüvvəsi öz-özlüyündə tənzimlənən 
dəyişikliyi  yarada  bilir.  Məsələn,  suyun,  küləyin,  alovun 
qüvvəsi dəyişikliyi meydana gətirə bilir. Bu baxımdan da hesab 
etmək  olar  ki,  çox  böyük  qüvvə  nizamlayıcı  olur,  onun 
ə
lamətləri  (nizamlama  prosesləri  zamanı  meydana  çıxan 
ə
lamətlər) isə dəyişkənliyi, forma dəyişkənliyini (təbiətə əsasən 
hesab  etmək  olar  ki,  makrokosmosda  təkrarçılıq  var)  yarada 
bilir.  Ardıcıl  tətbiq  oluna  qüvvələr  və  materiyanın  bu 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə