Microsoft Word ++++Secki huququ\3005. doc


qüvvəyə  mütənasibliyi  və  bundan  irəli  gələn  əks-qüvvə



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

29 
 
 
qüvvəyə  mütənasibliyi  və  bundan  irəli  gələn  əks-qüvvə 
nisbəti bərabər olduqda forma dəyişikliyi baş vermir. Yəni, 
bu  o  deməkdir  ki,  Yer  kürəsi  ona  tətbiq  olunan  qüvvə  ilə 
özündə  qüvvəni  yaradır  (daxili  qüvvəni),  kənar  qüvvə 
çoxaldıqda  Yer  kürəsi  hərəkət  edir,  çünki  nisbət  pozulur. 
Məcazi  mənada  böyük  qüvvə  kiçik  qüvvəni  “udur”,  onu 
üstələyir  və  hərəkətə  gətirir,  çünki  öz  daxilinə  salır.  Deməli, 
qüvvə  artan  kəmiyyətdir.  Qeyd  olunduğu  kimi,  hərəkət 
məhz  tarazlığın  sərhəddindən  yaranır. (Qeyd:  böyük qüvvə 
kiçik  qüvvəyə  təsir  etdikdə  kiçik  qüvvə  subyektini (obyektini) 
hərəkətə  gətirir.  Təsir  halında  kiçik  qüvvə  subyekti  böyük 
qüvvənin  kiçik  qüvvə  həcmi  qədər  hərəkət  edir.  Məkandan 
itələmə  və  ya  da  cəzb  etmə  yaranır.  Hər  bir  element  öz 
qüvvəsindən  artıq  (nisbət  üzrə)  qüvvə  qəbul  etdikdə  hərəkətə 
gəlir.  Yəni,  nisbət  (çəki  nisbəti)  pozulduğuna  görə  təsir 
zamanı  hərəkət  meydana  gəlir.  Bu  baxımdan  bərabərlik 
sükunətdir.  Bərabərlik  nisbi  olduqda  sükunət  də  nisbiləşir. 
Təsir  isə  sükunət,  hərəkətsiz  vəziyyətin  hərəkətə  keçməsi 
vəziyyətindən  yaranandır.  Təsir  çox  olduqda  hərəkət  də  çox 
olur.  Sürət  materiyanın  çəkisini  artırır.  Dağıdıcılıq  tarazlıq 
pozulanda baş verir. Strukturlar pozulanda tarazlıq da pozulur)  
Günəş  onun  sisteminə  daxil  olan  bütün  kosmik  fəzanın 
çəkisi,  planetlərin  çəkisi  qədər  (birlikdə)  çəkiyə  malikdir. 
Günəşdən planetlərə enerji paylanması zamanı Günəşin özünün 
hərəkəti  baş  verir.  Yəni,  müəyyən  anda  çəki  azalır  və  enerji 
qəbul edən zaman artır. Günəşin hərəkəti planetlərə, əhatəsində 
olan  kosmik  fəzaya  enerji  verir  və  ətrafdan  (yəni,  öz 
sistemindən-ətrafdan  enerji  alır.  Yəni  payladığını  qəbul  edir). 
Bu  anda  nisbi  sükunət  tarazlığı  (mövcud  nisbi  çəki  tarazlığı) 
pozulur və hərəkət meydana gəlir. Buradan da belə bir məntiqi 
nəticə  hasil  olur  ki,  Günəş-onun  əhatəsində  olan  kosmik  fəza-
onun  sisteminə  daxil  olan  bütün  elementlər-bir-birilə  enerji 
mübadiləsindədir. Günəşdən planetlərə və kosmik fəzaya daxil 
olan  elementlərlə,  qəbul  edilən  elementlərin  nisbi  çəki 
bərabərliyi var və nisbət nizamı da buradan yaranır. Bu da onu 


30 
 
 
deməyə əsas verir ki, Günəş enerjisi və kosmik fəza birlikdə 
planetlərin  hərəkətini  təmin  edir.  Hərəkət  özü  tarazlığın 
pozulması  ilə  yaranır  və  bütöv  sistemdə  tarazlı  hərəkət 
vəziyyətinə  keçir.  Kosmik  fəza  həm  də  planetlərlə  Günəş 
arasında  qüvvələr  nisbətini  saxlayan  məkan  rolunu  oynayır. 
Bu, digər ulduzların sisteminə də aiddir.  
Proses  dəyişikliyi  o  zamana  kimi  gedir  ki,  nisbət 
bərabərliyi,  koordinatlar  üzrə  bərabərlik,  bərabər  məsafəlilik 
meydana  gəlir.  (Müəyyən  məkandakı  bərabər  səviyyəli 
hərəkətdən  tarazlıq  yaranır).  Buradan  da  belə  bir  məntiqi 
nəticəyə gəlmək olar ki, Yer kürəsi ona tətbiq olunan qüvvəyə 
bərabər  qüvvəni  əks  etdirir  (təsir  edən  qüvvəni  tarazlaşdırmaq 
və özünü bəlli trayektoriyada fəzada saxlamaq üçün) və bu iki 
qüvvənin  təsirindən  Yer  kürəsi  hərəkət  edə  bilir.  Hərəkətin 
tarazlığı yaranır.  
Onu  da  fikirləşmək  olar  ki,  Günəşin  Yer  kürəsinə 
göndərdiyi  enerji  (bu  enerjinin  materiya  -bərk,  məsələn, 
üzərində  dayandığımız  torpaq  hissə  və  nisbətən  yumşaq, 
məsələn,  su  və  ondan  da  yumşaq  olan  hava-  tərəfindən 
udulması)  qəbulu  sayəsində,  materiya  tərkibində  baş  verən 
kütlə  dəyişikliyinə  görə  Yer  kürəsi  öz  oxu  ətrafında  fırlana 
bilir.  Burada  kosmik  fəzada  dayanan  və  Günəş  ətrafında 
hərəkət  edən  Yer  kürəsinin  zamanla  (yəni,  bizim  hesabla-
dığımız sutkada) Günəşdən enerji qəbul etməsi onun kürə boyu 
kütləsində  (ayrı-ayrı  hissələrinə  düşən  şüanın  nəticəsi  olaraq 
meydana  gələn  çəkisində)  qeyri-tarazlığı  yaradır.  Bu  qeyri-
tarazlığı  Yer  kürəsi  bərpa  etmək  üçün  öz  oxu  ətrafında  dövr 
edir.  (Günəşdən  “gizlənən”  hissəsi  öz  enerjisini  paylayır. 
Günəşin  işıq  salmadığı  hissə  (yəni  qaranlıq  hissə)  bir  qədər 
yüngülləşir  (ola  da  bilər  ki,  əksinə  ağırlaşır.  Günəş 
enerjisinin  qəbulu  zamanı  materiyanın  həmin  hissəsində 
çəki  artır)).  Nisbi  və  mütləq  əsaslı  enerjili  hissə  və 
enerjisizlik  hissə  meydana  gəlir.  (Enerji  axını  qovucudur, 
dağıdıcıdır,  bu  baxımdan  da  mövcud  kütləni  məsafəcə 
genişləndirəndir, 
ə
vvəlki 
kristalları, 
quruluşları 


31 
 
 
dağıdandır). Günəş enerjisini udmasından ağırlaşan planet 
hissəsi  tədricən  şüadan  uzaqlaşır,  qaranlıqlaşır.  Planet  bu 
qaydada  öz  oxu  ətrafında  fırlanır.  Gecə  vaxtı  isə  planet 
(məsələn,  Yer  kürəsi)  gündüz  zamanı  Günəşdən  aldığı 
enerjini  özündən  buraxır  və  qaranlıq  hissə  tədricən 
yüngülləşməyə  başlayır.  Yüngül  hissə  işıqlandıqca  təkrar 
olaraq ağırlaşır. Bu baxımdan da hesab etmək olar ki, Yer 
kürəsinin çevrə hərəkəti sonsuzdur, Günəşdən asılıdır. Yer 
kürəsinin 
öz 
oxu 
ə
trafında 
dövr 
etməsi 
enerji 
paylanmasının  əsasını  təşkil  edir.  Yer  kürəsi  Günəşdən 
qəbul  etdiyi  birbaşa  enerjini  udur,  artıq  enerji  kosmik 
fəzaya  qayıdır,  səpələnir,  Günəş  təkrar  olaraq  fəzadan 
özünə  geri  qəbul  edir,  elementlərin  müəyyən  kosmik 
məkanda  udulması  isə yanmanı,  yəni  Günəşi  əmələ gətirir. 
Günəşdə  (ulduzlarda)  olan  sürət  kosmik  fəzanın  heç  bir 
yerində  olmur.  Fəza  elementlərinin  ən  maksimal  sürət 
hədləri  Günəşdədir.  Bu,  çevrilmələrin  əsasıdır.  Günəşdə 
sürətin  maksimal  həddi  məhz  zamanın  sonu  (sıfırı),  pik 
həddidir. Zamanın sıfırı isə yeni zamanın əsasıdır ki, bu da 
Günəşdən  çıxan  yeni  elementlərlə  başlayır.  Zaman 
enerjinin  (Günəşin)  bərk  materiyaya  ən  yaxın  nisbətində 
qısalır. Deməli, Günəşə yaxın olan istənilən planet nisbətdə 
həm  sürətlidir,  çünki  enerji  çox  qəbul  edir,  həm  də  qısa 
zamana daha yaxındır. Deməli, yaxın planetlərin zamanı və 
məhv  olması  daha  yaxındır.  Günəşə  ən  yaxın  və  uzaq 
planetlər 
yox, 
orta 
mövqe 
tutan 
planetlər 
daha 
məqbuldurlar.  Günəş  sisteminin  orta  trayektoriyaları 
(Günəş  boyu  olan  çevrə  trayektoriyası),  hansı  ki,  onları 
planetlər  cızaraq  müəyyən  edirlər,  daha  yaxşı  trayekto-
riyalardır.  
Enerji  və  enerjisizliyin  nisbətinin  izah  olunmasından 
belə  nəticəyə  gəlmək  olur  ki,  heç  bir  element  ilk  mahiyyət 
(başlanğıc) baxımından tam ölmür, özək qalır, məhv olmur, 
sadəcə  olaraq  dövrü  çevrilmələrə  məruz  qalır.  Xassəsini 
dəyişir. Məsələn, oksigen hidrogenə, karbona və s. çevrilir. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə