Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə1/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
  1   2   3   4   5   6   7   8   9   ...   73


AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKI MƏCƏLLƏSİ 
1
 
Azərbaycan  Respublikasının  dövlət  hakimiyyətinin  əsasını  Azərbaycan  xalqının  iradəsi  təşkil  edir. 
Azərbaycan  xalqının  iradəsi  ümumi,  bərabər  və  birbaşa  seçki  hüququ  əsasında  gizli  və  şəxsi  səsvermə 
yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında 
gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində —referendumda öz təzahürünü tapır. 
Azərbaycan  dövləti  Azərbaycan  Respublikası  vətəndaşlarının  iradəsinin  azad  ifadə  edilməsinə  seçki 
hüququnun  prinsip  və  normalarının  müdafiə  edilməsi  yolu  ilə  təminat  verir.  Bu  Məcəllə  Azərbaycan 
Respublikası  parlamentinin  -  Milli  Məclisin  deputatlarının,  Azərbaycan  Respublikası  Prezidentinin  və 
bələdiyyə  seçkilərinin,  həmçinin  ümumxalq  səsverməsinin  —  referendumun  təşkili  və  keçirilməsi 
qaydalarını müəyyən edir. 
ÜMUMİ HİSSƏ
2
 
I bölmə 
ƏSAS ANLAYIŞLAR 
Birinci fəsil 
ƏSAS ANLAYIŞLAR VƏ PRİNSİPLƏR 
 
M a d d ə   1 .  Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 
1.1. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə edilir: 
1.1.1.  referendum — Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə müəyyən  edilən  məsələlər  üzrə 
Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi; 
1.1.2.  seçkilər  —  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  bu  Məcəllə  əsasında  keçirilən 
Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının,  Azərbaycan  Respublikası  Prezidentinin, 
Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri; 
1.1.3. seçici — seçki hüququna malik şəxs; 
1.1.4. seçki (referendum) komissiyası — bu Məcəllə ilə nəzərdə tutulan qaydada formalaşdırılan və 
seçkilərin (referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqan; 
1.1.5. seçki dairəsi — qeydə alınmış seçicilərin hər hansı seçkili orqana nümayəndə (nümayəndələr) 
seçməsi üçün bu Məcəlləyə uyğun olaraq təşkil edilmiş ərazi vahidi; 
1.1.6.  vətəndaş  —  aktiv  seçki  hüququ  olan  Azərbaycan  Respublikası  vətəndaşları,  bu  Məcəllənin 
12.2-ci və 12.3-cü maddələrində göstərilən şəxslər; 
1.1.7.  namizəd  —  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı,  Azərbaycan  Respublikasının 
Prezidenti, bələdiyyələrə üzv seçilmək üçün bu Məcəlləyə uyğun olaraq namizədliyi irəli sürülmüş şəxs
1.1.8.  seçki  hüququ  —  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarını,  Azərbaycan 
Respublikasının  Prezidentini,  bələdiyyələrə  üzvləri  seçmək  və  həmin  orqanlara,  Azərbaycan 
Respublikasının  Prezidenti  vəzifəsinə  seçilmək  hüququ,  o  cümlədən  namizədlərin  irəli  sürülməsində, 
seçkiqabağı  (referendumqabağı)  təşviqatda,  seçki  (referendum)  komissiyalarının  işində,  seçkilərin 
(referendumun) keçirilməsinin müşahidəsində (seçkilərin (referendumun) nəticələrinin müəyyən edilməsi 
də  daxil  olmaqla),  səsvermədə,  digər  seçki  (referendum)  hərəkətlərinin  həyata  keçirilməsində  iştirak 
etmək; 
1.1.9.  seçici  siyahıları  —  müvafiq  seçki  (referendum)  dairəsinin  seçki  (referendum)  məntəqəsi 
ərazisində yaşayan və seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının siyahıları; 
1.1.10. imza vərəqələri — bu və ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən və 
ya  referendumqabağı  təşviqatda  iştirak  məqsədi  ilə  referendum  üzrə  təşviqat  qrupunda  üzvlük  haqqında 
seçicilərin imzaları olan siyahılar; 
1.1.11.  təşviqat  materialları  —  seçki  (referendum)  kampaniyası  zamanı  dərc  edilməsi  və  ya  digər 
üsullarla  yayılması  nəzərdə  tutulan  seçkiqabağı  (referendumqabağı)  təşviqata  həsr  edilmiş  çap, 
audiovizual və digər materiallar; 


1.1.12.  referendumqabağı  təşviqat  —  vətəndaşların,  referendum  üzrə  təşviqat  qruplarının 
referendumda iştirak etmək hüququ olan vətəndaşları referendumda iştirak etməyə, referenduma çıxarılan 
məsələləri dəstəkləməyə və ya dəstəkləməməyə çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti; 
1.1.13. seçkiqabağı təşviqat — vətəndaşların və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və 
ya  digər  namizədlərin  lehinə  səs  verməyə  (səs  verməməyə)  çağıran  və  ya  çağırmaq  məqsədi  daşıyan 
fəaliyyəti; 
1.1.14.  namizədlərin  irəli  sürülməsi  —  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı, 
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasında bələdiyyə üzvü vəzifəsinə seçilməsi 
nəzərdə  tutulan  şəxslərin  müəyyən  edilməsinə  dair  təşəbbüs,  həmçinin  bu  təşəbbüsün  dəstəklənməsinə 
yönəldilmiş  imzaların  toplanması  və  ya  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  qaydada  göstərilən  təşəbbüsün 
digər üsullarla həyata keçirilmə formaları; 
1.1.15.  qeydə  alınmış  namizəd  —  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı,  Azərbaycan 
Respublikasının  Prezidenti,  bələdiyyələrə  üzv  seçilmək  üçün  bu  Məcəlləyə  uyğun  olaraq  qeydə  alınmış 
şəxs; 
1.1.16. referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçüləri — referendum üzrə təşviqat 
qrupunun  yaradılması  üçün  təşəbbüs  göstərən  və  həmin  qrupun  yaradılması  üçün  müvafiq  seçki 
komissiyasına təqdim edilməli olan bildirişi imzalayan Azərbaycan Respublikasının vətəndaşları; 
1.1.17.  referendum  üzrə  təşviqat  qrupunun  üzvləri  —  referendum  üzrə  təşviqat  qrupunun  qeydə 
alınması üçün zəruri olan imza vərəqələrində imza edən Azərbaycan Respublikasının vətəndaşları; 
1.1.18.  müşahidə  —  məlumatların  yığılması  və  onların  qiymətləndirilməsi  əsasında  ekspert  rəyinin 
hazırlanması; 
1.1.19.  müşahidəçi  —  seçkilərin  (referendumun)  keçirilməsi  zamanı  seçkiləri  (referendumu) 
müşahidə  etmək  üçün  siyasi  partiyalar,  qeyri-hökumət  təşkilatları,  referendum  üzrə  təşviqat  qrupları, 
namizədlər  tərəfindən  təyin  edilən  və  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  qaydada  müvafiq  seçki 
(referendum) komissiyasında qeydə alınmış şəxs; 
1.1.20.  beynəlxalq  (xarici)  müşahidəçi  —  seçkiləri  (referendumu)  müşahidə  etmək  hüququnu  almış 
və xarici dövləti, xarici və ya beynəlxalq təşkilatı təmsil edən şəxs; 
1.1.21. seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslər — 
müşahidəçilər,  beynəlxalq  (xarici)  müşahidəçilər,  vəkil  edilmiş  şəxslər,  səlahiyyətli  nümayəndələr, 
kütləvi informasiya vasitələrinin nümayəndələri; 
1.1.22.  siyasi  partiyalar  bloku  —  seçkilərdə  birgə  iştirak  etmək  üçün  iki  və  ya  daha  çox  siyasi 
partiyanın yaratdığı və seçkilər zamanı siyasi partiyalarla eyni hüquqa malik olan blok; 
1.1.23.  seçki  (referendum)  kampaniyası  —  seçkilərin  (referendumun)  təyin  edilməsi  haqqında 
səlahiyyətli  dövlət  orqanının  qərarının  dərc  edildiyi  gündən  seçkilərin  (referendumun)  nəticələrinin 
dərcinə qədər çəkən müddətdə həyata keçirilən seçki (referendum) hərəkətləri; 
1.1.24.  seçki  (referendum)  şikayəti  —  seçkilərlə  (referendumla)  əlaqədar  sənədlərin,  qərarların, 
hərəkətlərin  (hərəkətsizliyin)  nəticələrinin  ləğv  edilməsinə  və  ya  bu  nəticələrə  yenidən  baxılmasına 
yönəldilmiş müraciət; 
1.1.25.  şəxsiyyəti  təsdiq  edən  sənəd  —  şəxsiyyət  vəsiqəsi  və  ya  vətəndaşın  adını,  atasının  adını, 
soyadını, doğum tarixini, yaşayış ünvanını əks etdirən və həmçinin vətəndaşın fotoşəkli olan rəsmi sənəd 
(bu cür sənədlərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir); 
1.1.26.  tabelik  —  rəhbər  ilə  tabelikdə  olan  arasında  xidməti  münasibətlər,  o  cümlədən  birincinin 
ikinci  üzərində  sərəncamçı  səlahiyyətlərinin  olması  nəzərdə  tutulur,  yəni  birinci  öz  vəzifə  səlahiyyətləri 
daxilində ikincini işə qəbul etmək, işdən azad etmək, ona icrası məcburi olan əmr, sərəncam və göstərişlər 
vermək, onu mükafatlandırmaq və onun barəsində intizam tədbirləri görmək hüququna malik olmalıdır; 
1.1.27. dərc — seçki komissiyalarının və seçkilərin (referendumun) keçirilməsində iştirak edən digər 
dövlәt orqanlarının seçkilərlə (referendumla) bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu 
ilə,  rəsmi  çap,  televiziya,  radio  və  ya  hamının  həmin  qərarlarla  tanış  olmasını  mümkün  edən  digər 
üsullarla əhalinin nəzərinə çatdırılması və ya elan edilməsi; 
1.1.28. uzaq və ya yolu çətin yerlər — dağlıq ərazidə yerləşən və təbii şəraitlə bağlı ictimai nəqliyyat 
ilə ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan artıq vaxt tələb olunan yaşayış məntəqələri. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə