Microsoft Word securedownload doc



Yüklə 77,28 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü77,28 Kb.
#66967


Ümumdünya insan hüquqları bəyannaməsi  

   


Baş Assambleyanın 1948-ci il 10 dekabr tarixli 217-ci A ( III )  

qətnaməsi ilə qəbul və bəyan edilib.  

   

Preambula  



   

Bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqətləri və onların bərabər və alınmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi 

sülhün təməli olduğunu nəzərə alaraq; və  

insan hüquqlarına laqeydliyin və həqarətin bəşəriyyətin vicdanını hiddətləndirən vəhşi əməllərə gətirib çıxardığını və insanların söz və əqidə 

azadlığına mane olacağı, qorxu və ehtiyaclardan azad olacağı bir dünyanın yaradılmasının insanların ən ali arzusu kimi bəyan edildiyini nə-

zərə alaraq; və  

insanın müstəbidliyə və zülmkarlığa qarşı sonuncu vasitə kimi qiyama əl atmağa məcbur qalmamasını təmin etmək məqsədilə insan hüquq-

larının qanun hökmü ilə qorunmasının zəruri olduğunu nəzərə alaraq; və  

xalqlar arasında dostluq münasibətlərinin inkişafına yardım etməyin zəruri olduğunu nəzərə alaraq; və  

Birləşmiş Millətlər Təşkilatına daxil olan xalqların Nizamnamədə insanın əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərliliyinə, kişi 

və qadınların hüquq bərabərliyinə olan inamlarını təsdiq etdikləri və daha çox azadlıq şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaş-

dırılmasına yardım göstərmək qərarına gəldiklərini nəzərə alaraq; və  

üzv ölkələrin, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq əsasında insan hüquqlarına və əsas azadlıqlara hamılıqlı hörmət və riayət edilməsi-

nə yardım göstərməyi öz öhdələrinə götürdüklərini nəzərə alaraq; və  

bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin bu öhdəliklərin tam şəkildə yerinə yetirilməsi üçün böyük əhəmiyyət kəsb et-

diyini nəzərə alaraq,  

Baş Assambleya  

bütün xalqların və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vəzifələr kimi hazırkı Ümumdünya Đnsan Hüquqları Bəyannaməsini 

bəyan edir; bu məqsədlə ki, hər bir insan və cəmiyyətin hər bir qurumu hazırkı Bəyannaməni daim nəzərdə tutaraq, bu hüquqlara və azadlıq-

lara, maarifçilik və təhsil yolu ilə, mütərəqqi milli və beynəlxalq tədbirlər yolu ilə, onların həm Təşkilata üzv olan dövlətlərin xalqları, həm də 

bu dövlətlərin yurisdiksiyası altında olan ərazilərin xalqları arasında hamılıqla və səmərəli şəkildə qəbul edilməsi və həyata keçirilməsi yolu ilə 

hörmət edilməsinə və onların təmin edilməsinə köməklik göstərməyə can atırlar.  

   

Maddə 1  



Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə münasi-

bətdə qardaşlıq ruhunda davranmalıdırlar.  

Maddə 2  

Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və 

digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.  

Bundan əlavə, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və beynəlxalq statusuna, bu ərazinin müstəqil, asılı, özünü idarə 

etməyən və ya suverenliyi hər hansı digər şəkildə məhdudlaşdıran ərazi olub-olmamasından asılı olmayaraq, heç bir fərq qoyulmamalıdır.  

   


Maddə 3  

Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.  

Maddə 4  

Heç kim kölə vəziyyətində və ya asılı vəziyyətdə saxlanılmamalıdır: köləliyin və kölə ticarətinin bütün formaları qadağan edilir.  




Maddə 5  

Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır.  

Maddə 6  

Hər bir insan, harada olmasından asılı olmayaraq, özünün hüquq subyekti kimi qəbul edilməsi hüququna malikdir.  

   

Maddə 7  



Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malikdirlər. 

Bütün insanlar, hazırkı Bəyannaməni pozan istənilən ayrı-seçkilik aktından və belə bir ayrı-seçkiliyə hər cür təhrikdən müdafiə olunmaqda 

bərabər hüquqlara malikdirlər.  

   


Maddə 8  

Hər bir insan, Konstitusiya və ya qanunla ona verilən əsas hüquqlarının pozulması hallarında səlahiyyətli məhkəmələr tərəfindən bu hüquqla-

rının səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir.  

   


Maddə 9  

Heç kəs özbaşınalıqla həbsə, tutulub saxlanılmaya və ya sürgün edilməyə məruz qala bilməz.  

   

Maddə 10  



Hər bir insan öz hüquq və vəzifələrini müəyyənləşdirmək üçün və ona qarşı qaldırılan cinayət ittihamının əsaslandırılmış olub-olmamasını ay-

dınlaşdırmaq üçün ona qarşı qaldırılan işə müstəqil və qərəzsiz məhkəmə tərəfindən tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblə-

rinə riayət olunmaqla baxılmasını tələb etmək hüququna malikdir.  

Maddə 11  

1. Cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə araşdırması yolu ilə onun 

günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir.  

2. Heç kim, törədildiyi zaman milli qanunlara və ya beynəlxalq hüquqa görə cinayət tərkibi daşımayan hər hansı bir əməl və ya fəaliyyətsizlik 

əsasında cinayət törətməkdə ittiham oluna bilməz. Habelə, cinayətin törədildiyi zaman tətbiq edilə bilən cəzadan ağır cəza verilə bilməz.  

   

Maddə 12  



Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla müdaxilə, evinin toxunulmazlığına, gizli məktublaşmalarına, şərəf və nüfuzuna özbaşınalıqla 

qəsd edilə bilməz. Hər bir insan bu cür müdaxilələrdən və ya belə qəsdlərdən qanunla müdafiə olunmaq hüququna malikdir.  

   

Maddə 13  



1. Hər bir insan, hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir.  

2. Hər bir insan, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir.  

   

Maddə 14  



1. Hər bir insan təqiblərdən qurtulmaq üçün digər ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir.  


2. Bu hüquqdan, əslində Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olan qeyri-siyasi xarakterli cinayətlər və ya əməllər törət-

məyə görə təqiblərdən qurtulmağa çalışılması hallarında istifadə edilə bilməz.  

   

Maddə 15  



1. Hər bir insan vətəndaşlıq hüququna malikdir.  

2. Heç kim öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.  

   

Maddə 16  



1. Yetkinlik yaşına çatmış kişilər və qadınlar, irqi, milli və ya dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə 

qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı eyni hüquqlardan istifadə 

edirlər.  

2. Nikah yalnız hər iki tərəfin sərbəst və tam razılığı ilə bağlana bilər.  

3. Ailə cəmiyyətin təbii və əsas özəyidir və o, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.  

   


Maddə 17  

1. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir.  

2. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.  

Maddə 18  

Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqi-

dəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl 

qaydada etiqad etmək azadlığı daxildir.  

   


Maddə 19  

Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq 

azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxil-

dir.  


   

Maddə 20  

1. Hər bir insan dinc yığıncaqlar keçirmək və assosiasiyalar qurmaq hüququna malikdir.  

2. Heç kim hər hansı bir assosiasiyaya daxil olmağa məcbur edilə bilməz.  

   

Maddə 21  



1. Hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir.  

2. Hər bir insan öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir.  

3. Xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalıdır; bu iradə, vaxtaşırı və saxtalaşdırılmadan, ümumi və bərabər seçki hüququ əsasın-

da, gizli səsvermə yolu ilə və yaxud səsvermə azadlığını təmin edən digər eynimənalı formalar vasitəsilə keçirilən seçkilərdə öz əksini tapma-

lıdır.  

   



Maddə 22  

Cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdir-

mək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin struk-

turu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir.  

   

Maddə 23  



1. Hər bir insan işləmək, istədiyi işi sərbəst seçmək, ədalətli və əlverişli iş şəraitinə malik olmaq və işsizlikdən müdafiə olunmaq hüququna 

malikdir.  

2. Hər bir insan, heç bir ayrı-seçkiliyə məruz qalmadan, bərabər əməyə görə bərabər haqq almaq hüququna malikdir.  

3. Đşləyən hər bir insan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edən, ədalətli və qənaətbəxş həcmdə zəruri hallarda isə digər so-

sial təminat vəsaitləri ona əlavə edilməklə haqq almaq hüququna malikdir.  

4. Hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.  

   

Maddə 24  



Hər bir insan, iş gününün səmərəli məhdudlaşdırılması və ödənilən vaxtaşırı məzuniyyət hüququ da daxil edilməklə istirahət və asudə vaxt 

hüququna malikdir.  

   

Maddə 25  



1. Hər bir insan, qida, geyim, mənzil, tibbi qulluq və zəruri sosial xidmətlər də daxil olmaqla onun özünün və ailəsinin sağlamlığının və rifahı-

nın qorunub saxlanılması üçün zəruri olan həyat səviyyəsinə malik olmaq hüququna və işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq halında və on-

dan asılı olmayan digər səbəblərə görə dolanışıq vəsaitlərini itirdiyi halda təminat hüququna malikdir.  

2. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifa-

də etməlidirlər.  

   


Maddə 26  

1. Hər bir insan təhsil almaq hüququna malikdir. Təhsil ən azı ibtidai və ümumi səviyyələrdə pulsuz olmalıdır. Đbtidai təhsil məcburi olmalıdır. 

Hamının texniki və peşə təhsili almaq imkanı olmalıdır və hər bir insanın qabiliyyəti əsasında hamının eyni dərəcədə ali təhsil almaq imkanı 

olmalıdır.  

2. Təhsil insan şəxsiyyətinin tam inkişafına və insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına yönəldilməlidir. Təhsil bütün xalq-

lar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa yardımçı olmalı və Birləşmiş Millətlər Təşkilatının sülhün qoru-

nub saxlanması ilə bağlı fəaliyyətinə köməklik göstərməlidir.  

3. Valideynlər öz kiçik yaşlı uşaqları üçün təhsil növlərini seçməkdə prioritet hüquqa malikdirlər.  

   

Maddə 27  



1. Hər bir insan, cəmiyyətin mədəni həyatında iştirak etmək, incəsənətdən həzz almaq, elmi tərəqqidə iştirak etmək və onun nemətlərindən 

istifadə etmək hüququna malikdir.  

2. Hər bir insan, müəllifi olduğu elmi, ədəbi və bədii əsərlərin nəticəsi olan mənəvi və maddi mənafelərinin müdafiə olunması hüququna ma-

likdir.  

   

Maddə 28  



Hər bir insan, hazırkı Bəyannamədə ifadə edilən hüquq və azadlıqların tam şəkildə həyata keçirilməsinə şərait yaradan sosial və beynəlxalq 

idarə üsulu hüququna malikdir.  




   

Maddə 29  

1. Hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki, onun şəxsiyyətinin azad və tam inkişafı yalnız o cəmiyyətdə mümkündür.  

2. Hər bir insan öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız o məhdudiyyətlərə məruz qala bilər ki, onlar müstəsna olaraq, başqaları-

nın hüquq və azadlıqlarının lazımı qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi və demokratik cəmiyyətdə əxlaq qaydala-

rının, ictimai asayişin və ümumi rifahın ədalətli rəhbərlərin ödənilməsi naminə qanunla müəyyən edilmişdir.  

3. Bu hüquq və azadlıqların həyata keçirilməsi heç bir halda Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olmamalıdır.  

Maddə 30  

Hazırkı Bəyannamənin heç bir müddəası hansısa dövlətə, insan qrupuna və ya ayrı-ayrı şəxslərə, hazırkı Bəyannamədə ifadə olunan hüquq 

və azadlıqların ləğv edilməsinə yönəldilən hər hansı bir fəaliyyətlə məşğul olmaq və ya hər hansı bir əməl törətmək hüququnun verilməsi kimi 



şərh edilə bilməz.  

 

Yüklə 77,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə