Microsoft Word Sehra savashi son son doc



Yüklə 4,94 Kb.

səhifə1/42
tarix20.08.2018
ölçüsü4,94 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   42


Səhra savaşı 
 
1
VAQİF  SULTANLI 
 
 
 
 
 
 
 
 
 
  
 
SƏHRA SAVAŞI 
 
 
 
rоman 
 
 
 
 
 
               
   
 
 
 
Azərnəşr 
Bakı–2015 
 


Vaqif  Sultanlı 
 
 
2
S –75 
 
Redaktorlar: 
Çingiz Hüseynоv 
Südabə Ağabalayeva 
 
Ön sözün müəllifi: 
Cavanşir Yusifli 
 
 
 
 
 
 
 
 
 
S –75 
Vaqif Sultanlı.  
Səhra savaşı, Bakı, Azərnəşr, 2015, 182 səh. 
 
Kitaba müəllifin şərti-metafоrik üslubda yazılmış «Səh-
ra savaşı» rоmanı daxil edilmişdir. Romanda təsvir olunan 
hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək 
keçmişə üz tutan insanın taleyi fonunda aşkarlanır. 
 
                      
ISBN 978-9952-8142-9-3 
 
 
© Vaqif Sultanlı, 2015 
 


Səhra savaşı 
 
3
 
SƏHRA METAFORASI 
 
 
Bir nasir kimi Vaqif Sultanlı hansı cəhətləri ilə seçilir, 
bu günün ədəbi gedişatında o, hansı cizgiləri ilə yadda 
qalır?  
Bu sualın cavabını onun son zamanlar qələmə aldığı 
«Səhra savaşı» romanını oxuyaraq aradım.  
Vaqif Sultanlının romanını oxuduqda özüm üçün yeni 
bir imza və nasir, yeni bir təhkiyə və üslub kəşf etdim, de-
səm yanılmaram.   
Romanın oxusunun mənə ağır təsir bağışlayacağını 
düşünürdüm. Çünki müəllif ön sözündə şərti-meraforik üs-
lubdan və onun qatlarından söz açılırdı. Doğrudan da, 
«Səhra savaşı»nda bu tipli gedişlər, təhkiyə strategiyasının 
qəliz dönüşlər alması... kimi hallara rast gəlirsən. Am-
ma...nə deyəcəkdim? Bu əsərdə nə qədər mürəkkəb dönüş-
lərdən bəhs edilsə də, təhkiyə necə deyərlər, «əks istiqa-
mətlidir», yəni hadisələr nə qədər qeyri-adi, reallıqdan fərq-
li təsir bağışlasa da, təsvir dili reallığa maksimum yaxındır. 
Həm də: dil, bədii dil həmişə reallıq içindədir. Bu onun 
mövcudluq formasıdır. Bu «əkslik» əsərin mətnində qəribə 
aura yaradır, dünya ədəbiyyatında müəyyən tarixi və təc-
rübəsi olan bu üslub hadisəsinin haqqında bəhs açılan 
müəlliflə bağlı özəlliklərini də meydana qoyur.  
«Səhra savaşı», hər şeydən öncə mükəmməl planının, 
yəni kompozisiyasının olması ilə fərqlənir, keçidlər 
(hadisədən hadisəyə, obrazdan obraza) arasında qırıqlıq, 
inamsızlıq hiss edilmir, burada kompozisiyanı açan, onun  
fəlsəfəsini bəlləyən ən önəmli cəhət isə təhkiyədə müha-


Vaqif  Sultanlı 
 
 
4
kimədən çox, doğulacaq mətləbi detallarla vermək, məhz 
detallar arasındakı assosiativ, birbaşa və şərti-simvolik 
əlaqələrin qabardılmasıdır. Qeyd etmək laızmdır ki, müəllif 
təhkiyədə seçdiyi yolu əvvəlcədən nişan versə də, müəyyən 
mənada oxucunu da «aldadır», bu isə üslubi keyfiyyət daşı-
dığından mətnin, onun bətnindəki bədii niyyətin obrazlara 
proyeksiyalanmasına, obraz və detalların daxilindəki 
enerjinin dışarı çıxmasına, bu enerjinin isə nəhayətdə səhra 
metaforası ilə çulğaşmasında önəmli rol oynayır.  
Romanın müəllifinin əsəri «qurması» aydındır. Çünki 
bu cür mükəmməl gedişlər, süjetin dolanbaclarda nəfəs dər-
məməsi, keçirdlərin sürəkliliyi... bütün bunların vahid nöq-
təyə can ataraq ordan müxtəlif hərəkət tezliklərində uzaq-
laşmaları... məhz montajın, qurma işinin nişanələridir. Özü 
də usta şəkildə. Nəsrdə belə təcrübələr indi həddindən artıq 
çoxalıb. Dünya nəsrində, elə bizdə də var. Ancaq zənni-
mizcə, əsas məsələ bu deyildir. Bu işin peşəkarlıq cəhətidir. 
Əsas məqam, yəni əsərin mahiyyətini detal və obrazlara 
paylayan nöqtə bu montajın, qurma işinin özünün mahiy-
yətindən vaz keçərək dərinliklərdəki hadisələrə, insan ağ-
lının və xəyalının orda yuvalanmış parçalarına işıq salmaq, 
süjetin məntiqini kompozisiyanın fəlsəfəsi ilə bir nöqtədə 
düyüməkdir. «Səhra savaşı» məhz bu məqamın tutulması 
ilə diqqəti çəkir və buna görə də biz bu romanın uğur qaza-
nacağına əminik. 
Ancaq burda əsas təkcə bu da deyil. Əsas olan roma-
nın özünün detaldan, obrazdan və bunlara bənzər bütün ele-
mentlərdən sıyrılıb bir metaforaya dönməsindədir. Dünya 
boşalıb, zaman bitib-tükənib, həyat son nəfəsini dərib və 
quru ağac kimi yerə yıxılıb. Ömür mətninin üstünə çilənən 
qara mürəkkəb izləri bizi sətirlər arasında keçmişlə gələ-


Səhra savaşı 
 
5
cəyin görüş yerinə – insan taleyinin burulğanına aparır. 
Romanda əsas metaforanın ayrı-ayrı elementlərini göz önü-
nə gətirən işarələrin paylanması, paylanma qaydası – sim-
metriya, xaosla düzümün, harmoniyanın bir-birinin içindən 
keçməsi və nəticədə insan taleyində ona atılan daşların yer-
lərinə oturması qəribə ovqat yaradır.  Səhra, qum burulğanı, 
ilğım, səhrada qumun içinə bataraq löhrəm yerişlə 
irəliləyən at, atın yalmanına yatan Qocanın üfüq qaşından 
ömrünə, yaşadığı anlara tamaşa etməsi... şübhəsiz ki, gözəl 
bir fantaziyadır, ancaq necə olmasa da, bəlli şərtlər 
daxilində keçən ömrün quruyan bulağının dünya, gerçəklik, 
onun şərtləri ilə çarpaz kəsilib əks istiqamətə getmək 
məcburiyyətində qalmasını real şəkildə şərtləndirir. Geriyə 
yol yoxdur, keçmişə yollanmalısan ki, səni ölümə, bilin-
məzliyə sürükləyən sirrin açarını tapa biləsən. Bu dünyaya 
gəlişinin bir mənası vardımı? Sən bu ömrün içində neylə-
din? Sən millətin içində bir zərrə kimi hansı dəyəri qazan-
dın? 
Adı çəkilən metafora o qədər qəliz suallar doğurur ki, 
onları cavablandırmaqdan vaz keçib keçmişin içinə gö-
mülmək, o sirlərə vaqif olmadan onların dizinə baş qoyub 
üzü gələcəyə yuxu görmək istəyirsən. Əsərdə yuxu obrazı 
və metaforası sıx şəkildə işlənməsə də, romanın hər bir 
anında mövcuddur, çünki Qocanın keçmişə dönüşünün özü 
bir yuxudur. Bitib tükənmir, yozulmur və heç nə ifadə 
etmir. Bu sirlərin açılması üçün Qoca ən müxtəlif hadisə-
lərdən keçməlidir, bu olay və hadisələr də onun içindən. 
Əvvəlcə yaşanmış ömür bir heçə dönməli, başlanğıc nöqtə-
sinə qayıtmalı, sənin vücudundakı və ruhundakı əsas mə-
qamlar efir içinə gömülməlidir. Belədə, sən keçmişin özünə 
yox, hadisələrin külünə səfər edirsən, adamı yox, səsi gö-




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə