Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə14/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

Vaqif  Sultanlı 
 
 
56
lərək yatağın mənzərəsini dəyişirdilər. Elə bil onları idarə 
edirdilər.  
Hərdən ona elə gəlirdi ki, ilanlar hansısa bir mərasimi 
icra edirlər. Çünki onların hərəkətlərində qəribə bir nizam 
vardı. Yatağın ayrı-ayrı yerlərində dəstə-dəstə rəqs edən 
ilanlar da gözə dəyirdi. 
Qоca bu mənzərəni seyr etdikcə qeyri-ixtiyari uşaqlıq 
illərini xatırladı. O uzaq illərin toranlı üfüqlərində yuva sal-
mış ilanla bağlı xatirələri indiyəcən unuda bilməmişdi. Ba-
lacalıqdan günəşin yaxıb-yandırdığı isti aran torpağında, 
ilan-çayanlı bir yurdda boya-başa çatmışdı. İlin isti ayların-
da əkin-biçin zamanı çöldə-bayırda ilan əlindən tərpənmək 
mümkün olmazdı. Hayana gedərdilərsə, növbənöv ilanlarla 
qarşılaşardılar. Kəndlərinin ətəyindəki köhnə qəbiristanlıq 
isə əsil ilan yatağına çevrilərdi. Əski məzarların arası ilə 
addımlayarkən ilanları ayaqlamamaq üçün son dərəcə 
ehtiyatlı olmaq lazım gəlirdi. Yoxsa göz qırpımındaca çala 
bilərdilər. 
Şəhərli geyimində, çiyinlərində brezent torba iki-bir, 
üç-bir ilantutanlar gələrdilər. Uşaqlıqda ölüm qoxuyan bu 
təhlükələrə baxmayaraq tez-tez qəbiristanlığa gedər, sanki 
onu narahat edən hansısa bir mətləbə aydınlıq gətirmək 
ümidilə saatlarla doğma-yad məzarların arası ilə dolaşardı. 
Nə qədər qorxub ehtiyatlansa belə, nədənsə o zaman da, 
indi də məzarlığı ilanlarsız təsəvvürünə gətirə bilmirdi. 
Bir də ilanla bağlı yaddaşında bərkiyib sümükləşmiş 
xatirələrin içərisində uşaqlıqda nənəsindən eşitdiyi və bu 
günəcən daşıyıb gətirdiyi sehrli bir nağıl yaşayırdı. 
Sonralar yazı-pozu öyrənəndə saysız-hesabsız kitabı ələk-
vələk eləsə də, nənəsindən eşitdiyi o nağıla rast gəlmə-
mişdi. Nağılda bir gəncin təsadüfən ölümdən xilas etdiyi 


Səhra savaşı 
 
57
ilanın təkidilə İlanlar məmləkətinə getməsi, məmləkətin 
hökmdarı ilə görüşməsi, İlanlar ölkəsinin hökmdarı oğlunu 
ölümdən qurtardığı üçün həmin gəncə dilinin altında 
saxladığı qara almaz qaşlı üzüyü hədiyyə etməsi, bu üzüyü 
barmağına taxan hər kəsin qeyri-adi gücə sahib olması və 
əbədi cavan qalmasından bəhs olunurdu. 
Böyüyüb ağlı kəsəndən sonra nənəsinin söylədikləri-
nin sadəcə bir xəyal, uydurma olduğunu anlasa da, o 
nağılın uşaqlıq dünyasında yaratdığı təəssüratı hafizəsindən 
çıxara bilməmişdi. Sanki nağıl onun həyatının yaşanmış bir 
səhifəsi kimi əbədi olaraq yaddaşına hopmuş, illər keçsə də 
unudulmamış, necə varsa eləcə qalmışdı.  
 
* * * 
Qоca gecəni yəhərin üstündəcə keçirdi; geriyə dönə 
bilməzdi, irəli getməyə isə cürət eləmirdi. İlan yatağından 
keçmək hədsiz təhlükəli olduğundan gözləməkdən savayı 
çarəsi qalmadığını bilirdi. 
Səhər üzü dan yeri sökülərək hava yavaş-yavaş aydın-
laşmağa başlayanda ilan yatağını süzərkən gözlərinə inan-
madı. Dünən səhranı bürüyən ilan sürüsündən əsər-əlamət 
qalmamışdı, gecə hiss оlunmadan hara isə çəkilib getmiş-
dilər. Səhrada sadəcə ilanların dəyişdikləri qabıqların pə-
rən-pərən yığınları tökülüb qalmışdı. 
Səmada bir gün əvvəl ilanların qaynaşdığı səmtin üs-
tündə qarğalar səssiz-səssiz dövrə vururdular. Bir anlığa 
оna elə gəldi ki, göy üzünü bürüyən qarğalar adi quşlar de-
yil, qanad çıxararaq səmaya pərvazlanan ilanlardı. 
Qоca həyəcan içərisində keçən gecənin 
yuxusuzluğuna baxmayaraq bir an əvvəl bu təhlükəli 


Vaqif  Sultanlı 
 
 
58
yerdən uzaqlaşmaq üçün atını dəhmərləyərək yоluna 
davam elədi.  
Bir qədər gedəndən sonra çevrilib arxaya baxdı. Qar-
ğalar bayaqkı kimi səmada səssiz-səmirsiz dövrə vururdu-
lar. 
Təkrar atının başını buraxdı. 
Yol uzanırdı... 
 
 
V FƏSİL 
 
Uzanıb gedən yolla birgə zehnində də uzun bir şırım 
açılır, arxada qalan ömrün bulanıq xatirələri su kimi duru-
laraq bu şırıma töküldükcə içinin sahmanı dəyişirdi. İllərin 
soyutduğu duyğuları isindikcə xatirələrin acılığını bur-
nunda hiss edirdi. Gördüyü, duyduğu, toxunduğu hər 
şeydən yad bir iztirab, qərib bir kədər axırdı. Hərdən bir 
anlığa içində parlayan işıq seli yaddaşını qamaşdırır, olub-
bitənləri görünməzliyə yuvarlayır, sonra isə hər şey əvvəlki 
axarına dönürdü.  
Zamanın ətəyindən tutub gedirdi. Xatirələr onu yol 
kimi dartıb arxasınca apardıqca tədricən gücünü, iradəsini 
itirdiyini hiss edirdi. Yaddaşında göyərib qalxan isti, məh-
rəm duyğular bəzən harda olduğunu belə unutdururdu. O, 
xəyallarının ağrısından azad olmaq istəyirdi, ancaq bu ağrı 
nə idisə öləzimək əvəzinə bir az da artırdı. Ancaq keçib 
getdikcə arxada qalan yollardan ruhuna sərinlik axırdı.  
Biri-birinin üstünə qalaqlanmış illər arxada təpə kimi 
ucalırdı. Bəlkə buna görəydi ki, dönüb geriyə baxmağa cü-
rət eləmirdi. O, zamanın uzaq vadilərində oyanan xatirələ-


Səhra savaşı 
 
59
rin toranlığında, qərarsızlığın ağır iztirabları içərisində du-
manlı keçmişə doğru yol gedirdi.  
Bu yola qədəm qoyduğu gündən bəri ən çox qorxduğu 
şey səmti-yönü bilinməyən ucsuz-bucaqsız səhrada deyil, 
içində azması idi. O, içində azmaqla ömrü, taleyi ilə bağlı 
bütün düşündüklərinin iflasa uğrayacağı qənaətində idi. 
Ancaq çoxdannan bəri içində azdığının fərqində deyildi. 
Xəyalında hər şeyi dəyişərək istədiyi şəklə çevirir, bu-
nunla yaşadığı ömrünü görmək istədiyi məxrəcə gətirdiyini 
düşünürdü. Ancaq xəyallarını nəyə bulaşdırsa da, heç bir 
şeyin əslindən seçilmədiyini hiss edirdi. 
Yol onu qəddarlaşdırmış, içindəki məhrəm duyğuları 
öldürmüş, bambaşqa insana çevirmişdi. Bəlkə də əksinə, ta-
mam dəyişərək özünə, əslinə qaytarmışdı. 
Tənhalığa doğru addımladığını bilirdi. Addımladıqca 
da tənhalığın ağırlığını, dözülməzliyini vücudunun bütün 
əzalarında duyurdu. Tənhalığını xəyalları ilə doldurmağa 
çalışsa da, yaddaşına işıq salan xatirələrin biri-birinin ar-
dınca sönüşü ilə hər şeyin qaranlığa büründüyünü hiss 
edirdi. 
Yol uzanırdı... 
 
* * * 
 
Uzaqda üfüqlərəcən uzanan boz səhranın qucağında 
gözlərinə toxunan kiçicik bir ləkəyə bənzər qaraltı diqqətini 
cəlb etdiyindən atının başını çəkib saxladı. Sağ əlini qaşına 
qoyaraq uzaq ənginlikləri xeyli süzdü, ancaq bir şey anlaya 
bilmədiyindən atını dəhmərləyərək yerişini bir qədər sürət-
ləndirdi.  


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə