Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə2/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   2   3   4   5   6   7   8   9   ...   42

Vaqif  Sultanlı 
 
 
6
rürsən, səsin içində olursan, hadisəni yox, ona paralel olan 
mahiyyəti görürsən. Hər şey yenidən qarışır.  
Roman metaforası...  
Bu metafora nəyi andırır? Bir az tez, bir az gec, hər 
şeyə xal düşür, heç nə olduğu kimi, bilindiyi gözəllikdə 
qalmır, ona görə, rastlaşdığın olay və şərtlər bəzən səni elə 
bir duruma salır ki, əvvəlcə ölüb sonra yaşamaq istəyirsən. 
Sən yaşadıqca yerin altı – ömrün torpağı şumlansın, görək 
nə olacaq...  
Romanda təsvir edilən insan yaşamaqdan bezib, gələ-
cəkdən imtina edərək keçmişə qayıtmağı qət edib. 
 
Keçmişə qayıdır ki, tarixdə onun həyatı boyu baş vermiş 
hadisələrin dərinliyini görə bilsin. Ancaq keçmişə aparan 
yol elə də asan deyil, bunun üçün bütün həyatının üstündən 
xətt çəkməli, sənə vəd ediləni dəf edərək vaxtilə yaşadığın 
həyata tamaşaçı sifəti ilə geri qayıtmalısan. Ancaq bu necə 
ola bilər? 
«Bir zamanlar gələcəyə aparan yolla geriyə dönüşü 
ruhunda, yaddaşında qəribə duyğular oyadırdı. Yola çıxar-
kən illər uzunu yollara dağılmış ömrünü yığmağı düşü-
nürdü. Elə buna görə də keçdiyi yollarda yaşadığı ömrün 
hansısa cizgilərini, nişanələrini axtarır, gözlərinə toxunan 
hər şeyə bambaşqa bir nəzərlə tamaşa edirdi. Ancaq tarixə 
aparan yol boyu gördüyü mənzərələr ona tanış gəlmir, keç-
mişini, yaşadığı ömrün hansısa anını xatırladacaq nə isə 
gözlərinə toxunmurdu. Sanki keçmiş də dəyişərək ona yad, 
yabançı olan başqa bir dünyaya çevrilmişdi». 
Zaman məkana köçürülür. Xronologiya, ənənə itir. 
Bizə tanış olan bağlar qoparılıb bir kənara atılır. Elə bir 
ortam yaranır ki, insanın mahiyyəti tam olaraq açılsın. 
Ancaq bunun öhdəsindən gəlmək mümkündürmü?  


Səhra savaşı 
 
7
Bütün bunlar Qoca obrazına cəmləşib, zamanın şah 
damarından qırılması, səsin, sözün içiylə axan nəhayət-
sizlik, dünyanın gərdişinin dəyişməsi məhz bu obraz və 
onun gerçəkliyə münasibəti üzərində konsentrasiya edilib. 
Romanın ilk səhifəsindəcə biz Qocanı ucsuz-bucaqsız qum 
səhrasında görürük. Zaman elə bu səhradır. Dünya da, 
ömür də, həyat da... Onun zamanla geri qayıtmaq istəyinin 
səbəbi nə idi? Biz bu suala gerçək zaman, gerçək məntiq 
çərçivəsi daxilində cavab axtarmalı olsaq, şübhəsiz ki, 
qaranlıq və izahsız düşüncələr içində qala bilərik.  
«...Hərdən də həyat ona bütünlüklə sual şəklində gö-
rünür, ömrün, yaşayışın, dünyaya gəlişin eləcə bir sual 
olduğunu xəyalından keçirirdi. Axtardığı suala cavab tapa  
bilməməsinin, yaxud onun nəyə yönəlik olduğunu 
anlayammasının da sualın doğurduğu müəmmaya 
bağlılığını düşünürdü. Əgər sualın özü qaranlıq idisə, onun 
cavabını tapmaq, yaxud bu cavab ətrafında aylarla, illərlə 
baş sındırmaq necə ola bilərdi...»  
Gələcəyə doğru getdikcə bu sual mənasını itirir, ona 
cavab tapmaq ümidi büsbütün aradan qalxırdı. Qoca onun 
ruhunu didişdirən suala cavab tapmaq üçün radikal bir yol 
seçir: keçmişə qayıtmaq, keçmişdə yaşananları görmək, 
onların çöhrəsindəki işartılardan dünyaya gəlişin və dün-
yadan gedişin sirlərini öyrənmək. Ancaq qəribə olan şey-
lərin doğurduğu dəhşət onun bütün varlığını bir daha sar-
sıdır. Keçmiş onun bildiyi, təsəvvür elədiyi şəkildə 
deyildir, ümumiyyətlə həyatın sirri, dünyanın içindəki hə-
qiqətlərin lallığı nə idisə, onun düşüncəsinin aça bildiyi bir 
şey deyilmiş. Keçmiş artıq baş verib qurtarıb, indi sən ora, 
o məmləkətə qayıtmaqla olayların tozundan nə anlaya 
bilərsən ki? Keçmişdə babasını «görür», ancaq onun səsini 


Vaqif  Sultanlı 
 
 
8
eşitdikdən sonra üzünü görmür, büsbütün onun səsinin için-
də hiss edir özünü. Onun yaşadığı keçmiş indi başqa bir ka-
teqoriyaya çevrilib. Sən iradən və gücün xaricində olan 
şeyləri istədiyin şəkildə anlaya bilmək qüdrətinə malik 
deyilsən. 
Çilli dərviş, Sarı Dərviş, Ağ Dərviş...  
İlk olaraq Çilli dərvişlə rastlaşır. Dərviş ona keçmişə 
dönüşdə məsləhətlər verir. Gedəcəksən, qarşına filan şeylər 
çıxacaq, sən filan olaylardan keçməlisən, həyatını qeyb 
etməmək üçün belə etməlisən və sair. Qoca dərvişin 
üzünün cizgilərindəki zamansızlığı duyur və ondan kim 
olduğunu soruşur. Dərviş çox sakit şəkildə «mənim 
kimliyim sorulmaz, yoluna davam et» deyir. Qocanın 
keçmişə qayıtması təkcə ölümdən, həyatın sonundan qaçış 
deyildir, bu həm də həyatın sonundan geri boylanaraq onun 
mənasını anlamaq, bu mənalar içində vacib olanları tutub 
saxlamaq və onun içinə gömülməkdir. Belə bir istək baş 
tuta bilərmi və bu, ümumiyyətlə insan iradəsi 
daxilindədirmi? 
Roman mətnində bütün bu mənalar ayrı-ayrı abzas və 
keçidlərdə yox, onların arasındakı düşüncə məkanındadır. 
Yəni, müəllifin təhkiyəsi elə bir xüsusiyyətə malikdir ki, 
romandakı ayrı-ayrı obrazların nə demək olduğunu bilmək 
üçün bəzi simvol və metaforaları bilməli, onlar arasındakı 
qəribə əlaqələrin cizgilərini tanımalısan. Qoca keçmişə 
tələsdiyi kimi, tarixin əvvəlindən gələcəyə doğru yürüyən 
insanlar da var. Yəni təhkiyədə təsvir edilən hərəkət əslində 
tək, vahid... deyildir. Bu mənalara vaqif olmaq üçün 
mətndə hər bir hərəkət ona paralel digər hərəkətin fonunda 
da təsvir edilir. Gah aşkar, gah da gizlin şəkildə. Tarixin 
əvvəlində yuxuya gedib yatmış, soyunu, mahiyyətini itir-


Səhra savaşı 
 
9
miş qövmlər yuxudan ayıldıqdan sonra gələcəyə yürüş edir 
və yolda qırılırlar. 
Keçimişə dönən Qoca isə həyatın sonunda tərs bir 
sualla rastlaşdığından bu həyatı yenidən görmək, əlini, 
barmaqlarının ucunu sifət cizgilərində gəzdirməklə dünya 
deyilən EVİN bütün sirlərini özü üçün açmaq istəyir. Yolda 
köhnə dəyirmana rastlanır. Ancaq bundan da qabaq onun 
güzarı vaxt bazarına düşür. Burda Sarı dərvişlə görüşmə-
lidir ki, vaxt bazarında ona qəlp zaman sırımasınlar. Geriyə 
qayıtmaq üçün onun zamana, vaxta ehtiyacı varmı? Vaxt-
dan yükünü tutan Qoca yoluna davam edir. Dərvişlər ona 
başına gələnlərin əsas əlamətlərini söyləyirlər. Qarşısına 
ilan yatağı çıxır. Bu hadisə onun yadına uşaqlığını salır. 
Xatirədən min bir təəssürat oyanır. Ehtiyatlı olmasa, bu 
ilanlar onu da, atını da bir an içində həzm-rabedən keçir-
məyə qadirdirlər. 
Köhnə dəyirmana girməzdən qabaq atının yüyənini 
dəyirmanın yanındakı bir daşın altına bağlayır. Dəyirman-
dan çıxanda atı çay kənarında görür. Onun yüyəni bir ağaca 
bağlanmış, ağacsa kökündən qopmuşdu. Dəyirman sirr da-
ğarcığıdır. Onun qapıları üzərində insan ömrünün mənasını 
puça çıxaran yazılar həkk edilib: bura girən də peşmandı, 
girməyən də... Həm də bu yazıdakı hərflər bir-birinin içinə 
girib, bir-birinin içindən çıxır və əslində bu qədər sadə 
oxunan bir yazı olmazın dərəcədə qəliz bir ovqat yaradır. 
Simvol, simvolun metaforik düşüncə selinə bürünməsi və 
obrazın mürəkkəbləşməsi əsərin üslubunun əsas keyfiy-
yətlərindəndir. Bu elə həyatın, dünyanın içində cilvələnən 
sirlərdən biridir, bəlkə də onun üz qabığıdır, soyulduqca 
soyulur və hər qatında da eyni sözlər yazılıb. Dünya sirrini 
heç kəsə vermir. Keçmişə qayıdanda o, sənin qarşına sualla 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə