Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə3/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   2   3   4   5   6   7   8   9   ...   42

Vaqif  Sultanlı 
 
 
10
çıxır, simvolları əyninə libas kimi geyinərək sənin onların 
içində azmanı istəyir. Sən nə edirsən et, dünya deyilən qur-
ğunun sirrinin tozuna da toxuna bilməzsən. Amma sənin 
özün başdan-başa toz içindəsən.  
Romanda bütün qeyri-real, həm də irreal hadisələrin 
içində reallıq duyğusu da var ki, əsas olan da bunu duymaq 
və tutmaqdır. Keçmişə qayıdış imtina edilən gələcəyin ha-
disələrinə güzgü tutmaqdır həm də. Yəni, gələcəkdən im-
tina motivi, əslində bir «bədii bəhanədir», bu üsulla müəllif 
«keçmişdəki gələcək» hadisəsini araşdırır və bu günümü-
zün reallıqlarını dərindən öyrənir.   
Bizə belə gəlir ki, Vaqif Sultanlının «Səhra savaşı» 
romanı maraqla qarşılanacaq və geniş auditoriyalarda mü-
zakirə olunacaqdır və buna haqqı da çatır... 
     
      
Cavanşir Yusifli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Səhra savaşı 
 
11
 
 
 
MÜƏLLİFDƏN 
 
 
 
Yazıçı qələmindən çıxan bütün əsərlər eyni dərəcədə 
uğur qazana bilmir. Onların bəzilərinin taleyi aydın, bəzilə-
rininki isə dumanlı olur. Bunun sirrini, səbəbini anlamaq o 
qədər də asan deyil və burada hansısa təsadüf, yaxud qanu-
nauyğunluq axtarmaq cəhdi səmərəsizdir. 
«Səhra savaşı» romanı indiyədək qələmə aldığım bü-
tün yazılarımdan əhəmiyyətli dərəcədə seçilir. Roman ağır 
yazılmaqla yanaşı, ona bütün başqa əsərlərimdən daha çox 
vaxt sərf etmiş, iş prosesində dönə-dönə yazdıqlarımdan 
imtina etməli olmuşam. Bir çox hallarda isə yazdıqlarımı 
əsərin ümumi ruhu, ovqatı, dili, üslubu, ahəngi ilə bağlı ol-
madığına görə məqbul hesab etməmişəm. 
«Səhra savaşı» romanında təsvir olunan hadisələr bir 
insanın taleyi fonunda cərəyan etsə də, burada fərdin deyil, 
geniş mənada insanlığın taleyinin çözülməsinə çalışılır. 
Tarixin xarabalıqları içərisində keçmişə doğru addımlayan 
Qoca obrazı oxucunu dünyanın taleyi haqqında düşüncələrə 
çəkir. Təsvir olunan hadisələr insan və zaman, ölüm və 
həyat, keçmiş və gələcək təzadı – dilemması fonunda 
aşkarlanır. 
Romanda tarixə baxış ənənəvi yanaşma tərzi ilə uyuş-
mur. Burada tarixin xronologiyası yalnız zaman deyil, həm 
də məkan kontekstində səhifələnir. Tarixə bu cür yanaşma 
– zamanın məkana köçürülməsi – reallıqdan uzaq olsa da, 


Vaqif  Sultanlı 
 
 
12
dünyanın və insanın mahiyyətini görməyə və göstərməyə 
zəmin yaradır. 
Əsərdə dilin yalnız informativ səciyyə ilə məhdudlaş-
madığı, tarixin bərpasına yönəlik köklü funksiya daşıdığı, 
həmçinin rəmz-obraza çevrilərək bədii mətnin ayrılmaz 
komponentlərindən birini oluşdurduğu də diqqətdən yayın-
mamalıdır. 
Roman şərti-metaforik üslubda yazıldığından burada 
təsvir olunan hadisələrin reallıqla birbaşa əlaqəsinin axta-
rılması əbəsdir. Əsərdə reallıqla irreallıq, xəyalla gerçəklik 
biri-birilə görünməz bağlarla qovuşdurulmuşdur. Lakin ro-
manda qaldırılan problemlər yaşadığımız dünyanın acı, sərt 
gerçəkliyindən qaynaqlanmaqdadır ki, bu da onu reallığa 
aparır. Hadisə və əhvalatların insan ruhunun hisslərdə, dü-
şüncələrdə gerçəkləşən gizli qatlarının ən incə çalarlarını 
əks etdirən təsvirlərlə müşayiət olunması gerçək olmayan-
ların, yaxud gerçək kimi görünməyənlərin əslində gerçək 
ola biləcəyini şərtləndirir. 
«Səhra savaşı» romanı janr baxımından özünəməxsus 
çalarlara malikdir. Süjet boyu müəllif təhkiyəsində təqdim 
olunan hadisələr qəhrəmanın daxili düşüncələri ilə qovuşa-
raq bədii tamlıq yaradır. Bütövlükdə romanın süjeti cari, 
keçici aktuallıqdan uzaq, əbədi dəyərlər üzərində dövr edən 
hadisə və əhvalatlar fonunda aşkarlanır.  
«Səhra savaşı» adının roman üçün uğursuz seçildiyini, 
yaxud bu adın təsvir olunan əhvalatlarla o qədər də bağlı 
olmadığını düşünməklə yanaşı, bundan daha uyğun bir ad 
seçməkdə çətinlik çəkdiyimi də etiraf etməliyəm. 
Hansı yaş nəslini təmsil etməsindən asılı olmayaraq 
romanı səhifələyən hər bir oxucunun burada özünü tapa 
biləcəyi qənaətindəyəm. Lakin əsərin ruhunu anlamaqda 


Səhra savaşı 
 
13
çətinlik çəkən, hadisələrin axarını izləməyə səbr, dözüm, 
hövsələ göstərməyən oxucuların olacağı da sirr deyildir. 
Romanı oxumaq niyyətilə əlinə alanların ən azından 
itirdikləri vaxta təəssüf etməyəcəklərini düşünürəm.  
Bakı, 
21 dekabr 2012 
 
 


Vaqif  Sultanlı 
 
 
14
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SƏHRA SAVAŞI 
(
rоman

 


Səhra savaşı 
 
15
 
PRОLОQ 
 
 
 Qоca baxışlarıyla göz işlədikcə uzanan genişlıyi dara-
ya-daraya, elə bil hansısa nişan verilmiş səmti axtarırdı, an-
caq ucsuz-bucaqsız qum nəhrinin qоynunda bütün bunların 
əbəs оlduğunu hiss etdiyindəndimi, yоxsa sоnu bəlli оlma-
yan yоlçuluğun gətirdiyi nagümanlıqdandımı atının başını 
saxlamır, elə hey sürür, sürürdü.  
Səhranın təndir içinə bənzər ciyər qarsan hərarətindən 
nəfəsi tıncıxır, bürküdən, havasızlıqdan az qala bоğulurdu, 
ancaq bütün bunlara məhəl qоymadan bir an öncə mənzil 
başına yetişmək inadıyla yоluna davam edirdi.  
Yaxınlıqda, yolun sol səmtində quzğunların vəhşi səs-
ləri eşidilirdi; çığırışa-çığırışa nəhəng bir heyvanın leşini 
didişdirirdilər. İsti axşam küləyi cəmdəyin ağır, dözülməz 
üfunət qоxusunu burnuna gətirdikcə ürəyi bulanır, içi-iça-
latı ağzına gəlirdi. Tüpürməklə bircə anlığa da olsa bu üfu-
nət qoxusunu özündən uzaqlaşdırmaq istəyirdi, ancaq nə 
illah eləyirdisə bacarmırdı; ağzında tüpürcək qalmamışdı, 
uzaq yolun yоrğunluğundanmı, susuzluqdanmı, yoxsa 
havanın hərarətindənmi, dili-dilçəyi büsbütün quruyub qa-
xaca dönmüşdü. 
O, səhranın intəhasızlığına, uzanıb gedən yolun bilin-
məzliyinə, at ayaqlarının ahəngdar ritminə təslim olmuş 
halda içindəki hansı bir sualasa cavab axtarırdı. Ancaq 
təkcə içində deyil, baxışlarında, çöhrəsinin cizgilərində da-
şıdığı bu sualın hardan qaynaqlandığından xəbərsiz idi. O 
sual nə idi, cavabı vardımı, yoxsa elə-belə sual xatirinə içi-
nə, ruhuna, ya elə heçliyə, kimsəsizliyə ünvanlanmışdı? 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə