Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə4/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   2   3   4   5   6   7   8   9   ...   42

Vaqif  Sultanlı 
 
 
16
Bəlkə bu heç sual deyildi, sualsızlıq, sorğusuzluqdu, sadəcə 
ona sual örtüyündə görünürdü, hələ ömrün, həyatın bitmə-
diyinin, bilmək, öyrənmək, yaşamaq ehtirasının anlamıydı.  
Hərdən də həyat ona bütünlüklə sual şəklində 
görünür, ömrün, yaşayışın, dünyaya gəlişin eləcə bir sual 
olduğunu xəyalından keçirirdi. Axtardığı suala cavab tapa 
bilməməsinin, yaxud onun nəyə yönəlik olduğunu 
anlayammasının da sualın doğurduğu müəmmaya 
bağlılığını düşünürdü. Əgər sualın özü qaranlıq idisə, onun 
cavabını tapmaq, yaxud bu cavab ətrafında aylarla, illərlə 
baş sındırmaq necə ola bilərdi... 
Nə zamandan bəri davam edən yolçuluğun onu darıx-
dıran məqamlarından biri elə bu sualla bağlı idi. Bəzən ona 
elə gəlirdi ki, üz tutub getdiyi, sonuna varmaq istədiyi mən-
zillə bu sual arasında nə isə sirli, müəmmalı bir bağlılıq var 
və həmin suala cavab taparsa, həyatında yepyeni bir səhifə 
açılacaq, hər şey dəyişərək başqa bir örtüyə bürünəcək.  
Beynində saqqız kimi çeynənən sualla bağlı aramsız 
düşüncələrin gətirdiyi yorğunluq qədər heç nə onu üzüb 
əldən salmırdı. Elə bil doğulandan bu sual da onunla birgə 
dünyaya gəlmiş, özü də istəmədən illərlə içində, vücudunda 
yuva salmış, böyüyüb yaşa dolmuş, qocalıb ixtiyarlaşaraq 
bu günlərəcən yol yoldaşı olmuşdu. Zaman-zaman bu sualı 
içərisində gəzdirdiyini hiss etsə də, ona cavab axtarmaq, ya 
heç olmasa haqqında düşünmək zərurəti bunca narahatlıq 
gətirməmişdi. Ancaq indi elə bil ki, hansı bir qüvvəsə onu 
bu suala qəti cavab verməyə tələsdirir, ondan xilas olmağa, 
zehnindən, yaddaşından biryolluq silib atmağa səsləyirdi. 
At bütün bunlardan xəbərsiz halda sahibinin iradəsinə 
təslim оlaraq löhrəm yerişini pоzmadan səhranın dərinlik-


Səhra savaşı 
 
17
lərinə dоğru baş alıb gedirdi; havanın bürküsü, üfunət qо-
xusu, susuzluq, səmtin nagümanlığı eyninə deyildi. 
Yоl uzanırdı... 
 
* * * 
 
Günəş yer üzünü qəribə bir rəngə bоyayaraq qürub 
edirdi. Günəşin qürübu ilə səhraya yayılan bu rəng nə idisə 
içərisini kədər və qüssəylə dоldurur, ömrün, həyatın, xоş-
bəxtliyin mənasızlığını, gərəksizliyini xatırladırdı.  
Gözlərini göy üzündən çəkə bilmirdi; uzun ömrü bоyu 
ilk dəfə idi ki, günəşi bu rəngdə, bu biçimdə görür, gün-
düzün ölüm mərasimi içində qəribə, anlaşılmaz duyğular 
оyadırdı. Günəşin qürubunu seyr etdikcə hər şeyin bitdi-
yini, tükəndiyini, arxada qaldığını düşünür, bir ömür 
gəzdirdiyi ümidləri, arzuları, xəyalları puç оlub gedirdi. 
Sanki günəşlə birgə оnu bu dünyaya bağlayan nə varsa 
qürub edir, üryan, yaddaşsız duyğularla tək-tənha, baş-başa 
qalırdı.  
Hava qaraldıqca səhranın küyü su təkin sezilmədən 
azalırdı, ucsuz-bucaqsız qum dənizi ilə yanaşı onun da 
qəlbinə axşamın dözülməz ağırlığı çökürdü. Yaddaşında, 
hafizəsində bulud kölgəsinə bənzər adda-budda, sərgərdan 
kölgələr dolaşır, xam duyğularını oyadaraq ruhunu indiyə-
dək bələd olmadığı qəribə bir ovqata kökləyirdi. 
...Səhra ayağı üstünə qalxaraq günəşin, çıxıb 
getməkdə olan işığın, aydınlığın arxasınca boylanırdı. 
Sanki günəş bir daha doğmayacaq, səhər açılmayacaq, yer 
üzü bundan belə əbədi olaraq işığa həsrət qalacaqdı. 
Qoca dünyanın aydınlığını yığıb daşıyaraq uzaq üfüq-
lərdə quylayan günəşin qürub mənzərəsini seyr edə-edə içə-


Vaqif  Sultanlı 
 
 
18
risində oyanan nagahan təlatümün ruhunu əzdiyini duyur, 
ona bəlli olmayan bunca əzablardan qurtulmaq üçün yollar 
arayır, ancaq bir yol bula bilmədiyindən çarəsizlik içəri-
sində çabalayırdı. 
Günəşin qüruba enməsi ilə atlının uzanıb böyüyən 
kölgəsi səhrada qəribə mənzərə cızırdı. Hər axşam qürub 
çağı eyni mənzərəni seyr etməyə alışdığından bir azdan 
günəşin batışıyla kölgəsinin qaranlıqda əriyib itməsinin 
gətirəcəyi qüssə qəlbini çulğadı. O, səhranın kimsəsizliyin-
də azacıq da olsa tənhalığını unutmaq üçün kölgəsinə tama-
şa etmək istədi. 
Qoca heç bir zaman kölgəsinə bu qədər bağlanmamış, 
yaşadığı illər ərzində onun varlığını bunca hiss etməmişdi. 
Bəlkə elə buna görəydi ki, kölgəsi ilə bağlı hafizəsində nə 
isə qalmamışdı. 
Ancaq bu yola qədəm qoyandan bəri səhranın kimsə-
sizliyindənmi, ruhunu sarmış tənhalıqdanmı, ya hansısa bir 
səbəbdənmi kölgəsinə əməlli-başlı göz qoymağa başlamış-
dı. Son zamanlar isə kölgəsinin hərəkətlərində qəribəlik 
hiss etdiyindən içində bir nigaranlıq yuva salmaqdaydı. 
Kölgəsi özünü bir qədər fərqli aparırdı, hərəkətlərini nə qə-
dər cilovlasa da, ondan yorulduğunu, bezdiyini gizləyə bil-
mirdi. Açıq-aşkar hiss edirdi ki, kölgəsi onun vücuduna 
bağlı olmağın narahatlığını duymaqda və kölgəlikdən çıx-
maq üçün fürsət aramaqdadı. 
İndi gözləri kölgəsinə sataşınca diksindi və qeyri-ixti-
yari atının başını çəkib saxladı. Kölgəsi sirli-sirli dalğa-
lanır, pırtlaşıq düşmüş nəyi isə açmaq istəyirmiş sayağı 
hərəkətlər edir, sanki ondan bir şeylər gizləyirmiş kimi 
özünü şübhəli aparırdı. Qoca kölgəsinin qopub ayrılmaq 


Səhra savaşı 
 
19
inadıyla çırpındığını, onun asılılığından qurtulmaq istə-
diyini sezdi. 
Kölgənin üz-gözünün ifadəsindən, dodaqlarının tərpə-
nişindən nə isə söyləmək, nələrisə çatdırmaq istədiyini hiss 
edirdi. Ancaq səsi duyulmadığından onun nə demək istədi-
yini anlamır, sadəcə hərəkətlərini izləyərək vücudundan ay-
rılıb getməsini əngəlləmək üçün səmərəsiz cəhdlər edirdi.  

 Dayan, neylədiyindi, nə olub sənə? 

 ... 
Kölgədən səs çıxmadı, ancaq hərəkətlərindən onu 
duyduğunu hiss etdiyindən bir qədər ürəklənən kimi oldu. 

 Səninləyəm, eşidirsənmi məni? 

 ... 
Kölgədən bu dəfə də səs çıxmayanda qoca səsini 
ucaltmaq istədi, ancaq dodaqlarının kilidləndiyini duyunca 
içini vahimə bürüdü.  
Kölgə əvvəlki inadla çırpınmaqda idi və çırpındıqca 
qoca vücudunun gizli nöqtələrində ağrı, sızıltı duyur, içində 
nəyinsə dartıldığını, gərildiyini, bu saatca qopub üzülə-
cəyini hiss edirdi. Özünü kölgəsiz təsəvvür etmədiyindən 
bədəninin bütün mürgülü əzaları oyanıb qalxmışdı. 
Kölgə çırpındıqca qoca yıxılmamaq üçün yəhərin 
üstündə müvazinətini güclə saxlayırdı. Hiss edirdi ki, artıq 
gecdi, daha istəsə belə nəyisə dəyişə bilməyəcək, kölgə çır-
pına-çırpına, dartına-dartına addimbaaddim vücudundan 
ayrılıb getməkdədi, çünki onun dəyişən, özgələşən görkə-
mində özüylə ortaq olan heç nə qalmamışdı. 
Sonra qoca qəfildən nəyinsə vücudundan sıyrılıb çıx-
dığını və həmin andaca cisminin sustaldığını hiss etdi – 
kölgəsi ondan ayrılmışdı.  


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə