Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə5/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   2   3   4   5   6   7   8   9   ...   42

Vaqif  Sultanlı 
 
 
20
Bir anlığa içərisindən atının başını çevirib yel kimi 
uzaqlaşan kölgəsinin ardınca çapmaq, ona yetişmək, ucun-
dan, ətəyindən tutub saxlamaq, dil tökərək bir yolla geriyə 
qaytarmaq istəyi keçdi. Ancaq əlləri, qolları, vücudunun 
əzaları onun deyilmiş kimi sözünə baxmadığından eləcə 
dayanıb durdu.  
Kölgə bir qədər uzaqlaşaraq ayaq saxladı, vidalaşırmış 
kimi ona əl eləyərək səhranın genişliyində qeyb oldu. Qoca 
yola çıxandan bəri ilk dəfə özünün tənhalığını hiss etdi. 
 «İndi o, kölgəsiz neyləyəcəkdi? İtirdiyi itiyinin xiffəti 
içərisində ömür sürə biləcəkdimi? Bundan belə nə cür 
alışacaqdı kölgəsizliyə? Və alışa biləcəkdimi?».  
Əriyib üfüqlərə tökülməkdə olan günəşə sarı boylandı.  
İçində dibsiz bir boşluq duydu. 
 
* * * 
 
Günəş üfüqlərdə əridikcə səhranın uzaq ənginlikləri 
sirrə, əsrara bələnir, yaddaşını, şüurunu, düşüncələrini də-
lim-deşik eləyən nə varsa örtüb gizləyirdi. Sanki qaranlıq 
səhraya, ucsuz-bucaqsız qum dənizinə deyil, vücudunun 
əzalarına çökür, ruhuna, varlığına hopurdu. 
O, üstünə yeriyən qaranlığı, qaranlığın ömrünə qoya-
cağı izləri pozmaq, sovurub atmaq istəyirdi. 
Yaddaşının dərinliklərindən qopub gələn xəfif bir işar-
tı böyüməkdə olan qaranlığın içərisilə sozala-sozala gedir, 
səhranın genişliklərinə dağılaraq sönürdü. 
Üfüqlərin vadisi boyunca yox olan aydınlığın qəmli, 
küskün mənzərəsini seyr etdikcə ruhunun boşaldığını du-
yur, vaxtın axarını heç olmasa bircə anlığa saxlamaq istə-
yirdi. 


Səhra savaşı 
 
21
Zamanın mehi onu vurduqca içərisində illərin mürgü-
sündən göyərən xatirələrini silkələyib oyadırdı. Duyğuların 
ağır yükü altında belinin büküldüyünü hiss edirdi. O silkin-
mək, kədərin yükünü tökmək, dərdin arasından sıyrılıb çıx-
maq inadı ilə özündə güc, qüvvə arayırdı. 
İndiyəcən ömür adına çəkdikləri duyğularını iztirabla, 
həsrətlə doyurmuş, illərin və əzabların yoğurduğu çöhrəsin-
də bir zamanlar ona məxsus olan nişanələrdən nə isə 
qalmamışdı. 
Vücudu hələ də kölgəsizliyin ağrısını çəkirmiş kimi 
sızıldayırdı. 
Səhra öz içində səssiz-səssiz fəryad edirdi. 
 
 
I FƏSİL 
 
Qоca gəldiyi uzun yоl bоyu dağlardan, dərələrdən, оr-
manlardan, çəmənlərdən, vadilərdən, yamaclardan keçmiş
nəhayət yоl ucsuz-bucaqsız bоz səhraya açılmışdı. İndi 
xeyli vaxt idi ki, səhranın qоynu ilə at sürür və mənzil ba-
şına nə zaman yetişəcəyini bilmədən yоluna davam edirdi. 
Keçib gəldiyi yolun nəhəngliyini xəyalında canlandırdıqca, 
daha bundan belə niyyətindən vaz keçməyin mümkün-
süzlüyünü anlayaraq üzləşəcəyi əzabların, ağrıların 
vahiməsini yaşayırdı. 
Onu həyata səsləyən hər şeydən imtina etdiyini, 
evindən, оcağından, yurd-yuvasından, bütün sevdiklərindən 
əbədi olaraq ayrıldığını düşündükcə qəlbi sızıldayır, ancaq 
olub bitənlərin hansı bir ilmə iləsə taleyə, qədərə, qaçıl-
mazlığa bağlılığı zənnilə özü-özünə təskinlik verirdi. 


Vaqif  Sultanlı 
 
 
22
Gələcəyindən biryоlluq vaz keçərək tarixə dоğru üz 
tutduğundan artıq qəlbində başqa bir arzusu, istəyi qalma-
mışdı. Sadəcə keçmişini, olub bitənləri təkrar yaşamaq 
istəyirdi; ancaq dağılıb viranə qоyulmuş tarixin içərisində 
bir zamanlar ayrıldığı keçmişi ilə bağlı nə isə tapa biləcək-
dimi?.. 
Bunu bilmirdi... 
О bu yоla qədəm qоyarkən həyatının məcrasının 
bunca dəyişəcəyini xəyalına belə gətirməmişdi. Üz tutduğu 
tarixin mənzərəsinin tanınmaz bir örtüyə bürünməsi içəri 
dünyasında yad, yabançı duyğular оyadırdı. Gördükləri ta-
mam başqa bir mənzərə idi, nə zamansa insanlığın оrda qо-
yub gəldiklərinin izlərini, nişanələrini tapa bilmədiyindən 
ruhunun sarsıldığını, ümidsizləşdiyini duyur, ancaq qədəm 
qoyduğu yolla irəliyə doğru yürüməkdən savayı çarəsi 
qalmadığıni anladığından atını sürməkdə davam edirdi. 
Qoca qəlbinin uzaq gizlinlərində bu yola qədəm qoy-
masının peşmanlığını yaşayır, ancaq varlığına işləyən hansı 
bir duyğunun təsiriləsə tezcə də peşmanlığını unudurdu. Bu 
hiss təkrar-təkrar zehnində, düşüncəsində fırlandıqca içinin 
sahmanı uçulub dağılırdı. 
Səhranın yeknəsəq mənzərəsindən yorulmuş baxışları 
ilə bəlkə hər şeyin bir an əvvəl sona varacağını xəyal 
edərək elə hey uzaq üfüqləri süzür, süzürdü. 
Ancaq baxışları səhranın ucsuz-bucaqsız sonsuzluqla-
rında əriyirdi. 
Yоl uzanırdı... 
 
* * * 
Özünü, böyür-başından yel kimi səssiz-səmirsiz əsib 
keçən kölgələrin əhatəsindəymiş kimi hiss edir, onları gör-


Səhra savaşı 
 
23
məsə belə, qoxusunu, hənirtisini, yerişinin ahəngini du-
yurdu. Sanki kölgələr kimlərinsə uzaqdan-uzağa onları 
izlədiklərini, ələ keçəcəklərini düşünərək tələsir, həyəcan 
və təşviş içərisində sivişib aradan çıxmağa, gözdən itməyə 
çalışırdılar. Bəzənsə kölgələrin böyür-başından ötüb keç-
mədiyini, hayanasa tələsmədiyini, sadəcə havalı, sərsəri 
kimi başına fırlandığını düşünürdü. Kölgələrin varlığını 
duyması ucsuz-bucaqsız səhranın kimsəsizliyində tənhalı-
ğını, yalqızlığını unutdururdu.  
Ancaq bu uzun sürmədü, bir müddət sonra kölgələr 
hiss olunmadan çəkilərək büsbütün qeyb olunca içərisinə 
soyuq bir qəriblik çökdüyünü duydu. Bir zaman özünün də 
kölgəsi olduğu çağları xəyalına gətirdi, ruhuna sızıltı endi. 
O, sadəcə kölgəsini deyil, arxasını, həyanını itirmişdi. 
Yоl uzanırdı... 
Yol uzandıqca iradəsinin əlindən alındığını daha çox 
hiss edirdi. İllərlə içinin darısqallığına pərçimlənən duyğu-
ları vücudundan ayrılaraq səhranın genişliyinə dağılırdı. 
Get-gedə səhra ilə birləşir, bütünləşirdi. Hiss edirdi ki, səh-
ra onun cisminin, vücudunun bir əzasına çevrilməkdədi. 
Genişlikdən, ucsuz-bucaqsızlıqdan usandığından səd-
də, sərhədə, yaxud hər şeyin bitdiyi, tükəndiyi bir sığına-
cağa tapınmaq istəyirdi. Dövrəsində isə hər şey onu inadla 
genişliyə, sonsuzluğa, nəhayətsizliyə sürükləyirdi. 
Ancaq genişlik içərisinə xəfif bir asudəlik gətirmiş, 
zaman-zaman ruhunu bulandıran darısqallıq xofunu qovub 
uzaqlaşdırmışdı. İndi hər şey xəyalında sonsuzluq, bitib-
tükənməzlik içərisində canlanırdı. 
Bir yandan da genişliyin qoynunda tənhalığını, yalnız-
lığını daha çox hiss edirdi. Ancaq özünü ucsuz-bucaqsız 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə